AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
09.12.2016
QEYDİYYAT NÖMRƏSİ
496
ADI
“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 13-12-2016, Nəşr Nömrəsi: 276), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2016, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2215)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.12.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201612090496
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.12.2016
“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 iyun tarixli 934 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 222; 2016, № 9, maddə 1577) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambulada “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin” sözləri “Dövlət Xidmətlərinin” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Dövlət xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları” üzrə:

2.1. adında və 1.1-ci bəndində (birinci halda) “xidmətlərinin” sözü “Xidmətlərinin” sözü ilə əvəz edilsin;

2.2. 1.1-ci bənddə “dövlət xidmətlərinin” sözləri “Dövlət Xidmətlərinin” sözləri ilə əvəz edilsin;

2.3. 1.2.1-ci yarımbəndə “qurumlar” sözündən əvvəl “xidməti həyata keçirən” sözləri əlavə edilsin;

2.4. 1.2.4-cü yarımbənddə “xidmətlərin” sözü “Dövlət Xidmətlərinin” sözləri ilə əvəz edilsin;

2.5. aşağıdakı məzmunda 2.2.2-1-ci yarımbənd əlavə edilsin:

“2.2.2-1. digər qurumlar tərəfindən həyata keçirilən xidmətlərin reyestrləri;”;

2.6. 2.2.3-cü, 2.5.3-cü yarımbəndlərdə, 4.1-ci və 4.5-ci bəndlərdə “xidmət göstərən” sözləri “xidməti həyata keçirən” sözləri ilə əvəz edilsin;

2.7. 2.5.1-ci və 2.5.2-ci yarımbəndlərdə “orqanın” sözü “qurumun” sözü ilə əvəz edilsin;

2.8. 3.2.3-cü yarımbənddə “dövlət xidmətləri” sözləri “xidmətlər” sözü ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 9 dekabr 2016-cı il

     № 496

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status