AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
19.05.1998
QEYDİYYAT NÖMRƏSİ
499-IQ
ADI
Uşaq hüquqları haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-1998, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 484)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
030.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Uşaq hüquqları haqqında

Uşaq hüquqları haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.

 

I fəsil

Ümumİ müddəalar

 

Maddə 1. Qanunun tə sir dairəsi

 

Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. [1]

 

Maddə 2. Uşaq hüquqları barəsində qanunvericilik

 

Uşaq hüquqları barəsində qanunvericilik bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Digər normativ hüquqi aktların normaları uşaqların bu Qanunla müəyyən edilmiş hüquq və azadlıqlarını məhdudlaşdıra bilməz.

 

Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti

 

Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının tə min edilməsinə yönəldilir.

Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər.

 

Maddə 4. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar

 

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. [2]

Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

 

Maddə 5. Uşaq mənafelərinin üstünlüyü

 

Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd e tibarsızdır.

 

Maddə 6. Uşaqların hüquq bərabərliyi

 

Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə mə ruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məs uliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir.

Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır.

 

Maddə 7. Uşağın nümayəndələri

 

Uşağın valideynləri, eləcə də övladlığa götürənlər, qəyyumlar, himayəçilər, uşaq evlərinin müdiriyyəti uşaqların hüquq və mənafelərini müdafiə edən nümayəndələridir.

 

Maddə 8. Uşağın yaşamaq və inkişaf etmək hüququ

 

Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

 

Maddə 9. Uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ

 

Hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüquqi vardır. Dövlət uşaqların həyatının mühafizəsi və sağlam inkişafını tə min edir, ekoloji təhlükəsizliyini tə min edən şərait yaradır, onların keyfiyyətli yeməklə, içməli təmiz su ilə təchizi üçün müvafiq tədbirlər görür.

Uşaqların “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq hüquqları vardır. [3]

Alkoqollu və energetik içkilərin, tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, uşaqların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır. [4]

 

Maddə 10. Uşağın ad və vətəndaşlıq almaq hüququ

 

Hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlıq əldə edir. [5]

Uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir.

 

Maddə 11. Uşağın tərbiyə almaq hüququ

 

Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır.

Uşağın tərbiyəsi ailədə və təhsil müəssisələrində aparılır. [6]

Dövlət uşaqların yaradıcılıq qabiliyyətinin, estetik tərbiyəsinin inkişafı üçün müxtəlif müəssisələr yaradır, habelə belə müəssisələrin yaradılmasında ictimai təşkilatlara köməklik göstərir.

Zorakılıq, qəddarlıq təbliğ edən və ya erotika və pornoqrafiya mövzusunda olan, habelə uşaqların psixi və mə nəvi inkişafına zərərli tə sir göstərən filmlərin, ədəbiyyatların və digər vəsaitlərin uşaqlar arasında yayılması və nümayişi, habelə bunların hazırlanmasına uşaqların cəlb edilməsi qadağandır.

 

Maddə 11-1. Reklamda uşaqların müdafiəsi

 

11-1.1. Uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsirin qarşısını almaq məqsədi ilə reklamda aşağıdakılar qadağan olunur:

11-1.1.1. valideynlərin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarı zəiflədən məlumatların verilməsi;

11-1.1.2. başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması;

11-1.1.3. qüvvətləndirici və fərqləndirici sözlər vasitəsilə ailənin maddi vəziyyətindən asılı olmayaraq əmtəənin əldə edilməsinin mümkünlüyü fikrini yaratmaqla, valideynlərin və başqa şəxslərin bu əmtəəni almağa vadar edilməsinə yönəldilmiş məlumatlar;

11-1.1.4. həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə;

11-1.1.5. uşaqlara aid olmayan əmtəənin reklamının onlar üçün nəzərdə tutulmuş kütləvi informasiya vasitələrində, teleradio proqramlarında (verilişlərində), audio və video materiallarda yerləşdirilməsi;

11-1.1.6. uşaqlara ünvanlanan, yaxud onların iştirakı ilə yayımlanan reklamlarda uşaqların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunması;

11-1.1.7. uşaqların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi;

11-1.1.8. alkoqollu və energetik içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) alkoqollu və energetik içkilərin reklamı ilə kəsilməsi. [7]

11-1.2. Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, uşaqlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.

11-1.3. Uşaqlar üçün verilişlər “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq reklamla kəsilə bilməz.

11-1.4. Uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. [8]

 

Maddə 12. Uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ

 

Uşaq azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.

Müstəsna hal kimi uşağın tutulmasına, həbs edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilə bilər. Uşaq tutulduqda və ya həbs edildikdə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal mə lumat verilməlidir.

Uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. [9]

İstənilən fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar rəftar hallarını müşahidə etdikdə belə rəftarın qarşısının alınması üçün müvafiq orqanlara müraciət edə bilər.

Valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə, habelə inzibati və ya cinayət məs uliyyətinə səbəb olur.

 

Maddə 13. Uşağın zəruri maddi tə minat hüququ

 

Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.

 

Maddə 14. Uşağın vicdan, fikir və söz azadlığı

 

Hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır.

Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar.

Uşağın səhhətinə zərərli tə sir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır.

 

Maddə 15. Uşağın mə lumat azadlığı

 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər bir uşağın əqli və fiziki inkişafı üçün zəruri olan istənilən mə lumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq hüququ vardır.

Uşaqların zərərli informasiyadan qorunması “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. [10]

 

Maddə 16. Uşağın əsas vəzifələri

 

Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların ən ənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək uşağın borcudur.

Bu vəzifələrin uşaq tərəfindən dərk edilməsinə və icrasına valideynlərin, müvafiq orqanların və təhsil müəssisələrinin uşaqlar arasında izahat və təbliğat aparmaları yolu ilə nail olunur.

 

II fəsil

Uşaq və aİlə

 

Maddə 17. Uşağın ailədə yaşamaq hüququ

 

Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.

 

Maddə 18. Valideynlərindən ayrı yaşayan uşağın hüququ

 

Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi tə sir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.

 

Maddə 19. Valideynlərin hüquq və vəzifələri

 

Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.

Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məs uliyyət daşıyırlar.

 

Maddə 20. Uşağın mənzil hüququ

 

Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlara (himayəçilərə) verildikdə əvvəl yaşamış olduqları mənzilə hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda həmin uşaqlar, habelə əvvəllər mənzil sahəsi olmayan valideyn himayəsindən məhrum uşaqlar mənzillə növbədənkənar tə min edilməlidirlər. Həmin mənzillərlə əlaqədar müqavilələrin bağlanması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.

Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir. [11]

 

Maddə 21. Uşağın vərəsəlik və valideynlərinin əmlakı hesabına saxlanma hüququ

 

Hər bir uşağın valideynlərinin, övladlığa götürülənlərin əmlakına dair vərəsəlik, məhkəmənin qərarı ilə valideynlərdən hər ikisi və ya biri xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə isə onların əmlakı hesabına saxlanmaq hüququ vardır. [12]

 

III fəsil

Uşaq və cəmİyyət

 

Maddə 22. Uşağın təhsil almaq hüququ

 

Hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ vardır.

Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait yaratmalıdır.

Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır.

 

Maddə 23. Fitri iste dada malik uşaqlara dövlət qayğısı

 

Dövlət fitri iste dada malik uşaqların erkən yaşdan üzə çıxarılması və onların qabiliyyətinin qiymətləndirilməsi üçün tədbirlər görür, onlar üçün adlı və xüsusi təqaüdlər müəyyən edir, xüsusi təhsil müəssisələrinin sistemini yaradır və maliyyələşdirir, bu sahədə beynəlxalq əlaqələri inkişaf etdirir.

 

Maddə 24. Uşağın əmək hüquqları

 

Uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ vardır.

Uşaqların əmək hüququnun yaranmasının və həyata keçirilməsinin şərtləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir.

 

Maddə 25. Uşağın istirahət hüququ

 

Hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər (onları əvəz edən digər şəxslər) və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi tə sirlərə mə ruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər.

Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni həyata və yaradıcılıq fəaliyyətinə qovuşmasını tə min etmək məqsədilə məktəbdənkənar müəssisələrin, uşaq və gənclər idman, mədəniyyət və sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş şəbəkəsini yaradır və inkişaf etdirir, bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən edir.

Xüsusi dövlət əhəmiyyətli işlərin görülməsi ilə bağlı hallar istisna olmaqla uşaqların məktəbdənkənar istirahət və asudə vaxtlarının təşkili ilə bağlı yerlərin ləğvi və başqa məqsədlər üçün istifadə olunması qadağandır.

Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında aztəminatlı ailələrdən olan uşaqlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, məktəbəqədər yaşlı uşaqlara, sağlamlıq imkanları məhdud uşaqlara bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir. [13]

 

Maddə 26. Uşaqların ictimai təşkilatlarda birləşmək hüququ

 

Uşaqların təhsil və ya yaşayış yerlərində Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ictimai birliklər və ictimai özfəaliyyət orqanları yaratmaq və onlarda birləşmək hüququ vardır.

Uşaqların və uşaq ictimai birliklərinin və ictimai özfəaliyyət orqanlarının siyasi fəaliyyətə cəlb edilməsinə yol verilmir.

 

Maddə 27. Uşağın şərəf və ləyaqətinin müdafiəsi hüququ

 

Hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Təhsil müəssisələrində, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə intizam qaydaları ədalət prinsipinə əsaslanmalı, tərbiyəedici və qarşılıqlı hörmət ruhunda olmalıdır. Uşaqların təhqir edilməsi, şəxsiyyətlərinin alçaldılması yolverilməzdir. [14]

Uşaqların şərəf və ləyaqətinə qəsd edilməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

 

Maddə 28. Uşağın istismardan və zərərli təsirlərdən mühafizəsi

 

Dövlət sosial, hüquqi, iqtisadi, tibbi və tərbiyəvi vasitələrlə uşaqları istismarın bütün növlərindən, ağır, zərərli və təhlükəli əməkdən və təsirlərdən mühafizə edir. [15]

Uşaqlara qarşı fiziki və psixi zorakılıq, uşaqların cinsi istismarı, onların alkoqolizmə, dilənçiliyə, qumara, fahişəliyə, narkomaniyaya, toksikomaniyaya cəlb edilməsi, cinayətkar məqsədlər üçün onlardan istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq məsuliyyətə səbəb olur. [16]

 

Maddə 29. Uşaqlara sosial yardımlar

 

Dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər, kompensasiyalar formasında sosial yardımlar verir.

Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanları əlavə yardım və imtiyazlar tətbiq edə bilər.

Sosial yardımlar uşaqların mənafelərinə uyğun sərf olunmalıdır.

 

IV fəsil

Əlverİşsİz şəraİtə düşmüş uşaqların müdafİəsİ

 

Maddə 30. Əlverişsiz şəraitdə yaşayan uşaqların müdafiəsi üzrə dövlət proqramları

 

Dövlət hərbi əməliyyatlar, epidemiya, təbii və ekoloji fəlakətlər zonasında yaşayan və ya onların tə sirinə mə ruz qalan, habelə valideynlərini itirmiş uşaqların, natamam (valideynlərdən biri olmayan), aztə minatlı ailələrin uşaqlarının, şəhid uşaqlarının müdafiəsini xüsusi proqramlar əsasında tə min edir. [17]

 

Maddə 31. Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi tədbirləri

 

Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların övladlığa, qəyyumluğa, himayəçiliyə, digər ailəyə verilməsi, bunlar mümkün olmadıqda isə uşaqlar üçün sosial xidmət müəssisələrində yerləşdirilməsi üsulu ilə tə min edilir. [18]

Müdafiə üsulu müəyyən edilərkən uşağın etnik mənşəyi, dini və mədəni mənsubiyyəti, dili, tərbiyəsinin varisliyi nəzərə alınmalıdır.

Uşaqlar üçün sosial xidmət müəssisələrində saxlanan valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət tə minatındadırlar. Onlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə edirlər. [19]

 

Maddə 32. Övladlığa götürmə

 

Uşağın övladlığa götürülməsinə onun mənafeyi naminə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. Övladlığa götürən şəxs uşağın normal inkişafı və tərbiyəsi üçün müvafiq imkanlara malik olmalıdır. Şəxsi mənfəət əldə etmək məqsədilə uşağın övladlığa götürülməsi qadağandır. Övladlığa götürənin sirri dövlət tərəfindən qorunur.

Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər tərəfindən övladlığa götürülməsinin, habelə Azərbaycan Respublikası vətəndaşının əcnəbi uşağı övladlığa götürməsinin qaydaları dövlətlərarası müqavilələr və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

 

Maddə 33. İnternat müəssisələrində uşaqların saxlanmasının və tərbiyəsinin şərtləri

 

Uşaq evlərində, internat tipli uşaq müəssisələrində uşaqların tə lim-tərbiyəsinin təşkili və keyfiyyətinə görə həmin müəssisələrin rəhbərləri məs uliyyət daşıyırlar.

Antipedaqoji və əxlaqsız hərəkətlərə yol vermiş şəxslərin uşaq müəssisələrində işləməsinə yol verilmir.

Uşaq evlərində və uşaq internat müəssisələrində uşaqların hərtərəfli fiziki və mə nəvi inkişafı, şəxsiyyətinin formalaşması məqsədilə ailə şəraitinə yaxınlaşan zəruri maddi və mə nəvi-psixoloji şərait yaradılır.

 

Maddə 34. İnternat müəssisələri mə zunlarının müdafiəsi

 

İnternat müəssisələrinin valideyn himayəsindən məhrum olmuş mə zunlarının hüquq və mənafelərinin müdafiəsi bu müəssisələrin rəhbərləri və himayə orqanları tərəfindən həyata keçirilir.

Təhsilini davam etdirməyə gedən və ya işə düzələn internat müəssisələrinin mə zunlarının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş miqdarda tə minat almaq hüququ vardır.

Yaşayış sahəsi olmayan mə zunların yetkinlik yaşına çatana qədər bu müəssisələrdə qalmasına icazə verilir.

 

Maddə 35. Sağlamlıq imkanları məhdud uşaqların müdafiəsi

 

Sağlamlıq imkanları məhdud uşaqların növbədənkənar, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibbi və defektoloji, habelə “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq hüququ vardır. [20]

Dövlət bu uşaqların sosial bacarıqlarının inkişafına, peşə-əmək və psixoloji-pedaqoji reabilitasiyasına, habelə psixoloji korreksiyasına kömək göstərir, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısını almaq üçün tədbirlər görür. [21]

 

Maddə 36. Sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxslərə verilən güzəştlər [22]

 

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü pensiya hüququ verən iş stajına daxil edilir və uşağa qulluq edən şəxsə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş məbləğdə müavinət ödənilir.

Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi fasiləsiz iş stajından asılı olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir. [23]

 

Maddə 37. Hərbi münaqişələr dövründə uşaqların müdafiəsi

 

Azərbaycan dövləti onun hərbi münaqişələrə cəlb edildiyi ərazidə olan uşaqların müdafiəsini beynəlxalq hüquqi normalara uyğun olaraq tə min etməyi öz üzərinə götürür.

Hərbi idarələr döyüş əməliyyatları zonasında olan uşaqların təhlükəsiz yerlərə köçürülməsi, onların həyatının və sağlamlığının mühafizəsi üçün bütün mümkün imkanlardan istifadə etməlidirlər.

15 yaşına çatmamış uşaqların hərbi əməliyyatlarda birbaşa iştirakı qadağan edilir. Uşaqların hərbi-təhsil məktəblərinə cəlb edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

 

Maddə 38. Təbii fəlakətlər, bədbəxt hadisələr və qəzalar nəticəsində zərər çəkmiş uşaqların müdafiəsi

 

Dövlət təbii fəlakətlər, bədbəxt hadisə və qəzalar nəticəsində əlverişsiz şəraitə düşmüş və ya zərər çəkmiş uşaqlara tə cili əvəzsiz kömək göstərir, onların təhlükəsiz yerlərə köçürülməsi üçün tə xirəsalınmaz tədbirlər görür.

Belə uşaqlar valideynlərini itirdikdə onlar valideyn himayəsindən məhrum olmuş digər uşaqlar üçün nəzərdə tutulmuş qaydada dövlət tərəfindən müdafiə olunurlar.

 

Maddə 39. Qaçqın və ya məcburi köçkün uşaqların müdafiəsi

 

Qaçqın və ya məcburi köçkün olan uşaqların müvafiq status almaq hüququ vardır. Dövlət onları lazımi müdafiə və humanitar yardımla tə min etmək üçün tə cili müvafiq tədbirlər görür, belə uşaqların valideynlərinin axtarılmasını təşkil edir, bu məqsədlə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, qeyri-dövlət təşkilatlarının fəaliyyətinə zəruri köməklik göstərir.

 

Maddə 39-1. Uşaqların baxımsızlığının və hüquq pozuntularının profilaktikası [24]

 

Dövlət qanunvericiliklə müəyyən edilmiş qaydada uşaqların baxımsızlığının və hüquq pozuntularının profilaktikasını həyata keçirir.

 

Maddə 40. İnzibati xəta törətmiş uşaqların işlərinə baxılmasının xüsusiyyətləri [25]

 

İnzibati xəta törətmiş uşaqların işlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və orqanlar tərəfindən baxılır. Həmin uşaqlar barəsində qərar çıxarılarkən uşağa humanist mövqedən yanaşılmalıdır.

Tənbeh tədbirləri seçilərkən işin halları, uşağın yaşı, həyat şəraiti, səhhəti, psixi inkişafı və təhsili nəzərə alınmalıdır.

 

Maddə 41. Xüsusi tərbiyə müəssisələrində olan uşaqların hüquqları

 

Uşaqların xüsusi tə lim-tərbiyə, yaxud ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir.

Xüsusi tə lim-tərbiyə və ya ixtisaslaşdırılmış tibb müəssisələrində olan uşaqların onlarla humanist davranması, səhhətinin mühafizəsi, zəruri təhsil və peşə hazırlığı almaq, mə zuniyyət, yazışma, valideynləri və qohumları ilə görüşmək hüququ vardır.

 

Maddə 42. Cinayət icraatı qaydalarının uşaqlara tətbiqinin xüsusiyyətləri

 

Uşaqlar barəsində məhkəməyədək icraatın, həmçinin birinci, apellyasiya və kassasiya instansiyaları icraatının xüsusiyyətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilir.

Uşaqların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraat yalnız ibtidai istintaq şəklində aparılır. Uşaqlar barəsində həbsə alma qətimkan tədbirinin tətbiq edilməsinə yalnız onlara az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol verilir. Uşaqların azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbirləri məhkəmələr Tərəfindən yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə təyin edilməlidir. [26]

Həbs edilmiş uşağı onun mənafeyinin tələb etdiyi hallardan başqa yaşlılarla bir yerdə saxlamaq qadağan edilir. Azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş uşaqlar Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada tərbiyə müəssisələrində saxlanılırlar. [27]

Uşaqların saxlandığı tərbiyə müəssisələrinin müdiriyyəti onların vicdanlı və layiqli vətəndaş kimi yetişməsi, müvafiq təhsil və peşə vərdişləri əldə etməsi üçün müvafiq şərait yaratmalıdırlar. [28]

 

V fəsil

Yekun müddəalar

 

Maddə 43. Uşaq hüquqlarına əməl edilməsi üzərində nəzarətin və uşaq baxımsızlığına qarşı mübarizənin təşkili

 

Uşaq hüquqlarına əməl edilməsi üzərində nəzarətin və uşaq baxımsızlığına qarşı mübarizənin təşkili müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

 

Maddə 44. Bu Qanunun pozulmasına görə məs uliyyət

 

Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məs uliyyət daşıyırlar.

 

Maddə 45. Beynəlxalq müqavilələr

 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

Bakı şəhəri, 19 may 1998-ci il

№ 499-IQ

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 fevrel 2001--ci il tarixli 88-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 143)

2.       5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676)

3.       12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687)

4.       15 noyabr 2001--ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)

5.       23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241)

6.       24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328)

7.       30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)

8.       5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)

9.       18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 507)

10.    30 dekabr 2005-ci il tarixli 50-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 75)

11.    17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560)

12.    13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

13.    4 dekabr 2009-cu il tarixli 924-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 fevral 2010-cu il, № 34, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №2, maddə 70)

14.    5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 275)

15.    29 oktyabr 2013-cü il tarixli 803-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1317)

16.    03 aprel 2015-ci il tarixli 1237-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 07 may 2015-ci il, № 097, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 484)

17.    29 aprel 2016-cı il tarixli 211-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 07 iyun 2016-cı il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 968)

18.    31 may 2017-ci il tarixli 697-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2017-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1263)

19.    7 dekabr 2018-ci il tarixli 1387-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 yanvar 2019-cu il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 9)

20.    8 oktyabr 2019-cu il tarixli 1675-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2019-cu il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1684)

21.    19 noyabr 2019-cu il tarixli 1691-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2019-cu il, № 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1881)

22.    3 dekabr 2019-cu il tarixli 1722-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1908)

23.    8 may 2020-ci il tarixli 92-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 670)

24.    19 may 2020-ci il tarixli 109-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 827)

25.    6 oktyabr 2020-ci il tarixli 182-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2020-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1332)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687) ilə 1-ci maddədə "çatmamış" sözü "(yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən" sözləri ilə əvəz edilmişdir.

 

[2] 4 dekabr 2009-cu il tarixli 924-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 fevral 2010-cu il, № 34, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №2, maddə 70) ilə 4-cü maddənin mətni ikinci hissə hesab olunmuşdur və maddəyə birinci hissə əlavə edilmişdir.

 

[3] 29 oktyabr 2013-cü il tarixli 803-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1317) ilə 9-cu maddəsinin ikinci hissəsi həmin maddənin üçüncü hissəsi hesab edilmişdir və maddəyə ikinci hissə əlavə edilmişdir.

 

[4] 4 dekabr 2009-cu il tarixli 924-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 fevral 2010-cu il, № 34, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №2, maddə 70) ilə 9-cu maddənin ikinci hissəsində “bağlı” sözündən sonra “və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər” sözləri əlavə edilmişdir.

18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 507) ilə 9-cu maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Alkoqol və tütün mə mulatlarının uşaqlara satılması, habelə onların istehsalında və satışında uşaq əməyindən istifadə edilməsi qadağandır.

17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560) ilə 9-cu maddəsinin ikinci hissəsində “, narkotik vasitələrin və preparatların” sözləri çıxarılmışdır, “işlərində” sözündən sonra “, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə” sözləri əlavə edilmişdir.

8 may 2020-ci il tarixli 92-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 670) ilə 9-cu maddənin üçüncü hissəsində “Alkoqol və” sözləri “Alkoqollu və energetik içkilərin, habelə” sözləri ilə, “spirtli” sözü “alkoqollu və energetik” sözləri ilə əvəz edilmişdir.

6 oktyabr 2020-ci il tarixli 182-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2020-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1332) ilə 9-cu maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Alkoqollu və energetik içkilərin, habelə tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, o cümlədən yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə onların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, eləcə də alkoqollu və energetik içkilərin, tütün məmulatlarının istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır.

 

[5] 03 aprel 2015-ci il tarixli 1237-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 07 may 2015-ci il, № 097, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 484) ilə 10-cu maddəsinin birinci hissəsinə “vətəndaşlıq” sözündən əvvəl “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla,” sözləri əlavə edilmişdir.

 

[6] 7 dekabr 2018-ci il tarixli 1387-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 yanvar 2019-cu il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 9) ilə 11-ci maddənin ikinci hissəsində “, məktəbdə, məktəbəqədər və məktəbdənkənar uşaq təlim-tərbiyə” sözləri “və təhsil” sözləri ilə əvəz edilmişdir.

 

[7] 8 may 2020-ci il tarixli 92-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 670) ilə 11-1.1.8-ci maddəyə hər iki halda “alkoqollu” sözündən sonra “və energetik” sözləri əlavə edilmişdir.

 

[8] 31 may 2017-ci il tarixli 697-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2017-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1263) ilə 11-1-ci maddə əlavə edilmişdir.

 

[9] 12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687) ilə 12-ci maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Uşaq, valideynləri və ya onları əvəz edən şəxslər tərəfindən qəddar rəftara mə ruz qaldıqda müvafiq icra hakimiyyəti və prokurorluq orqanları, ictimai təşkilatlar vasitəsilə müdafiə olunmaq hüququna malikdir.

 

[10] 29 aprel 2016-cı il tarixli 211-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 07 iyun 2016-cı il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 968) ilə 15-ci maddəsinə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

19 noyabr 2019-cu il tarixli 1691-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2019-cu il, № 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1881) ilə 15-ci maddəsinin ikinci hissəsində “sağlamlığına və inkişafına ziyan vuran” sözləri “zərərli” sözü ilə, “müvafiq qanunla” sözləri “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilmişdir.

 

[11] 8 may 2020-ci il tarixli 92-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 670) ilə 20-ci maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

[12] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 21-ci maddədə "itkin düşmüş" sözlərindən sonra "və ya ölmüş" sözləri əlavə edilmişdir.

 

[13] 5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 275) ilə 25-ci maddəsinə dördüncü hissə əlavə edilmişdir.

 

[14] 7 dekabr 2018-ci il tarixli 1387-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 yanvar 2019-cu il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 9) ilə 27-ci maddənin ikinci cümləsindən “, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə” sözləri çıxarılmışdır.

 

[15] 5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676) ilə 28-ci maddənin birinci hissəsində "əməkdən" sözündən sonra "və təsirlərdən" sözləri əlavə edilmişdir.       

 

[16] 5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676) ilə 28-ci maddənin ikinci hissəsi çıxarılmışdır.

 

[17] 3 dekabr 2019-cu il tarixli 1722-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1908) ilə 30-cu maddədə “yetim” sözü “valideynlərini itirmiş” sözləri ilə əvəz edilmişdir.

 

[18] 3 dekabr 2019-cu il tarixli 1722-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1908) ilə 31-ci maddənin 1-ci hissədə “uşaqlara baxan müvafiq müəssisələrdə” sözləri “uşaqlar üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilmişdir.

 

[19] 3 dekabr 2019-cu il tarixli 1722-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1908) ilə 31-ci maddənin -cü hissədə “Uşaq müəssisələrində” sözləri “Uşaqlar üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilmişdir.

 

[20] 15 noyabr 2001--ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 35-ci maddəsinin birinci hissəsində "pulsuz və ya güzəştlə" sözləri "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada" sözləri ilə əvəz edilmişdir.

8 oktyabr 2019-cu il tarixli 1675-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2019-cu il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1684) ilə 35-ci maddənin birinci abzasında “tibbi, defektoloji və psixoloji” sözləri “tibbi və defektoloji, habelə “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji” sözləri ilə əvəz edilmişdir.

 

[21] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə adında və birinci hissədə “Əlil, əqli və fiziki çatışmazlıqları olan” sözləri “Sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilmişdir və ikinci hissədə “əlilliyinin” sözü “sağlamlıq imkanları məhdudluğunun” sözləri ilə əvəz edilmişdir.

8 oktyabr 2019-cu il tarixli 1675-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2019-cu il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1684) ilə 35-ci maddənin ikinci abzasında “sosial və psixoloji reabilitasiyasına” sözləri “sosial reabilitasiyasına, psixoloji reabilitasiya və psixoloji korreksiyasına” sözləri ilə əvəz edilmişdir.

19 may 2020-ci il tarixli 109-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 827) ilə 35-ci maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Dövlət bu uşaqların sosial reabilitasiyasına, psixoloji reabilitasiya və psixoloji korreksiyasına, imkanlarına uyğun təhsil almalarına, peşə seçmələrinə, əməyə cəlb olunmalarına köməklik göstərir, uşaq sağlamlıq imkanları məhdudluğunun qarşısını almaq üçün müvafiq tədbirlər görür.

 

[22] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə adında “Əlil” sözü “Sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilmişdir, birinci hissədə “16 yaşınadək əlil” sözləri “Sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilmişdir və ikinci hissədə “əlillik qrupu verilənədək” sözləri “sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək” sözləri ilə əvəz edilmişdir.

 

[23] 20 fevrel 2001--ci il tarixli 88-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 143) ilə 36-cı maddəyə ikinci hissə əlavə edilmişdir.

 

[24] 30 dekabr 2005-ci il tarixli 50-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 75) ilə 39-1-ci maddə əlavə edilmişdir.

 

[25] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 40-cı maddəsinin adında və mətnində "hüquq pozuntusu" sözləri "xəta" sözü ilə əvəz edilmişdir.

 

[26] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 42-ci maddəsinin birinci və ikinci hissələri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Uşaqlar barəsində istintaq hərəkətləri onların ləyaqət və mənliyini qoruyan, yaşını və fərdi xüsusiyyətlərini nəzərə alan xüsusi metodika əsasında aparılmalıdır. Uşaq şübhə edilən şəxs, müttəhim qismində cəlb edildiyi və ya tutulduğu andan müdafiəçi ilə tə min olunur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda istintaq hərəkətləri uşağın valideynlərinin, digər qanuni nümayəndələrinin və ya müəlliminin iştirakı ilə aparılır. Uşağa psixi və fiziki tə sir göstərmək, onu şahid ifadəsi verməyə, və ya təqsirli olmasını boynuna almağa məcbur etmək qadağandır.

Uşağa azadlıqdan məhrumetmə cəzası tətbiq edilərkən işin hallarından asılı olaraq azadlıqdan məhrumetmə cəzasının qanunda nəzərdə tutulmuş aşağı həddi tə yin edilə bilər.

 

[27] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə ) 42-ci maddənin üçüncü hissəsindən "və ya məhkum" sözləri çıxarılmış, həmin hissəyə ikinci cümlə əlavə edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Həbs və ya məhkum edilmiş uşağı onun mənafeyinin tələb etdiyi hallardan başqa yaşlılarla bir yerdə saxlamaq qadağan edilir.

 

[28] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 42-ci maddənin dördüncü hissəsində "azadlıqdan məhrum etmə yerlərinin" sözləri "tərbiyə müəssisələrinin" sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status