AKTIN NÖVÜ
Dövlət Miqrasiya Xidməti
QƏBUL EDİLDİYİ TARİX
09.12.2015
QEYDİYYAT NÖMRƏSİ
29
ADI
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2012-ci il 15 noyabr tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Daxili təhlükəsizlik idarəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.12.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201512090029
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.12.2015
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2012-ci il 15 noyabr tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Daxili təhlükəsizlik idarəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN QƏRARI

Qəbul edildiyi tarix

09.12.2015

Qeydiyyat nömrəsi

29

Adı

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2012-ci il 15 noyabr tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Daxili təhlükəsizlik idarəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

22.12.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.180.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201512090029

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

21.12.2015

 

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 16.7-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2012-ci il 15 noyabr tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Daxili təhlükəsizlik idarəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 3.1.2-1-ci, 3.1.2-2-ci, 3.1.2-3-cü, 3.1.9-1-ci və 3.1.10-1-ci yarımbəndlər əlavə edilsin:

“3.1.2-1. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 95-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, Xidmət rəhbərliyinin tapşırığı əsasında miqrasiya orqanları işçiləri barəsində xidməti yoxlama aparmaq;”;

“3.1.2-2. Miqrasiya orqanlarında qulluqla bir araya sığmayan fəaliyyətlə məşğul olma, qanunçuluğun pozulması hallarını, o cümlədən işçilərin hüquqazidd hərəkətlərinə dair şikayətləri, ərizələri və məlumatları araşdırmaq;”;

“3.1.2-3. Miqrasiya orqanlarında qulluq keçən işçilər tərəfindən etik davranış qaydalarının tələblərinə riayət olunmasına nəzarət etmək;”

“3.1.9-1. Xidmətin qanunsuz miqrantların saxlanılması mərkəzlərində məcburi və ya könüllü saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətdə yerləşdirilməsinə və onların saxlanılma yerlərində təhlükəsizliyinin təmin olunmasına nəzarət etmək;”;

“3.1.10-1. idarənin fəaliyyət istiqamətlərinə aid olan dövlət sirrinin, o cümlədən qanunla qorunan digər sirlərin və məlumatların qorunmasını təmin etmək;”.

1.2. 5-ci hissə üzrə:

1.2.1. 5.2-ci bənddə “2 şöbə (Daxili təhlükəsizlik şöbəsi və Mühafizə şöbəsi)” sözləri “1 şöbə (Mühafizə şöbəsi) və 1 bölmə (Araşdırma bölməsi)” sözləri ilə əvəz edilsin;

1.2.2. 5.10-cu bənddə, 5.11.4-cü, 5.11.6-cı, 5.12.4-cü və 5.12.11-ci yarımbəndlərdə “Şöbə” sözündən sonra “(Bölmə)” sözü əlavə edilsin;

1.2.3. 5.10.1-ci, 5.10.4-cü, 5.10.7-ci, 5.10.10-cu və 5.11.1-5.11.3-cü yarımbəndlərdə “şöbənin” sözündən sonra “(bölmənin)” sözü əlavə edilsin;

1.2.4. 5.10.3-cü və 5.10.6-cı yarımbəndlərdə “şöbədə” sözündən sonra “(bölmədə)” sözü əlavə edilsin;

1.2.5. 5.10.5-ci yarımbənddə “şöbəyə” sözündən sonra “(bölməyə)” sözü əlavə edilsin;

1.2.6. 5.12-ci bənddə “Baş mütəxəssis” sözləri “Kiçik inspektor-kargüzar” sözləri ilə əvəz edilsin;

1.2.7. aşağıdakı məzmunda 5.11-1-ci bənd əlavə edilsin:

“5.11-1. Kiçik inspektor - mühafizəçi;

5.11-1.1. mühafizə olunan obyektin işçilərindən və digər şəxslərdən buraxılış rejiminə və xidmətdaxili rejimə riayət olunmasını tələb edir və bu istiqamətdə İdarənin nəzarət fəaliyyətini həyata keçirir;

5.11-1.2. mühafizə olunan obyektdə baş vermiş hadisə barədə tabeliyində olduğu vəzifəli şəxsə məlumat verir və qabaqlayıcı tədbirlər görür;

5.11-1.3. mühafizə olunan obyektə məxsus əmlakın qorunması və şəxslər tərəfindən əmlakın mühafizə olunan obyektin ərazisinə və ya oradan kənara daşınmasına nəzarət edir;

5.11-1.4. mühafizə işinin təşkilinin təkmilləşdirilməsi üzrə təkliflər verir;

5.11-1.5. İdarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, vəzifə və iş bölgüsünə əsasən vəzifələrini icra edir;

5.11-1.6. qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir;

5.11-1.7. xidməti fəaliyyətlə bağlı Xidmət rəhbərliyinin, İdarə rəisinin, İdarə rəisinin müavininin və Şöbə (Bölmə) rəisinin digər tapşırıqlarını yerinə yetirir.”.

1.3. 6-cı hissə üzrə:

1.3.1. adında “şöbələrin” sözü “şöbə və bölmənin” sözləri ilə əvəz edilsin;

1.3.2. 6.1-ci bənddə “Daxili təhlükəsizlik şöbəsinin” sözləri “Araşdırma bölməsinin” sözləri ilə əvəz edilsin;

1.3.3. 6.1.1-ci yarımbənddə “3.1.1-ci, 3.1.3-cü və 3.1.6-cı bəndlərində” sözləri “3.1.2-1-ci, 3.1.2-2-ci, və 3.1.2-3-cü yarımbəndlərində” sözləri ilə əvəz edilsin;

1.3.4. 6.1.3-cü yarımbənddə “şöbəyə” sözü “bölməyə” sözü ilə əvəz edilsin;

1.3.5. 6.2.1-ci yarımbənddə “3.1.2-ci, 3.1.4-cü və 3.1.5-ci bəndlərində” sözləri “3.1.1-ci, 3.1.2-ci və 3.1.3-3.1.6-cı yarımbəndlərində” sözləri ilə əvəz edilsin.

 

2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

 

 

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi

 

 

 

II dərəcəli dövlət

miqrasiya xidməti müşaviri

 

Firudin Nəbiyev

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status