AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
22.11.1998
QEYDİYYAT NÖMRƏSİ
23
ADI
“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-1998, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 665)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.11.1998
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
350.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

Dövlət sirri haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

Azərbaycan RESPUBLİKASI PREZİDENTİNİN Fərmanı

 

“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci, 8-ci və 26-cı maddələrinə, eləcə də ““Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 17 yanvar tarixli 539 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq olunmasını təmin edən aşağıdakı normativ hüquqi aktlar (əlavə olunur) təsdiq edilsin:

“Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin Siyahısı”;

(Qüvvədən düşüb) [1]

“Dövlət sirrini təşkil edən məlumatların müxtəlif məxfilik dərəcələrinə aid edilməsi Qaydaları”; [2]

informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə”.

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

 

 

Bakı şəhəri, 22 noyabr 1998-ci il

№ 23

Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 22 noyabr tarixli 23 n
ömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin

SİYAHISI

 

I. Ümumi müddəalar

 

1. Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin Siyahısı (bundan sonra Siyahı) “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin müddəalarına uyğun olaraq tərtib edilmişdir. Siyahı müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının, digər dövlət orqanları, idarələri, konsernləri və şirkətlərinin dövlətin hərbi, xarici siyasəti, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı konkret məlumatların dövlət sirrinə aid edilməsi və onların məxfiləşdirilməsi barədə qərarlar qəbul etmək səlahiyyəti olan vəzifəli şəxslərinin dairəsini müəyyən edir.

2. Siyahıda göstərilən vəzifəli şəxslər dövlət sirri ilə bağlı qəbul etdikləri həmin qərarlara görə fərdi məsuliyyət daşıyırlar.

3. Zərurət yarandıqda Siyahıya yenidən baxıla bilər.

II.

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri

Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri [3]

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının müdafiə naziri

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

(Çıxarılıb) [4]

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının təhsil naziri

Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri [5]

Azərbaycan Respublikasının Baş prokuroru

Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri

(Çıxarılıb ) [6]

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri   [7]

(Çıxarılıb) [8]

Azərbaycan Respublikası Dövlət Material Ehtiyatları Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin sədri

(Çıxarılıb) [9]

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri [10]

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsinin sədri

(Çıxarılıb) [11]

Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin sədri

(Çıxarılıb) [12]

Ali Dövlət Hakimiyyət və İdarəetmə orqanlarını Baş Mühafizə İdarəsinin rəisi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

“Azneftkimyamaş” Dövlət Şirkətinin prezidenti

Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri

Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti

“Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru

Azərbaycan Respublikası Dövlət Dəmir Yolunun rəisi

Xəzər Dəniz Gəmiçiliyinin rəisi

Bakı metropoliteninin rəisi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru [13]

Azərbaycan Respublikası "Azərqızıl" Dövlət Şirkətinin Prezidenti [14]

Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri [15]

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi [16]

 

Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 22 noyabr tarixli 23 n
ömrəli Fərmanı ilə
T
ƏSDİQ EDİLMİŞDİR

Dövlət sirrinə aid edilən məlumatların

Siyahısı

(Qüvvədən düşüb) [17]

 

Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 22 noyabr tarixli 23 n
ömrəli Fərmanı ilə
T
ƏSDİQ EDİLMİŞDİR

 

Dövlət sirrini təşkil edən məlumatların müxtəlif məxfilik dərəcələrinə aid edilməsi

Qaydaları

1. “Dövlət sirrini təşkil  edən məlumatların müxtəlif məxfilik dərəcələrinə aid edilməsi Qaydaları” (bundan sonra — Qaydalar) “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin müddəalarına uyğun olaraq işlənib hazırlanmışdır.

Vəzifəli şəxslərinə məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş mərkəzi icra hakimiyyəti orqanları, digər dövlət orqanları, idarələri, konsernləri və şirkətləri (bundan sonra — dövlət orqanları) məxfiləşdirilməli məlumatların geniş siyahılarını (bundan sonra — Geniş Siyahı) işləyib hazırlayarkən həmin Qaydaları mütləq icra etməlidirlər. Bu Qaydaların icrası həm də digər dövlət və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar üçün onların mülkiyyəti olan məlumatların həmin Geniş Siyahıya daxil edilməsi barədə təklifləri işlənib hazırlandığı zaman məcburidir.

2. Geniş Siyahı konkret məlumatların (məlumat qruplarının) məxfilik dərəcəsini müəyyən etməli, onun strukturlarında isə idarə, yaxud sahə xüsusiyyətləri nəzərə alınmalıdır.

3. Dövlət sirrini təşkil edən məlumatların məxfilik dərəcəsi həmin məlumatların yayılması nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə dəyə biləcək ziyanın ağırlığı dərəcəsinə uyğun gəlməlidir.

4. Yuxarıda qeyd olunan ziyanın kəmiyyət və keyfiyyət göstəriciləri məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya (bundan sonra — İdarələrarası Komissiya) ilə razılaşdırmaqla təsdiq etdikləri normativ-metodik sənədlərlə müəyyən edilir.

5. Dövlət orqanları arasında dövlət sirrini təşkil edən məlumatlar barəsində sərəncam vermək səlahiyyətlərinin bölgüsü mətbuatda dərc olunan “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı” ilə müəyyən olunur.

6. Dövlət sirrini təşkil edən məlumatlar üç: “xüsusi əhəmiyyətli”, “tam məxfi” və “məxfi”, — məxfilik dərəcələrinə malikdirlər.

6.1. “Xüsusi əhəmiyyətli” məlumatlara — yayılması həmin sahələrdən birində və ya bir neçəsində Azərbaycan Respublikasının mənafeyinə ziyan vura bilən hərbi, xarici siyasət, iqtisadi, elmi-texniki, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahələrindəki məlumatlar aid edilməlidir.

6.2. “Tam məxfi” məlumatlara — yayılması həmin sahələrdən birində və ya bir neçəsində Azərbaycan Respublikası nazirliyinin (idarəsinin), yaxud iqtisadiyyat sahəsinin mənafeyinə ziyan vura bilən hərbi, xarici siyasət, iqtisadi, elmi-texniki, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahələrindəki məlumatlar aid edilməlidir.

6.3. “Məxfi” məlumatlara — dövlət sirrini təşkil edən bütün sair məlumatlar aid edilməlidir. Bu halda Azərbaycan Respublikasının təhlükəsizliyinə vurulan ziyan kimi müəssisə, idarə və təşkilatlara hərbi, xarici siyasət, iqtisadi, elmi-texniki, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahələrində vurulmuş ziyan başa düşülür.

7. Dövlət orqanlarının məlumatları dövlət sirrinə aid etmək səlahiyyətləri verilmiş vəzifəli şəxsləri Geniş Siyahının işlənib hazırlanmasını təşkil edir və konkret məlumatların dövlət sirrinə aid edilməsinin məqsədəuyğunluğu barədə qəbul etdikləri qərarlarına görə fərdi məsuliyyət daşıyırlar.

7.1. Geniş Siyahının layihəsini hazırlamaq məqsədi ilə tərkibinə dövlət sirrini təşkil edən məlumatlarla işləyən səlahiyyətli mütəxəssislər daxil olan ekspert komissiyası yaradılır.

7.2. Geniş Siyahı layihəsinin hazırlanması zamanı ekspert komissiyaları “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin müddəaları ilə müəyyən olunmuş məlumatların məxfiləşdirilməsi prinsiplərinə müvafiq olaraq, yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək məlumatları müəyyən etmək məqsədilə müvafiq dövlət orqanları, müəssisə, idarə və təşkilatların bütün növ fəaliyyətinin təhlilini aparırlar. Məxfiliyin müvafiq dərəcəsi göstərilməklə məlumatların dövlət sirrinə aid edilməsi zəruriliyinin əsaslandırılması həmin məlumatların mülkiyyətçiləri tərəfindən həyata keçirilir və məlumatları müvafiq Geniş Siyahı layihəsinə daxil etmək təklifləri şəklində rəsmiləşdirilir.

7.3. Bir neçə dövlət orqanlarının sərəncamında olan məlumatların məxfilik dərəcəsi həmin orqanlar arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında müəyyən edilir.

7.4. Dövlət orqanı vəzifəli şəxsinin (rəhbərinin) təsdiq etdiyi Geniş Siyahıya həmin şəxsin tabeliyində olmayan digər dövlət orqanları, yerli özünüidarə orqanları, müəssisə, idarə və təşkilatlar və ya vətəndaşlar tərəfindən əldə olunmuş (işlənib hazırlanmış) məlumatlar daxil edilə bilər. Belə məlumatların məxfilik dərəcəsi Geniş Siyahını işləyib hazırlayan dövlət orqanı ilə məlumatların mülkiyyətçisi arasında əldə olunmuş razılıq ilə müəyyən edilir.

7.5. Ekspert komissiyası tərəfindən işlənib hazırlanmış Geniş Siyahının layihəsi dövlət orqanının məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxsinə (rəhbərinə) təsdiq olunmaq üçün təqdim edilir. Həmin şəxs həmçinin Geniş Siyahının özünü də məxfiləşdirilməsinin məqsədəuyğunluğu barədə məsələni həll edir.

7.6. Təsdiq olunmuş Geniş Siyahılar dövlət sirrinin mühafizəsi ilə bağlı işlərin əlaqələndirilməsi məqsədi ilə İdarələrarası Komissiyaya göndərilir.

8. Təsdiq olunduqdan sonra Geniş Siyahılar aşağıdakılara çatdırılır:

8.1. maraqlı olan dövlət orqanlarına tam həcmdə, yaxud həmin orqanlara aid hissədə;

8.2. dövlət orqanlarının idarə sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara onlara aid hissədə Geniş Siyahını təsdiq etmiş vəzifəli şəxsin qərarı ilə;

8.3. birgə işlərin aparılmasında iştirak edən müəssisə, idarə və təşkilatlara həmin işlərin sifarişçisi tərəfindən müəyyən edilən həcmdə.

9. Zəruri hallarda (beynəlxalq vəziyyət dəyişdikdə, Azərbaycan Respublikası tərəfindən beynəlxalq müqavilələr bağlandıqda, dövlət sirrini təşkil edən məlumatlar digər dövlətlərə verildikdə, elm və texnika sahəsində yeni nailiyyətlər əldə edildikdə və s.), lakin 5 ildən gec olmayaraq Geniş Siyahılara yenidən baxılır.

9.1. Geniş Siyahılara yenidən baxılması onların işlənib hazırlanması qaydasına uyğun olaraq həyata keçirilir.

9.2. Qüvvədə olan Geniş Siyahılara dəyişikliklər və əlavələr edilməsi barədə təkliflər həmin Geniş Siyahıları təsdiq etmiş dövlət orqanlarının vəzifəli şəxslərinə (rəhbərlərinə) göndərilir ki, həmin şəxslər də üç ay ərzində daxil olmuş təkliflərin ekspertizasının keçirilməsini təşkil etməli və müvafiq qərarı qəbul etməlidirlər.

9.3. Yuxarıda qeyd olunan təkliflərin qəbul edilməsi “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişikliklərin edilməsinə səbəb ola bildikdə, dövlət orqanlarının vəzifəli şəxsləri (rəhbərləri) ekspert rəyinin alınması və müvafiq qərarın qəbul olunması üçün İdarələrarası Komissiyaya həmin qərarın layihəsini göndərirlər.

 

Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 22 noyabr tarixli 23 n
ömrəli Fərmanı ilə
T
ƏSDİQ EDİLMİŞDİR

 

İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında

Əsasnamə [18]

1. “İnformasiyanı  mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə” (bundan sonra — Əsasnamə) “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin müddəalarına uyğun olaraq işlənib hazırlanmışdır. [19]

Bu Əsasnamə Azərbaycan Respublikasında, habelə Azərbaycan Respublikasının xaricdə fəaliyyət göstərən idarələrində informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması qaydasını müəyyən edir.

İnformasiyanı mühafizə vasitələri — dövlət sirrini təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulmuş texniki, kriptoqrafik, proqramlı və digər vasitələr, onların əks olunduğu vasitələr, habelə məlumatın mühafizəsinin səmərəliliyinə nəzarət vasitələridir.

Göstərilən vasitələr informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma sistemləri çərçivəsində həyata keçirilən məcburi sertifikatlaşdırmadan keçməlidirlər.

İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma sistemi (bundan sonra — Sertifikatlaşdırma Sistemi) müəyyən olunmuş qaydalarla sertifikatlaşdırmanı həyata keçirən sertifikatlaşdırma iştirakçılarının məcmusudur.

Sertifikatlaşdırma Sistemləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra - Sertifikatlaşdırma üzrə Orqan) tərəfindən yaradılır. [20]

İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması Sertifikatlaşdırma üzrə Orqanın təsdiq etdiyi dövlət standartlarının və normativ sənədlərin tələblərinə əsasən həyata keçirilir. [21]

Sertifikatlaşdırma Sistemində həmin Sistem haqqında əsasnamə, habelə sertifikatlaşdırmadan keçməli olan informasiyanı mühafizə vasitələrinin siyahısı və bu vasitələrin təmin etdiyi tələblər işlənib hazırlanır və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya (bundan sonra - - İdarələrarası Komissiya) ilə razılaşdırılır. [22]

2. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılmasının iştirakçıları aşağıdakılardır:

Sertifikatlaşdırma üzrə Orqan;

Sertifikatlaşdırma Sisteminin mərkəzi orqanı (təşkilatı) (zəruri olduqda yaradılır və oxşar məhsulun Sertifikatlaşdırılması Sisteminə başçılıq edən orqandır (təşkilatdır);

informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqanlar (təşkilatlar) (müəyyən məhsulun sertifikatlaşdırılmasını həyata keçirən orqanlardır);

sınaq laboratoriyaları (müəyyən məhsulun sertifikatlaşdırma sınaqlarını və ya onların ayrı-ayrı növlərini həyata keçirən laboratoriyalardır);

istehsalçılar (məhsulun satıcıları və ya icraçılarıdır).

Sertifikatlaşdırma işlərini aparmaq hüququnu almaqdan ötrü Sertifikatlaşdırma Sisteminin mərkəzi orqanları (təşkilatları), informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqanlar (təşkilatlar) və sınaq laboratoriyaları Sertifikatlaşdırma üzrə Orqanda akkreditədən keçirlər. Akkreditə zamanı Sertifikatlaşdırma üzrə Orqan akkreditə olunanların informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması işlərini yerinə yetirmək imkanlarını müəyyənləşdirməklə həmin işləri görmək hüququ verən rəsmi icazələri sənədləşdirirlər. Akkreditə yalnız həmin orqanlarda (təşkilatlarda) və laboratoriyalarda dövlət sirrini təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin icrasına buraxılmaq hüququ verən müvafiq icazələr olduqda aparılır. [23]

3. Sertifikatlaşdırma üzrə Orqan: [24]

Sertifikatlaşdırma Sistemləri yaradır;

informasiyanı mühafizə vasitələrinin normativ sənədlərin tələblərinə uyğunluğunu təsdiq etmək üsulun seçilməsini həyata keçirir;

bu Əsasnamənin 2-ci bəndində qeyd olunmuş akkreditənin qaydalarını müəyyənləşdirir;

Sertifikatlaşdırma Sistemlərinin hər biri üçün mərkəzi orqanı (təşkilatı) müəyyən edir;

müvafiqlik nişanın tətbiq edilməsi üçün sertifikatlar və icazələr verir; [25]        

sertifikatlaşdırma iştirakçılarının və məlumatın sertifikatlaşdırılmış mühafizə vasitələrinin dövlət reyestrini aparır;

sertifikatlaşdırma iştirakçılarının sertifikatlaşdırma qaydalarına əməl etmələrinə və məlumatın sertifikatlaşdırılmış mühafizə vasitələrinə dövlət nəzarətini həyata keçirir, habelə müfəttiş yoxlamalarının qaydasını müəyyən edir;

sertifikatlaşdırma məsələlərinə dair şikayətlərə baxır;

sertifikatlaşdırma sistemlərini və müvafiqlik nişanını Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə dövlət qeydiyyatına təqdim edir; [26]

xarici sertifikatların tanınması qaydasını müəyyən edir;   [27]

verilmiş sertifikatların qüvvəsini dayandırır və ya onları ləğv edir.

4. Sertifikatlaşdırma Sisteminin mərkəzi orqanı (təşkilatı):

Sertifikatlaşdırma Sisteminin formalaşdırılması işlərini və ona rəhbərliyi təşkil edir, informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə Sertifikatlaşdırma Sisteminə daxil orqanların (təşkilatların) və sınaq labortoriyalarının fəaliyyətini əlaqələndirir;

informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə Sertifikatlaşdırma Sisteminə daxil orqanların (təşkilatların) və sınaq laboratoriyalarının, habelə müvafiqlik nişanının tətbiq edilməsi üçün verilmiş və ləğv olunmuş sertifikatların və icazələrin uçotunu aparır; [28]

Sertifikatlaşdırma Sisteminin fəaliyyəti barədə informasiya ilə sertifikatlaşdırma iştirakçılarını təmin edir.

Sertifikatlaşdırma Sistemində mərkəzi orqan (təşkilat) olmadıqda onun funksiyaları Sertifikatlaşdırma üzrə Orqan tərəfindən yerinə yetirilir.

5. informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqanlar (təşkilatlar):

informasiyanı mühafizə vasitələrini sertifikatlaşdırırlar, surətlərini Sertifikatlaşdırma üzrə Orqana təqdim etməklə müvafiqlik nişanının tətbiq olunması üçün sertifikatlar və icazələr verirlər, onların uçotunu aparırlar;

müvafiqlik nişanının tətbiq edilməsi üçün verdikləri sertifikatların və icazələrin qüvvəsini dayandırırlar və ya ləğv edirlər; [29]

məlumatın sertifikatlaşdırılmış mühafizə vasitələrinin istehsal texnologiyasında və konstruksiyasında (tərkibində) dəyişikliklər olduqda, təkrar sertifikatlaşdırma haqqında qərar qəbul edirlər;

sertifikatlaşdırma üçün zəruri olan normativ sənədlər fondunu yaradırlar;

öz səlahiyyəti hüdudlarında istehsalçılara onların tələbi ilə zəruri informasiyanı təqdim edirlər.

6. Sınaq laboratoriyaları informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma sınaqlarını aparırlar və həmin sınaqların nəticələrinə əsasən sənədləşdirdikləri rəyləri və protokolları informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə müvafiq orqana (təşkilata) və istehsalçılara göndərirlər.

Sınaq laboratoriyaları informasiyanı mühafizə vasitələrinin sınaqlarının tam olaraq keçirilməsi və sınaq nəticələrinin dürüstlüyü üçün məsuliyyət daşıyırlar.

7. İstehsalçılar:

informasiyanı mühafizə vasitələrini yalnız sertifikat olduqda istehsal (realizə) edirlər;

məlumatın sertifikatlaşdırılmış mühafizə vasitələrinin istehsal texnologiyasındakı və konstruksiyasındakı (tərkibindəki) dəyişikliklər haqqında sertifikatlaşdırmanı aparan orqana (təşkilata) xəbər verirlər;

məlumatın sertifikatlaşdırılmış mühafizə vasitələrini həmin Sertifikatlaşdırma Sistemi üçün müəyyən edilmiş qaydada müvafiqlik nişanı ilə nişanlayırlar;

informasiyanı mühafizə vasitələrinə aid qoşma texniki sənədlərdə həmin vasitələrin sertifikatlaşdırılması və onların uyğun olduğu normativ sənədlər haqqında informasiyanı göstərirlər, habelə bu informasiyanın istehlakçıya çatdırılmasını təmin edirlər;

Azərbaycan Respublikası qanunvericiliyini və həmin Sertifikatlaşdırma Sistemi üçün müəyyən olunmuş qaydaları rəhbər tutaraq sertifikatı və müvafiqlik nişanını tətbiq edirlər;

informasiyanı mühafizə vasitələrinin məlumatın mühafizəsinə dair normativ sənədlərin tələblərinə uyğun gəlməsini təmin edirlər;

sertifikatlaşdırmanı həyata keçirən orqanların (təşkilatların) vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətlərinin maneəsiz yerinə yetirilməsini və məlumatın sertifikatlaşdırılmış mühafizə vasitələrinə nəzarəti təmin edirlər;

informasiyanı mühafizə vasitələri normativ sənədlərin tələblərinə uyğun gəlmədikdə və ya sertifikatın qüvvədə olma müddəti qurtardıqda, habelə sertifikatın qüvvəsi dayandırıldıqda və ya ləğv edildikdə, informasiyanı mühafizə vasitələrinin realizəsini dayandırırlar.

İstehsalçılar bu Əsasnamənin 2-ci bəndində qeyd olunmuş müvafiq icazəyə malik olmalıdırlar. [30]

8. İstehsalçı sertifikat almaq üçün informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqana (təşkilata) sertifikatlaşdırmanın aparılmasına dair sifariş göndərir. Sifarişə sertifikatlaşdırmanın aparılması sxemi, məlumatın sertifikatlaşdırılan mühafizə vasitələrinin uyğun gəlməli olduğu dövlət standartları, sair normativ və metodiki sənədlər əlavə oluna bilər.

informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqan (təşkilat) sifarişi aldıqdan sonra bir ay müddətində sertifikatlaşdırmanın aparılması sxemini, informasiyanı mühafizə vasitələrini sınaqdan keçirən sınaq laboratoriyasını və məlumatın sertifikatlaşdırılan mühafizə vasitələrinin uyğun gəlməli olduğu normativ sənədləri göstərməklə, istehsalçıya sertifikatlaşdırmanın keçirilməsi haqqında qərarını, zəruri olduqda isə informasiyanı mühafizə vasitələrinin istehsalının ilkin yoxlama keçirilməsi və onun müddətləri barədə qərarını göndərir.

Xarici sertifikatın tanınması üçün istehsalçı Sertifikatlaşdırma üzrə Orqanı həmin sertifikatın surətini və onun tanınmasına dair sifariş göndərir. Sertifikatlaşdırma üzrə Orqan göstərilən sənədləri aldıqdan sonra bir ay müddətindən gec olmayaraq, sertifikatın tanınması barədə, yaxud sertifikatlaşdırma sınaqları keçirilməsinin zəruriliyi haqqında istehsalçıya xəbər verir. Xarici sertifikat tanınmış olduqda, Sertifikatlaşdırma üzrə Orqan bunu rəsmiləşdirir və istehsalçıya müəyyən nümunəli müvafiqlik sertifikatı verir. Məlumatın idxal olunan mühafizə vasitələrinin sertifikatlaşdırılması ölkədə istehsal olunan həmin vasitələr üçün müəyyən edilmiş qaydalarla aparılır.

informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılmasının əsas sxemləri aşağıdakılardır:

informasiyanı mühafizə vasitələrinin tək-tək nümunələri üçün həmin nümunələrin məlumatın mühafizəsi tələblərinə uyğunluğuna dair sınaqların keçirilməsi;

informasiyanı mühafizə vasitələrinin seriyalarla istehsalı üçün — informasiyanı mühafizə vasitələrinin məlumatın mühafizəsi tələblərinə uyğunluğuna dair birtipli sınaqların keçirilməsi və bundan sonra məlumatın sertifikatlaşdırılan mühafizə vasitələrinin həmin tələblərin yerinə yetirilməsini təsdiq edən xüsusiyyətlərinin sabitliyinə dair müfəttiş yoxlamalarının keçirilməsi. Bundan əlavə, xüsusi olaraq işlənib-hazırlanmış proqram üzrə istehsalın ilkin yoxlanmasına yol verilir.

Sertifikatın qüvvədə olma müddəti beş ildən çox ola bilməz.

9. Məlumatın sertifikatlaşdırılan mühafizə vasitələrinin elə nümunələri sınaqdan keçirilir ki, onların istehsal texnologiyası və konstruksiyası (tərkibi) istehsalçılara (sifarişçilərə) göndərilən nümunələrə uyğun gəlməlidir.

Ayrı-ayrı hallarda informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqanla (təşkilatla) razılaşdırmaqla sınaqların istehsalçının sınaq bazasında keçirilməsinə yol verilir. Bu zaman həmin orqan (təşkilat) sınaq nəticələrinin obyektivliyinin təmin edilməsi üçün zəruri şərtlər müəyyənləşdirir.

Sertifikatlaşdırmanın keçirilməsi başlayarkən  akkreditə edilmiş sınaq laboratoriyaları olmadıqda, informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqan (təşkilat) sınaq nəticələrinin obyektivliyini təmin etdirən sınaqların keçirilməsi mümkünlüyünü, yerini və şərtlərini müəyyənləşdirir.

Sınaqların keçirilməsi müddətləri  istehsalçı ilə sınaq laboratoriyası arasında bağlanan müqavilədə müəyyən olunur.

İstehsalçıya informasiyanı mühafizə vasitələrinin nümunələri üzrə aparılan sınaqlarının və sınaq laboratoriyasında həmin nümunələrin saxlanması şəraiti ilə tanış olmaq imkanı verilməlidir.

Sınaqların nəticələri məlumatın mühafizəsinə dair normativ və metodiki sənədlərin tələblərinə uyğun gəlmədikdə, informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqan (təşkilat) sertifikatın verilməsindən imtina olunması barədə qərar qəbul edir və istehsalçıya əsaslandırılmış rəy göndərir. İstehsalçı həmin qərarla razı olmadıqda, sınaq zamanı alınmış nəticələrə əlavə olaraq baxılmaq üçün Sertifikatlaşdırma Sisteminin mərkəzi orqanına (təşkilatına), Sertifikatlaşdırma üzrə Orqana və ya İdarələrarası Komissiyaya müraciət edə bilər.

10. Sertifikatlaşdırma üzrə Orqan və informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqanlar (təşkilatlar) aşağıdakı hallarda sertifikatın qüvvəsini dayandırmaq və ya ləğv etmək hüququna malikdirlər:

məlumatın mühafizəsinə dair normativ və metodiki sənədlər informasiyanı mühafizə vasitələrinə, sınaq və nəzarət üsullarına dair öz tələbləri hissəsində dəyişdikdə;

informasiyanı mühafizə vasitələrinin istehsal texnologiyası, konstruksiyası (tərkibi), dəstliliyi və onların keyfiyyətinə nəzarət sistemi dəyişdikdə;

istehsalçı informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması və sertifikatlaşdırılmış həmin vasitələr  üzərində dövlət nəzarətini və yoxlamalarını, müfəttiş yoxlamalarını həyata keçirən şəxslərin öz səlahiyyətlərini maneəsiz yerinə yetirmələrini təmin etməkdən boyun qaçırdıqda.

11. informasiyanı mühafizə vasitələrinin məcburi sertifikatlaşdırılması üzrə görülən iş haqqının ödənilməsi qaydası Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Sertifikatlaşdırma üzrə Orqan tərəfindən müəyyən edilir. Məlumatın mühafizəsinin konkret vasitələrinin sertifikatlaşdırılması görülən iş haqqı sertifikatlaşdırmanın iştirakçıları arasında bağlanan müqaviləyə əsasən ödənilir.

12. Məlumatın sertifikatlaşdırılan mühafizə vasitələri üzərində müfəttiş yoxlamaları həmin vasitələrin sertifikatlaşdırılmasını həyata keçirən orqanlar (təşkilatlar) tərəfindən aparılır.

13. Sertifikatlaşdırmanın iştirakçılarının fəaliyyətindən mübahisəli məsələlər yarandıqda, marağı olan tərəf şikayətlə informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqana (təşkilata), Sertifikatlaşdırma Sisteminin mərkəzi orqanına (təşkilatına), Sertifikatlaşdırma üzrə Orqana, yaxud İdarələrarası Komissiyaya müraciət edə bilər. Həmin orqanlar (təşkilatlar) marağı olan tərəfləri cəlb etməklə bir ay müddətində şikayətə baxıb qəbul olunmuş qərar barədə şikayətçiyə xəbər verirlər.

14. informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılmasını həyata keçirən orqanlar (təşkilatlar) onlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi, dövlət sirrinin və digər məxfi məlumatların mühafizəsinin təmin olunması, istehsalçının təqdim etdiyi maddi dəyərlərinin salamat saxlanması, habelə informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma sınaqları zamanı istehsalçının müəlliflik hüquqlarının gözlənilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyəti daşıyırlar.

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 fevral 1999-cu il tarixli 82 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 66)

2.       19 avqust 1999-cu il tarixli 182 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 492)

3.       11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)

4.       21 dekabr 2001-cü il tarixli 609 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755)

5.       23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546)

6.       23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571)

7.       23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585)

8.       9 yanvar 2004-cü il tarixli 12 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 19)

9.       7 fevral 2005-ci il tarixli 193  nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 69)

10.    19 aprel 2005-ci il tarixli 224 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 299)

11.    3 iyun 2005-ci il tarixli 248 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-cü il, № 6, maddə 485)

12.    10 oktyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2005-ci il )

13.    14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226)

14.    10 oktaybr 2005-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 oktyabr 2005-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 910)

15.    3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 iyun 2005-ci il tarixli 248 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-cü il, № 6, maddə 485) ilə 1-ci bəndin üçüncü abzası qüvvədən düşmüş hesab edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

“Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”;

 

[2] 10 oktaybr 2005-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  25 oktyabr 2005-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 910) ilə 1-ci bəndinin ikinci və dördüncü abzasları və həmin abzaslarla təsdiq edilmiş "Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahısı" və "Dövlət sirrini təşkil edən məlumatların müxtəlif məxfilik dərəcələrinə aid edilməsi qaydaları" qüvvədən düşmüş hesab edilmişdir.

[3] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Məlumatların dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin Siyahısı"nın II bölməsində "Azərbaycan Respublikasının iqtisadiyyat naziri" sözləri "Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri" sözləri ilə əvəz edilmişdir.

 

[4] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Məlumatların dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin Siyahısı"nın  II bölməsində "Azərbaycan Respublikasının ticarət naziri" sözləri çıxarılmışdır.

 

[5] 7 fevral 2005-ci il tarixli 193  nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 69) ilə "Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin Siyahısı"nın II bölməsində on beşinci abzas çıxarılmış, on altıncı abzas on beşinci abzas hesab edilmiş və həmin abzasda "Azərbaycan Respublikasının rabitə naziri" sözləri "Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri" sözləri ilə əvəz edilmişdir.

[6] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Məlumatların dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin Siyahısı"nın II bölməsində "Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri" sözləri çıxarılmışdır.

[7] 23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə təsdiq edilmiş "Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahısı"nın II bölməsinin iyirmi ikinci abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatları Komitəsinin sədri

 

[8] 23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə təsdiq edilmiş "Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahısı"nın II bölməsinin iyirmi üçüncü abzası çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

 Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri

 

[9] 23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571) ilə təsdiq edilmiş "Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin Siyahısı"nın 2-ci bölməsində "Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsinin sədri" sözləri çıxarılmışdır.

 

[10] 21 dekabr 2001-cü il tarixli 609 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755) ilə təsdiq edilmiş "Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin Siyahısı"nın 2-ci bölməsindən "Azərbaycan Respublikası Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin sədri" və "Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin sədri" sözləri çıxarılmış və əvəzinə "Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri" sözləri əlavə edilmişdir.

 

[11] 23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə təsdiq edilmiş "Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahısı"nın II bölməsinin otuzuncu abzası çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyinin rəisi

 

[12] 19 aprel 2005-ci il tarixli 224 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 299) ilə "Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin Siyahısı"nın II bölməsindən "Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi" sözləri çıxarılmışdır.

 

[13] 23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571) ilə təsdiq edilmiş "Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin Siyahısı"nın 2-ci bölməsində "Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin" sözləri ilə əvəz edilmişdir.

[14] 1 fevral 1999-cu il tarixli 82 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 66) ilə təsdiq edilmiş "Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin Siyahısı"nın  II bölməsinə yeni abzas əlavə edilmişdir.

[15] 19 avqust 1999-cu il tarixli 182 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 492) ilə təsdiq edilmiş "Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin Siyahısı"nın  II bölməsinə yeni abzas əlavə edilmişdir.

[16] 9 yanvar 2004-cü il tarixli 12 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 19) ilə "Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin Siyahısı"nın II bölməsinə yeni abzas əlavə edilmişdir.

[17] 3 iyun 2005-ci il tarixli 248 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-cü il, № 6, maddə 485) ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı” qüvvədən düşmüş hesab edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

 

Dövlət sirrinə aid edilən məlumatların

Siyahısı

I Ümumİ müddəalar

1. Dövlət sirrinə aid edilən məlumatların Siyahısı (bundan sonra Siyahı) “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin müddəalarına uyğun olaraq tərtib edilmişdir. Siyahı dövlətin hərbi, xarici siyasəti, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub dövlət tərəfindən mühafizə olunan və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatların, habelə yuxarıda adı çəkilən Qanuna müvafiq olaraq həmin məlumatlar barəsində sərəncam vermək səlahiyyətlərinə malik olan mərkəzi icra hakimiyyəti orqanlarının, digər dövlət orqanları, idarələri, konsernləri və şirkətlərinin (bundan sonra — dövlət orqanları) dairəsini müəyyən edir.

2. Siyahıda göstərilən dövlət orqanlarından hər birinə öz əsasnaməsində müəyyən edilmiş səlahiyyət çərçivəsində sahə (idarə) aidiyyəti üzrə məlumatlar barəsində, habelə başqa informasiya mülkiyyətçilərinin təqdim etdikləri uyğun mövzuda olan məlumatlar barəsində sərəncam vermək səlahiyyətləri həvalə olunur.

3. Zərurət yarandıqda Siyahıya yenidən baxıla bilər.

4. Siyahıda aşağıdakı anlayışlardan və qısa sözlərdən istifadə edilir:

xüsusi obyektlər” — müharibə dövründə dövlət hakimiyyəti orqanlarının fəaliyyətini təmin edən dövlətin və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin idarə olunması məqsədi ilə yaradılmış məntəqələr ilə digər obyektlər;

hərbi obyektlər” — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş mövqeləri, idarəetmə məntəqələri, rabitə qovşaqları, radiotexniki sistemlər, bazalar, poliqonlar, anbarlar və hərbi təyinatlı digər qurğular;

rejimli obyektlər” — fəaliyyətlərinin təminatı və gizli saxlanılması üçün əlavə təhlükəsizlik tədbirləri müəyyən edilən hərbi və xüsusi obyektlər, hərbi hissələr, müəssisə, idarə və təşkilatlar;

müəssisə və təşkilatlar” — mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun yaradılan hüquqi şəxslər, habelə onların filial və nümayəndəlikləri;

Silahlı Qüvvələr” — Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələr;

silah” — düşmənin canlı qüvvəsini, texnikasını, qurğularını və digər obyektlərini (raket komplekslərini, artilleriya sistemlərini, hərbi təyinatlı gəmilərini, tanklarını və s.) məhv etmək üçün nəzərdə tutulmuş vasitələr;

hərbi texnika” — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin fəaliyyətinin döyüş, texniki və cəbhə arxası təminatı üçün nəzərdə tutulmuş texniki vasitələr, habelə bu vasitələrə nəzarət etmək və onların sınağı üçün nəzərdə tutulan avadanlıqlar və cihazlar, onların tərkib hissələri və dəstləşdirici məmulatları;

sənədlər” — istənilən üsulla (əl ilə yazılmış, şəkil, cizgisi çəkilmiş, həkk edilmiş, yazı maşınında çap edilmiş, mətbəə, elektroqrafiya, yaxud başqa üsulla nəşr edilmiş) yerinə yetirilmiş mətn və qrafiki materiallar;

məmulat” — silah və hərbi texnika kompleksləri, sistemləri və məmulatları və həmçinin ayrı-ayrı qurğular, aqreqatlar, bloklar, qovşaqlar, cihazlar, materiallar, avadanlıqlar, maketlər və s.;

MN” — Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

MTN” — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi;

DİN” — Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

XİN” — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi;

(Çıxarılıb)

BMİ” — Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi

DMNK” — Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi;

"ETSN" - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

DK” — Dövlət Komitəsi;

DŞ” — Dövlət Şirkəti;

"DSX" - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti".

 

Dövlət sirrinə aid edilən məlumatlar

Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətlərinə malik olan dövlət orqanları

II. Hərbİ sahəyə aİd edİlən məlumatlar

1. Silahlı Qüvvələrdən istifadə haqqında planları göstərən məlumatlar, əməliyyat planları, hərbi idarəetmə sənədləri, Silahlı Qüvvələrin müxtəlif dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilməsi haqqında sənədlər

MN, MTN, DİN, DSX

2. Silahlı Qüvvələrin strateji düzülməsi haqqında məlumatlar

MN, MTN, DİN, DSX

3. Silahlı Qüvvələrin artımı, hərbi heyəti, yaxud sayı onların hərbi hazırlığı, habelə hərbi-siyasi və (və ya) əməliyyat vəziyyəti haqqında məlumatlar

MN, MTN, DİN, DSX

4. Silahlı Qüvvələrin əməliyyat (döyüş) hazırlığı vəziyyətini, onların fəaliyyətinin təmin olunmasını, idarəetmə sistemlərinin tərkibini və (və ya) vəziyyətini açıqlayan məlumatlar

MN, MTN, DİN, DSX

5. Silahlı Qüvvələrin səfərbərlik şəraitində cəbhə boyu yerləşməsi, insan və nəqliyyat ehtiyatlarının səfərbər olunması, səfərbərlik şəraitində cəbhə boyu