AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
30.06.1998
QEYDİYYAT NÖMRƏSİ
513-IQ
ADI
Qaz təchizatı haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-1998, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 563)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Qaz təchizatı haqqında

Qaz təchizatı haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

I fəsil

 Ümumİ müddəalar

 

Maddə 1. Əsas anlayışlar

 

Bu Qanunda işlədilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

qaz təchizatı sahəsində fəaliyyət — qazın istehsalı, emalı, saxlanması, nəqli, paylanması, satılması, mayeləşdirilməsi, istifadəsi, həmçinin qaz qurğularının quraşdırılması, boru kəmərlərinin tikintisi, istifadəsi, nəzarəti, sınağı və sertifikatlaşdırılması; [1]

qaz — təbii qazlar, o cümlədən propan, butan, etilen, propilen, butilen, butadien, daş kömür qazı, bioloji kütlə qazı, texnoloji proseslərdə alınan qazlar da daxil olmaqla qaz və maye halında olan qaz növləri; [2]

qaz nəqli xidmətləri — istehsalçılar, paylayıcılar, istehlakçılar və qaz anbarları arasında, həmçinin idxal-ixrac və tranzit məqsədilə qazın boru kəmərləri vasitəsilə uzaq məsafələrə ötürülməsi;

qazın paylanması – qaz paylayıcısı tərəfindən qazpaylayıcı şəbəkə vasitəsilə qazın istehlakçılara paylanması və satılması üzrə fəaliyyət; [3]

birləşdirici məntəqə — nəqliyyatçı və paylayıcı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsi. Müqavilələrdə anlayış göstərilməmişsə, birləşdirici məntəqə müxtəlif fiziki və ya hüquqi şəxslərin ixtiyarında olan iki qaz kəmərinin (qaz paylama şəbəkəsində və istehlakçının binası daxilində olan aşağı təzyiqli qaz kəmərləri) birləşdiyi məntəqədir. Əgər istehlakçının binası qaz sayğacları və xarici boru kəmərlərindən açıcı aparatlarla (açarlarla) təmin edilibsə, birləşdirici məntəqə onlardan sonra yerləşir; [4]

qaz eksperti - qaz təchizatı sahəsində sınaq işlərinin aparılması üzrə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş fiziki və hüquqi şəxslər; [5]

müqavilə və ya energetika müqaviləsi — podratçıya qaz nəqli sistemlərini, paylayıcı şəbəkələri, yeraltı qaz anbarlarını quraşdırmaq və onlardan istifadə etmək və yaxud başqa hallarda dövlət tərəfindən yerinə yetiriləcəyi nəzərdə tutulan digər fəaliyyət növlərini həyata keçirmək şərtlərini müəyyən edən və podratçıya hüquq verən, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum ilə podratçı arasında bağlanan və nəzarət orqanı ilə razılaşdırılmış yazılı saziş; [6]

nəzarət orqanı — qaz təchizatı fəaliyyətinə nəzarət edən, onu istiqamətləndirən və qanunvericiliklə müvəkkil edilmiş müvafiq icra hakimiyyəti orqanı;

qaz paylayıcısı – alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs;

qazpaylayıcı şəbəkə – qazın istehlakçılara paylanması üçün yaradılmış, təşkilati, texnoloji və texniki cəhətdən bir-biri ilə əlaqəli olan təsərrüfat (qoşulma nöqtəsində boru kəmərləri və xətləri, təhlükəsizlik və nəzarət-ölçü sistemləri, qaz avadanlığı) kompleksi;

qaz qurğusu – istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları);

məişət qaz qurğusu – ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları);

sənaye qaz qurğusu – ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları);

istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs;

texniki şərtlər – tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd;

tikinti obyektləri – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular;

qoşulma nöqtəsi – tikinti obyektinin qaz xəttinin qaz paylayıcı şəbəkəyə fiziki qoşulma yeri;

qoşulma xidmətinə görə ödəniş haqqı – istehlakçı tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilmə və tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə fiziki qoşulmağa görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğ;

balans mənsubiyyəti sərhədi — qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qaz paylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi; [7]

 

Maddə 2. Qanunun tətbiq sahəsi

 

1. Bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir.

2. Bu Qanun energetika qanunvericiliyinin əsas prinsipləri üzərində qurulmuşdur və qaz sahəsi fəaliyyətlərinin xüsusiyyətlərini özündə əks etdirir.

3. Təbii qaz yataqlarının kəşfi, işlənməsi, inkişafı və təbii qazın hasilatı, ilkin emalı, nəqlə hazırlanması və qaz çıxaran müəssisə tərəfindən onun yığılıb təchizat məntəqəsinə qədər nəqli və həmçinin mühərriklərdə yanacaq şəklində işlədilən qazın istifadəsi və nəql edilməsilə əlaqədar fəaliyyətlər digər qanunlarla tənzimlənir.

 

II fəsil

 Qaz qurğularının tİkİntİsİ, qurulması və İstİsmarı üzrə tələblər

 

Maddə 3. Ümumi tələblər

 

1. Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması müvafiq tələblərə cavab verməlidir.

2. Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun, tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır.

3. Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına və müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verməlidirlər. Qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər və podratçılar müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarlarına əsaslanaraq təhlükələrin qarşısının alınması və aradan qaldırılması üçün tələb olunan bütün tədbirləri görməlidirlər. [8]

4. Müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

5. Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.

5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. [9]

5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

6. Qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması qaz paylayıcısı tərəfindən həyata keçirilir.

7. İstehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

8. İstehlakçılar tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalıdırlar. [10]

9. Sənaye qurğularının və proseslərinin, istehlakçı qurğularının, enerji daşıyıcılarının və məhsullarının sertifikatlaşdırılması “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən aparılır. [11]

 

Maddə 4. Məişət qaz qurğularına tələblər [12]

 

1. İstehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verməlidir.

2. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən və sertifikat verildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə və sertifikatın verilməsinə görə ödəniş tələb olunmur. [13]

 

Maddə 5. Sənaye qaz qurğularına tələblər [14]

 

1. Sənaye qaz qurğuları yoxlanılmalı, sınaqdan keçirilməli və xüsusi icazə əsasında istismara verilməlidir. [15]

2. Sənaye qaz qurğularının yoxlanılması və sınaqdan keçirilməsi müvafiq icra hakimiyyəti orqanı, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və müstəqil qaz eksperti (hətta qurğunu tikməyən və onu idarə etməyən podratçı) tərəfindən də həyata keçirilə bilər. [16]

3. Sənaye qaz qurğusunun istismarına icazə qaz təchizatı sahəsində fəaliyyət göstərən şəxsə verilir. “İcazə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada və müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin qurğunun yoxlanılmasını və sınaqdan keçirilməsini təsdiq edən müvafiq sənədlər və hesabat əsasında verilir. Xüsusi icazə vermək üçün müvafiq icra hakimiyyəti orqanı əlavə informasiya, yoxlama və ya sınaq da tələb edə bilər. [17]

 

Maddə 6. Qaz qurğularına ziyan vuran dəyişmələr

 

1. Qaz qurğularında hər hansı nəzərdə tutulmamış dəyişmələr baş verərsə, bu Qanunun 4-cü və 5-ci maddələrində göstərilən şərtlərin yerinə yetirilməsi məcburidir.

2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

 

III fəsil

 Qazın İstehsalı, emalı və qaz konteynerlərİ İlə əlaqədar fəalİyyət

 

Maddə 7. Qaz təchizatı sahəsində fəaliyyət [18]

 

1. Qaz təchizatı sahəsində aşağıdakı işlər icazə əsasında həyata keçirilir:

1.1. qazın istehsalı və təbii qazın emalı;

1.2. qazın nəqli;

1.3. qazın paylanması;

1.4. yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarı;

1.5. sənaye qaz qurğusunun istismarı.

2. Bu maddənin 1-ci hissəsində göstərilən icazələrin verilməsi bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

3. Bu maddənin 1-ci hissəsində göstərilən icazələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir və icazə alınması üçün ərizəyə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1-18.2.4-cü maddələrində göstərilən sənədlərlə yanaşı, aşağıdakı sənədlər də əlavə olunur:

3.1. nəzərdə tutulan fəaliyyətin əsas göstəricilərinin təsviri;

3.2. qaz qurğularının, müvafiq avadanlıqların sənədləri, sifarişçinin və onun işçilərinin peşə ixtisasları;

3.3. ictimai təhlükəsizlik haqqında memorandum;

3.4. nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin sağlamlığının və təhlükəsizliyinin təmin olunması qaydaları üzrə tələb olunan sənədlər;

3.5. qazdan səmərəli istifadə haqqında sənədlər;

3.6. ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında sənəd.

4. Qaz təchizatı sahəsində sınaq işləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və ya qaz ekspertləri tərəfindən həyata keçirilir.

 

Maddə 8. Qaz ekspertlərinin hüquq və vəzifələri

 

1. Sənaye qaz qurğularının və proseslərinin, məişət qaz qurğularının, enerji daşıyıcılarının və məhsullarının sertifikatlaşdırılması, sınaqdan keçirilməsi, nəzarəti, planlaşdırılması, elmi-texniki tədqiqatlar və digər texniki məsələlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən yerinə yetirilə bilər. [19]

2. Qaz eksperti kimi fəaliyyət göstərmək üçün akkreditasiya attestatı müvafiq məsələlərin həllində öz ixtisas səriştəliliyini və etibarlılığını nümayiş etdirən (sübut edən) istənilən şəxsin və təşkilatın sifarişinə görə verilir. Qaz ekspertlərinin sayı inhisar mövqelərinə yol verməmək və onlar arasında müsabiqəni həvəsləndirmək şərtilə müəyyən edilir. [20]

3. Qaz ekspertləri müvafiq icra hakimiyyəti orqanının və ya istənilən maraqlı tərəfin sifarişi ilə işləyirlər. Qaz ekspertlərinin əmək haqqı dərəcələri və onların xidmətilə əlaqədar xərclərin ödənilməsi tariflərlə və ya müvafiq icra hakimiyyəti orqanının qərarları ilə tənzimlənə bilər. Qaz ekspertlərinin əmək haqqı və xərcləri hər konkret hal üçün onların fəaliyyətinə səbəb olan şəxs tərəfindən ödənilir. Əgər həmin şəxs müəyyən edilməmişsə və ya o, xidmətin xərclərini ödəmirsə, əmək haqqı və xərclər qaz ekspertinin xidmətini tələb edən şəxslər tərəfindən ödənilir.

4. Qaz ekspertləri öz qərarlarının və sertifikatlarının dəqiq və düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Müvafiq icra hakimiyyəti orqanı akkreditasiya attestatında üçüncü tərəfin müvafiq sığortasını nəzərdə tuta bilər. [21]

5. Müvafiq icra hakimiyyəti orqanı qaz ekspertlərinin fəaliyyətinə nəzarət edir. Əgər qaz ekspertlərinin ixtisas dərəcəsi, peşə səriştəliliyi və etibarlılığı tələblərə cavab vermirsə, müvafiq icra hakimiyyəti orqanı akkreditasiya attestatının dayandırılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qarşısında məsələ qaldırır. Zəruri hallarda isə xəbərdarlıq edilmədən xüsusi icazə geri də alına bilər. Bu həmçinin, bu maddənin 3-cü hissəsinə uyğun qaz ekspertinin yüksək əmək haqqı və xərcləri ödəməsini tələb etmə hallarına da aiddir. [22]

6. Qaz qurğularını istehsal edən, quraşdırma və istismar işlərini aparan və təmir edən müəssisə müvafiq texniki məsələləri və nəzarəti müstəqil yerinə yetirmək üçün ixtisasını, təşkilati və texniki səriştəsini və etibarlılığını nümayiş etdirdikdə (öz məhsul və xidmətləri istisna olunmaqla) qaz eksperti təyin edilə bilər. Bu maddənin 1-ci və 5-ci hissələri belə müəssisələrə də aid edilir. [23]

 

Maddə 9. Qazın istehsalı və emalı

 

1. Qaz istehsalı, təbii qazın emalı da daxil olmaqla, müəssisə və onun qaz qurğusu üçün Qanunun 5-ci və 7-ci maddələrinə müvafiq olaraq əvvəlcədən xüsusi icazə obyektidir. [24]

2. Qaz istehsalı üzrə güclərin yaradılması və ya onların genişləndirilməsi digər tərəfin mülkiyyətinin istifadəsinə dəyişiklik gətirirsə və qanunvericiliyə müvafiq olaraq kompensasiya və ya özgəninkiləşdirilmə zəruridirsə, onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən yeni xüsusi icazənin və planların obyektidir.

3. Qaz istehsalına xüsusi icazə qaz tələbatı və qaz anbarlarının tutumu ilə limitləndirilməlidir. Limitdən artıq əlavə qaz istehsalına sifarişçi tərəfindən energetika müqaviləsinə aid sənəd təqdim edildikdə aşağıdakı hallarda icazə verilir:

əlavə qaz əsas nəql xidmətləri, qaz paylayıcısı və yeraltı anbarlar tərəfindən qəbul edilirsə;

mayeləşdirilərək konteynerlərlə nəql edilirsə və satılırsa;

bərpa olunan enerji növlərini istifadə edən müəssisə və qurğuların sənaye proseslərinin nəticəsində qaz istehsal edilirsə və istehsalçının yaxınlığında həmin qaza tələbat mövcuddursa.

4. İcazədə onu alan şəxsin müntəzəm olaraq öz fəaliyyəti haqqında müvafiq icra hakimiyyəti orqanına hesabat verməsi tələb edilə bilər. [25]

 

Maddə 10. Qaz konteynerlərinin hazırlanmasına və doldurulmasına tələblər

 

1. Qazla doldurularaq satılmalı və yaxud hər hansı bir formada qaz istehlakçılarına verilməli olan qaz konteynerlərinin hazırlanması bu Qanunun 3-cü və 7-ci maddələrinin tələblərinə cavab verməlidir. Hər bir konteynerin üzərində daimi olaraq aşağıdakılar göstərilməlidir:

istehsalçının adı və ünvanı;

konteynerin seriyası, nömrəsi, buraxılma və yoxlanma tarixi;

konteynerə doldurula bilən qazın növü, keyfiyyəti və miqdarı;

buraxıla bilən temperaturu və təzyiqi.

2. Qazın konteynerlərə doldurulması fəaliyyətini həyata keçirən müəssisələr:

konteynerlər bu maddənin 1-ci hissəsinə, bu Qanunun 3-cü və 7-ci maddələrinə uyğun olduqda, onlar doldura bilərlər;

konteynerlərin doldurulmasını nişanlamalıdırlar;

öz adlarını, ünvanlarını, konteynerə doldurulmuş qazın növünü, miqdarını, doldurulma tarixini, yoxlama dövrlərini, təhlükəsizlik texnikası üzrə müvafiq təlimatı özündə əks etdirən sənədləri konteynerə əlavə etməlidirlər.

3. Yerin üstündə və altında qurulmuş cəmləşdirici qaz konteynerləri, onlara doldurulan qazın maksimum miqdarının saxlanılmasını təmin edən divarlarla əhatə olunmalı, həmçinin normadan yüksək olan temperaturdan müvafiq şəkildə qorunmalıdırlar. Bu tələblər yerinə yetirilmədən qaz konteynerlərinin qazla doldurulması qadağandır.

 

IV fəsil

 Energetİka müqavİlələrİ, qazın nəql edİlməsİ, paylanması və saxlanılması

 

Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr

 

1. Qaz nəqli xidmətlərinin təşkili, qaz paylayıcı şəbəkələrinin tikintisi və yeraltı qaz anbarlarının yaradılması, onların istismarı, yenidən qurulması energetika müqavilələri olmadan həyata keçirilə bilməz. Belə müqavilələr podratçı ilə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılır. Müqavilələr nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Müqavilənin təsdiq olunma tarixi onun qüvvəyə minmə tarixi hesab edilir.

2. Energetika müqaviləsi müvafiq qanunvericiliyin və müqavilənin müddəaları əsasında müəyyən edilmiş fəaliyyətin yerinə yetirilməsi üzrə podratçıya hüquqlar və vəzifələr verir.

3. Yuxarıda göstərilən hüquqları əldə etmək üçün podratçı dövlətə energetika müqaviləsində göstərildiyi kimi ödəmələr verir.

4. Energetika müqavilələrinin birinci fəaliyyət müddəti onun qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 20 ildən artıq olmamalıdır. Bu maddənin 1-ci hissəsinə müvafiq olaraq müqavilənin fəaliyyəti yenidən daha 10 il uzadıla bilər.

5. Energetika müqaviləsi onun şərtlərinə görə dayandırıla bilər. İstənilən halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum xəbərdarlıq etdikdən və podratçıya çatışmamazlıqları aradan qaldırmaq üçün münasib vaxt verdikdən sonra da podratçı öz vəzifələrindən irəli gələn tələbləri daim pozarsa, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müqavilənin fəaliyyəti dayandırıla bilər.

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [26]

 

Maddə 12. Qaz nəqli xidmətləri

 

1. Podratçılar qaz nəqli xidmətlərini (qurğularını) elə qurmalı, istismar etməli və işçi vəziyyətdə saxlamalıdırlar ki, qazın nəql edilməsi energetika müqaviləsinə, mövcud normativ hüquqi aktlara müvafiq təmin edilsin.

2. Qaz nəqli qurğularının qurulması və istismarı, müqavilələrin tətbiqi, onların həyata keçirilməsi üzrə mövcud qanunvericiliyin istənilən sonrakı tələblərinin obyekti olmaqla:

qaz kəmərlərinin marşrutlarını, binaların, texniki qurğuların və qaz kəmərlərinin funksiyalarını, yerləşdirilməsini, onları birləşdirən tranzit yerləri, şəhərləri, istifadə ediləcək küçələri və torpaqları göstərən 1/25.000 miqyasda xəritəni;

texniki və iqtisadi şərtlər, qazın nəql edilməsinin ətraf mühitə təsiri haqqında hesabatı;

qaz nəqli xidmətlərinin yaradılması, genişləndirilməsi, modifikasiyası, istismarı və işçi vəziyyətdə saxlanılması üzrə podratçıların iş proqramını;

podratçının digər vəzifələri haqqında məlumatı özünə daxil etməlidir.

3. Ziddiyyətli əsaslar olmadıqda podratçı qazı birbaşa sənaye müəssisələrinə nəql edə bilər. Lakin həmin sənaye müəssisəsi qaz paylayıcısının müqavilə ərazisində yerləşmişsə, qaz paylayıcısının əvvəlcədən bu barədə yazılı razılığı olduğu halda podratçıya birbaşa qaz nəqli üçün icazə verilir.

4. İstismara başlamazdan və əhəmiyyətli dərəcədə dəyişikliklər edildikdən sonra qaz nəqli xidmətləri (qurğuları) bu Qanunun 5-ci maddəsinə müvafiq olaraq yoxlanılmalı və xüsusi icazə alınmalıdır. [27]

5. Qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu razılıq həmin sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda və hədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş sayılır.

Bunlar həmçinin birgə qurğuların, xidmətlərin, müəssisələrin, təşkilatların yaradılması və təşkil edilməsi üzrə istehsalçılar, təchizatçılar, paylayıcılar və qaz nəqliyyatçıları arasında bağlanan sazişlərə də aiddir. Müvafiq icra hakimiyyəti orqanı istənilən maraqlı tərəfin sifarişinə görə bütün maraqlı tərəflər arasında belə sazişin bağlanmasına müddət limiti qoyur və bu müddət keçdikdən sonra bu sazişlə tənzimlənməyən istənilən məsələ barəsində aşağıdakı ümumi maraqdan irəli gələn qərarlar verə bilər:

qaz təchizatı fasiləsi ilə yaranan vəziyyətin yüngülləşdirilməsi;

qaz nəqli xidmətlərinin qarşılıqlı əlaqəsinin asanlaşdırılması;

istehsalçılara, paylayıcılara və nəqliyyatçılara xidmət edən qaz nəqli xidmətlərinin istismarı və inkişafı;

idxal, ixrac və tranzit üçün qaz nəqli xidmətlərinin təkmilləşdirilməsi.

6. Qanunun əvvəlki müddəalarına əsaslanaraq podratçı və nəqletməni sifariş edən şəxs arasında razılaşma üzrə qazın nəql edilməsinin texniki və kommersiya şərtləri sərbəst müəyyən edilir. Nəqletməni sifariş edən şəxs, qazın qəbul olunma məntəqəsində nəql edilən qazın tərəflər arasında razılaşdırılmış və texniki tələblərə uyğunsuzluğuna, həmin səbəbdən podratçının qurğusuna və üçüncü tərəfə vurulan zərərə görə məsuliyyət daşıyır. Nəql edilən qaz razılaşdırılmış şərtlərə müvafiq deyilsə, podratçı xəbərdarlıq etmədən nəqletmədən imtina etmək və nəqletmə haqqında sazişi ləğv etmək hüququna malikdir.

 

Maddə 13. Qazın pаylаnmаsı və sаtılmаsı [28]

 

1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. [29]

2. Qazın istehsalını, alınmasını və topdansatış təchizatını etibarlı və müvafiq qiymətlərlə təşkil və təmin etmək məqsədilə qaz paylayıcılarına assosiasiya və müəssisələrlə birləşməyə icazə verilir. Bu Qanunun 12-ci maddəsinin 6-cı hissəsi eyni qaydada müvafiq sazişlərə tətbiq edilir.

2-1. İstehlakçıya sаtılаn qаzın kеyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət stаndаrtlаrının tələblərinə uyğun оlmаlıdır. Dövlət stаndаrtlаrının tələblərinin pоzulmаsı qаnunlа müəyyən еdilmiş məsuliyyətə səbəb оlur. Qаzın kеyfiyyət göstəriciləri nəzаrət оrqаnı tərəfindən lаbоrаtоriyа şərаitində və yа хüsusi tехniki vаsitələrlə yохlаnılmаlı və nəticələri bаrədə istеhlаkçılаrа və qаz pаylаyıcısınа məlumаt verilməlidir. Yoxlama nəticəsində qаzın kеyfiyyət göstəriciləri dövlət stаndаrtlаrının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyаtа kеçirilməsi tələb еdilməlidir. [30]

3. Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [31]

4. Qaz paylayıcıları tərəfindən təyin edilmiş qaz təchizatı qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tariflərə müvafiq olmalıdır. Bu tariflər: [32]

paylayıcının qaz təchizatı, digər iş və xidmətləri üzrə qiymətlərin hesablanmasının və təyin edilməsinin metod və prinsiplərini;

müxtəlif kateqoriyalı istehlakçılar üçün hər bir kubmetr verilən qazın tariflərini və onların təyin edilməsi metodlarını özündə əks etdirir.

Tariflər qaz paylanması münasibətləri üzrə energetika müqavilələrinin müddəalarına uyğun olmalı və kütləvi şəkildə yayılmalıdır.

5. Əgər xüsusi hallarda bu maddənin 3-cü və 4-cü hissələrindən irəli gələn qaz təchizatı üzrə tariflər və şərtlər məqsədəuyğun olmazsa, qaz paylayıcısı istənilən istehlakçı ilə tərəflərin qəbul etdiyi yeni şərtlər əsasında xüsusi saziş bağlaya bilər. Qaz paylayıcısı hər belə sazişin surətini müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: [33]

istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;

istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;

paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;

paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda;

istehlakçı bu Qanunun 3-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə həmin оrqаnların göstərişi əsasında;

müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin оrqаnların göstərişi əsasında; [34]

məhkəmənin qərarı ilə;

dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında. [35]

7. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. [36]

8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. [37]

10. Müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. [38]

11. Tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər. [39]

12. Ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulmasına görə sənaye qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qoşulma xidmətinə görə ödəniş həyata keçirir.

13. Qoşulma nöqtəsi çoxmənzilli yaşayış binaları üzrə həmin binalarda yerləşən qaz xətti (dik boru), digər tikinti obyektləri üzrə isə ən yaxın məsafədə yerləşən və texniki parametrlərə uyğun qaz təchizatını təmin edə bilən mövcud qaz şəbəkəsi hissəsi hesab edilir. [40]

 

Maddə 14. Yeraltı qaz anbarları

 

1. Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarı ancaq energetika müqavilələri əsasında aparıla bilər və bu məqsədlə müəssisəyə və onun qaz qurğularına əvvəlcədən xüsusi icazə alınmalıdır. [41]

2. Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və/və istismarı üçün podratçı aşağıdakı lazımi tədbirləri görməlidir:

yeraltı qaz anbarlarının işlənməsi, istismarı və idarə edilməsi məqsədilə zondlama və ya qazma işləri apararkən laylararası qarşılıqlı əlaqənin aradan qaldırılması;

qazın anbarlara vurulması və saxlanılması üçün istifadə olunmayan geoloji laylara qazın keçməsinin qarşısının alınması;

yerin təkində qazın şaquli və üfuqi istiqamətlərdə genişləndirilməsi;

yeraltı qaz anbarında, qaz saxlanan lay (formasiya) ətrafında yerləşən yeraltı suların xarakteristikalarında fiziki, kimyəvi və bakteoroloji cəhətdən istənilən dəyişikliklərin olmaması, qaz saxlanılan ətraf laylardan (formasiyalardan) və təhlükəli zonalardan alınan suyun içməli su kimi istifadə edilməməsi;

mineral və digər yeraltı sulara (xüsusilə içməli su kimi istifadə olunarsa) və enerji resursları yataqlarına qaz təsirinin olmasına müntəzəm nəzarət edilməsi, podratçı hesabına qaz ekspertləri tərəfindən analiz üçün nümunələrin götürülməsi;

qaz saxlanılması üçün istifadə olunan geoloji layların (formasiyaların) keyfiyyətinin qorunması;

yeraltı qaz anbarlarının istismarı qismən və ya tamamilə dayandırılanda təhlükəsizlik texnikasına və ətraf mühitin mühafizəsinə riayət edilməsi.

3. Qazı yeraltı anbardan çıxarmaq və ya anbara vurmaq üçün istənilən proqramı yerinə yetirməzdən əvvəl podratçı ona xüsusi icazə almalıdır. İcazə almaq üçün sifarişlə birlikdə görülmüş tədqiqatların və işlərin nəticələri haqqında hesabat, planlaşdırılmış əməliyyatların müddətini, üsullarını və təlimatlarını özündə əks etdirən ətraflı proqram, müvafiq geoloji laylar (formasiyalar) haqqında məlumatlar, saxlanılacaq qaz və ya mayenin təzyiqi və müvafiq təhlükəsizlik tədbirləri təqdim edilməlidir. [42]

4. Yeraltı qaz anbarının müvəffəqiyyətli sınağından sonra podratçıya yeraltı qaz anbarının normal istismarı üçün xüsusi icazə verilməlidir. Podratçı qaz anbarının normal istismarına ən azı üç ay qalmış xüsusi icazənin alınması üçün sifariş verməlidir. Sınaq proqramının nəticələri, anbara vurulan qazın istismar şaxtasının yuxarı hissəsində mümkün olan maksimum təzyiqi, saxlanılan qazın mümkün olan maksimum həcmi, anbara vurulan qazda zərərli və toksik qarışıqların maksimum miqdarı, hər şaxtanın mümkün olan maksimum həcmi, saxlanılan qazı sulu qatlardan ayırma tədbirləri və nəzarət laylarının yeri, sayı və funksiyaları xüsusi icazə sifarişinə əlavə edilməlidir. [43]

5. Eyni hallarda bu Qanunun 12-ci maddəsinin 5-ci, 6-cı hissələri yeraltı qaz anbarları üçün tətbiq edilir.

 

Maddə 15. Qaz təchizatı ilə əlaqədar torpaqda və ictimai istifadədə olan yerlərdə işlərin aparılması

 

1. Podratçılara torpağın və ictimai istifadədə olan yerlərin qazılması, örtüklərinin götürülməsi, kommunikasiyaların (novçaların, kanalizasiya qapaqlarının və tunellərinin) açılması, mövcud və gələcək qaz kəmərlərinin, qaz qurğularının marşrutları hüdudlarında müqavilə fəaliyyətində lazım sayılan xəndəklərin örtülməsi şərtilə qazılması hüququ verilir.

2. Yeni qaz kəmərləri və digər qaz qurğuları müvafiq olaraq yerin altında və üstündə, müvafiq tikilinin və ya metal qutunun içərisində yerləşdirilməlidir. Bu, həmçinin mövcud qurğuların təzələnməsinə və yerlərinin dəyişdirilməsinə aiddir. Müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum yuxarıda qeyd edilən hallarda, xüsusən uzaq məsafələrə və yüksək təzyiqli qaz nəqli xidmətlərində istisnalara yol verə bilər.

3. Podratçının vəzifələri aşağıdakılardır:

torpaqda və ictimai istifadədə olan yerlərdə aparılan qaz fəaliyyəti işlərinin ictimai infrastrukturun digər sahələrinə cavabdeh olan podratçı və müvafiq icra hakimiyyəti orqanları ilə planlaşdırılması və uzlaşdırılması, təmir və qəza işləri zamanı ictimai infrastrukturun ayrı-ayrı sahələrində maneələr olduqda, əvvəlcədən həmin sahələrin mülkiyyətçisindən yazılı razılığın alınması;

işlərin başlanmasına azı 3 ay qalmış həmin işlərin proqram və planlarını müvafiq icra hakimiyyəti orqanına təqdim etmək, iş əsnasında qarşıya çıxan suallara cavab vermək və işlərin təşkili və icrası ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının sərəncamlarına uyğun hərəkət etmək;

müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun müəyyən etdiyi müddət ərzində bütün işləri başa çatdırmaq və sahənin istifadəsilə əlaqədar onu tələb olunan vəziyyətdə bərpa etmək;

təhlükəsizliyi və imkan daxilində ictimai hərəkəti təmin etmək üçün bütün lazımi tədbirləri görmək;

işləri minimal ziyanla həyata keçirmək, yer səthini, küçələrin və torpağın altındakı boşluqları normal vəziyyətə salmaq, vurulmuş ziyanı işin gedişi zamanı və ya dərhal iş qurtaran kimi aradan qaldırmaq;

üçüncü tərəfə vurulan ziyanı mövcud qanunvericiliyə müvafiq olaraq ödəmək.

 

Maddə 16. Xüsusi mülkiyyətlə əlaqədar işlər

 

1. Xüsusi mülkiyyətdə yerləşən istənilən qaz kəmərini (xəttini) və qurğusunu yoxlamaq, verilən və istifadə olunan qazın miqdarını təyin etmək və ya qaz nəqli və təchizatı tələb olunmayan halda qaz qurğularını açmaq məqsədilə podratçının müvəkkil edilmiş əməkdaşları və qaz ekspertləri xüsusi mülkiyyətdə olan sahəyə daxil olmaq hüququna malikdirlər. Podratçı və qaz ekspertləri həmin fəaliyyəti ilə mülkiyyətçiyə vurulan ziyanı ödəməlidir.

2. Qaz xətlərinin (kəmərlərinin) çəkilməsi və qaz qurğularının yerləşdirilməsi məqsədilə podratçının xüsusi mülkiyyətdə olan sahəyə müdaxiləsinə əvvəlcədən həmin mülkiyyətçinin yazılı razılığı, vurulan ziyanın ödənilməsi və ya ehtiyac olduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilmə şərtlərilə icazə verilir. Lakin podratçılar mövcud qaz qurğularının və xətlərinin xüsusi mülkiyyətçiyə məxsus torpaqlarda yerləşdiyi yerlərdə yeni qaz kəmərlərinin və qurğularının yerləşdirilməsi fəaliyyətinə başlaya bilərlər. Onlar həmçinin eyni qayda ilə mövcud qaz qurğularını işçi vəziyyətdə saxlamaq, təmir etmək və qazıb çıxarmaq üçün işlər də görə bilərlər. Bu Qanunun 15-ci maddəsinin 2-ci və 3-cü hissələri eyni qaydada xüsusi mülkiyyət sahiblərinin işlərin uyğunlaşdırılmasında iştirakı məqsədilə də (planların əvvəlcədən təqdim olunmasını nəzərə almaqla) tətbiq edilir.

3. Qəza halları istisna olmaqla, torpağın və ya binanın sahibi tərəfindən onun mülkiyyətində olan sahəyə müdaxiləyə və qaz fəaliyyəti göstərməyə icazə verilməyə bilər. Bu, qaz fəaliyyəti göstərmək istəyən şəxsin iş vaxtından kənar müdaxilə etmək istədiyi və ya podratçının və ya müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun ona mülkiyyətində olan sahəyə müdaxilə etmək icazəsi haqqında yazılı sənədin əslini təqdim etmədiyi və ya müdaxilə etmək istəyən şəxs öz şəxsiyyətini təsdiqləyə bilmədiyi hallarda baş verə bilər.

 

Maddə 17. Qaz qurğularının xəritələri (sxemləri)

 

1. Hər təqvim ilinin birinci ayında podratçı qaz kəmərlərinin istiqamətini və digər qaz qurğularının funksiyalarını, yer səthinin relyefini, yerin altında/ üstündə, xəndəyin dərinliyini/hündürlüyünü, uzunluğunu göstərən 1/25.000 miqyasda yenidən baxılmış xəritəsini müvafiq icra hakimiyyəti orqanına və müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim etməlidir.

2. Müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum podratçıdan yeraltı kəmərlərin və qaz qurğularının bir neçə sxemlərinin böyük miqyasda hazırlanmasını tələb edə bilər.

3. Hər bir xəritənin və sxemin tərtibi və sonuncu buraxılma tarixi ilə qeyd edilmiş surəti Azərbaycan Respublikasında podratçının baş idarəsində saxlanılmalıdır. Dövlət rüsumları ödəməklə bütün sifarişçilərə xəritələrin və sxemlərin öyrənilməsi və surətinin çıxarılması hüququ verilir. [44]

4. Müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları xəritələrin və sxemlərin onların müvafiq rayonlarına və yerlərinə aid olan hissələrini podratçıdan pulsuz almaq hüququna malikdir.

 

V fəsil

Təhlükəsİzlİk, İnsanların sağlamlığının və ətraf mühİtİn qorunması, mühafİzə zonası və tədbİrlə

 

Maddə 18. Təhlükəsizlik, insanların sağlamlığının və ətraf mühitin qorunması

 

1. Qazla əlaqədar fəaliyyət göstərən hər bir şəxs ətraf mühitə hər cür mənfi təsirdən çəkinməli və bu fəaliyyətdən irəli gələn labüd təsirləri müvafiq tələblərə uyğun olaraq minimuma endirməlidir.

2. Qazla əlaqədar fəaliyyət göstərən podratçı kimi xüsusi icazəsi olan şəxslərin təhlükəsizliyi, insanların sağlamlığı və ətraf mühitin qorunması üzrə vəzifələri aşağıdakılardır: [45]

müqavilənin qüvvədə olduğu müddətdə öz fəaliyyətini yerinə yetirərkən görüləcək müvafiq tədbirlərdən ibarət təhlükəsizliyi və ətraf mühitin qorunmasını təmin edən planı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim etmək;

insanların sağlamlığına, torpağa, təmiz su təchizatına, ağaclara, bitkilərə, binalara və digər qurğulara dəyə biləcək ziyanın qarşısını almaq;

təsdiq edilmiş metodlara müvafiq olaraq qazın və onun tullantılarının təhlükəsiz və səmərəli yerləşdirilməsini təmin etmək;

işləri başa çatdırdıqda ərazini təmizləmək və onu ətraf mühitin qorunması üçün məqbul səviyyədə bərpa etmək.

3. Qaz emalı zavodlarının, qazın nəqli üçün uzunluğu 20 km və daha çox olan, diametri 500 mm və daha çox olan boru kəmərlərinin, bioqaz elektrik stansiyalarının layihələndirilməsi mərhələsində “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. [46]

4. Qaz təchizatı sahəsində fəaliyyətlə bağlı mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ƏMTQ sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

5. Qaz təchizatı sahəsində fəaliyyətlə bağlı mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

6. Qaz təchizatı sahəsində fəaliyyətlə bağlı obyektlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərin transsərhəd təsirlərinin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.

 

Maddə 19. Mühafizə zonası və tədbirləri

 

1. Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.

2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. [47]

3. Bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və tədbirlərilə bağlı qüvvədə olan norma və qaydalar tətbiq edilir.

 

VI fəsil

Yoxlama, ödəmə və cərİmələr, bu Qanunun pozulmasına görə məsulİyyət

 

Maddə 20. Yoxlama

 

Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

 

Maddə 21. Ödəmə və cərimələr

 

1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Bu qərar istənilən şəxs tərəfindən yerinə yetirilmədikdə müvafiq icra hakimiyyəti orqanı onun vəsaiti hesabına qərarın və ya müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir. [48]

2. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər.

 

Maddə 21-1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ödənilən haqq [49]

 

Qaz istehsalçıları, təchizatçıları və paylayıcılar tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödənilir. Haqqın məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 22. Bu Qanunun pozulmasına görə məsuliyyət

 

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

 

VII fəsil

Keçİd müddəaları və beynəlxalq hüquqlar

 

Maddə 23. Keçid müddəaları

 

1. Bu Qanunun qüvvəyə minməsinə qədər qaz sahəsinin fəaliyyəti ilə əlaqədar müəyyən edilmiş qaydada bağlanmış hər bir müqavilə bu Qanunla tənzim olunmur.

2. Bu Qanunun və bu Qanuna müvafiq qüvvəyə minmiş energetika müqavilələrinin və ya digər qanunvericilik aktlarının arasındakı hər hansı ziddiyyət bu Qanuna uyğun surətdə həll olunur.

 

Maddə 24. Beynəlxalq hüquqlar

 

Bu Qanun beynəlxalq hüququn, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən sualtı kabellər və boru kəmərləri ilə, sərhədlərdən çirklənmə, iqlim dəyişiklikləri ilə bağlı müqavilələrin təsir dairəsini azaltmır.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

Bakı şəhəri, 30 iyun 1998-ci il

№ 513-IQ

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505)

2.       1 may 2007-ci il tarixli 324-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 442)

3.       30 sentyabr 2009-cu il tarixli 881-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 768)

4.       2 aprel 2010-cu il tarixli 980-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2010-cu il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 374)

5.       18 mart 2011-ci il tarixli 89-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 aprel 2011-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 262)

6.       15 noyabr 2011-ci il tarixli 235-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 dekabr 2011-ci il, № 279, “Azərbaycan” qəzeti, 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1091)

7.       30 sentyabr 2015-ci il tarixli 1326-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1251)

8.       28 oktyabr 2016-cı il tarixli 373-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1991)

9.       14 aprel 2017-ci il tarixli 595-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun 2017-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1018)

  1. 13 fevral 2018-ci il tarixli 994-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 380)
  2. 13 fevral 2018-ci il tarixli 996-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 aprel 2018-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 634)
  3. 22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689)
  4. 2 aprel 2021-ci il tarixli 288-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2021-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 429)
  5. 27 may 2021-ci il tarixli 337-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 701)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 sentyabr 2015-ci il tarixli 1326-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1251) ilə 1-ci maddənin ikinci аbzаsındа “mayeləşdirilməsi və” sözləri “satılması, mayeləşdirilməsi,” sözləri ilə, “sənaye və istehlakçı qurğularının” sözləri isə “qaz qurğularının quraşdırılması, boru kəmərlərinin” sözləri ilə əvəz edilmişdir.

 

[2] 30 sentyabr 2015-ci il tarixli 1326-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1251) ilə 1-ci maddənin üçüncü abzasında “qaz halında olan enerji daşıyıcıları,” sözləri “o cümlədən” sözləri ilə əvəz edilmişdir.

 

[3] 30 sentyabr 2015-ci il tarixli 1326-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1251) ilə 1-ci maddənin bеşinci аbzаsı yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

qazın paylanması — istehlakçıların qoşulduğu qazpaylayıcı boru və qurğu şəbəkəsi vasitəsilə paylayıcılardan istehlakçılara qədər qazın paylanması üzrə fəaliyyət;

 

[4] 30 sentyabr 2015-ci il tarixli 1326-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1251) ilə 1-ci maddənin altıncı abzası çıxarılmışdır.

 

[5] 30 sentyabr 2015-ci il tarixli 1326-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1251) ilə 1-ci maddənin yeddinci аbzаsındа “nəzarət, sınaq işləri, sertifikatlaşma və digər məsələlər” sözləri “sınaq işləri və sertifikatlaşma” sözləri ilə əvəz edilmişdir.

 

14 aprel 2017-ci il tarixli 595-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun 2017-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1018) ilə 1-ci maddənin altıncı abzası yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

qaz eksperti — qaz təchizatı sahəsində sınaq işləri və sertifikatlaşma üzrə xüsusi icazə almış fiziki və hüquqi şəxslər;

 

[6] 30 sentyabr 2015-ci il tarixli 1326-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1251) ilə 1-ci maddənin səkkizinci аbzаsındа anlayışın adında “müqavilə və ya” sözləri çıxarılmışdır.

 

13 fevral 2018-ci il tarixli 996-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 aprel 2018-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 634) ilə 1-ci maddəsinin yeddinci abzasına, 11-ci maddəsinin 1-ci hissəsinin ikinci cümləsinə və 5-ci hissəsinin ikinci cümləsinə (hər iki halda), 16-cı maddəsinin 3-cü hissəsinin ikinci cümləsinə və 18-ci maddəsinin 2-ci hissəsinin ikinci abzasına ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra ismin müvafiq hallarında “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə edilmişdir.

 

[7] 30 sentyabr 2015-ci il tarixli 1326-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1251) ilə 1-ci maddənin doqquzuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda onuncu-iyirminci abzaslar əlavə edilmişdir.

 

[8] 13 fevral 2018-ci il tarixli 996-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 aprel 2018-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 634) ilə 3-cü maddəsinin 3-cü hissəsinə (hər iki halda), 15-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsinə, 3-cü hissəsinin dördüncü abzasına və 17-ci maddəsinin 1-ci və 2-ci hissələrinə ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra ismin müvafiq hallarında “və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə edilmişdir.

 

22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə 3-cü maddənin 3-cü hissəsindən (hər iki halda) “xüsusi” sözü çıxarılmışdır.

 

[9] 2 aprel 2021-ci il tarixli 288-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2021-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 429) ilə 3-cü maddəsinə yeni məzmunda 5-1-ci və 5-2-ci hissələr əlavə еdilmişdir.

 

[10] 30 sentyabr 2015-ci il tarixli 1326-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1251) ilə 3-cü mаddəyə yeni məzmundа 4-8-ci hissələr əlаvə еdilmişdir.

 

[11] 14 aprel 2017-ci il tarixli 595-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun 2017-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1018) ilə 3-cü maddəyə yeni məzmunda 9-cu hissə əlavə edilmişdir.

 

[12] 30 sentyabr 2015-ci il tarixli 1326-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1251) ilə 4-cü maddə yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 4. İstehlakçı qurğularına tələ