AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
02.08.2016
QEYDİYYAT NÖMRƏSİ
290
ADI
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 06-08-2016, Nəşr nömrəsi: 169), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2016, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1430)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.09.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
360.030.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201608020290
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.08.2016
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 4, maddə 289, № 8, maddə 560; 2002, № 8, maddə 549, № 9, maddə 581, № 10, maddə 647; 2003, № 2, maddə 147, № 4, maddə 226, № 10, maddə 614, № 12, II kitab, maddə 749; 2004, № 3, maddə 196, № 4, maddə 307, № 5, maddələr 389, 390, № 9, maddə 743; 2005, № 10, maddə 980; 2006, № 4, maddə 363, № 7, maddə 652; 2007, № 5, maddə 548, № 6, maddə 700, № 11, maddə 1187; 2008, № 4, maddə 325; 2009, № 11, maddə 938; 2010, № 1, maddə 68; 2012, № 9, maddə 928; 2013, № 7, maddə 871; 2014, № 1, maddə 65, № 2, maddə 197; 2016, № 4, maddə 823) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. “XİF MN kod” sütununa “Qrup 74” mal mövqeyindən sonra “(7402 00 000 0; 7403 21 000 0; 7403 22 000 0; 7403 29 000 0; 740400 mal mövqeyinə daxil olan bütün 10 rəqəmli kodlar - 7404 00 100 0; 7404 00 910 0; 7404 00 990 0 istisna olmaqla)” sözləri əlavə edilsin.

2. “Qrup 74” mal mövqeyindən sonra aşağıdakı məzmunda 7402 00 000 0; 7403 21 000 0; 7403 22 000 0; 7403 29 000 0; 740400 mal mövqeyinə daxil olan bütün 10 rəqəmli kodlar - 7404 00 100 0; 7404 00 910 0; 7404 00 990 0 altyarımmövqeləri əlavə edilsin:

 

7402 00 000 0

saflaşdırılmamış mis; elektrolitik saflaşdırma üçün mis anodlar

 

10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

7403 21 000 0

mis və sink əsasında ərintilər (latun)

-

10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

7403 22 000 0

mis və qalay əsasında ərintilər (tunc)

-

10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

7403 29 000 0

digər mis ərintiləri (7405 mal mövqeyindəki liqaturalardan başqa)

-

10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

7404 00

Mis tullantıları və qırıntıları:

 

 

7404 00 100 0

- saflaşdırılmış misin

-

10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

 

- mis ərintilərinin:

 

 

7404 00 910 0

- - mis və sink əsasında ərintilər (latun)

-

10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

7404 00 990 0

- - digərləri

-

10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

 

3. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 5 (beş) il müddətində qüvvədədir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 2 avqust 2016-cı il

     № 290

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status