AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
19.01.2016
QEYDİYYAT NÖMRƏSİ
100-VQD
ADI
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 04-03-2016, Nəşr nömrəsi: 50), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2016, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 394)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.03.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201601190100
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.02.2016
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 79; 2009, № 6, maddə 400) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.2.1-ci, 2.1.2.9-cu və 2.1.2.10-cu maddələr ləğv edilsin.

2. 14.1-ci maddənin birinci cümləsində “Kompensasiyaların ödənilməsi üçün” sözləri “Bu Qanunda nəzərdə tutulmuş hallarda” sözləri ilə, ikinci cümləsində isə “0,2 faizi” sözləri “0,1 faizi” sözləri ilə əvəz edilsin.

3. 15.2-ci maddədə “sığorta haqları Mərkəzi Bankın uçot dərəcəsinin 360-da bir hissəsinə hasil edilməklə” sözləri “sığorta haqlarının 0,5 faizi həcmində” sözləri ilə əvəz edilsin.

4. 17-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“17.1. Fondun likvid (nağd pula tez çevrilən) aktivləri son hesabat dövrünə qorunan əmanətlərin bir faizindən aşağı düşdükdə və ya kompensasiyaların ödənilməsi üçün vəsaitin kifayət etməməsi ehtimalı yarandıqda Himayəçilik Şurası Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edir.

17.2. Fond borc vəsaitinin alınması üçün Mərkəzi Banka müraciət etdikdə Mərkəzi Bank Fonda dövlətin zəmanəti ilə təmin olunmuş kredit verə bilər. Mərkəzi Bank, belə müraciətin daxil olduğu günün sonrakı iş günündən gec olmayaraq, müraciətin daxil olması barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verir. Müvafiq icra hakimiyyəti orqanı 10 iş günündən gec olmayaraq dövlət zəmanətinin verilməsi barədə qərar qəbul edir. Dövlət zəmanətinin verilməsi barədə qərara müvafiq olaraq 10 iş günündən gec olmayaraq Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə Fonda kredit verir.”.

5. 26-cı maddənin mətni 26.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 26.2-ci maddə əlavə edilsin:

“26.2. Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 yanvar 2016-cı il

100-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status