AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
17.10.2016
QEYDİYYAT NÖMRƏSİ
414
ADI
“Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 19-10-2016, Nəşr nömrəsi: 230), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2016, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1732)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.10.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.080.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201610170414
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.10.2016
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 479-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 fevral tarixli 1245 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: [1]

“Reklamı qadağan olunan əmtəələrin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 17 oktyabr 2016-cı il

                    № 414

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 17 oktyabr tarixli 414 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Reklamı qadağan olunan əmtəələrin

 

SİYAHISI

 

Sıra

№-si

Əmtəələrin adı

1.

Sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış əmtəələr

2.

İstehsalına (satışına) lisenziya tələb olunan, lakin barəsində belə lisenziya verilməyən əmtəələr

3.

Həkim resepti əsasında buraxılan dərman vasitələri

4.

Dopinq vasitələri

5.

İstifadəsinə (tətbiqinə) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən icazə verilməmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları, o cümlədən hipnoz seansları, kontaktsız, psixi və ya bioenergetik təsirə əsaslanan müalicə metodları

6.

Hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətlər

7.

Süni mayalanma üzrə tibbi xidmətlər

8.

Tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları, alışqanlar

9.

Satışa çıxarılması barədə qərar qəbul edilməmiş qiymətli kağızlar

10.

Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər lotereyalar

11.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən tanınmamış və idman növlərinin dövlət reyestrinə daxil edilməmiş idman növləri

12.

Qumar oyunları

13.

Pornoqrafiya

14.

“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr

15.

“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr

16.

Ətraf mühit üçün təhlükə potensialı olan əmtəələr: [2]

16.1.

İstifadə olunmuş qurğuşun-turşu akkumulyatorlar

16.2.

İşlənilmiş batareyalar

16.3.

İstifadə olunmuş şinlər

16.4.

İşlənilmiş sürtkü və mühərrik yağları

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 avqust 2018-ci il tarixli 365 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2018-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1815)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 avqust 2018-ci il tarixli 365 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2018-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1815) ilə preambulada “yarımbəndinin” sözündən sonra “və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 479-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 fevral tarixli 1245 nömrəli Fərmanının 2-ci hissəsinin” sözləri əlavə edilmişdir.

 

[2] 30 avqust 2018-ci il tarixli 365 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2018-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1815) ilə “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na yeni məzmunda 16-cı hissə əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status