AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
11.11.2016
QEYDİYYAT NÖMRƏSİ
404-VQD
ADI
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 09-12-2016, Nəşr nömrəsi: 273), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2016, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2017)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.12.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.020.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201611110404
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.12.2016
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.2-ci maddədə “müvafiq icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə əvəz edilsin.

2. həmin Qanunun 1 nömrəli əlavəsinin 7-ci maddəsi ləğv edilsin.

3. həmin Qanunun 2 nömrəli əlavəsinə aşağıdakı məzmunda 5-ci maddə əlavə edilsin:

5.

Teleradio yayımı fəaliyyəti:

5.1.

ümumrespublika televiziya yayımı

5.2.

Bakı şəhəri üzrə televiziya yayımı

5.3.

regional televiziya yayımı

5.4.

ümumrespublika radio yayımı

5.5.

Bakı şəhəri üzrə radio yayımı

5.6.

regional radio yayımı

5.7.

əlavə informasiya yayımı

5.8.

abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı

5.9.

abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı

5.10.

peyk yayımı

5.11.

xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 noyabr 2016-cı il

              № 404-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status