AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
24.12.2015
QEYDİYYAT NÖMRƏSİ
401
ADI
“Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 06-01-2016, Nəşr nömrəsi: 01), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2016, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 165)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.01.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.160.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201512240401
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.01.2016
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

“Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI [1]

 

“Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli 1364 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 24 dekabr 2015-ci il

                     № 401

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 24 dekabr tarixli 401 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli 1364 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və yüksək məhsuldar genetik potensialı olan heyvanların (bundan sonra - heyvan) baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi prosedurlarını müəyyən edir.

1.2. Dövlət büdcəsinin vəsaiti hesabına heyvan sahiblərinə subsidiyanın verilməsində əsas meyar heyvanların süni yolla mayalandırılması nəticəsində buzovların əldə olunmasıdır.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. süni mayalanma-reproduksiya (heyvanların çoxaldılması) məqsədi ilə heyvanların damazlıqtörədici heyvanların toxumu ilə süni yolla mayalandırılması;

2.1.2. heyvan toxumu - damazlıq heyvanlardan götürülərək xüsusi texnologiya əsasında hazırlanmış damazlıq materialı;

2.1.3. süni mayalanma mütəxəssisi - müvafiq qanunvericiliyə uyğun əlavə təhsil müəssisəsi tərəfindən verilən sertifikat və ya diploma malik olan, baytarlıq və zootexnik ixtisasları üzrə ali və ya orta ixtisas təhsilli şəxs;

2.1.4. süni mayalandırılmış heyvan - süni yolla mayalandırılan inək və ya düyə;

2.1.5. birka - heyvanların qulaqlarında yerləşdirilən ardıcıl nömrələnmiş unikal identikləşdirmə vasitəsi.

 

3. Heyvanların süni mayalandırılması üzrə mütəxəssislərin seçilməsi, heyvan toxumunun əldə edilməsi və istifadəsi

 

3.1. Heyvanların süni mayalandırılması ilə məşğul olmaq üçün mütəxəssislər (bundan sonra - mütəxəssis) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın tələbləri nəzərə alınmaqla, ixtisasartırma və ya kadrların yenidənhazırlanma təhsilini müvəffəqiyyətlə başa vuran dinləyicilərin (baytarların və ya zootexniklərin) sırasından seçilir.

3.2. İxtisasartırma və ya kadrların yenidənhazırlanma təhsilini müvəffəqiyyətlə başa vuran dinləyiciyə (baytara və ya zootexnikə) əlavə təhsili həyata keçirən təhsil müəssisəsinin təqdimatı əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən müvafiq olaraq sertifikat və ya diplom verilir.

3.3. Heyvanların süni mayalandırılması üçün “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla, Nazirliyin tabeliyindəki Respublika Süni Mayalama Mərkəzində (bundan sonra - Mərkəz) istehsal olunmuş, habelə hüquqi və fiziki şəxslər tərəfindən ölkəyə idxal edilən heyvan toxumundan istifadə edilməlidir.

3.4. Mütəxəssislər Mərkəzdə istehsal edilmiş heyvan toxumunu zona baytarlıq laboratoriyaları (bundan sonra - laboratoriya) vasitəsilə, ölkəyə idxal olunmuş heyvan toxumunu isə idxalçılardan birbaşa əldə edə bilərlər.

3.5. Süni mayalandırmaya görə xidmət haqqı mütəxəssis və heyvan sahibi arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir.

3.6. Süni yolla mayalandırılmış heyvanda döllənmə baş tutmadıqda, təkrar aparılmış süni mayalandırmaya görə heyvan sahibi tərəfindən mütəxəssisə yalnız heyvan toxumunun dəyəri ödənilir.

3.7. Mərkəz tərəfindən heyvan toxumunun satış qiyməti Mərkəzin və Nazirliyin dövlət aqrar inkişaf mərkəzinin internet informasiya resurslarında yerləşdirilir. [2]

 

4. Süni mayalandırmanın aparılması və yeni doğulmuş buzovun uçotu

 

4.1. Heyvanların süni mayalandırılması bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq seçilmiş mütəxəssis tərəfindən həyata keçirilir.

4.2. Heyvan süni mayalandırıldıqdan sonra dərhal, buzov isə doğulduqdan 10 (on) gün sonra, lakin 15 (on beş) gündən gec olmayaraq mütəxəssis tərəfindən birka vasitəsilə identikləşdirilir və uçota alınır.

4.3. Birkalar müəyyən edilmiş qaydada Mərkəzin təsərrüfat fəaliyyətindən əldə olunan gəlirləri hesabına satın alınır və laboratoriyalar vasitəsilə mütəxəssislərə satılır.

4.4. İdentikləşdirməyə görə xidmət haqqı mütəxəssis və heyvan sahibi arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Birkanın qiyməti Mərkəzin və Nazirliyin dövlət aqrar inkişaf mərkəzinin internet informasiya resurslarında yerləşdirilir.

4.5. Heyvan sahibi buzov doğulduğu gün onun sağlamlıq vəziyyəti barədə mütəxəssisi telefon, elektron poçt və digər vasitələrlə məlumatlandırmalıdır. Mütəxəssis heyvan sahibi tərəfindən verilən məlumatları bu Qaydaya 2 nömrəli əlavədə göstərilmiş jurnalda qeyd edir.

4.6. Süni mayalandırma yolu ilə doğulan buzovların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və bu sahədə vaxtında baytarlıq tədbirlərinin görülməsi məqsədi ilə Mərkəzin və Nazirliyin müvafiq dövlət aqrar inkişaf mərkəzinin mütəxəssisləri tərəfindən rübdə bir dəfə monitorinq keçirilir və nəticələr ümumiləşdirilərək Nazirliyə təqdim olunur.

 

5. Rayon komissiyasının fəaliyyətinin təşkili

 

5.1. Süni mayalanma yolu ilə buzov əldə etmiş heyvan sahiblərinin müəyyənləşdirilməsi və alınmış hər baş buzova görə subsidiyanın verilməsinin təşkil edilməsi üçün Nazirliyin əmri ilə aşağıdakı tərkibdə rayon (şəhər) komissiyası yaradılır: [3]

 

Rayon (şəhər) komissiyasının sədri

 

- dövlət aqrar inkişaf mərkəzinin direktoru

 

Rayon (şəhər) komissiyasının üzvləri:

 

- dövlət aqrar inkişaf mərkəzinin heyvandarlıq sektorunun müdiri;

- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) baytarlıq idarəsinin rəisi; [4]

- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarəsinin (şöbəsinin) səlahiyyətli nümayəndəsi;

- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rayon (şəhər) şöbəsinin səlahiyyətli nümayəndəsi.

 

5.2. Rayon (şəhər) komissiyası yerli kütləvi informasiya vasitələrində maarifləndirmə tədbirlərini həyata keçirir.

5.3. Mütəxəssislər tərəfindən verilmiş məlumatların dəqiqləşdirilməsi və hesabatların hazırlanması üçün dövlət aqrar inkişaf mərkəzinin direktorunun əmri ilə mərkəzin əməkdaşından, rayon (şəhər) baytarlıq idarəsinin nümayəndəsindən (və ya sahə baytarlıq məntəqəsinin mütəxəssisindən) və rayon icra hakimiyyəti başçısının ərazi üzrə nümayəndəsindən ibarət işçi qrupu yaradılır. [5]

5.4. İşçi qrupu 5 (beş) gün müddətində heyvan sahibinin iştirakı ilə rayon komissiyasına təqdim edilmiş məlumatların düzgünlüyünü yoxlayır və bu Qaydaya 10 nömrəli əlavədə verilmiş nümunəyə uyğun iki nüsxədən ibarət akt tərtib edir. Aktın bir nüsxəsi rayon komissiyasına, digər nüsxəsi isə heyvan sahibinə verilir.

5.5. Rayon komissiyası işçi qruplarının təqdim etdiyi aktlara və məlumatlara əsasən kəndlər üzrə subsidiya veriləcək heyvan sahiblərinin siyahısını və doğulmuş buzovlar haqqında aylıq icmal məlumatları növbəti ayın 10-dək Respublika komissiyasına təqdim edir.

5.6. Süni yolla mayalandırılmış heyvan əkiz və ya üçəm doğduqda, hər bir buzov ayrı-ayrılıqda uçota alınır, birkalanır.

5.7. Dövlət büdcəsinin vəsaiti hesabına yalnız hər bir sağlam buzova görə subsidiya ödənilir.

 

6. Respublika komissiyasının fəaliyyətinin təşkili və subsidiyanın ödənilməsi

 

6.1. Nazirliyin əmri ilə aşağıdakı tərkibdə Respublika komissiyası yaradılır:

 

Respublika komissiyasının sədri

 

- Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini

 

Respublika komissiyasının üzvləri:

 

- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi;

- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi;

- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi;

- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi;

- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Respublika Baytarlıq Laboratoriyasının nümayəndəsi. [6]

 

6.2. Respublika komissiyası rayon (şəhər) komissiyalarından daxil olan icmal siyahılara 5 (beş) gün müddətində baxır və subsidiyanın verilməsi barədə qərar qəbul edir.

6.3. Süni mayalandırma yolu ilə alınmış buzovlara görə subsidiyanın verilməsi barədə Respublika komissiyasının qərarı qəbul edildiyi tarixdən 3 (üç) iş günü müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilir və bu barədə rayon (şəhər) komissiyaları məlumatlandırılır.

6.4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müvəkkil bank vasitəsilə heyvan sahiblərinə ödəniləcək vəsaitin onların hesablarına köçürülməsini təmin edir.

6.5. Bank hesablarının açılması, plastik kartların hazırlanması və digər tədbirlər heyvan sahibinin vəsaiti hesabına həyata keçirilir.

6.6. Subsidiya verilmiş heyvan sahiblərinin rayonlar və kəndlər üzrə siyahısı Nazirliyin rəsmi internet saytında yerləşdirilir.

6.7. Rayon komissiyası subsidiyanın ödənilməsi barədə rayonun kütləvi informasiya vasitələri ilə məlumat yayır və subsidiyanın heyvan sahiblərinə verilməsini nəzarətdə saxlayır.

 

7. Uçot və hesabat işlərinin təşkili

 

7.1. Heyvan toxumunun istehsalı, idxalı, satışı, eləcə də süni yolla mayalandırılmış heyvan və doğulmuş buzovlar haqqında məlumatların çarpaz formada izlənilməsinin uçotu və hesabatı aşağıdakı formada təşkil edilir:

7.1.1. mütəxəssis heyvanı süni yolla mayalandırdıqdan sonra bu Qaydaya 1 nömrəli əlavədə göstərilmiş məlumat vərəqində müvafiq qeydlər apararaq vərəqin surətini heyvan sahibinə təqdim edir, əslini (kötüyünü) isə özündə saxlayır, habelə 2 nömrəli əlavədə göstərilmiş qeydiyyat jurnalında da müvafiq qeydiyyat aparır;

7.1.2. mütəxəssis süni yolla mayalandırdığı heyvanlar haqqında bu Qaydaya 3 nömrəli əlavədə göstərilmiş formada, alınmış buzovlar haqqında isə 4 nömrəli əlavəyə uyğun formada aylıq hesabatları tərtib edərək, rayon komissiyasına və laboratoriyaya göndərir;

7.1.3. laboratoriya bu Qaydaya 5 nömrəli əlavəyə uyğun hazırlanmış laboratoriyanın əhatə etdiyi rayonlarda aparılmış süni mayalandırma tədbirləri haqqında aylıq icmal hesabatı elektron poçt vasitəsilə Nazirliyə göndərir;

7.1.4. Mərkəz tərəfindən istehsal edilən və zona baytarlıq laboratoriyalarına təhvil verilən heyvan toxumları haqqında bu Qaydaya 6 nömrəli əlavədə göstərilmiş formada, ölkəyə idxal olunmuş və mütəxəssislərə satılmış heyvan toxumları haqqında isə idxalçılar tərəfindən 9 nömrəli əlavədə göstərilmiş formada hazırlanmış hesabatlar ayda bir dəfə elektron poçt vasitəsilə Nazirliyə təqdim edilir;

7.1.5. laboratoriyada Mərkəzdən daxil olan heyvan toxumunun uçotu bu Qaydaya 7 nömrəli əlavəyə, mütəxəssislərə satılmış heyvan toxumunun miqdarının uçotu isə 8 nömrəli əlavəyə uyğun aparılır və bu barədə hesabat məlumatları elektron poçt vasitəsilə Nazirliyə göndərilir;

7.1.6. Mərkəz tərəfindən istehsal edilən və təhvil verilən, idxalçılar tərəfindən idxal olunan və satılan, laboratoriya tərəfindən Mərkəzdən alınan və mütəxəssislərə satılan heyvan toxumu, mütəxəssislər tərəfindən alınan və istifadə olunan heyvan toxumu, habelə süni mayalandırma yolu ilə doğulan buzovlar barədə məlumatlar əsasında Nazirlikdə müqayisəli təhlil aparılır.

7.2. İşçi qrupları ilkin məlumatların dəqiqləşdirilməsinə dair aktların əsasında kəndlər üzrə bu Qaydaya 11 nömrəli əlavəyə uyğun icmal siyahı tərtib edirlər.

7.3. Rayon komissiyası işçi qruplarının təqdim etdikləri aktların əsasında bu Qaydaya 12 nömrəli əlavəyə uyğun icmal siyahı tərtib edir və həmin siyahı heyvanların uçotunun aparılması məqsədi ilə dövlət aqrar inkişaf mərkəzinə təqdim olunur. [7]

7.4. Respublika komissiyası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi üçün bu Qaydaya 13 nömrəli əlavədə göstərilmiş formada respublika üzrə icmal hesabat hazırlayır.

 


 

“Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”na

1 nömrəli əlavə

 

Süni mayalandırma haqqında məlumat vərəqi

 

№ 000001

 

Heyvan sahibinin adı ____________________________________________________________

Heyvan sahibinin ünvanı ___________________________ Tel.__________________________

Heyvanın ləqəbi _______________ İdentifikasiya nömrəsi ________ Cinsi _______________

 

Faktiki süni mayalanma _–_  □ 1-ci dəfə _ □ 2-ci dəfə  _ □ 3-cü dəfə

 

Törədicinin ləqəbi____________ identikləşdirmə nömrəsi _____________ Cinsi ___________

Süni mayalandırma mütəxəssisinin adı, soyadı_______________________________________

Süni mayalandırma mütəxəssisinin telefon nömrəsi __________________________________

Heyvan sahibinin imzası _______________________ Tarix_____________________________

Qeydlər ________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

 


 

“Süni mayalanma yolu ilə alınmış hər buzova

görə subsidiyanın verilməsi Qaydası”na

2 nömrəli əlavə

 

Heyvanların süni mayalandırılmasının qeydiyyatı

JURNALI

 

№ 00000

 

Süni mayalandırma mütəxəssisi __________________________________________________

                                                                                             (soyadı, adı, atasının adı)

 

İlk qeydiyyat tarixi  ____________________________________________

Son qeydiyyat tarixi ____________________________________________

 

Sıra №-si

Süni mayalandırmanın

tarixi

Heyvan sahibinin adı, soyadı

Ünvan

Süni mayalandırılan heyvanın

Törədicinin

Doğulmuş balanın

Heyvan sahibinin

cinsi

ləqəbi

identikləşdirmə

nömrəsi

ləqəbi və identikləşdirmə

nömrəsi

cinsi

doğum tarixi

cinsiyyəti

identifikasiya

nömrəsi

imzası

telefon nömrəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QEYDLƏR________________________________________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

 

 


 

“Süni mayalanma yolu ilə alınmış hər buzova

görə subsidiyanın verilməsi Qaydası”na

3 nömrəli əlavə

 

_____________ ilin ______________ ayı üzrə süni mayalandırma mütəxəssisi ____________________ ____________ rayonunun ___________ kəndində süni yolla mayalandırdığı qaramal haqqında

 

HESABAT

 

Sıra

№-

Süni mayalandırmanın tarixi

(gün, ay, il)

xx.xx.xxx

Heyvan sahibinin adı, soyadı

Süni mayalandırılan heyvanın

Törədicinin

Süni mayalandırmanın ardıcıllığı

Göstərilən doğuş tarixi (gün, ay, il)

 

xx.xx.xxx

Məlumat vərəqəsinin nömrəsi

Heyvan sahibinin telefon nömrəsi

Cinsi

ləqəbi

İdentikləşdirmə nömrəsi

Cinsi

ləqəbi

İdentikləşdirmə nömrəsi

1-ci dəfə

2-ci dəfə

3-cü dəfə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Süni mayalandırma mütəxəssisi ______________________   ____________

                                (adı, soyadı)                                 (imza)

 

 

 


 

 

 “Süni mayalanma yolu ilə alınmış hər buzova

görə subsidiyanın verilməsi Qaydası”na

4 nömrəli əlavə

 

_____________ ilin ______________ ayı üzrə_________ rayonunun ___________ kəndində  süni mayalandırma mütəxəssisi _______________________süni yolla mayalandırdığı

qaramaldan doğulmuş buzovlar haqqında

 

HESABAT

 

Sıra №-si

Heyvan

sahibinin

adı, soyadı

Doğulmuş balanın

Buzovun anasının:

Törədicinin

Məlumat vərəqinin nömrəsi

 

Heyvan sahibinin telefon nömrəsi

doğum tarixi

cinsiyyəti

identikləşdirmə nömrəsi

ləqəbi

identikləşdirmə nömrəsi

cinsi

ləqəbi

identikləşdirmə nömrəsi

cinsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kənd üzrə cəmi ___________ baş buzov

 

 

Süni mayalandırma mütəxəssisi ______________________   ____________

                              (adı, soyadı)                                 (imza)

 

 

 


 

“Süni mayalanma yolu ilə alınmış hər buzova

görə subsidiyanın verilməsi Qaydası”na

5 nömrəli əlavə

 

________ ilin ___________ ayı ərzində ______________Zona Baytarlıq Laboratoriyasının əhatə etdiyi rayonlarda aparılmış süni mayalandırma tədbirləri haqqında

 

İCMAL HESABAT

 

Sıra №-si

Rayonun adı

Süni mayalandırma mütəxəssisinin soyadı, adı və telefon nömrəsi

Toxumun dövriyyəsi (doza)

Süni mayalama (baş)

Süni mayalama, cəmi

Alınmış bala, cəmi (baş)

Mayalanmada işlədilmiş toxumların cinslər üzrə bölgüsü

ay ərzində alınıb

ayın sonuna qalıq

1-ci dəfə

2-ci dəfə

3-cü dəfə

simmental

holştein -friz

şvis

şarole

aberdin-anqus

camış

                                  rayonu üzrə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rayon üzrə, cəmi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                  rayonu üzrə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rayon üzrə, cəmi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Zona Baytarlıq Laboratoriyasının direktoru __________________        __________

                                                                                                       (adı, soyadı)                          (imza)

 

 

 


 

“Süni mayalanma yolu ilə alınmış hər buzova

görə subsidiyanın verilməsi Qaydası”na

6 nömrəli əlavə

(nümunə)

 

_________ ilin _______ ayı ərzində Respublika Süni Mayalama Mərkəzində istehsal edilərək, zona baytarlıq laboratoriyalarına təhvil verilmiş heyvan toxumu haqqında

 

MƏLUMAT

 

Sıra №-si

Törədici buğanın

Satılmış heyvan toxumunun miqdarı, cəmi (doza)

O cümlədən, ay ərzində heyvan toxumu qəbul etmiş zona baytarlıq laboratoriyasının adı və satılmış materialın miqdarı (doza)

ləqəbi

identikləşdirmə nömrəsi

cinsi

Tovuz

Göygöl

Bərdə

Göyçay

Beyləqan

Sabirabad

Lənkəran

Şamaxı

Qax

Quba

Qəbələ

Salyan

1.

Herku-les

AZ00000

Sem-mental

1200

100

100

100

100

100

100

100

100

100

100

100

100

2.

Eozin

AZ00015

Holştein-friz

1200

100

100

100

100

100

100

100

100

100

100

100

100

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Respublika Süni Mayalama Mərkəzinin direktoru ________________ _________

                                                                                                  (adı, soyadı)         (imza)

 

 

 


 

“Süni mayalanma yolu ilə alınmış hər buzova

görə subsidiya verilməsi Qaydası”na

7 nömrəli əlavə

 

________ ilin _________ayı ərzində ________ Zona Baytarlıq Laboratoriyasına daxil olan heyvan toxumu haqqında

 

MƏLUMAT

 

 

Sıra №-si

Tarix

Heyvan toxumunun cinslər üzrə miqdarı (doza)

Cəmi (doza)

holştein-friz

simmental

şvis

şarole

aberdin-anqus

camış

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 

 

 

 

 

 

Zona Baytarlıq Laboratoriyasının direktoru ______________ _________

                                                                                  (adı, soyadı)               (imza)

 

 


 

“Süni mayalanma yolu ilə alınmış hər buzova

görə subsidiyanın verilməsi Qaydası”na

8 nömrəli əlavə

 

________ ilin _________ ayı ərzində _________ Zona Baytarlıq Laboratoriyası vasitəsilə süni mayalandırma mütəxəssislərinə satılmış heyvan toxumu haqqında

 

MƏLUMAT

 

Sıra №-si

Tarix

Heyvan toxumu (cinslər üzrə)

Qəbul edilmiş heyvan toxumu, cəmi (doza)

Satılmış heyvan toxumu,

cəmi

Heyvan toxumu almış süni mayalandırma mütəxəssislərinin sayı (siyahı üzrə)

holştein-friz

simmental

şvis

şarole

aberdin-anqus

camış

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 

 

 

 

 

Zona Baytarlıq Laboratoriyasının direktoru __________________ ____________

                                                                                       (adı, soyadı)                     (imza)

 

 


 

“Süni mayalanma yolu ilə alınmış hər  buzova

görə subsidiyanın verilməsi Qaydası”na

9 nömrəli əlavə

 

________ ilin ________ayı ərzində __________________________________ tərəfindən

                                                                          (hüquqi və ya fiziki şəxsin adı)

süni mayalama mütəxəssislərinə satılmış heyvan toxumu haqqında

 

MƏLUMAT

 

Heyvan toxumunun idxal edildiyi tarix____________________________________________

 

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin idxal haqqında icazə sənədi _______

_____________________________ [8]

         (sənədin nömrəsi, tarixi)

 

Sıra №-si

Tarix

Süni mayalama mütəxəssisinin adı, soyadı və telefon nömrəsi

Törədici buğanın

Satılmış heyvan toxumunun miqdarı, cəmi (doza)

mənşə ölkəsi

ləqəbi

identikləşdirmə nömrəsi

cinsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 

 

                Direktor _________________  _________________

                                         (adı, soyadı)                              (imza)

 

 

 


 

“Süni mayalanma yolu ilə alınmış hər buzova

görə subsidiyanın verilməsi Qaydası”na

10 nömrəli əlavə

(nümunə)

 

Yeni doğulmuş buzov və onun anasının yoxlanılmasına dair

AKT

 

___________rayonu,_____________ kəndi “______” ____________ 20_____ il.

 

Biz akt tərtib edənlər ________ rayon komissiyasının _____ nömrəli _________ tarixli əmri ilə yaradılmış işçi qrupunun üzvləri:

1. dövlət aqrar inkişaf mərkəzinin əməkdaşı_____________________ [9]

2. rayon (şəhər) baytarlıq idarəsinin kənd üzrə nümayəndəsi (sahə baytarlıq məntəqəsinin müdiri)________________________________

3. rayon icra hakimiyyətinin kənd üzrə nümayəndəsi______________

 

Bu aktı tərtib edirik ondan ötrü ki, _________rayonunun ________ kənd sakini Həsənov İbrahim Əli oğluna məxsus,________________ identikləşdirmə nömrəli, süni mayalandırma mütəxəssisi Məmmədov İlham Əhməd oğlu tərəfindən süni yolla mayalandırılaraq, _________ ildə doğmuş inəyə, yeni doğulmuş _________________ identikləşdirmə nömrəli buzova və tərtib edilmiş qeydiyyat sənədlərinə baxış keçirərkən aşağıdakıları müəyyən etdik:

 

Sıra №-si

Yoxlanılan göstəricinin adı

Faktiki vəziyyət

1.

İnəyin süni mayalandırıldığı tarix

2014-cü il 10 noyabr

2.

İnəyin doğduğu tarix

2015-ci il 10 avqust

3.

İnəyin cinsi

qonur-qafqaz,

4.

İdentikləşdirmə nömrəsi

AZ0901214 – 11112

5.

Toxumu istifadə edilmiş buğanın cinsi

Şvis

6.

Buğanın identikləşdirmə nömrəsi

AZ000  - 00005

7.

Buğa haqqında kataloqun buraxılış ili

2013

8.

Buğanın mənsub olduğu ölkə

Azərbaycan

9.

Yeni doğulmuş buzovun cinsi

dişi

10.

Yeni doğulmuş buzovun identikləşdirmə nömrəsi

AZ0901214 - 00001

 

Akta əlavə olunan sənədlər:

- heyvan sahibinin şəxsiyyət vəsiqəsinin surəti;

- süni mayalama haqqında qeydiyyat vərəqinin surəti.

 

Aktı imzalarımızla təsdiq edirik:

 

1.                              1. ____________________   _________________

2.                              2. ____________________   _________________

3.                              3. ____________________   _________________

 

 


 

“Süni mayalanma yolu ilə alınmış hər buzova

görə subsidiyanın verilməsi Qaydası”na

11 nömrəli əlavə

 

____________ rayonunun ______________kəndi üzrə

___________ ilin __________ayı ərzində

süni mayalanma yolu ilə alınmış buzovlar haqqında

MƏLUMAT

 

Sıra №-si

Heyvan sahibinin soyadı, adı,

atasının adı və telefon nömrəsi

İnəyin (düyənin):

Buzovun:

Süni mayalandırma mütəxəssisinin adı, soyadı, atasının adı və telefon nömrəsi

cinsi

yaşı

identikləşdirmə nömrəsi

Süni mayalandırıldığı tarix

Doğduğu tarix

cinsiyyəti

identikləşdirmə nömrəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ay üzrə doğulmuş buzovlar, cəmi_______ baş

O cümlədən, erkək __________ baş, dişi _____________ baş

 

İşçi qrupunun rəhbəri

 

 

____________

(imza)

 

____________________

(soyadı, adı, atasının adı)

 

 

 

 

İşçi qrupunun üzvləri:

 

 

____________

(imza)

 

____________________

(soyadı, adı, atasının adı)

 

 

 

 

 

 

____________

(imza)

 

____________________

(soyadı, adı, atasının adı)

 

 

 

 

 

 

 

 

 


 

Təsdiq edirəm:

___________Rayon (şəhər) Komissiyasının sədri

_______________________

"_____"  ________________

“Süni mayalanma yolu ilə alınmış hər buzova

görə subsidiyanın verilməsi Qaydası”na

12 nömrəli əlavə

 

_______-ci ilin _________ ayı üzrə _________ rayonunda heyvan sahiblərinə

süni mayalanma yolu ilə alınmış hər buzova görə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək subsidiya haqqında

 

İCMAL SİYAHI

 

Sıra №-si

Heyvan sahibinin adı, soyadı

Heyvan sahibinin telefon nömrəsi

Doğulmuş buzovların sayı

Subsidiyanın məbləği (manatla)

                 kəndi üzrə

1.

 

 

 

 

2.

 

 

 

 

Kəndi üzrə, cəmi

 

 

 

                 kəndi üzrə

1

 

 

 

 

2

 

 

 

 

Kəndi üzrə, cəmi

 

 

 

Rayon üzrə, cəmi

 

 

 

 

Komissiyanın üzvləri:

 

_______________

(imza)

_______________________

(soyadı, adı, atasının adı)

 

_______________

(imza)

_______________________

(soyadı, adı, atasının adı)

 

_______________

(imza)

_______________________

(soyadı, adı, atasının adı)

 

 

 


 

Təsdiq edirəm:

Respublika komissiyasının sədri

____________ nazir müavini

"_____" ________________

“Süni mayalanma yolu ilə alınmış hər buzova

görə subsidiyanın verilməsi Qaydası”na

13 nömrəli əlavə

 

Respublika üzrə _______ ilin _______ ayında heyvan sahiblərinə süni mayalanma yolu ilə alınmış hər buzova görə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək subsidiya haqqında

İCMAL HESABAT

 

Sıra

№-si

Rayonun adı

Heyvan sahiblərinin sayı

Doğulmuş buzovların sayı

Subsidiyanın məbləği (manatla)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

Komissiyanın üzvləri:

 

_______________

(imza)

_______________________

(soyadı, adı, atasının adı)

 

_______________

(imza)

_______________________

(soyadı, adı, atasının adı)

 

_______________

(imza)

_______________________

(soyadı, adı, atasının adı)

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 aprel 2018-ci il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2018-ci il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 829)

2.       15 oktyabr 2018-ci il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 oktyabr 2018-ci il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2161)

3.       1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722)

4.       23 may 2019-cu il tarixli 238 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 971)

5.       30 iyul 2020-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 avqust 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 1006)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 iyul 2020-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 avqust 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 1006) ilə ləğv edilmişdir.

 

[2] 15 oktyabr 2018-ci il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 oktyabr 2018-ci il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2161) ilə “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”nın 3.7-ci bəndində, 4.4-cü bəndin ikinci cümləsində və 4.6-cı bəndində “rayon (şəhər) idarəsinin” sözləri “dövlət aqrar inkişaf mərkəzinin” sözləri ilə əvəz edilmişdir.

 

[3] 15 oktyabr 2018-ci il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 oktyabr 2018-ci il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2161) ilə “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”nın 5.1-ci bəndin üçüncü abzasında “rayon (şəhər) kənd təsərrüfatı idarəsinin rəisi” sözləri “dövlət aqrar inkişaf mərkəzinin direktoru” sözləri ilə və beşinci abzasında “rayon (şəhər) kənd təsərrüfatı idarəsinin” sözləri “dövlət aqrar inkişaf mərkəzinin” sözləri ilə əvəz edilmişdir.

 

[4] 23 may 2019-cu il tarixli 238 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 971) ilə “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”nın 5.1-ci bəndinin altıncı abzasında və 6.1-ci bəndinin səkkizinci abzasında “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin” sözləri “Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[5] 15 oktyabr 2018-ci il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 oktyabr 2018-ci il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2161) ilə “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”nın 5.3-cü bəndində “rayon (şəhər) kənd təsərrüfatı idarəsi rəisinin” sözləri “dövlət aqrar inkişaf mərkəzinin direktorunun” sözləri ilə, “idarənin” sözü “mərkəzin” sözü ilə əvəz edilmişdir.

 

[6] 30 aprel 2018-ci il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2018-ci il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 829) ilə “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”nın 6.1-ci bəndindən “- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Respublika Baytarlıq Laboratoriyasının nümayəndəsi” sözləri çıxarılmışdır.

 

[7] 15 oktyabr 2018-ci il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 oktyabr 2018-ci il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2161) ilə “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”nın 7.3-cü bəndində “rayon kənd təsərrüfatı idarəsinə” sözləri “dövlət aqrar inkişaf mərkəzinə” sözləri ilə əvəz edilmişdir.

 

[8] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722) ilə “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”na 9 nömrəli əlavədə “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin” sözləri “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[9] 15 oktyabr 2018-ci il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 oktyabr 2018-ci il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2161) ilə “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”na 10 nömrəli əlavədə “rayon kənd təsərrüfatı idarəsinin” sözləri “dövlət aqrar inkişaf mərkəzinin” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status