AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
11.11.2016
QEYDİYYAT NÖMRƏSİ
394-VQD
ADI
Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 18-12-2016, Nəşr nömrəsi: 281), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2016, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2007)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.12.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
270.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201611110394
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.12.2016
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Meşə Məcəlləsini “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının Meşə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 139; 1999, № 8, maddə 476; 2004, № 11, maddə 902; 2007, № 5, maddə 436; 2008, № 5, maddə 348; 2010, № 4, maddə 274; 2012, № 6, maddə 496; 2016, № 6, maddə 989) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü maddənin ikinci hissəsində (hər iki halda) ismin müvafiq hallarında “ağac-kol bitkiləri” sözləri ismin müvafiq hallarında “yaşıllıqlar” sözü ilə əvəz edilsin və “habelə” sözündən sonra “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və” sözləri əlavə edilsin.

2. 5-ci maddədən “, ağac-kol bitkiləri” sözləri çıxarılsın.

3. 7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 7. Meşə fonduna daxil olmayan yaşıllıqlar

Aşağıdakı yaşıllıqlar meşə fonduna daxil deyildir:

xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar (bu Məcəllənin 74-cü maddəsi nəzərə alınmaqla);

xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar;

kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər);

ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar);

məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil və səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar);

xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar).”.

4. 8-ci maddənin dördüncü hissəsində, 12-ci maddənin adında və mətnində ismin müvafiq hallarında “ağac-kol bitkiləri” sözləri ismin müvafiq hallarında “yaşıllıqlar” sözü ilə əvəz edilsin.

5. 9-cu fəslin adından “və ağac-kol bitkilərindən” sözləri çıxarılsın.

6. 75-ci, 76-cı və 77-ci maddələr ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 noyabr 2016-cı il

              № 394-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status