AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
28.09.1998
QEYDİYYAT NÖMRƏSİ
774
ADI
“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-1998, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 577)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezİdentİnİn Fərmanı

 

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1.            Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş qiymətləndirmə standartları və normalarını, peşəkar qiymətləndiricilərin hazırlanması qaydalarını təsdiq etsin;

qiymətləndirmə fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

öz səlahiyyətləri daxilində “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2.            Müəyyən edilsin ki:

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlar”ının səlahiyyətlərini daşınmaz əmlaka və dövlət əmlakına münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, digər hallarda isə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir. [1]

3.            Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, öz səlahiyyətləri daxilində “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi üçün lazımi tədbirlər görsün. [2]

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

 

Bakı şəhəri, 28 sentyabr 1998-ci il

№ 774

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)

2.       2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610)

3.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

4.       31 oktyabr 2014-cü il tarixli 336 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №10, maddə 1221)

5.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 2-ci bəndin üçüncü abzasında "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Əmlak Nazirliyi" sözləri "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610) ilə 2-ci bəndinin üçüncü abzasında və 3-cü bəndində ismin müvafiq hallarında "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi" sözlərindən sonra ismin müvafiq hallarında "və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri əlavə edilmişdir.

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 2-ci hissəsinin üçüncü abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

31 oktyabr 2014-cü il tarixli 336 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №10, maddə 1221) ilə 2-ci hissəsinin üçüncü abzasında “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “daşınmaz əmlaka və dövlət əmlakına münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, digər hallarda isə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 3-cü hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 2-ci hissənin ikinci bəndindən və 3-cü hissədən “və Sənaye” sözləri çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status