AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
20.05.2016
QEYDİYYAT NÖMRƏSİ
909
ADI
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 25-05-2016, Nəşr nömrəsi: 112), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2016, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 870)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.05.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201605200909
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.05.2016
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında 2016-cı il martın 17-də Seul şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin. [1]

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 may 2016-cı il

                № 909


Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası

ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi

arasında əməkdaşlıq haqqında

 

ANLAŞMA MEMORANDUMU

 

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası və Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi (bundan sonra “Tərəflər” adlandırılacaq),

Tərəflər arasında dənizçilik sahəsində dostluq əlaqələrini inkişaf etdirməyi, dəstəkləməyi və əməkdaşlığı gücləndirməyi arzu edərək,

hər iki ölkə arasında dəniz ticarəti əlaqələrinin inkişafına töhfə vermək niyyəti ilə,

beynəlxalq hüquqa uyğun olaraq, bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Məqsədlər

 

1. Tərəflər öz səlahiyyətləri çərçivəsində və müvafiq milli qanunvericiliklərinə uyğun olaraq, daimi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və qorunub saxlanılmasında səylərini davam etdirəcəklər. Xüsusilə Tərəflər əməkdaşlıq imkanlarının müəyyən olunması məqsədi ilə dənizçilik sahəsində məlumat, sənədlər və nəşrlər mübadilə edəcək və məsləhətləşmələr aparacaqlar.

2. Tərəflər səlahiyyətlərinin hüdudları çərçivəsində dənizçilik əlaqələrinin inkişaf etdirilməsi üçün bir-birlərinə yardım göstərəcəklər. Bu məqsədlə Tərəflər dənizçilik və aidiyyəti təsisat və təşkilatları arasında əlaqələrin və əməkdaşlığın inkişafını təşviq edəcəklər və dəstəkləyəcəklər.

3. Tərəflər dənizçilik əlaqələrinin inkişafına şərait yaratmaq məqsədilə öz ölkələrində dəniz iqtisadiyyatının və qanunvericiliyin vəziyyəti barədə müntəzəm məlumat mübadiləsi aparacaqlar.

4. Tərəflər ikitərəfli əməkdaşlığı gücləndirmək məqsədilə müntəzəm görüşlər və qarşılıqlı səfərlər vasitəsilə əməkdaşlıq etmək üçün səylərini davam etdirəcəklər. Bunlara aşağıdakı fəaliyyətlər daxil edilə bilər:

(a) müvafiq dənizçilik təsisatları və təşkilatlarının mövcud əməkdaşlıq imkanları barədə məlumatla təmin edilməsi və daha böyük nəticələrə nail olmaq üçün belə təsisat və təşkilatlara dəstəyin artırılması;

(b)hər iki ölkənin limanları arasında dəniz ticarətinin inkişafına mənfi təsir göstərə biləcək maneələrin aradan qaldırılması üçün birgə səy göstərilməsi;

(c) Tərəflər arasında birgə qərarlaşdırıla biləcək digər əməkdaşlıq fəaliyyətləri.

 

Maddə 2

Əməkdaşlıq formaları və icra çərçivələri

 

Yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün aşağıdakı formalarda əməkdaşlıq edilə bilər:

a) dənizçilik sahəsində mütəmadi olaraq sənəd, məlumat və nəşrlər mübadiləsi üçün dəstək;

b) nümayəndə heyətləri və missiyaların mübadiləsi, bazarın tədqiqi və səfərlərin təşkilində qarşılıqlı yardım, dənizçilik üzrə seminarların, danışıqların və digər zəruri fəaliyyətlərin təşkili;

c) bu Anlaşma Memorandumunun icra metodlarının qiymətləndirilməsi məqsədilə qarşılıqlı müəyyən olunmuş vaxt və məkanlarda müntəzəm görüşlər və iki ölkə arasında dəniz əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə zəruri tədbirlərin müəyyən olunması;

d) tədqiqat və inkişaf və təlim mərkəzləri sahəsində institusional əməkdaşlığın təşviq edilməsi;

e) peşəkar dənizçilərin həvəsləndirilməsi və dəniz nəqliyyatı sahəsində mütəxəssislərin göndərilməsinə və ya mübadiləsinə dair təlim proqramlarının dəstəklənməsi;

f) Tərəflər arasında birgə qərarlaşdırıla biləcək hər hansı digər əməkdaşlıq formaları.

 

Maddə 3

Məsləhətləşmələr

 

Tərəflər bu Anlaşma Memorandumunun müddəaları ilə əlaqədar istənilən məsələyə dair hər hansı bir Tərəfin sorğusu əsasında məsləhətləşmələr aparacaqlar və ortaya çıxan istənilən məsələ və ya anlaşılmazlığı əməkdaşlıq və qarşılıqlı etimad ruhunda həll etməyə birgə səy göstərəcəklər.

 

Maddə 4

Qüvvəyəminmə və müddət

 

1. Tərəflər bu Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə bir-birlərini yazılı şəkildə diplomatik kanallar vasitəsilə məlumatlandıracaqlar. Bu Anlaşma Memorandumu sonuncu bildirişin alındığı tarixdən qüvvəyə minir.

2. Bu Anlaşma Memorandumu 5 il müddətinə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunun bitməsinə ən azı 6 ay qalmış onu ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə yazılı şəkildə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılacaqdır.

3. Bu Anlaşma Memorandumuna Tərəflərin qarşılıqlı razılığı əsasında əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir.

Seul şəhərində 17 mart 2016-cı il tarixində, Azərbaycan, Koreya və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə istinad ediləcəkdir.

 

Azərbaycan Respublikasının

Koreya Respublikasının

Dövlət Dəniz

Okeanlar və Balıqçılıq

Administrasiyası adından

Nazirliyi adından

Qüdrət QURBANOV,

Yoon HAG BAE,

Administrasiyanın rəisi

nazir müavini

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840) ilə 2-ci hissəsində “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status