AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.11.2016
QEYDİYYAT NÖMRƏSİ
463
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2016, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1951)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.11.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.11.2016

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 mart tarixli 119 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1032; 2014, № 1, maddə 69; 2016, № 2, II kitab, maddə 361) ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.4. ETM xidmət etdiyi rayon və ya şəhər üzrə ETŞ-yə qoşulma nöqtələrini və bu nöqtələrdə şəbəkənin sərbəst güclərini əks etdirən interaktiv elektron xəritəni öz rəsmi internet səhifəsində yerləşdirməlidir.”;

1.2. 1.9-cu bənddə “verilməsi” sözü “hazırlanması” sözü ilə əvəz edilsin;

1.3. 1.11-ci bənddə “5 (beş)” rəqəm və sözü “3 (üç)” rəqəm və sözü ilə, 2.13-cü bənddə “20 (iyirmi)” rəqəm və sözü “10 (on)” rəqəm və sözü ilə, 2.14-cü bənddə “10 (on) gündən” rəqəm və sözləri “5 (beş) iş günündən” rəqəm və sözləri ilə, 2.17-ci bənddə “10 (on)” rəqəm və sözü “5 (beş)” rəqəm və sözü ilə əvəz edilsin;

1.4. 2.19-cu bənd aşağıdakı redaksiyada verilsin:

“2.19. Tikinti obyektləri üçün tələb olunan güc 7 kVt-dək (7 kVt daxil olmaqla, mövcud 0.4 kV-luq şəbəkədən) və qeyd edilən tikinti obyektlərindən ETŞ-yə qoşulma nöqtəsi 50 metrədək olduqda (50 metr daxil olmaqla), qoşulma haqqı ödənilmir, ETŞ-yə qoşulma işləri sifarişçinin müraciəti əsasında verilmiş texniki şərtlərə uyğun olaraq ETM ilə sifarişçi arasında razılaşdırılmış müddətdə sonuncunun hesabına həyata keçirilir.”;

1.5. 2.20-ci bənddə “sifarişçi qoşulma işləri ilə bağlı xərcləri çəkir və” sözləri “qoşulma işləri sifarişçinin hesabına həyata keçirilir və sifarişçi” sözləri ilə əvəz edilsin;

1.6. 2.22-ci bənddə “5 (beş)” rəqəm və sözü “3 (üç)” rəqəm və sözü ilə, “20 (iyirmi)” rəqəm və sözü “10 (on)” rəqəm və sözü ilə, 2.28-ci bənddə “10 (on)” rəqəm və sözü “5 (beş)” rəqəm və sözü ilə əvəz edilsin;

1.7. 2.35-ci bənddə “Texniki cəhətdən mümkün olduğu təqdirdə, elektrik” sözləri “Elektrik” sözü ilə əvəz edilsin;

1.8. 2.38-ci bənddə “Sayğac” sözü “Sayğacın” sözü ilə, “quraşdırılmadığı halda” sözləri “quraşdırılması mümkün olmadıqda” sözləri ilə əvəz edilsin;

1.9. aşağıdakı məzmunda 2.40-cı və 2.41-ci bəndlər əlavə edilsin:

“2.40. ETM müəyyən edilmiş qaydada doldurulmuş sorğu, ərizə və tələb olunan sənədlərin elektron formada qəbul edilməsini, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsini və həmin sənədlərə bu Qaydaların 2.12 - 2.15-ci bəndlərində müəyyən edilmiş qaydada və müddətdə baxılmasını təmin edir.

2.41. ETM MYİHO və ya sifarişçi tərəfindən elektron formada göndərilmiş sənədlərin və məlumatların adi qaydada emal edilməsini, saxlanılmasını və mövcud kargüzarlıq qaydalarına müvafiq olaraq baxılmasını təmin etməlidir.”;

1.10. 3.3.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

 “3.3.1. tikinti obyektlərinin (yaşayış evləri və elektrik avadanlıqlarının istismarı üçün müvafiq elektrotexniki heyətin tələb olunmadığı hallar istisna olmaqla) ETŞ-yə qoşulma işləri həyata keçirildikdən sonra 5 (beş) iş günü müddətində Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən ETM və sifarişçinin iştirakı ilə həmin tikinti obyektlərinin elektrik qurğularına texniki baxış keçirilərək texniki şərtlərin və layihənin tələblərinin tam yerinə yetirilməsi müəyyən edildiyi halda, istismara buraxılış aktının verilməsi, sifarişçi ilə ETM arasında iki nüsxədə balans mənsubiyyəti sərhədi, tərəflərin istismar məsuliyyəti və qoşulma aktlarının imzalanması, elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanılması, ETM tərəfindən tikinti obyektinin elektrik qurğularının kommutasiya aparatı vasitəsilə ETŞ-yə fiziki qoşulması, gərginliyin və elektrik enerjisinin verilməsi;”;

1.11. 3.3.2-ci yarımbənd çıxarılsın;

1.12. 3.3.3-cü yarımbənddə “bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş sifarişçilərə məxsus” sözləri “yaşayış evləri və elektrik avadanlıqlarının istismarı üçün müvafiq elektrotexniki heyətin tələb olunmadığı hallarda” sözləri ilə, “5 (beş)” rəqəm və sözü “3 (üç)” rəqəm və sözü ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 16 noyabr 2016-cı il

                  № 463

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status