AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
18.07.1998
QEYDİYYAT NÖMRƏSİ
738
ADI
“Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-1998, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 448)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
310.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Geodeziya və kartoqrafiya haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı

 

“Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

“Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 11-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 12-ci maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli və xüsusi (sahəvi) təyinatlı geodeziya və kartoqrafiya fəaliyyətinin növlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 15-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının operativ-məlumat xəritəsinin aparılması, istifadəsi və mühafizəsinə dair əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 17-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının dövlət kadastrının aparılmasına dair qaydaları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 18-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş dövlət geodeziya və kartoqrafiya nəzarəti haqqında əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 19-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının dövlət qeydiyyatına dair qaydaları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 23-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının dövlət geodeziya və kartoqrafiya fondu barədə əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 26-cı maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydalarına dair əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 28-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş geodeziya və kartoqrafiya materiallarından istifadəyə görə ödəmə dərəcələrini və qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [1]

öz səlahiyyətləri daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki: [2]

“Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

“Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin səkkizinci hissəsində, 15-ci maddəsinin beşinci hissəsində, 17-ci maddəsinin beşinci hissəsində, 18-ci maddəsinin üçüncü hissəsində, 19-cu maddəsinin ikinci hissəsində, 21-ci maddəsinin ikinci hissəsində, 23-cü maddəsinin üçüncü hissəsində və 26-cı maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [3]

həmin Qanunun 4-cü maddəsinin üçüncü hissəsində, 9-cu maddəsinin ikinci hissəsində və 16-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, digər hallarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir; [4]

həmin Qanunun 12-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirirlər; [5]

həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (xüsusi (sahəvi) təyinatlı geodeziya və kartoqrafiya üzrə), Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirirlər; [6]

həmin Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirirlər; [7]

həmin Qanunun 28-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. [8]

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

 

Bakı şəhəri, 18 iyul 1998-ci il

               № 738

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 dekabr 2001-ci il tarixli 609 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755)

2.       9 yanvar 2004-cü il tarixli 12 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 19)

3.       14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601)

4.       12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798)

5.       15 fevral 2016-cı il tarixli 778 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 1 mart 2016-cı il, № 47; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 242)

6.       3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353)

7.       12 iyun 2019-cu il tarixli 736 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 1028)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601) ilə 1-ci bəndin on üçüncü abzasından «dərəcələrini və» sözləri çıxarılmışdır.

 

[2] 12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798) ilə üçüncü abzasında “həmin Qanunun” sözləri “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri ilə əvəz edilmişdir və ikinci abzası çıxarılmışdır.

 

 

[3] 14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601) ilə 2-ci bəndin üçüncü abzasında «,26-cı maddəsinin beşinci hissəsində və 28-ci maddəsinin ikinci hissəsində» sözləri «və 26-cı maddəsinin beşinci hissəsində» sözləri ilə əvəz edilmişdir.

 

[4] 15 fevral 2016-cı il tarixli 778 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 1 mart 2016-cı il, № 47; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 242) ilə üçüncü abzasda “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, digər hallarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[5] 15 fevral 2016-cı il tarixli 778 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 1 mart 2016-cı il, № 47; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 242) ilə dördüncü abzasda “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[6] 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755) ilə 2-ci bəndin 4-cü, 5-ci və 6-cı abzaslarında "Geodeziya" sözü "Torpaq" sözü ilə əvəz edilmişdir.

 

15 fevral 2016-cı il tarixli 778 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 1 mart 2016-cı il, № 47; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 242) ilə Beşinci abzasda “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (xüsusi (sahəvi) təyinatlı geodeziya və kartoqrafiya üzrə)” sözləri ilə əvəz edilmişdir.

 

3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353) ilə 2-ci hissəsinin beşinci və altıncı abzaslarında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz e edilmişdir.

 

[7] 9 yanvar 2004-cü il tarixli 12 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 19) ilə 2-ci bəndin yeddinci abzasında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilmişdir.

12 iyun 2019-cu il tarixli 736 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 1028) ilə 2-ci hissəsinin altıncı abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeddinci abzasında “və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri daxilində həyata keçirirlər” sözləri “həyata keçirir” sözləri ilə əvəz edilmişdir.

 

[8] 14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601) ilə 2-ci bəndə səkkizinci abzas əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status