AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
18.10.2016
QEYDİYYAT NÖMRƏSİ
15
ADI
“Bazar araşdırmasının keçirilməsi ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi Meyarları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.10.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.040.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201610180015
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.10.2016
“Bazar araşdırmasının keçirilməsi ilə baǧlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi Meyarları”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

18.10.2016

Qeydiyyat nömrəsi

15

Adı

Bazar araşdırmasının keçirilməsi ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi Meyarları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

28.10.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.040.020

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201610180015

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

27.10.2016

 

 

Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli, 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası[1]

 

qərara alır:

 

1. “Bazar araşdırmasının keçirilməsi ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi Meyarları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

4. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin Daxili araşdırmalar sektorunun müdiri Elgün Qədirova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 18 oktyabr tarixli iclasının protokolu.

 

Sədr,

iqtisadiyyat naziri

Şahin Mustafayev

 


 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 15 nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

Bazar araşdırmasının keçirilməsi ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi Meyarları

 

1. Ümumi müddəa

 

Bu Meyarlar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən hazırlanmışdır və bazar araşdırmasının keçirilməsi ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarlarını müəyyən edir. [2]

 

2. İxracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarları

 

2.1. Bazar araşdırmasının keçirilməsi ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarları aşağıdakılardır:

2.1.1. Araşdırmanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən elan edilən hədəf bazarlara aid olması;

2.1.2. sahibkarın müvafiq məhsul üzrə istehsal potensialı;

2.1.3. məhsulun ixrac potensialı;

2.1.4. sifariş edilən bazar araşdırmasının Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”na uyğun olaraq əvvələr həyata keçirilməməsi və ya həmin araşdırmanın aktuallığını itirməsi.

2.2. Bazar araşdırmasının həyata keçirilməsi üçün hədəf bazarlar həmin dəstək tədbiri üzrə ixracatçıların seçilməsi ilə bağlı müsabiqə elanında göstərilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 15 mart 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 mart 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il) ilə preambulada “missiyalarının” sözündən sonra “və Azərbaycan ərazisinə alıcı missiyalarının” sözləri əlavə edilmişdir, “xarici ölkələrdə sertifikat və patent” sözləri “beynəlxalq sertifikat” sözləri ilə əvəz edilmişdir.

 

[2] 15 mart 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2018-ci il) ilə “Bazar araşdırmasının keçirilməsi ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi Meyarları”nın 1-ci hissəsində və 2.1.4-cü yarımbəndində “missiyalarının” sözündən sonra “və Azərbaycan ərazisinə alıcı missiyalarının” sözləri əlavə edilmişdir, “xarici ölkələrdə sertifikat və patent” sözləri “beynəlxalq sertifikat” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status