AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
27.10.2016
QEYDİYYAT NÖMRƏSİ
420
ADI
Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təmin edilməsi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 29-10-2016, Nəşr Nömrəsi: 239), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2016, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1737)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.10.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201610270420
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.11.2016
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təmin edilməsi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanının 3.1-3.4-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Satınalan təşkilatın ərzaq məhsullarına tələbatı barədə məlumat”ın forması təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elan”ın forması təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan Müqavilə”nin nümunəvi forması təsdiq edilsin (3 nömrəli əlavə). [1]

4. “Satınalan təşkilatlarla “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan Müqavilə”nin nümunəvi forması təsdiq edilsin (4 nömrəli əlavə).

5. “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə”nin nümunəvi forması təsdiq edilsin (5 nömrəli əlavə).

6. “Satınalan təşkilatlarla “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan müqavilələr barədə məlumat”ın forması təsdiq edilsin (6 nömrəli əlavə).

7. “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan müqavilələr barədə məlumat”ın forması təsdiq edilsin (7 nömrəli əlavə).

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 27 oktyabr 2016-cı il

     № 420

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 27 oktyabr tarixli 420 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

1 nömrəli əlavə

 

 

Satınalan təşkilatın ərzaq məhsullarına tələbatı barədə

MƏLUMAT

 

 

Satınalan təşkilatın adı_____________________________________________________

 

Sıra №-si

Ərzaq məhsullarının adı və səciyyəvi xüsusiyyətləri (növü, qablaşdırılması və s.)

Ölçü vahidi

Miqdarı

Təqdim olunacaq dövr

Təqdim olunacaq yer

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd. Satınalan təşkilat öz struktur vahidlərinin hər biri üzrə tələbatı cədvələ əlavə etməlidir.

 

 

Rəhbər __________________________

___________

                                (adı, soyadı)

(imza)

 

 

Maliyyə şöbəsinin müdiri____________________

___________

                                                                        (adı, soyadı)

(imza)

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 27 oktyabr tarixli 420 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

2 nömrəli əlavə

 

 

 

 

Satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə

ELAN

 

Sıra №-si

Ərzaq məhsullarının adı və növü

Ölçü vahidi

Təklifin həcmi

Qiyməti (manatla)

Tədarük olunacaq dövr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Elanda göstərilən ərzaq məhsullarını (və ya hər hansı birini) satmaq istəyən iddiaçı (ərzaq məhsullarının istehsalçısı və ya satıcısı) aşağıdakı məlumatları “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin elektron portalına daxil edir:

İddiaçının adı və soyadı_______________________________________________________

Hüquqi statusu ______________________________________________________________

Qeydiyyatdan keçdiyi ölkə ____________________________________________________

Bank rekvizitləri _____________________________________________________________

Cədvələ uyğun satmaq istədiyi məhsullar haqqında məlumatlar:

 

Sıra №-si

Ərzaq məhsullarının adı və səciyyəvi xüsusiyyətləri (növü, qablaşdırılması və s.)

Mənşəyi (istehsal olunduğu rayon, şəhər, ölkə)

Miqdarı

(tonla)

Qiyməti

(manatla)

Ümumi məbləğ

(manatla)

Təqdim olunacaq dövr

(aylar üzrə)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd. İddiaçı satmaq istədiyi məhsullar üçün öz istəyi ilə elan edilən qiymətdən aşağı qiymət təklif edə bilər. Təklif olunan ərzaq məhsullarının qiymətinə qablaşdırmaya (taraya), daşınmaya, gömrük, vergi (ƏDV) və digər ödənişlərə aid olan xərclər də daxil edilməlidir. Təkliflər sentyabrın 1-dək təqdim olunmalıdır.

İddiaçı əlavə olaraq aşağıdakı sənədləri təqdim etməlidir:

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması barədə müvafiq orqandan arayış;

- ərzaq məhsulları istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına dair dövlət reyestrindən çıxarışın, qida təhlükəsizliyi sertifikatının surəti. [2]

 

____________və _______ saytlarından əlavə məlumat almaq olar.

 

 

 

 

Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 27 oktyabr tarixli 420 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

3 nömrəli əlavə

 

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan Müqavilə

 

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın (bundan sonra-Qayda) müddəalarına uyğun olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra-Nazirlik), ________________ ______________ şəxsində bir tərəfdən və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamı ilə yaradılmış “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-Cəmiyyət), Cəmiyyətin İdarə Heyətinin sədri ________________________________________ şəxsində digər tərəfdən (bundan sonra birlikdə - Tərəflər) aşağıdakı şərtlər əsasında razılığa gələrək:

a) bu Müqavilənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, həmçinin müvafiq Qaydanın və normativ hüquqi aktların tələblərinə uyğun tərtib olunduğunu;

b) satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə məlumatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il.............tarixli ..........nömrəli qərarı ilə təsdiq edilmiş formaya uyğun olaraq hər il iyulun 1-dək Nazirliyə təqdim etdiklərini;

c) satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il..........tarixli..........nömrəli qərarı ilə təsdiq edilmiş formada hər il avqustun 1-dək “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalında yerləşdirildiyini;

ç) Cəmiyyətin ərzaq məhsullarının satın alınması, tədarükü, saxlanılması və satınalan təşkilatlara çatdırılması funksiyalarını həyata keçirdiyini nəzərə alaraq, bu Müqaviləni imzalayırlar.

 

1. Müqavilənin predmeti

 

Tərəflər Cəmiyyətin elektron portalında yerləşdirilmiş satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların istehsal potensialına dair məlumatlarından və Nazirliyin əmlakından Cəmiyyətin istifadə etməsini, həmin məhsul istehsalçılarının fəaliyyətinin monitorinqinin aparılmasında Nazirliyin qurumları tərəfindən Cəmiyyətə dəstəyin göstərilməsini, ərzaq məhsullarının istehsalçıları (satıcıları) və təklif olunan məhsullar barədə məlumatların (qiymət təklif edildiyi halda qiymətinin də) müəyyən edilmiş müddətlərdə elektron portalda yerləşdirilməsini, habelə istehsalçının elektron portalda göstərilən istehsal həcmini yerinə yetirmək imkanında olmaması müəyyən edildikdə, bununla əlaqədar Cəmiyyətin elektron portalında olan məlumatlarda düzəlişlərin edilməsi məqsədi ilə birgə tədbirlərin həyata keçirilməsini təmin edirlər.

 

2. Tərəflərin öhdəlikləri

 

2.1. Nazirlik:

2.1.1. satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il..........tarixli..........nömrəli qərarı ilə təsdiq edilmiş formada hər il avqustun 1-dək elektron portalda yerləşdirir;

2.1.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, ərzaq məhsullarının hər növü üzrə satınalma qiymətini müəyyən edir;

2.1.3. hər il sentyabrın 1-dək satın alınması nəzərdə tutulan ərzaq məhsullarının növləri üzrə yerli istehsalçıların istehsal potensialı barədə məlumatları elektron portalda yerləşdirir.

2.2. Cəmiyyət:

2.2.1. Cəmiyyətin elektron portalında göstərilən ərzaq məhsullarının istehsalçıları və ya satıcıları ilə, habelə satınalan təşkilatlarla növbəti il üçün hər il oktyabrın 1-dək müqavilələr bağlayır;

2.2.2. ərzaq məhsullarının alınmasına dair Cəmiyyətin elektron portalında yerləşdirilmiş elanın şərtlərinə uyğun gələn təklifləri qəbul edir;

2.2.3. ərzaq məhsullarının alınmasına dair satınalan təşkilatlar, məhsul istehsalçıları və ya satıcıları ilə bağlanılmış müqavilələr barədə hər il oktyabrın 10-dək Nazirliyə məlumat verir;

2.2.4. istehsalçının Cəmiyyətin elektron portalında yerləşdirilən istehsal həcmini təmin etmək imkanında olmaması barədə əsaslı faktlar əldə etdikdə, elektron portalda olan məlumatlarda düzəliş edir və bu barədə istehsalçını məlumatlandırır.

 

3. Sığorta

 

3.1. Cəmiyyət tədarük olunan ərzaq məhsullarını korlanmadan və məhv olmadan sığortalayır.

3.2. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət bu Müqavilənin icra müddətini bütövlüklə əhatə etməlidir.

3.3. Məhsulların son təyinat məntəqəsinə qədər sığortalanması Parisdə Beynəlxalq Ticarət Palatası tərəfindən nəşr edilən və qüvvədə olan “Ticarət terminlərinin təfsirinin beynəlxalq Qaydaları “İnkoterms” şərtlərinə uyğun olaraq müəyyənləşdirilir.

 

4. Müqavilənin qüvvədəolma müddəti

 

4.1. Bu Müqavilə üzrə Tərəflərin üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsinə başladıqları tarix Müqavilənin başlanğıc tarixi hesab olunur.

4.2. Bu Müqaviləyə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada xitam verildiyi an Müqavilənin başa çatma tarixi hesab edilir.

 

5. Fors-major

 

5.1. Bu Müqavilənin icrasına qarşısıalınmaz qüvvə (fors-major hadisəsi) təsir göstərərsə, Müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməyən Tərəf nəzərdə tutulmuş cərimələrin ödənilməsindən azad edilir və Müqavilənin pozulması üçün məsuliyyət daşımır.

5.2. Bu Müqavilədə “qarşısıalınmaz qüvvə” dedikdə aşağıdakılar başa düşülür:

5.2.1. hərbi əməliyyat, embarqo, qiyam, inqilab, üsyan, iğtişaş, hərbi vəziyyətin elan olunması, vətəndaş itaətsizliyi, terror aktı və ya sabotaj;

5.2.2. hər hansı mənbədən radioaktiv çirklənmə və ya ion şüalanması;

5.2.3. zəlzələ, torpaq sürüşməsi, daşqın, tufan, siklon və digər fövqəladə hadisələr;

5.2.4. yanğın, partlayış və kimyəvi zəhərlənmə və s.

5.3. Aşağıdakı hadisələr birbaşa qarşısıalınmaz qüvvənin (fors-major hadisəsinin) tam və ya qismən nəticəsi deyildirsə, qarşısıalınmaz qüvvə (fors-major hadisəsi) hesab olunmur:

5.3.1. məhsul istehsalı üçün işçi qüvvəsinin və texnikanın çatışmaması;

5.3.2. məhsul istehsalçısı tərəfindən aqrotexniki tədbirlərin vaxtında və ya düzgün aparılmaması, yaxud məhsulun keyfiyyətinin aşağı olması.

 

6. Müqaviləyə xitam verilməsi

 

6.1. Aşağıdakı hallarda bu Müqaviləyə xitam verilir:

6.1.1. Cəmiyyət ləğv edildikdə;

6.1.2. Cəmiyyət məhkəmənin qərarı ilə müflis elan edildikdə.

 

7. Digər şərtlər

 

7.1. Bu Müqavilənin şərtlərini operativ həll etmək üçün dəyişikliklər və digər imzalanmış sənədlərin elektron daşıyıcılar vasitəsilə icra edilməsi barədə Tərəflər qarşılıqlı razılığa gəlirlər. Bu halda sənədlərin əsli 10 gün müddətində Tərəflərə təqdim edilməlidir.

7.2. Bu Müqavilə Azərbaycan dilində olmaqla, 2 əsl nüsxədə tərtib edilmişdir. Hər bir Tərəfə eyni hüquqi qüvvəyə malik olan bir nüsxə verilir.

 

 

Nazirlik adından:

Cəmiyyət adından:

 

 

M.Y. ________________________

M.Y. ________________________

(imza)

                                               (imza)

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 27 oktyabr tarixli 420 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

4 nömrəli əlavə

 

 

Satınalan təşkilatlarla “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan Müqavilə

 

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın (bundan sonra - Qayda) müddəalarına uyğun olaraq, Azərbaycan Respublikası__________________________________________________________________

_______________________________________________________ (bundan sonra-Sifarişçi)

                         (satınalan təşkilatın adı, təşkilati-hüquqi forması)

________________________________________________________şəxsində bir tərəfdən və

                              (vəzifəsi, soyadı, adı, atasının adı)

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamı ilə yaradılmış “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- İcraçı), __________________________________ şəxsində digər

                                                                                 (vəzifəsi, soyadı, adı, atasının adı)

tərəfdən (bundan sonra birlikdə-Tərəflər) aşağıdakılar barədə razılığa gələrək bu Müqaviləni imzalayırlar.

 

1. Müqavilənin predmeti

 

1.1. İcraçı bu Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə Sifarişçinin təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə Sifarişçini təmin etməyi öz öhdəsinə götürür.

1.2. Sifarişçi Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

1.3. Aşağıdakı sənədlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur:

1.3.1. satınalan təşkilatlarla “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış Müqavilə əsasında alınacaq ərzaq məhsullarının miqdarı və qiymət cədvəli (1 nömrəli cədvəl);

1.3.2. bağlanılmış Müqaviləyə əsasən “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən satınalan təşkilatlara ərzaq məhsullarının təqdim edilməsi cədvəli (2 nömrəli cədvəl).

 

2. Tərəflərin öhdəlikləri

 

2.1. Sifarişçi:

2.1.1. bu Müqavilənin 2 nömrəli cədvəlinə uyğun olaraq, ərzaq məhsullarını təxirəsalınmadan (ərzaq məhsullarının keyfiyyətinin müayinə edilməsinə tələb olunan müddət nəzərə alınmaqla) qəbul edir. Sifarişçinin nümayəndəsi tərəfindən təhvil-təslim aktı imzalandıqdan sonra məhsullar qəbul edilmiş sayılır;

2.1.2. İcraçıdan qəbul etdiyi ərzaq məhsullarının texniki reqlamentlər və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun şəraitdə, saxlama qaydalarına riayət edilməklə saxlanılmasını təmin edir; [3]

2.1.3. ay ərzində alınmış ərzaq məhsullarının dəyərinin növbəti ayın 10-dək İcraçıya ödənilməsini təmin edir;

2.1.4. İcraçının təqdim etdiyi ərzaq məhsulları Müqavilənin şərtlərinə uyğun gəlmədikdə, Tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə tərtib olunmuş akt əsasında həmin məhsulların qəbulundan imtina edir;

2.1.5. bu Müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və İcraçıya vaxtında çatdırılmasına təminat verir.

2.2. İcraçı:

2.2.1. İcraçı bu Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının göndərilməsi üzrə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib, ərzaq məhsullarını bu Müqavilənin 2 nömrəli cədvəlinə uyğun olaraq müvafiq ünvanda (tədarük məntəqəsində) Sifarişçiyə təhvil verir;

2.2.2. Sifarişçiyə təqdim etdiyi ərzaq məhsulları bu Müqavilənin şərtlərinə uyğun olmadıqda, onu tez bir zamanda (2 nömrəli cədvəlin “Qeyd” hissəsində göstərilən müddətdən gec olmayaraq) keyfiyyətli məhsulla əvəz edir;

2.2.3. bu Müqavilənin icrası ilə bağlı müvafiq sertifikatları və digər sənədləri təqdim edir.

 

3. Ərzaq məhsullarının mənşəyi

 

3.1. Satın alınan ərzaq məhsullarının mənşəyi (istehsal olunduğu ölkə) Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində qəbul olunmuş qərarlara əsasən məhsulların satın alınması qadağan edilmiş ölkələrdən olmamalıdır.

 

4. Malların göndərilməsi və sənədləşdirilməsi

 

4.1. İcraçı satın alınan ərzaq məhsullarının bu Müqavilənin 2 nömrəli cədvəlində göstərilən müddətlərdə Sifarişçi tərəfindən müəyyən edilmiş tədarük məntəqəsinə və ya ünvana göndərilməsini təmin edir.

4.2. İdxal edilən ərzaq məhsullarının göndərilməsinə dair tələblər Parisdə Beynəlxalq Ticarət Palatası tərəfindən nəşr edilən və qüvvədə olan “Ticarət terminlərinin təfsirinin beynəlxalq Qaydaları “İnkoterms” şərtlərinə uyğun olmalıdır.

4.3. İcraçı aşağıdakı sənədləri Azərbaycan dilində Sifarişçiyə təqdim etməlidir:

4.3.1. qaimə-faktura – 1 nüsxə;

4.3.2. hesab – 1 nüsxə;

4.3.3. elektron qaimə-faktura -1 nüsxə; [4]

4.3.4. ərzaq məhsulları istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına dair dövlət reyestrindən çıxarışın, qida təhlükəsizliyi sertifikatının surəti, idxal edilən ərzaq məhsulları üçün əlavə olaraq mənşə sertifikatının surəti. [5]

 

5. Malların qablaşdırılması, markalanması və daşınması

 

5.1. Müqavilə üzrə alınacaq ərzaq məhsulları Sifarişçinin tələblərinə uyğun, habelə onların zədələnmədən və xarab olmadan qorunmasını təmin edən qablarda qablaşdırılmalı, markalanmalı və bu Müqavilə ilə müəyyənləşdirilmiş son təyinat məntəqəsinədək daşınmalıdır.

5.2. Məhsulun qablaşdırılmasına və markalanmasına olan tələblər Sifarişçinin istəyinə uyğun olaraq, həmin məhsula dair texniki reqlamentlər və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərindən aşağı keyfiyyətli olmamaqla dəyişdirilə bilər.

5.3. Markalanma ərzaq məhsullarının baxışı zamanı onların digər mallardan ən qısa müddətdə seçilməsinə imkan yaratmalıdır.

 

6. Müqavilənin dili

 

6.1. Müqavilə Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur.

 

7. Müqavilə üzrə ödəmələr

 

7.1. Müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği _________ manat təşkil edir. Ərzaq məhsullarının Müqavilə qiymətinə qablaşdırmaya (taraya), markalanmaya, gömrük və digər ödənişlərə aid olan xərclər də daxildir.

7.2. Məhsulların qiymətində dəyişiklik olduqda, qiymətlərə yenidən baxılır.

7.3. Sifarişçi növbəti il üçün ərzaq məhsullarının (emal edilmiş ərzaq məhsulları istisna olmaqla) alınmasına görə bu Müqavilənin 7.1-ci bəndində göstərilən məbləğin 25 faizindən az olmamaqla avans ödəyir.

7.4. Sifarişçi emal olunmuş ərzaq məhsullarına görə müəyyən məbləğdə avans ödəyə bilər.

7.5. Bu Müqavilənin şərtlərinə uyğun tərtib olunmuş qrafikə əsasən, ərzaq məhsulları İcraçı tərəfindən göndərildikdən və Sifarişçi tərəfindən qəbul edildikdən sonra İcraçının təqdim etdiyi sənədlər (qaimələr, hesab-faktura, elektron qaimə-faktura və digər sənədlər) əsasında avans məbləğinin xüsusi çəkisi (proporsional qaydada) nəzərə alınmaqla, faktiki təhvil verilmiş ərzaq məhsullarının dəyəri Sifarişçi tərəfindən növbəti ayın 10-dək ödənilir.

 

8. Sığorta

 

8.1. İcraçı Müqavilə üzrə ərzaq məhsullarının sığortalanmasını aparır.

8.2. Sığorta müqaviləsi bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirildiyi müddəti əhatə etməlidir.

 

9. Cərimələr

 

9.1. İcraçı bu Müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri müəyyən olunmuş qaydada və müddətdə yerinə yetirmədikdə (gecikdirdikdə) və ya tədarük edilmiş ərzaq məhsulu keyfiyyətsiz olduqda, Sifarişçi digər hüquqlara ziyan vurmadan həmin miqdarda məhsulun dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edə bilər.

9.2. Sifarişçi üzrlü səbəb olmadan Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məhsullarının qəbulunu gecikdirdikdə, İcraçı hər gecikdirilmiş gün üçün Müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edə bilər.

9.3. Cərimələrin məbləğinin yuxarı həddi Müqavilənin qiymətinin 10 (on) faizindən çox olmamalıdır.

 

10. Fors-major

 

10.1. Bu Müqavilənin icrasına qarşısıalınmaz qüvvə (fors-major hadisəsi) təsir göstərərsə, Müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməyən Tərəf nəzərdə tutulmuş cərimələrin ödənilməsindən azad edilir və Müqavilənin pozulması üçün məsuliyyət daşımır.

10.2. Bu Müqavilədə “qarşısıalınmaz qüvvə” dedikdə aşağıdakılar nəzərdə tutulur:

10.2.1. hərbi əməliyyatlar, embarqo, qiyam, inqilab, üsyan, iğtişaş, hərbi vəziyyətin elan olunması, vətəndaş itaətsizliyi, terror aktı və ya sabotaj;

10.2.2. hər hansı mənbədən radioaktiv çirklənmə və ya ion şüalanması;

10.2.3. zəlzələ, torpaq sürüşməsi, daşqın, tufan, siklon və digər fövqəladə hadisələr;

10.2.4. yanğın, partlayış və kimyəvi zəhərlənmə və s.

10.3. Aşağıdakı hadisələr birbaşa qarşısıalınmaz qüvvənin (fors-major hadisəsinin) tam və ya qismən nəticəsi deyildirsə, qarşısıalınmaz qüvvə (fors-major hadisəsi) hesab olunmur:

10.3.1. məhsul istehsalı üçün işçi qüvvəsinin və texnikanın çatışmaması;

10.3.2. məhsul istehsalçısı tərəfindən aqrotexniki tədbirlərin vaxtında və ya düzgün aparılmaması, yaxud məhsulun keyfiyyətinin aşağı olması.

 

11. Digər şərtlər

 

11.1. Bu Müqavilənin şərtlərini operativ həll etmək üçün dəyişikliklər və digər imzalanmış sənədlərin elektron daşıyıcılar vasitəsilə icra edilməsi barədə Tərəflər qarşılıqlı razılığa gəlirlər. Bu halda, sənədlərin əsli 10 gün müddətində Tərəflərə təqdim edilməlidir.

11.2. Bu Müqavilə 2 əsl nüsxədə tərtib edilmişdir. Hər bir Tərəfə eyni hüquqi qüvvəyə malik olan bir nüsxə verilir.

11.3. Müqavilə Sifarişçi və İcraçı tərəfindən imzalandığı andan qüvvəyə minir və Müqavilə üzrə öhdəliklər tam yerinə yetirilənədək qüvvədə qalır.

 

12. Hüquqi ünvanlar və rekvizitlər

 

Sifarişçi

 

M.Y. _________________________

(imza)

   “______”____________20__-ci il

İcraçı

 

   M.Y. _________________________

(imza)

       “______”________20__-ci il

 

 


 

1 nömrəli cədvəl

 

________________________ ilə “Aqrar tədarük və təchizat

         (satınalan təşkilat) 

Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış Müqavilə əsasında alınacaq ərzaq məhsullarının miqdarı və qiymət cədvəli

 

Sıra №-si

Ərzaq məhsullarının adı və növü

Ölçü vahidi

Yararlılıq müddəti

Miqdarı

Vahidin qiyməti (manatla)

Ümumi məbləğ (manatla)

1.

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

3.

 

 

 

 

 

 

4.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Cəmi

 

 

 

 

 

 

 ƏDV

 

 

 

 

 

 

 Ümumi məbləğ

 

 

 

 

 

 

 

Sifarişçi

 

M.Y. _________________________

(imza)

   “______”____________20__-ci il

İcraçı

 

   M.Y. _________________________

(imza)

       “______”________20__-ci il

 

 


 

2 nömrəli cədvəl

 

Bağlanılmış ___________ tarixli ____ nömrəli Müqaviləyə əsasən “Aqrar tədarük və təchizat

Açıq Səhmdar Cəmiyyəti tərəfindən satınalan təşkilatlara ərzaq məhsullarının təqdim edilməsi cədvəli

 

Sıra

№-si

Məhsulun adı və növü

Ölçü vahidi

Məhsulun ümumi miqdarı

O cümlədən, aylar üzrə

Ərzaq məhsullarının qəbul olunduğu ünvan

yanvar

fevral

 

 

noyabr

dekabr

1.

 

 

 

*

*

*

*

*

*

 

2.

 

 

 

***

***

***

***

***

***

 

3.

 

 

 

***

***

***

***

***

***

 

4.

 

 

 

**

**

**

**

**

**

 

5.

 

 

 

***

***

***

***

***

***

 

6.

 

 

 

***

***

***

***

***

***

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd. Daşınma qrafiki və məhsulun miqdarı Tərəflərin razılığı ilə dəyişdirilə bilər.

*              gündəlik tədarük olunur

**            ayda 2 dəfə, hər ayın 1-i və 15-i tədarük edilir

***          hər ayda 1 dəfə tədarük edilir

 

 

İcraçı

Sifarişçi

M.Y. _________________________

                              (imza)

“______”____________20__-ci il

M.Y. _________________________

                                  (imza)

“______”____________20__-ci il

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 27 oktyabr tarixli 420 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

5 nömrəli əlavə

 

 

Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan

Müqavilə

 

 

________ şəhəri                                                                                            “___” ______ ___ il

 

 

Bu Müqavilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamı ilə yaradılmış “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət), Cəmiyyətin ______________________

 

                                   (vəzifəsi, soyadı, adı, atasının adı)

şəxsində bir tərəfdən və ərzaq məhsullarının istehsalçısı və ya satıcısı _________________________ (bundan sonra - İcraçı),

(adı və təşkilati-hüquqi forması)

 

_____________________________________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

şəxsində digər tərəfdən (bundan sonra birlikdə-Tərəflər) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın (bundan sonra-Qayda) müddəalarına uyğun olaraq bağlanılır.

 

1. Müqavilənin predmeti

 

1.1. Bu Müqaviləyə əsasən Cəmiyyət elektron portalında göstərilən ərzaq məhsullarının alınmasına dair elanın şərtlərinə uyğun gələn və bu Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə İcraçının təklifini qəbul edir.

1.2. Cəmiyyət bu Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

1.3. Aşağıdakı sənədlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur:

1.3.1. “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılmış Müqavilə əsasında alınacaq ərzaq məhsullarının miqdarı və qiymət cədvəli (1 nömrəli cədvəl);

1.3.2. bağlanılmış Müqaviləyə əsasən ərzaq məhsullarının istehsalçıları və ya satıcıları tərəfindən “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinə ərzaq məhsullarının təqdim edilməsi cədvəli (2 nömrəli cədvəl).

 

2. Tərəflərin öhdəlikləri

 

2.1. Cəmiyyət:

2.1.1. İcraçıdan Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarını 2 nömrəli cədvəldəki tədarük qrafikinə uyğun qəbul edir;

2.1.2. İcraçıdan qəbul etdiyi ərzaq məhsullarını satınalan təşkilata təqdim edilənədək saxlanılma şəraitinə riayət edilməklə saxlanılmasını təmin edir;

2.1.3. ay ərzində alınmış ərzaq məhsullarının dəyərinin (Cəmiyyət tərəfindən avans qismində ödənilmiş məbləğ nəzərə alınmaqla) növbəti ayın 5-dək istehsalçıya (satıcıya) ödənilməsini təmin edir;

2.1.4. İcraçının təqdim etdiyi ərzaq məhsulları satınalmaya dair müqavilənin şərtlərinə uyğun gəlmədikdə, Tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keyfiyyətsiz ərzaq məhsulları üzrə qüsur aktı tərtib edilməklə onun qəbulundan imtina edir;

2.1.5. İcraçı keyfiyyətsiz ərzaq məhsullarını 3 (üç) təqvim günündən gec olmayaraq keyfiyyətli məhsulla əvəz etmədikdə, bu Müqaviləyə birtərəfli qaydada xitam verir.

2.2. İcraçı:

2.2.1. bu Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının Cəmiyyətə təhvil verilməsini öhdəsinə götürür;

2.2.2. növbəti ildə təqdim ediləcək ərzaq məhsullarına görə Cəmiyyət tərəfindən əvvəlcədən avans qismində ödənilmiş vəsaitin təyinatı üzrə istifadəsini təmin edir və bu barədə rübdə bir dəfə Cəmiyyətə məlumat verir;

2.2.3. bu Müqavilədə göstərilən satın alınacaq məhsulların həcmini təmin etmək potensialına malik olmadıqda, Müqavilədə dəyişikliklər edilməsi üçün Cəmiyyətin təklifini qəbul edir;

2.2.4. İcraçı bu Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının göndərilməsi üzrə nəzərdə tutulan öhdəlikləri yerinə yetirir və Cəmiyyətin müəyyən etdiyi ünvanda (tədarük məntəqəsində) ona təhvil verir. Cəmiyyətin nümayəndəsi tərəfindən təhvil-təslim aktı imzalandıqdan sonra və ya qaimə-faktura əsasında məhsullar qəbul edilmiş hesab olunur;

2.2.5. tədarük edilmiş ərzaq məhsulları bu Müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, Tərəflərin nümayəndələrinin iştirakı ilə bu barədə qüsur aktını tərtib edir və aşkar olunan keyfiyyətsiz ərzaq məhsullarını 3 (üç) təqvim günündən gec olmayaraq keyfiyyətli məhsulla əvəz edir. Əks halda, Cəmiyyət tərəfindən məhsulun dəyərinin avans qismində əvvəlcədən ödənilmiş 25 faizini Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövr üçün müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq 10 (on) gün müddətində geri qaytarır;

2.2.6. bu Müqavilənin icra müddətində təşkilati-hüquqi forması, hüquqi ünvanı, adı və əlaqə telefonları dəyişdirildikdə, bu barədə təxirəsalınmadan Cəmiyyətə məlumat verir;

2.2.7. bu Müqavilənin icrası ilə bağlı müvafiq sertifikatları və digər sənədləri Cəmiyyətə təqdim edir;

2.2.8. bu Müqavilə əsasında Cəmiyyətə təhvil verdiyi məhsulların keyfiyyətinə (Cəmiyyət və ya İstehlakçı tərəfindən saxlama qaydalarına riayət edilməklə) istifadə üçün müəyyən edilmiş yararlılıq müddətində təminat verir;

2.2.9. Cəmiyyətin tələbinə uyğun olaraq, satın alınacaq ərzaq məhsullarının nümunəsini ona təqdim edir.

2.3. Müqavilənin icrası Müqavilənin şərtlərində göstərilən müddətdə Cəmiyyət və İcraçı tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız Tərəflərin yazılı razılığı əsasında dəyişdirilə bilər.

 

3. Ərzaq məhsullarının mənşəyi

 

3.1. Satın alınan ərzaq məhsullarının mənşəyi (istehsal olunduğu ölkə) Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində qəbul olunmuş qərarlara əsasən satınalmaları qadağan olunmuş ölkələrdən olmamalıdır.

 

4. Malların göndərilməsi və sənədləşdirilməsi

 

4.1. İcraçı satın alınan ərzaq məhsullarının bu Müqavilənin 2 nömrəli cədvəlində göstərilən müddətlərdə Cəmiyyət tərəfindən müəyyən edilmiş tədarük məntəqəsinə və ya ünvana göndərilməsini təmin edir.

4.2. Azərbaycan Respublikasının ərazisinə idxal olunan ərzaq məhsullarının göndərilməsinə dair tələblər Parisdə Beynəlxalq Ticarət Palatası tərəfindən nəşr edilən və qüvvədə olan “Ticarət terminlərinin təfsirinin beynəlxalq Qaydaları “İnkoterms” şərtlərinə uyğun olmalıdır.

4.3. İcraçı aşağıdakı sənədləri Azərbaycan dilində Cəmiyyətə təqdim etməlidir:

4.3.1. qaimə-faktura – 1 nüsxə;

4.3.2 hesab – 1 nüsxə;

4.3.3. ərzaq məhsulları istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına dair dövlət reyestrindən çıxarışın, qida təhlükəsizliyi sertifikatının surəti, idxal edilən ərzaq məhsulları üçün əlavə olaraq mənşə sertifikatının surəti. [6]

4.4. Ərzaq məhsullarının qəbulu Cəmiyyətin və İcraçının nümayəndələrinin iştirakı ilə həyata keçirilir və qaimə-faktura və ya təhvil-təslim aktı ilə rəsmiləşdirilir.

 

5. Malların qablaşdırılması, markalanması və daşınması

 

5.1. Məhsullar daşınarkən onların zədələnməməsi və ya xarab olmaması, habelə Cəmiyyət tərəfindən satınalan təşkilata təqdim edilənədək təhlükəsiz saxlanılması üçün İcraçı tərəfindən texniki reqlamentlər və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olaraq qablaşdırılmalıdır. [7]

5.2. Müqavilə üzrə alınacaq ərzaq məhsulları müvafiq tələblərə uyğun qablaşdırılmalı, markalanmalı və müəyyənləşdirilmiş son təyinat məntəqəsinədək daşınmalıdır.

5.3. Məhsulun qablaşdırılmasına və markalanmasına olan tələblər Cəmiyyətin istəyinə uyğun olaraq həmin məhsula dair texniki reqlamentlər və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərindən aşağı keyfiyyətli olmamaqla dəyişdirilə bilər.

5.4. Qablaşdırma müvafiq hərarətə, duzlu, radioaktiv və digər ekstremal mühitə, eləcə də məhsulların açıq havada saxlanılmasına davamlı olmalıdır.

5.5. Cəmiyyətin tələblərinə uyğun olaraq, Müqavilənin xüsusi şərtlərində məhsulların tədarükündə istifadə olunan qutuların ölçüsü, çəkisi və digər tələblər göstərilə bilər.

5.6. Markalanma ərzaq məhsullarının baxışı zamanı onların digər mallardan ən qısa müddətdə seçilməsinə imkan yaratmalıdır.

 

6. Müqavilə üzrə ödəmələr

 

6.1. Bu Müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği _____________ manat təşkil edir.

6.2. Məhsulların qiymətində dəyişiklik olduqda, qiymətlərə yenidən baxılır.

6.3. Cəmiyyət növbəti ildə təqdim ediləcək ərzaq məhsulları üçün (emal olunmuş ərzaq məhsulları istisna olmaqla) bu Müqavilənin ümumi məbləğinin 25 faizini cari ilin oktyabrın 30-dək avans ödəyir. Ödənişlər Azərbaycan Respublikasının milli pul vahidi ilə aparılır.

6.4. Bu Müqavilənin şərtlərinə uyğun tərtib olunmuş qrafikə əsasən, ərzaq məhsulları İcraçı tərəfindən göndərildikdən və Cəmiyyət tərəfindən qəbul edildikdən sonra İcraçının təqdim etdiyi sənədlər (qaimə, hesab-faktura, elektron qaimə-faktura və digər sənədlər) əsasında avans məbləğinin xüsusi çəkisi (proporsional qaydada) nəzərə alınmaqla, faktiki təhvil verilmiş ərzaq məhsullarının dəyəri növbəti ayın 5-dək ödənilir. [8]

6.5. İcraçı avansın göstərilən məqsədlər üçün istifadə olunmasını təsdiq edən müvafiq sənədləri Cəmiyyətə təqdim etməlidir.

6.6. Cəmiyyətdən asılı olmayan səbəblərdən ərzaq məhsullarının dəyərinin ödənilməsində gecikmələrə yol verilərsə, İcraçı ərzaq məhsullarının göndərilməsini dayandıra bilməz.

 

7. Cərimələr

 

7.1. İcraçı bu Müqaviləni və ya onun hər hansı hissəsini müəyyən olunmuş qaydada və müddətdə yerinə yetirmədikdə və ya icrasını gecikdirdikdə, Cəmiyyət digər hüquqlara ziyan vurmadan Müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Bu hal təkrarlandıqda, Cəmiyyət Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.

7.2. Cəmiyyət Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda, İcraçı hər gecikdirilmiş gün üçün alınmış məhsulların dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edir.

7.3. Cərimələrin məbləğinin yuxarı həddi Müqavilənin qiymətinin 10 (on) faizindən çox olmamalıdır.

 

8. Fors-major

 

8.1. Bu Müqavilənin icrasına qarşısıalınmaz qüvvə (fors-major hadisəsi) təsir göstərərsə, Müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməyən Tərəf nəzərdə tutulmuş cərimələrin ödənilməsindən azad edilir və Müqavilənin pozulması üçün məsuliyyət daşımır.

8.2. Bu Müqavilədə “qarşısıalınmaz qüvvə” dedikdə aşağıdakılar başa düşülür:

8.2.1. hərbi əməliyyatlar, embarqo, qiyam, inqilab, üsyan, iğtişaş, hərbi vəziyyətin elan olunması, vətəndaş itaətsizliyi, terror aktı və ya sabotaj;

8.2.2. hər hansı mənbədən radioaktiv çirklənmə və ya ion şüalanması;

8.2.3. zəlzələ, torpaq sürüşməsi, daşqın, tufan, siklon və digər fövqəladə hadisələr;

8.2.4. yanğın, partlayış və kimyəvi zəhərlənmə və s.

8.3. Aşağıdakı hadisələr birbaşa qarşısıalınmaz qüvvənin (fors-major hadisəsinin) tam və ya qismən nəticəsi deyildirsə, qarşısıalınmaz qüvvə (fors-major hadisəsi) hesab olunmur:

8.3.1. məhsul istehsalı üçün işçi qüvvəsinin və texnikanın çatışmaması;

8.3.2. məhsul istehsalçısı tərəfindən aqrotexniki tədbirlərin vaxtında və ya düzgün aparılmaması, yaxud məhsulun keyfiyyətinin aşağı olması.

 

9. Müqavilə üzrə sənədləşdirilmənin aparılması

 

9.1. Müqavilə üzrə sənədləşdirilmə (o cümlədən, xəbərdarlıq, bildiriş və s.) yazılı şəkildə aparılır, müvafiq sənədlər və məlumatlar digər Tərəfə çatdırıldığı tarixdən qüvvəyə minir.

9.2. Müqavilənin yerinə yetirilməsinin sənədləşdirilməsi İcraçı tərəfindən Müqavilədə nəzərdə tutulmuş qaydada aparılır. Cəmiyyət sənədləşdirilmənin düzgün aparılmasına nəzarət edə bilər.

 

10. Vergilər və rüsumlar

 

10.1. Tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olaraq bütün vergilərin, rüsumların və qanunvericiliklə müəyyən edilmiş digər ödənişlərin aparılmasına məsuliyyət daşıyırlar.

 

11. Müqavilənin ləğv edilməsi

 

11.1. Bu Müqavilənin şərtlərinin əsaslı pozulması hallarına yol verildikdə, Tərəflərdən biri digərinə 30 (otuz) gün əvvəl yazılı xəbərdarlıq etmək şərtilə Müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər.

11.2. Aşağıdakı pozuntular əsaslı sayılır:

11.2.1. İcraçı tərəfindən bu Müqavilədə nəzərdə tutulmadığı hallarda və ya Cəmiyyətlə razılaşdırılmadan 5 (beş) gündən artıq müddətə işlərin dayandırılması;

11.2.2. Cəmiyyətin və ya İcraçının ləğv olunması (müəssisə və təşkilatların yenidən qurulması halları istisna olmaqla) və ya məhkəmənin qərarı ilə müflis elan edilməsi;

11.2.3. İcraçı tərəfindən bu Müqavilənin şərtlərinin pozulması nəticəsində vurulmuş ziyanın maksimum həddi aşması;

11.2.4. Tərəflərin tətbiq etdikləri cərimə məbləğinin yuxarı həddi aşması;

11.2.5. Tərəflərin Müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərini yerinə yetirməməsi.

11.3. Müqavilə ləğv olunduqda, İcraçı 15 (on beş) gün müddətində bu Müqavilənin icrasını dayandırır və icra nəticəsində əldə edilmiş məhsulların qorunması üçün təxirəsalınmaz tədbirləri görərək, onları Cəmiyyətə təhvil verir.

 

12. Mübahisəli məsələlərin həlli

 

12.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.

12.2. Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 10 (on) gün müddətində mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən həll edilməlidir.

 

13. Digər şərtlər

 

13.1. Bu Müqavilənin şərtlərini operativ həll etmək üçün dəyişikliklər və digər imzalanmış sənədlərin elektron daşıyıcılar vasitəsilə icra edilməsi barədə Tərəflər qarşılıqlı razılığa gəlirlər. Bu halda 10 (on) gün müddətində sənədlərin əsli Tərəflərə təqdim edilməlidir.

13.2. Bu Müqavilə Azərbaycan dilində olmaqla, 2 əsl nüsxədə tərtib olunmuşdur. Hər bir Tərəfə eyni hüquqi qüvvəyə malik olan bir nüsxə verilir.

13.3. Müqavilə Cəmiyyət və İcraçı tərəfindən imzalandığı andan qüvvəyə minir.

 

 

Hüquqi ünvanlar və rekvizitlər:

 

 

Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti

İcraçı

 

 

M.Y. _________________________

(imza)

 

 “______”____________20__-ci il

M.Y. _________________________

(imza)

 

“______”____________20__-ci il

 

 


 

1 nömrəli cədvəl

 

Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə ________________________________________ arasında bağlanılmış

(ərzaq məhsullarının istehsalçıları və ya satıcıları)

müqavilə əsasında alınacaq ərzaq məhsullarının miqdarı və qiymət cədvəli

 

Sıra

№-si

Ərzaq məhsullarının adı və növü

Ölçü vahidi

Miqdarı

Qiyməti (manatla)

Ümumi məbləğ (manatla)

Qeyd

Mənşəyi, səciyyəvi xüsusiyyətləri və qablaşdırma

1.

 

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

 

3.

 

 

 

 

 

 

 

4.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Cəmi

 

 

 

 

 

 

 

 ƏDV

 

 

 

 

 

 

 

 Ümumi məbləğ

 

 

 

 

 

 

 

 

Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti

İcraçı

 

 

M.Y. _________________________

(imza)

  

“______”____________20__-ci il

M.Y. _________________________

(imza)

  

 “______”____________20__-ci il

 

 


 

2 nömrəli cədvəl

 

 

Bağlanılmış ________________ tarixli _______ nömrəli Müqaviləyə əsasən ərzaq məhsullarının istehsalçıları və ya satıcıları tərəfindən “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinə ərzaq məhsullarının təqdim edilməsi cədvəli

 

Sıra №-si

Məhsulun adı və növü

Ölçü vahidi

Məhsulun ümumi miqdarı

O cümlədən, aylar üzrə

Ərzaq məhsullarının qəbul olunduğu ünvan

yanvar

fevral

 

 

noyabr

dekabr

1.

 

 

 

*

*

*

*

*

*

 

2.

 

 

 

***

***

***

***

***

***

 

3.

 

 

 

***

***

***

***

***

***

 

4.

 

 

 

**

**

**

**

**

**

 

5.

 

 

 

***

***

***

***

***

***

 

6.

 

 

 

***

***

***

***

***

***

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd Daşınma qrafiki və məhsulun miqdarı Tərəflərin razılığı ilə dəyişdirilə bilər.

*              gündəlik tədarük olunur

**            ayda 2 dəfə, hər ayın 1-i və 15-i tədarük edilir

***          hər ayda 1 dəfə tədarük edilir

 

 

Cəmiyyət

İcraçı

M.Y. _________________________

                              (imza)

“______”____________20__-ci il

M.Y. _________________________

                                  (imza)

“______”____________20__-ci il

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 27 oktyabr tarixli 420 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

6 nömrəli əlavə

 

 

Satınalan təşkilatlarla “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan müqavilələr barədə

Məlumat

 

 

 

_______________20____ il

 

Sıra №-si

Satınalan təşkilat

Müqavilənin nömrəsi

Müqavilənin bağlanıldığı tarix

Müqavilə üzrə satılacaq malların ümumi dəyəri (manatla)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yekun

 

 

 

Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti

_______________________

__________________

 

(soyadı, adı)

(imza)

 

 

 

Maliyyə şöbəsinin müdiri

_______________________

__________________

 

(soyadı, adı)

(imza)

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 27 oktyabr tarixli 420 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

7 nömrəli əlavə

 

 

Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan müqavilələr barədə

Məlumat

 

 

 

_______________20____ il

 

Sıra №-si

Ərzaq məhsullarının istehsalçıları və ya satıcıları

Müqavilənin nömrəsi

Müqavilənin bağlanıldığı tarix

Müqavilə üzrə alınacaq malların ümumi dəyəri (manatla)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 ­

 

 

 

 

 

 

 

 

Yekun

 

 

 

Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti

_______________________

__________________

 

(soyadı, adı)

(imza)

 

 

 

Maliyyə şöbəsinin müdiri

_______________________

__________________

 

(soyadı, adı)

(imza)

 


 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 noyabr 2018-ci il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2439)

2.       14 mart 2019-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 mart 2019-cu il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 524)

3.       1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580)

4.       8 may 2021-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2021-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 524)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 mart 2019-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 mart 2019-cu il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 524) ilə 3-7-ci hissələrində və həmin Qərarla təsdiq edilmiş 2-7 nömrəli əlavələrdə mətn üzrə “Ərzaq məhsullarının tədarükü və təchizatı” sözləri “Aqrar tədarük və təchizat” sözləri ilə əvəz edilmişdir.

 

[2] 16 noyabr 2018-ci il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2439) ilə “Satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə Elan”ın “Qeyd” hissəsində “ərzaq məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən gigiyenik, baytarlıq və ya fitosanitar sertifikatlarının surəti, idxal edilən ərzaq məhsulları üçün əlavə olaraq mənşə sertifikatının surəti” sözləri “ərzaq məhsulları istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına dair dövlət reyestrindən çıxarışın, qida təhlükəsizliyi sertifikatının surəti” sözləri ilə əvəz edilmişdir.

 

[3] 8 may 2021-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2021-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 524) ilə “Satınalan təşkilatlarla “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan Müqavilə”nin 2.1.2-ci yarımbəndindən və 5.2-ci bəndindən “texniki reqlamentlər və” sözləri çıxarılmışdır.

 

[4] 1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə 4 nömrəli əlavə - “Satınalan təşkilatlarla “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan Müqavilə”nin 4.3.3-cü yarımbəndində “vergi hesab fakturası” sözləri və 7.5-ci bəndində “vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilmişdir.

 

[5] 16 noyabr 2018-ci il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2439) ilə “Satınalan təşkilatlarla “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan Müqavilə”nin 2.1.2-ci yarımbəndində, 5.2-ci bəndində ismin müvafiq hallarında “standartlar” sözü ismin müvafiq hallarında “texniki reqlamentlər və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar” sözləri ilə əvəz edilmişdir və həmin əlavənin 4.3.4-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.3.4. ərzaq məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən gigiyenik, baytarlıq və ya fitosanitar sertifikatlarının surətləri, idxal edilən ərzaq məhsulları üçün əlavə olaraq mənşə sertifikatının surəti.

 

[6] 16 noyabr 2018-ci il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2439) ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə”nin 5.1-ci və 5.3-cü bəndlərində ismin müvafiq hallarında verilən “standartlar” sözü ismin müvafiq hallarında “texniki reqlamentlər və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar” sözləri ilə əvəz edilmişdir və həmin əlavənin 4.3.3-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.3.3. ərzaq məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən gigiyenik, baytarlıq və ya fitosanitar sertifikatlarının surətləri, idxal edilən ərzaq məhsulları üçün əlavə olaraq mənşə sertifikatının surəti.

 

[7] 8 may 2021-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2021-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 524) ilə “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə”nin 5.1-ci və 5.3-cü bəndlərindən “texniki reqlamentlər və” sözləri çıxarılmışdır.

 

[8] 1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə 5 nömrəli əlavə - “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə”nin 6.4-cü bəndində “vergi hesab fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status