AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
05.10.2015
QEYDİYYAT NÖMRƏSİ
317
ADI
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2015, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1231)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.10.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.10.2015
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 20-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvlərinin sayı 13 (on üç) nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin: [1]

 

Kollegiyanın sədri

 

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

 

Kollegiyanın üzvləri: [2]

 

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri [3]

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru [4]

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentiyinin sədri [5]

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəisi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının hüquq şöbəsinin müdiri.

2. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 oktyabr tarixli 189 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 982) 2-ci hissəsi istisna olmaqla ləğv edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur RASİ-ZADƏ

 

Bakı şəhəri, 5 oktyabr 2015-ci il

                   № 317

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.             23 iyul 2018-ci il tarixli 323 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 iyul 2018-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1656)

2.             14 avqust 2018-ci il tarixli 353 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 avqust 2018-ci il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1804)

3.             28 mart 2019-cu il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2019-cu il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 563)

4.             23 may 2019-cu il tarixli 238 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 971)

5.             25 dekabr 2019-cu il tarixli 496 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2077)

6.             7 may 2021-ci il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 514)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 iyul 2018-ci il tarixli 323 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 iyul 2018-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1656) ilə 1-ci hissənin “Kollegiyanın üzvləri” bölməsində “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin” sözləri ilə əvəz edilmişdir.

14 avqust 2018-ci il tarixli 353 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 avqust 2018-ci il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1804) ilə 1-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvlərinin sayı 13 (on üç) nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

 

Kollegiyanın sədri

Əsədov Heydər Xanış oğlu

-

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Kollegiyanın üzvləri:

Quliyev İlham Ərdəbil oğlu

-

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Talıbov Seyfəddin Talıb oğlu

-

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Əliyev Elşad Məmmədqulu oğlu

-

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri

Bayramov İlham Üzeyir oğlu

-

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri

Quliyev Camal Alqulu oğlu

-

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi

Rüstəmzadə Rüfət Bünyat oğlu

-

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi

Əhmədov Möhtəsim Qureş oğlu

-

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi

Alıyev Ağakişi Təvəkgül oğlu

-

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəisi

Nuriyev Mikayıl Əziz oğlu

-

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin maliyyə və mühasibat uçotu şöbəsinin müdiri

Həsənli Xudayət İsgəndər oğlu

-

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri

Cümşüdov İmran Məhəmmədəli oğlu

-

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri

Əbdüləliyev Qalib Hümmət oğlu

-

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri

 

23 may 2019-cu il tarixli 238 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 971) ilə 1-ci hissənin birinci abzasında “15 (on beş)” sözləri “13 (on üç)” sözləri ilə əvəz edilmişdir.

 

[2] 23 may 2019-cu il tarixli 238 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 971) ilə 1-ci hissənin “Kollegiyanın üzvləri” bölməsində “Dövlət Fitosanitar Xidmətinin” sözləri “Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi” sözləri “Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru” sözləri ilə əvəz edilmişdir və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi” və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəisi” sözləri çıxarılmışdır.

 

[3] 25 dekabr 2019-cu il tarixli 496 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2077) ilə 1-ci hissənin “Kollegiyanın üzvləri” bölməsində “rəisi” sözü “sədri” sözü ilə əvəz edilmişdir.

 

[4] 7 may 2021-ci il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 514) ilə 1-ci hissəsinin “Kollegiyanın üzvləri” bölməsindən “Elm və” sözləri çıxarılmışdır.

 

[5] 28 mart 2019-cu il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2019-cu il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 563) ilə 1-ci hissənin “Kollegiyanın üzvləri” bölməsində “Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi” sözləri “Aqrar Kredit və İnkişaf Agentiyinin sədri” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status