AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
20.10.2015
QEYDİYYAT NÖMRƏSİ
1397-IVQD
ADI
“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 04-11-2015, Nəşr nömrəsi: 242), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2015, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1290)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.11.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201510201397
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
03.11.2015
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 386; 2002-ci il, № 8, maddə 465; 2011-ci il, № 6, maddə 481) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci maddəyə “olmadıqda” sözündən sonra “və ya müvafiq müqavilə ilə tənzimlənməyən məsələlər üzrə həmin müqaviləyə zidd olmayan hissədə” sözləri əlavə edilsin.

2. 3-cü maddə üzrə:

2.1. 3.1.5-ci maddədə “çıxarıldıqda” sözü “və ya cinayət təqibinə xitam verilməsi haqqında qərar olduqda” sözləri ilə əvəz edilsin;

2.2. 3.1.8-ci maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.9-cu maddə əlavə edilsin:

“3.1.9. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə müvafiq olaraq cinayət xüsusi ittiham qaydasında (zərər çəkmiş şəxsin şikayəti əsasında) təqib edildiyi halda.”;

2.3. 3.2.3-cü maddədə “məruz qalmasını” sözlərindən sonra “və ya ədalətli məhkəməyə olan hüququnun kobud surətdə pozulmasını” sözləri əlavə edilsin.

2.4. 3.2.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“3.2.7. sorğu edən xarici dövlətin qanunvericiliyinə əsasən şəxsin verilməsinə əsas olan cinayət üzrə dəyişdirilməz ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda.”.

3. 6-cı maddə üzrə:

3.1. 6.1-ci maddədə “Respublikası cinayət-prosessual qanunvericiliyinə” sözləri “Respublikasının Cinayət-Prosessual Məcəlləsinə” sözləri ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda 6.4-cü maddə əlavə edilsin:

“6.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmədikdə, şəxsin verilməsi üçün həbsdə saxlanılma müddəti və həbsdə saxlanılma müddətinin uzadıldığı müddət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilir.”.

4. 7-ci maddə üzrə:

4.1. maddənin adına “şəxsin” sözündən sonra “tutulması və” sözləri əlavə edilsin;

4.2. 7.1-ci maddədə “axtarışı” sözündən sonra “, tutulması” sözü əlavə edilsin, “cinayət-prosessual qanunvericiliyi” sözləri “Cinayət-Prosessual Məcəlləsi” sözləri ilə əvəz edilsin;

4.3. 7.2-ci maddədə “şəxsin” sözündən sonra “tutulması,” sözü əlavə edilsin;

4.4. 7.3-cü maddədə “həbsə alınması və ya həbsə alınmasından” sözləri “tutulması, həbsə alınması və ya bundan” sözləri ilə əvəz edilsin.

5. 8.2-ci maddədə “cinayət-prosessual qanunvericiliyi” sözləri “Cinayət-Prosessual Məcəlləsi” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 oktyabr 2015-ci il

              № 1397-IVQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status