AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
03.11.2016
QEYDİYYAT NÖMRƏSİ
439
ADI
“Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 05-11-2016, Nəşr Nömrəsi: 245), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2016, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1927)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.11.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.130.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201611030439
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.11.2016
«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olm

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli və “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli sərəncamlarının 2.1-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərarın icrası ilə bağlı tələb olunan maliyyə vəsaitinin ayrılmasını müəyyən olunmuş qaydada təmin etsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 3 noyabr 2016-cı il

                 № 439

 


 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı il 3 noyabr

tarixli 439 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli və “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli sərəncamlarının 2.1-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və pambıq və tütün istehsalçılarına (bundan sonra – istehsalçılar) pambıq və tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə (bundan sonra – tədarükçülərə) təhvil verdikləri genetik modifikasiya olunmamış pambıq və tütünün miqdarına görə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi qaydasını müəyyən edir. [2]

1.2. İstehsalçılara tədarükçülərə təhvil verdikləri xam pambığın hər 1 (bir) kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə 0,05 manat məbləğində subsidiya verilir. [3]

1.3. Subsidiya istehsalçı olan hüquqi şəxslərin hesablaşma hesablarına və fiziki şəxslərin cari (xüsusi kart) hesablarına köçürülməklə ödənilir.

 

2. Dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsinin təşkili

 

2.1. Rayon (şəhər) üzrə istehsalçılara subsidiyanın verilməsi ilə bağlı işlərin təşkili Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzləri (bundan sonra - DAİM) tərəfindən həyata keçirilir. [4]

2.2. İstehsalçıların tədarükçülərə təhvil verdikləri pambıq və tütünün miqdarına görə subsidiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə yaradılmış Respublika Komissiyasının (bundan sonra – Respublika Komissiyası) qərarı əsasında verilir.

2.3. İstehsalçılara subsidiyanın verilməsinin təşkili üçün DAİM müvəkkil bankla müqavilə bağlayır və həmin müqavilənin bir nüsxəsini Respublika Komissiyasına təqdim edir. [5]

2.4. İstehsalçıların hesablarına subsidiyanın köçürülməsi üçün DAİM Respublika Komissiyasının qərarına əsasən subsidiya veriləcək istehsalçıların siyahısını, bank rekvizitlərini və onlara veriləcək subsidiyanın məbləği barədə məlumatları müvəkkil bankın müəyyən etdiyi formada ona təqdim edir.

 

3. İstehsalçılara subsidiyanın verilməsi qaydası və şərtləri

 

3.1. İstehsalçı subsidiya almaq üçün bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib etdiyi ərizəsini iyunun 1-dək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik, pambıq və tütün əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na uyğun olaraq yaradılmış kənd ərazi komissiyasına təqdim edir.

3.2. Kənd ərazi komissiyası bu Qaydanın 3.1-ci bəndində qeyd olunan ərizə daxil olduqdan sonra 10 (on) gün müddətində istehsalçının iştirakı ilə torpaq sahəsində pambıq və tütün əkininin aparılmasını yerində yoxlayır və bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun 3 (üç) nüsxədən ibarət baxış aktı tərtib edir. Baxış aktının 1 (bir) nüsxəsi istehsalçıya verilir.

3.3. Kənd ərazi komissiyası istehsalçının bu Qaydanın 3.1-ci bəndində qeyd olunan ərizəsinin surətini, baxış aktının 1 (bir) nüsxəsini və bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun tərtib etdiyi icmal siyahını iyunun 10-dək DAİM-ə təqdim edir.

3.4. DAİM kənd ərazi komissiyalarından daxil olan məlumatları 90 (doxsan) gün müddətində təhlil edir və zəruri məlumatları kənd ərazi komissiyaları ilə birlikdə dəqiqləşdirir. [6]

3.5. DAİM-in nümayəndəsi pambıq və tütünün tədarükçülərə təhvil verilməsi zamanı məhsulun çəkilməsi prosesində iştirak edə bilər. [7]

3.6. Tədarükçülər bu Qaydanın 4 nömrəli əlavəsinə uyğun olaraq tərtib etdikləri icmal siyahıları tütün üzrə cari ilin noyabrın 30-dək, pambıq üzrə isə cari ilin dekabrın 20-dək DAİM-ə təqdim edirlər.

3.7. İstehsalçı təhvil verdiyi pambıq və tütünün miqdarına görə verilən subsidiyanı almaq üçün bu Qaydanın 5 nömrəli əlavəsinə uyğun tərtib etdiyi ərizəsini aşağıda qeyd olunan sənədlər əlavə olunmaqla tütün üzrə cari ilin noyabrın 30-dək, pambıq üzrə isə cari ilin dekabrın 15-dək kənd ərazi komissiyasına təqdim edir: [8]

3.7.1. fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və fərdi sahibkarlar üçün VÖEN-in surəti;

3.7.2. hüquqi şəxslərin möhürlə və onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq edilmiş bank rekvizitləri;

3.7.3. tədarükçülərə təhvil verilmiş pambıq və tütünün alqı-satqısına dair qaimə; [9]

3.7.4. tədarükçülərə təhvil verilmiş pambıq və tütünün alqı-satqısına dair müqavilənin surəti;

3.7.5. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2016-cı il 4 aprel tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş formada pambığın qəbulu qəbzi;

3.7.6. bu Qaydanın 8 nömrəli əlavəsinə uyğun tərtib edilmiş tütünün qəbulu qəbzi.

3.8. Kənd ərazi komissiyası baxılması üçün tütün istehsalçıları tərəfindən təqdim edilmiş bu Qaydanın 3.7-ci bəndində qeyd olunan sənədləri cari ilin dekabrın 5-dək, pambıq istehsalçıları tərəfindən təqdim edilmiş həmin sənədləri isə cari ilin dekabrın 20-dək DAİM-ə təqdim edir.

3.9. DAİM istehsalçılardan daxil olan sənədlərə baxılmanın nəticəsi olaraq, bu Qaydanın 6 və 7 nömrəli əlavələrinə uyğun 3 (üç) nüsxədən ibarət icmal siyahıları tərtib edir və həmin siyahıların 2 (iki) nüsxəsini növbəti ilin yanvarın 20-dək Respublika Komissiyasına təqdim edir.

3.10. Respublika Komissiyası bu Qaydanın 3.9-cu bəndinə əsasən təqdim edilmiş icmal siyahılara 20 (iyirmi) gün müddətində baxır, istehsalçıların tədarükçülərə təhvil verdikləri pambıq və tütünün miqdarına görə subsidiyanın verilməsi barədə qərar qəbul edir və həmin qərarı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

3.11. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müvəkkil bank vasitəsilə fevralın 20-dən başlayaraq subsidiyanın istehsalçının hesabına 30 (otuz) gün müddətində köçürülməsini təmin edir.

 

4. Yekun müddəalar

 

4.1. DAİM istehsalçılara tədarükçülərə təhvil verdikləri pambıq və tütünün miqdarına görə subsidiyanın verilməsi üçün ayrılmış büdcə vəsaitinin istifadəsi barədə hesabatı Respublika Komissiyasına və müvafiq yerli icra hakimiyyəti orqanına hər il 30 dekabr tarixinədək təqdim edir.

4.2. Respublika Komissiyasının qərarına uyğun olaraq subsidiya verilən istehsalçılara dair elektron məlumatlar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytında yerləşdirilir.

4.3. İstehsalçılara dövlət büdcəsindən ayrılmış vəsait hesabına subsidiyanın təyinatı üzrə verilməsinə nəzarət qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.3-1. İstehsalçılara dövlət büdcəsindən ayrılmış vəsait hesabına subsidiyanın təyinatı üzrə verilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. [10]

4.4. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 


 

Pambıq və tütün istehsalçılarına

dövlət büdcəsinin vəsaiti hesabına

subsidiyanın verilməsi Qaydası”na

 

1 nömrəli əlavə

 

_________________________________________rayonunun (şəhərinin)

                         (rayonun (şəhərin) adı)   

_______________________________________kənd ərazi komissiyasına

                           (komissiyanın adı)

_____________________________________________________________

(istehsalçının hüquqi ünvanı, soyadı, adı, atasının adı, hüquqi şəxsin

____________________________________________________________

adı və səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı)

 

                                tərəfindən

 

Ə R İ Z Ə

 

Bildirirəm ki, 20_____ ildə ___ hektar sahədə pambıq və _____ hektar sahədə tütün əkini aparmışam. Xahiş edirəm, tədarükçülərə təhvil verdiyim pambıq və tütünün miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanı almaq üçün becərdiyim __________ sahəsinə baxış keçirilməsini təmin edəsiniz. [11]

Tələb olunan sənədlər ərizəyə əlavə edilir.

 

_________________________________

M.Y.                   (imza)

 

_________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

 

 

 

 


 

Pambıq və tütün istehsalçılarına

dövlət büdcəsinin vəsaiti hesabına

subsidiyanın verilməsi Qaydası”na

 

2 nömrəli əlavə

 

Əkin sahələrinə baxış haqqında

 

A K T

 

___   ________ 20 ___  il               ______________ rayonu ______________  kəndi

 

Biz, aşağıdakılar:

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

pambıq və tütün istehsalçılarına tədarükçülərə təhvil verdikləri pambıq və tütünün miqdarına görə verilən subsidiyanın alınması ilə əlaqədar ___________________________ kənd ərazi komissiyasına müraciət etmiş istehsalçı __________________________________________ ərizəsində göstərdiyi _________ hektar əkin sahəsinə istehsalçının iştirakı ilə baxış keçirərkən, aşağıdakıları müəyyən etdik: [12]

______________________________________________________________________________

(bitki növləri və müvafiq əkin sahələri)

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

 

Akt 3 (üç) nüsxədə tərtib olundu. Onun 1 (bir) nüsxəsi istehsalçıya verilir, 2 (iki) nüsxəsi isə kənd ərazi komissiyasında saxlanılır.

 

Aktın doğruluğunu imzalarımızla təsdiq edirik:

__________    __________________________________________________________________

       (imza)                                                             (soyadı, adı, atasının adı, vəzifəsi)

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

 

Aktın surətini aldım _______________________________________

 

 


 

Pambıq və tütün istehsalçılarına

dövlət büdcəsinin vəsaiti hesabına

subsidiyanın verilməsi Qaydası”na

 

3 nömrəli əlavə

 

20_____ il 1 iyun tarixinə _________________________ rayonunun (şəhərinin) _____________________ kənd ərazi komissiyası üzrə pambıq və tütün istehsalçılarının əkin sahələri barədə

 

M Ə L U M A T

 

Sıra

№-si

İstehsalçının soyadı, adı, atasının adı,

hüquqi şəxsin adı

Pambığın əkin sahəsi (ha)

Tütünün əkin sahəsi (ha)

1.

 

 

 

2.

 

 

 

3.

 

 

 

....

 

 

 

Yekun

 

 

 

Kənd ərazi komissiyasının sədri___________ __________  _________________________

                                                                            M.Y.                 (imza)                   (soyadı, adı, atasının adı)

 

Üzvləri:                                                                  _________  ___________________________

    (vəzifələri göstərilməklə)                                               (imza)                  (soyadı, adı, atasının adı)

 

                                                     :                                          :

                                                     :                                          :

 

 

 


 

Pambıq və tütün istehsalçılarına

dövlət büdcəsinin vəsaiti hesabına

subsidiyanın verilməsi Qaydası”na

 

4 nömrəli əlavə

 

20__ ildə ____________________________ rayonunun (şəhərinin) _______________ kənd inzibati ərazi dairəsi üzrə pambıq və tütün istehsalçıları tərəfindən _____________________ tədarükçülərə təhvil verilmiş pambıq və tütünün miqdarına dair   [13]

 

M Ə L U M A T

 

Sıra

№-si

Pambıq və tütün istehsalçısının

Pambıq (kq)

Tütün (kq)

soyadı, adı, atasının adı

FİN-i* və ya VÖEN-i

1.

 

 

 

 

2.

 

 

 

 

...

 

 

 

 

 

 

 

 

 

Yekun

 

 

 

 

   *FİN-i - fərdi identifikasiya nömrəsi

 

 

__________ tədarükçü məntəqəsinin rəhbəri __________   _________________________

                                                                                           M.Y.  (imza)                   (soyadı, adı, atasının adı)

 

 

 


 

Pambıq və tütün istehsalçılarına

dövlət büdcəsinin vəsaiti hesabına

subsidiyanın verilməsi Qaydası”na

 

5 nömrəli əlavə

 

_________________________________dövlət aqrar inkişaf mərkəzinə [14]

                      (rayonun (şəhərin) adı)

 

_________________________________________________________

(pambıq və tütün istehsalçısının hüquqi ünvanı, soyadı, adı, atasının adı və

 

_________________________________________________________

səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı, FİN-i* və ya VÖEN-i)

 

                                          tərəfindən

 

Ə R İ Z Ə

 

Bildirirəm ki, 20______ ildə ____hektar sahədə _______ ton pambıq və _____hektar sahədə ______ ton tütün istehsal edib təhvil vermişəm. Xahiş edirəm istehsal edib təhvil verdiyim pambıq və tütünün miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına mənə çatacaq subsidiyanın verilməsini müəyyən olunmuş qaydada təmin edəsiniz. [15]

Pambıq və tütünün satışına dair məlumatlar və tələb olunan sənədlər ərizəyə əlavə edilir.

 

Qoşma: ___ vərəq, ___ nüsxə

 

________________  ____________________________________________________________

M.Y.          (imza)                                    (fiziki şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı)

 

Tarix   _____  ________________ 20_____ il

 

*FİN-i - fərdi identifikasiya nömrəsi

 

 


Ərizəyə əlavə

 

20____ ildə ________________________________________ tərəfindən istehsal edilib təhvil verilmiş pambıq və tütünün miqdarına dair

               (istehsalçı fiziki şəxsin soyadı, adı, atasının adı, hüquqi şəxsin adı)

 

M Ə L U M A T

 

Sıra

№-si

Bitkinin adı

Əkin sahəsi

(ha)

Satışın miqdarı (kq)

Satışın qiyməti (manat/kq)

Pambıq və tütün tədarükçüsünün

Qaimənin nömrəsi və tarixi

soyadı, adı, atasının adı

FİN-i* və ya VÖEN-i

1.

 

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

 

...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

      *FİN-i - fərdi identifikasiya nömrəsi

_________________   _________________________________________________

M.Y.           (imza)                    (fiziki şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı)

 

Tarix   ____  _____________ 20___ __ il

 

 


 

Pambıq və tütün istehsalçılarına

dövlət büdcəsinin vəsaiti hesabına

subsidiyanın verilməsi Qaydası”na

6 nömrəli əlavə

 

20__ ildə _______________rayonunun (şəhərinin) ____________ kənd ərazi komissiyası üzrə pambıq və tütün istehsalçıları tərəfindən istehsal edilib təhvil verilmiş pambıq və tütünün miqdarına və onlara veriləcək subsidiyanın məbləğinə dair [16]

 

M Ə L U M A T

 

Sıra

№-si

Pambıq və tütün istehsalçısının

Pambıq

Tütün

Veriləcək subsidiyanın ümumi məbləği (manatla)

soyadı, adı, atasının adı

FİN-i* və ya VÖEN-i

əkin sahəsi (ha)

satışın miqdarı (kq)

ödəniləcək məbləğ (manatla)

əkin sahəsi (ha)

satışın miqdarı (kq)

ödəniləcək məbləğ (manatla)

1.

 

 

 

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

 

 

 

...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yekun

 

 

 

 

 

 

 

 

*FİN-i - fərdi identifikasiya nömrəsi

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin _________________________

dövlət aqrar inkişaf mərkəzinin direktoru                                          _____________   _________________________________ [17]

                                                                                                               M.Y.                  (imza)                                            (soyadı, adı, atasının adı)

Mütəxəssislər:                                                                                   _____________   _________________________________

                                                                                                                   (imza)                                        (soyadı, adı, atasının adı)

                                                                                                                        :                                             :

                                                                                                                        :                                             :

 


 

Pambıq və tütün istehsalçılarına

dövlət büdcəsinin vəsaiti hesabına

subsidiyanın verilməsi Qaydası”na

 

7 nömrəli əlavə

 

20___  il  _________________ rayonunun (şəhərinin) kənd ərazi komissiyaları üzrə pambıq və tütün istehsalçılarının sayına, istehsal edib təhvil verdikləri pambıq və tütünün miqdarına və onlara ödəniləcək subsidiyanın məbləğinə dair [18]

 

M Ə L U M A T

 

Sıra

№-si

Kənd ərazi komissiyasının adı

İstehsalçıların sayı

Pambıq

Tütün

Veriləcək subsidiyanın ümumi məbləği (manatla)

əkin sahəsi (ha)

satışın miqdarı (kq)

ödəniləcək məbləğ (manatla)

əkin sahəsi (ha)

satışın miqdarı (kq)

ödəniləcək məbləğ (manatla)

1.

 

 

 

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

 

 

 

...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yekun

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin ________________________________

dövlət aqrar inkişaf mərkəzinin direktoru                                         _____________   _________________________________

                                                                                                             M.Y.                      (imza)                                       (soyadı, adı, atasının adı)

Mütəxəssislər:                                                                                    _____________   _________________________________

                                                                                                                                             (imza)                                      (soyadı, adı, atasının adı)

 

 


 

Pambıq və tütün istehsalçılarına

dövlət büdcəsinin vəsaiti hesabına

subsidiyanın verilməsi Qaydası”na

 

8 nömrəli əlavə

 

TÜTÜNÜN  QƏBULU  QƏBZİ 

 

“____” _____________ 20____ il

 

Tütün tədarükçüsü:                                                    Tütün  istehsalçısı: [19]

_____________________________                                        Fiziki şəxs ________________________________                    Hüquqi şəxs______________________________

                 (adı, ünvanı)                                                                                                         (soyadı, adı, atasının adı)                                                                                              (adı)

VÖEN _____________________                                           Yaşayış yeri _______________________________                   Yerləşdiyi yer_____________________________

                                                                                                                                          (ünvanı)                                                                                                                 (ünvanı)

Tütün qəbulu məntəqəsi                                                       Şəxsiyyət vəsiqəsi__________________________                   Dövlət qeydiyyatı haqqında şəhadətnamə

                                                                                                                                                         (seriyası, nömrəsi)

__________________________________                               __________________________________________                    ________________________________________

      (kim tərəfindən nə vaxt verilmişdir)

Alqı-satqı müqaviləsi     ___________________________    

                                                              (nömrəsi, tarixi)

VÖEN_____________________________________

 

Xam tütünün kəmiyyət və keyfiyyət göstəriciləri:                         (Mövsüm: 20___ il)

Qaimənin

№-si

Xam tütün

Dəstin

№-si

Sortun adı

Sənaye növü

Faktiki fiziki çəkisi (kq-la)

Faktiki nəmlik faizi (faizlə)

Kondisiya çəkisi

(kq-la)

1 kq üzrə alış qiyməti (manatla)

Məbləği (manatla)

yaş

quru

1

2

3

4

5

6

7

8

9

10

11

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                                                                                                                                                                         Təhvil verdi:

Qəbul etdi: baş əmtəəşünas   ________________________     _________________      Fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi  ____________________  _______________

                                                                     (nömrəsi, tarixi)                                    (imza)                                                                                                           (adı, soyadı)                     (imza)

 

Əlavə məlumatlar _______________________________________________                 Hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi  ____________________   _____________

________________________________________________________________                                                                                                         (adı, soyadı)              (imza)

 

Ödənilən məbləğ   ______________________________________________manat ______qəpik

                                                                              (rəqəm və sözlə)

 

M.Y.       Tütün tədarükçüsünün  səlahiyyətli şəxsi      ____________________________________          _________________

                                                                                                                                                (adı, soyadı)                                                             (imza)

 

Mühasib    ____________________________________           ___________________

                                                 (adı, soyadı)                                                        (imza)

 

 



 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       5 iyun 2017-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1227)

2.       20 iyun 2017-ci il tarixli 264 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1239)

3.       12 noyabr 2018-ci il tarixli 484 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2434)

4.       02 sentyabr 2020-ci il tarixli 319 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 04 sentyabr 2020-ci il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1193)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 02 sentyabr 2020-ci il tarixli 319 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 04 sentyabr 2020-ci il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1193) ilə ləğv edilmişdir.

 

[2] 5 iyun 2017-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1227) ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın 1.1-ci bəndində “emal müəssisələrinə satdıqları” sözləri “pambıq və tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə (bundan sonra – tədarükçülərə) təhvil verdikləri” sözləri ilə əvəz edilmişdir.

 

[3] 5 iyun 2017-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1227) ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın 1.2-ci, 2.2-ci, 3.10-cu və 4.1-ci bəndlərində “emal müəssisələrinə satdıqları” sözləri “tədarükçülərə təhvil verdikləri” sözləri ilə əvəz edilmişdir.

 

[4] 12 noyabr 2018-ci il tarixli 484 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2434) ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın 2.1-ci bəndində “rayon və şəhər idarələri (bundan sonra – kənd təsərrüfatı idarələri)” sözləri “dövlət aqrar inkişaf mərkəzləri (bundan sonra - DAİM)” sözləri ilə əvəz edilmişdir.

 

[5] 12 noyabr 2018-ci il tarixli 484 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2434) ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın 2.3-cü, 2.4-cü, 3.3-cü, 3.6-cı və 3.8-ci bəndlərində ismin müvafiq hallarında “kənd təsərrüfatı idarəsi” sözləri ismin müvafiq hallarında “DAİM” abreviaturası ilə əvəz edilmişdir.

 

[6] 12 noyabr 2018-ci il tarixli 484 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2434) ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın 3.4-cü, 3.5-ci, 3.9-cu və 4.1-ci bəndlərində ismin müvafiq hallarında “Kənd təsərrüfatı idarəsi” sözləri ismin müvafiq hallarında “DAİM” abreviaturası ilə əvəz edilmişdir.

 

[7] 5 iyun 2017-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1227) ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın 3.5-ci bəndində “emal müəssisəsinə satılması” sözləri “tədarükçülərə təhvil verilməsi” sözləri ilə, 3.6-cı bəndində “Emal müəssisələri” sözləri “Tədarükçülər” sözü ilə əvəz edilmişdir.

 

[8] 5 iyun 2017-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1227) ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın 3.7-ci bəndində “satdığı” sözü “təhvil verdiyi” sözləri ilə əvəz edilmişdir.

 

[9] 5 iyun 2017-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1227) ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın 3.7.3-cü və 3.7.4-cü yarımbəndlərində “emal müəssisəsinə satılmış” sözləri “tədarükçülərə təhvil verilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[10] 20 iyun 2017-ci il tarixli 264 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1239) ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”na yeni məzmunda 4.3-1-ci bənd əlavə edilmişdir.

 

[11] 5 iyun 2017-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1227) ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın 1 nömrəli əlavə - “Ərizə” formasında “satmaq üçün istehsal etdiyim” sözləri “tədarükçülərə təhvil verdiyim” sözləri ilə əvəz edilmişdir.

 

[12] 5 iyun 2017-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1227) ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın 2 nömrəli əlavə - “Əkin sahələrinə baxış haqqında Akt”da “istehsal edib satdıqları” sözləri “tədarükçülərə təhvil verdikləri” sözləri ilə əvəz edilmişdir.

 

[13] 5 iyun 2017-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1227) ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın 4 nömrəli əlavənin adında “müəssisəsinə satılmış” sözləri “tədarükçülərə təhvil verilmiş” sözləri ilə və həmin əlavənin sonunda “müəssisəsinin” sözü “tədarükçü məntəqəsinin” sözləri ilə əvəz edilmişdir.

 

[14] 12 noyabr 2018-ci il tarixli 484 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2434) ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın 5 nömrəli əlavəsində “rayon (şəhər) kənd təsərrüfatı idarəsinə” sözləri “dövlət aqrar inkişaf mərkəzinə” sözləri ilə əvəz edilmişdir.

 

[15] 5 iyun 2017-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1227) ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın 5 nömrəli əlavə - “Ərizə” formasında “satmışam” və “satdığım” sözləri müvafiq olaraq “təhvil vermişəm” və “təhvil verdiyim” sözləri ilə, “Ərizəyə əlavə” formasının adında “satılmış” sözü “təhvil verilmiş” sözləri ilə və cədvəlin “Pambıq və tütün alıcısının” sütununda “alıcısının” sözü “tədarükçüsünün” sözü ilə əvəz edilmişdir.

 

[16] 5 iyun 2017-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1227) ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın 6 nömrəli əlavənin adında “satılmış” sözü “təhvil verilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[17] 12 noyabr 2018-ci il tarixli 484 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2434) ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın 6 və 7 nömrəli əlavələrində “rayon (şəhər) kənd təsərrüfatı idarəsinin rəisi” sözləri “dövlət aqrar inkişaf mərkəzinin direktoru” sözləri ilə əvəz edilmişdir.

 

[18] 5 iyun 2017-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1227) ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın 7 nömrəli əlavənin adında “satdıqları” sözü “təhvil verdikləri” sözləri ilə əvəz edilmişdir.

 

[19] 5 iyun 2017-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1227) ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın 8 nömrəli əlavədə “qəbul edən müəssisə” sözləri “tədarükçüsü” sözü ilə və “qəbul edən müəssisənin” sözləri “tədarükçüsünün” sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status