AKTIN NÖVÜ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
28.11.2016
QEYDİYYAT NÖMRƏSİ
9
ADI
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2014-cü il 29 dekabr tarixli 9-1 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.12.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201611280009
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
02.12.2016
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2014-cü il 29 dekabr tarixli 9-1 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

28.11.2016

Qeydiyyat nömrəsi

9

Adı

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2014-cü il 29 dekabr tarixli 9-1 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

03.12.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

070.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201611280009

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

02.12.2016

 

 

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanının 9.3-cü bəndinin icrası və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 3.1.31-ci yarımbəndini təmin etmək məqsədi ilə həmin Əsasnamənin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası qərara alır:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2014-cü il 29 dekabr tarixli 9-1 nömrəli qərarında və həmin qərarla təsdiq edilmiş “Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament”ində dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Ümumi şöbəsinə (L.Abdullayeva) tapşırılsın ki, bu Qərarın surətinin çoxaldılaraq Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.

4. Qərarın icrasına nəzarət nazir müavini İ.Rəhimova həvalə edilsin.

 

Kollegiyanın sədri                                                                         Səlim Müslümov


 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının

28 noyabr 2016-cı il tarixli 9 nömrəli qərarı

ilə təsdiq edilmişdir.

 

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2014-cü il 29 dekabr tarixli 9-1 nömrəli qərarında edilmiş dəyişikliklər

 

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2014-cü il 29 dekabr tarixli 9-1 nömrəli Qərarının 1.7-ci bəndində “Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu” sözləri “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” sözləri ilə əvəz edilsin;

2. Həmin qərarla təsdiq edilmiş “Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament”ində aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında və 1.1-ci bənddə “Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu” sözləri “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” sözləri ilə əvəz edilsin;

2.2. 1.3.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.3.4. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 3.1.20-ci yarımbəndi;”

2.3. 1.3.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2.3-cü bəndi;”

2.4. 1.4-cü bənddə “yanında Dövlət Sosial Təminat Xidməti” sözləri çıxarılsın;

2.5. 1.7-ci bənddə “20 gün” sözü “15 iş günü” sözü ilə əvəz edilsin;

2.6. 2.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün notariat orqanı tərəfindən təsdiq edilmiş təmsilçilik barədə ərizə (1 nömrəli əlavə) tələb olunur.”;

2.7. 3.2.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.1. Sorğunun formalaşdırılması: Elektron xidmətdən istifadə üçün istifadəçi https://www.e-mlspp.gov.az; https://www.e-gov.az internet ünvanına daxil olur “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətini seçir, məlumatları daxil edir və ekranında əks olunan sualları ardıcıllıqla dolduraraq sorğu edir.”;

2.8. 3.2.2 -ci yarımbənddə “3” rəqəmi ”2 ” rəqəmi ilə əvəz edilsin;

2.9. 3.3.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi bu Reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulan prosedurları keçmədikdə və ya səhv keçdikdə, həmçinin məlumatları tam daxil etmədikdə sorğu qəbul olunmur.”;

2.10. 3.3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.3.2. Sorğunun qəbulu: İstifadəçi bu Reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulan prosedurları düzgün keçdikdə və məlumatları dolduraraq təsdiq etdikdə sorğu qəbul olunur.”;

2.11. 3.4.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

3.4.1.1. Elektron xidmət tam avtomatlaşdırıldığından hər hansı inzibati əməliyyat mövcud deyil.

3.4.1.2. Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsuliyyət daşıyır.”;

2.12. 3.4.2.1-ci yarımbənddə “məlumat və sənədlər” sözləri “məlumatlar” sözü ilə, “qaydaya” sözü “prosedura” sözü ilə əvəz edilsin;

2.13. 3.4.2.2-ci yarımbənddə “(1 nömrəli əlavə)” sözləri çıxarılsın;

2.14. 3.4.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin və aşağıdakı məzmunda 3.4.2.3-1-ci və 3.4.2.3-2-ci yarımbəndlər əlavə edilsin:

“3.4.2.3. Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (bundan sonra - VEMTAS) tərəfindən sosial yardımın alınması üçün müraciətdə qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən aidiyyəti qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.

3.4.2.3-1. Ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilir və nəticələri gücləndirilmiş elektron imza ilə təsdiqlənərək real vaxt rejimində VEMTAS-a ötürülür.

 3.4.2.3-2. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların müraciətdə əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.”;

2.15. 3.4.2.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.4.2.4. Təqdim olunan məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanıldıqdan sonra müraciətin yoxlanması barədə müvafiq proqram təminatında qeydiyyat aparılır.”;

2.16. 3.4.2.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.4.2.5. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (3 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (4 nömrəli əlavə) qərar çıxarılır.”;

2.17. 3.4.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.4.4. Hər bir inzibati prosedurun nəticəsi: Müraciətlərə VEMTAS tərəfindən 15 iş günü müddətində baxılır, sosial yardımın təyin olunması və ya sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edilir, bu barədə dərhal istifadəçiyə elektron qaydada məlumat göndərilir.”;

2.18. 3.5.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.5.1. Nəzarətin forması: Elektron xidmətin işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gündəlik nəzarətdə saxlanılır.”;

2.19. 3.5.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.5.2. Nəzarətin qaydası:

3.5.2.1. Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi proqram təminatı vasitəsilə yoxlanılır, daxil olan müraciətlərin təhlili nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair, eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar elektron informasiya sisteminin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.5.2.2. Bu elektron xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Bu prosesdə yaranan texniki anlaşılmazlıqların aradan qaldırılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının İnformasiya texnologiyaları şöbəsi tərəfindən təmin edilir.”;

2.20. 1-3 nömrəli əlavələr yeni redaksiyada verilsin (əlavə olunur), yeni məzmunda 4 nömrəli əlavə əlavə edilsin (əlavə olunur).

 


 

1 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə

_________________________________________________________ ünvanında

(qeydiyyat ünvanı tam formada)

qeydiyyatda olan _____________________________________________________

                               (Təmsilçinin soyadı, adı, atasının adı)

____________________________________________________________________

(şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verən orqan, verilmə tarixi)

__________________________________________________________ ünvanında

(qeydiyyat ünvanı tam formada)

qeydiyyatda olan ____________________________________________________

(ailə üzvlərinin soyadı, adı, atasının adı)

____________________________________________________________________

(şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verən orqan, verilmə tarixi)

tərəfindən

 

Ə R İ Z Ə

 

___ nömrəli

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bizim ailəmizə təyin ediləcək ünvanlı dövlət sosial yardımının rəsmiləşdirilməsi məqsədi ilə ailəmizin 18 yaşına çatmamış üzvləri ______________________________________________________________________________________

(18 yaşına çatmamış ailə üzvünün soyadı, adı, atasının adı)

___________________________________________________________________________________

(şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verən orqanın adı, verilmə tarixi)

___________________________________________________________________________________

(18 yaşına çatmamış ailə üzvünün soyadı, adı, atasının adı)

____________________________________________________________________________________

(şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verən orqanın adı, verilmə tarixi)

 

barədə məlumat verərək, bizim hər birimizə aid gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sorğusu əsasında ona təqdim edilməsinə razılığımızı bildiririk.

Həmçinin, ailəmiz üçün 2 (iki) il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün ___________________________________________________________________________________________

(Təmsilçinin soyadı, adı, atasının adı)

ailəmizi təmsil edən  şəxs qismində  qeydə alınmasını xahiş edirik.

 

___________   ______________________________________ (telefon nömrəsi ____ )

        (imza)                             (Təmsilçinin soyadı, adı, atasının adı)

 

  1. __________      ______________________________________ (telefon nömrəsi ____)

                          (imza)                         (ailə üzvlərinin soyadı, adı, atasının adı)

 

_________________________________ .

                                 (tarix yazı ilə)

 

Mən, ___________________________notariusu __________________________________________

       (notariat kontorunun adı)                                                   (notariusun soyadı, adı, atasının adı)

_________________________ və   ____________________________________

  (Təmsilçinin soyadı, adı, atasının adı)                          (ailə üzvlərinin soyadı, adı, atasının adı)

 

mənim iştirakımla etdikləri imzalarının həqiqiliyini təsdiq edirəm. İmza edənlərin şəxsiyyətləri müəyyən edilmişdir.

 

Reyestrdə ________ № ilə qeyd edilmişdir.

 

M.Y.                               _________ manat haqq tutulmuşdur.

 

Notarius__________________

               (imza)

 

 


 

2 nömrəli əlavə

 

 

Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciətlərin qəbul edilməsinə dair

 

B İ L D İ R İ Ş

 

№ ____tarix   _______

 

 

Hörmətli   ________________________________________________

                                                    (soyadı, adı, atasının adı)

 

Sizin ünvanlı dövlət sosial yardımın alınması üçün 20___ il __ _____ tarixli müraciətiniz Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) tərəfindən ____ nömrəsi ilə qeydiyyata alınmışdır.

 

 

 


 

 

3 nömrəli əlavə

 

 

 

 

Ünvanlı dövlət sosial yardımın təyin olunmasına dair

 

B İ L D İ R İ Ş

 

 

№ ____tarix _______

 

 

 

Hörmətli ________________________________________________________________

 

                                               (soyadı, adı, atasının adı)

 

 

Ünvanlı dövlət sosial yardımın alınması üçün 20___ il __ ____ tarixli ____nömrəli müraciətinizə cavab olaraq bildiririk ki, sizin ailənizə 20___ il __ ______ tarixindən 20___ il ___ ______ tarixinədək aylıq _____ manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Pul vəsaiti bankın ____________ rayon (şəhər) filialındakı şəxsi hesabınıza köçürüləcəkdir.

 

 

 

 


 

 

4 nömrəli əlavə

 

 

 

 

Ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsinə dair

 

B İ L D İ R İ Ş

 

 

№ ____tarix _______

 

 

 

Hörmətli ________________________________________________________________

 

                                                      (soyadı, adı, atasının adı)

 

 

Ünvanlı dövlət sosial yardımın alınması üçün 20__ il __ _____ tarixli ___nömrəli müraciətinizə cavab olaraq bildiririk ki, ___________________________səbəbindən sizin ailənizə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq sosial yardım təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

 

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status