AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
05.10.2016
QEYDİYYAT NÖMRƏSİ
379
ADI
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 08-10-2016, Nəşr nömrəsi: 221), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2016, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1698)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.11.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
360.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201610050379
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
12.10.2016
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 4, maddə 289, № 8, maddə 560; 2002, № 8, maddə 549, № 9, maddə 581, № 10, maddə 647; 2003, № 2, maddə 147, № 4, maddə 226, № 10, maddə 614, № 12, II kitab, maddə 749; 2004, № 3, maddə 196, № 4, maddə 307, № 5, maddələr 389, 390, № 9, maddə 743; 2005, № 10, maddə 980; 2006, № 4, maddə 363, № 7, maddə 652; 2007, № 5, maddə 548, № 6, maddə 700, № 11, maddə 1187; 2008, № 4, maddə 325; 2009, № 11, maddə 938; 2010, № 1, maddə 68; 2012, № 9, maddə 928; 2013, № 7, maddə 871; 2014, № 1, maddə 65, № 2, maddə 197; 2016, № 4, maddə 823; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 avqust tarixli 290 nömrəli, 16 avqust tarixli 308 nömrəli və 23 sentyabr tarixli 367 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”nə “I. İlkin məhsullar: dənəvər və tozşəkilli məhsullar” bölməsindən əvvəl qərarın əlavəsində göstərilən məzmunda mal mövqeləri əlavə edilsin.

2. Bu qərar dərc olunduğu gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 5 (beş) il müddətində qüvvədədir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 5 oktyabr 2016-cı il

                   № 379

 


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı il 5 oktyabr

tarixli 379 nömrəli qərarına

əlavə

 

1

2

3

4

4101

İribuynuzlu mal-qaranın (camış daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının dəriləri (təzə və ya duzlu, qurudulmuş, küllənmiş, pikellənmiş və ya digər üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentə hazırlanmamış və ya sonradan emal edilməmiş), tük örtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş:

 

 

410120

bütöv dərilər, ikilənməmiş, quru halda hər biri 8 kq-dan çox olmayan, quru-duzlu halda 10 kq-dan çox olmayan və ya təzə, yaş-duzlu və ya ayrı konservləşdirilmə halında 16 kq-dan çox olmayan kütlə ilə:

 

 

4101201000

təzə

kq

1000 kq-a

500 ABŞ dolları

4101203000

yaş-duzlu

kq

1000 kq-a

500 ABŞ dolları

4101205000

quru və ya quru-duzlu

kq

1000 kq-a

500 ABŞ dolları

4101208000

digərləri

kq

1000 kq-a

500 ABŞ dolları

410150

bütöv dəri, çəkisi 16 kq-dan çox:

 

 

4101501000

təzə

kq

1000 kq-a

500 ABŞ dolları

4101503000

yaş-duzlu

kq

1000 kq-a

500 ABŞ dolları

4101505000

quru və ya quru-duzlu

kq

1000 kq-a

500 ABŞ dolları

4101509000

digərləri

kq

1000 kq-a

500 ABŞ dolları

4101900000

digərləri, gönün qalın, yarıqalın və ətək hissələri daxil olmaqla

kq

1000 kq-a

500 ABŞ dolları

4102

Emal edilməmiş qoyun və ya quzu dəriləri (təzə və ya duzlu, quru, küllənmiş, pikellənmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentə hazırlanmamış və ya sonradan emal edilməmiş), yun örtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş, bu qrupun qeydlərinin 1-ci hissəsinin “v” bəndində sadalananlardan başqa:

 

 

410210

yun örtüyü ilə:

 

 

4102101000

quzuların

kq

1000 kq-a

500 ABŞ dolları

4102109000

digərləri

kq

1000 kq-a

500 ABŞ dolları

 

yun örtüyü olmayan:

 

 

4102210000

pikellənmiş

kq

1000 kq-a

500 ABŞ dolları

4102290000

digərləri

kq

1000 kq-a

500 ABŞ dolları

4104

İribuynuzlu mal-qaranın (camış daxil olmaqla) gönündən aşılanmış dəri və ya krast və ya atlar fəsiləsi heyvanlarının, tük örtüyü olmayan gönlərindən hazırlanan, ikilənmiş və ya ikilənməmiş və sonradan emal edilməmiş:

 

 

 

nəm halda (xromlanmış yarımfabrikatlar daxil olmaqla):

 

 

410411

ikilənməmiş cilalanmamış üzlük; ikilənmiş üzlük:

 

 

4104111000

iribuynuzlu mal-qaranın (camışlar daxil olmaqla) bütöv gönlərindən hazırlanan dəri, səthinin sahəsi 2,6 m2-dən (28 kv futdan) artıq olmayan

kq

1000 kq-a

350 ABŞ dolları

 

digərləri:

 

 

 

iribuynuzlu mal-qaranın (camış daxil olmaqla):

 

 

4104115100

bütöv gönlərdən hazırlanan dəri, səthinin sahəsi 2,6 m2-dən (28 kv futdan) artıq olan

kq

1000 kq-a

350 ABŞ dolları

4104115900

digərləri

kq

1000 kq-a

350 ABŞ dolları

4104119000

digərləri

kq

1000 kq-a

350 ABŞ dolları

410419

digərləri:

 

 

4104191000

iribuynuzlu mal-qaranın (camış daxil olmaqla) bütöv gönlərindən hazırlanan dəri, səthinin sahəsi 2,6 m2-dən (28 kv futdan) artıq olmayan

kq

1000 kq-a

350 ABŞ dolları

 

digərləri:

 

 

 

iribuynuzlu mal-qaranın (camış daxil olmaqla):

 

 

4104195100

bütöv gönlərindən hazırlanan dəri, səthinin sahəsi 2,6 m2-dən (28 kv futdan) artıq olan

kq

1000 kq-a

350 ABŞ dolları

4104195900

digərləri

kq

1000 kq-a

350 ABŞ dolları

4104199000

digərləri

kq

1000 kq-a

350 ABŞ dolları

4105

Qoyun və ya quzu gönündən aşılanmış dəri və ya krast, yun örtüyü olmayan, ikilənmiş və ya ikilənməmiş, lakin sonradan emal olunmamış:

 

 

410510

nəm halda (xromlanmış yarımfabrikatlar daxil olmaqla):

 

 

4105101000

ikilənməmiş

kq

1000 kq-a

150 ABŞ dolları

4105109000

ikilənmiş

kq

1000 kq-a

150 ABŞ dolları

 

Aparatın rəhbəri                                                  Ağa-Bala Hacıyev

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status