AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
24.11.2016
QEYDİYYAT NÖMRƏSİ
482
ADI
Elektrik enerjisinin istehsalı və elektrik qurğularının istismara buraxılışı üçün güc hədlərinin müəyyən edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 26-11-2016, Nəşr Nömrəsi: 262), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2016, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1970)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.11.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.140.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201611240482
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.11.2016
«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olm

Elektrik enerjisinin istehsalı və elektrik qurğularının istismara buraxılışı üçün güc hədlərinin müəyyən edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respub-likasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. İstehsalına icazə tətbiq olunan elektrik enerjisinin gücü aşağıdakı hədlərdə müəyyən edilsin:

1.1. alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji istehsal edən elektrik stansiyaları üzrə - 150 kilovatdan yuxarı.

1.2. su elektrik stansiyaları və bioloji kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyaları üzrə - 500 kilovatdan yuxarı.

2. İstismarına buraxılış aktı verilən elektrik qurğularının gücü 150 kilovatdan yuxarı həddə müəyyən edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 24 noyabr 2016-cı il

                     № 482

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status