AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
01.03.2016
QEYDİYYAT NÖMRƏSİ
3
ADI
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2012-ci il 25 aprel tarixli 02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.03.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201603010003
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.03.2016
Azərbaycan Respublikasının Iqtisadi Inkişaf Nazirliyinin kollegiyasının 2012-ci il 25 aprel tarixli 02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLiKASI İQTİSADİYYAT NAZİRLİYİ KOLLEGİYASI QƏRARI

Qəbul edildiyi tarix

01.03.2016

Qeydiyyat nömrəsi

3

Adı

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2012-ci il 25 aprel tarixli 02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

17.03.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

100.030.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201603010003

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

16.03.2016

 

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası

 

qərara alır:

 

1.   Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2012-ci il 25 aprel tarixli, 02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1.      1.2-ci, 2.18-ci bəndlərdə “3 (üç)” sözü “1 (bir)” sözü ilə əvəz edilsin;

1.2.      2.16-cı bənddə “2 (iki)” sözü “1 (bir)” sözü ilə əvəz edilsin.

2.   Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

3.   Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

4.   Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin Daxili araşdırmalar sektorunun müdiri Elgün Qədirova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 1 mart tarixli iclasının protokolu.

 

Sədr,

İqtisadiyyat naziri

Şahin Mustafayev 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status