AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
16.12.2016
QEYDİYYAT NÖMRƏSİ
448-VQ
ADI
Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 28-12-2016, Nəşr nömrəsi: 289), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2016, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2042)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.020.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201612160448
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.12.2016
Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında

Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 766 000,0 min manat, xərcləri 17 941 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 16 119 015,0 min manat, yerli gəlirləri 646 985,0 min manat, mərkəzləşdirilmiş xərcləri 17 219 758,0 min manat, yerli xərcləri 721 242,0 min manat) məbləğində təsdiq edilsin. [1]

Maddə 2. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

 

Sıra

№-si

Gəlirlərin mənbələri

Məbləğ

(min manatla)

1

2

3

2.1.

Fiziki şəxslərin gəlir vergisi

1 168 000,0

2.2.

Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi

2 179 000,0

2.3.

Hüquqi şəxslərin torpaq vergisi

50 000,0

2.4.

Hüquqi şəxslərin əmlak vergisi

178 000,0

2.5. [2]

Əlavə dəyər vergisi

4 257 000,0

2.5.1.

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi

1 674 000,0

2.6.

Sadələşdirilmiş vergi

344 000,0

2.7.

Aksizlər

608 000,0

2.7.1.

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər

90 000,0

2.8.

Yol vergisi

89 000,0

2.8.1.

Xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi

17 000,0

2.9.

Mədən vergisi

111 000,0

2.10.

Gömrük rüsumları

469 000,0

2.11.

Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar

189 000,0

2.12.

Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar

50 815,0

2.13.

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər

5 950,0

2.14.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan daxilolmalar (transfert)

6 100 000,0

2.15.

Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar

8 000,0

2.16.

Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar

 

8 000,0

2.17.

Aksiz markalarının satışından daxilolmalar

5 000,0

2.18.

Dövlət rüsumu

105 000,0

2.19.

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar

429 000,0

2.20.

Vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar

140 000,0

2.21.

Sair daxilolmalar

22 235,0

2.22. [3]

Mərkəzi Bankın mənfəətindən ayırmalar

250 000,0

 

Maddə 3. Müəyyən edilsin ki, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

 

3.1. [4]

“Avtomobil Yolları” Məqsədli Büdcə Fondu

297 000,0

3.1.1.

yol vergisi

89 000,0

3.1.2.

mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi

7 000,0

3.1.3.

idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər

28 000,0

3.1.4.

idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu

40 700,0

3.1.5.

Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu

12 500,0

3.1.6.

nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu

15 500,0

3.1.7.

iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr

1 000,0

3.1.8.

Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan vəsait

103 300,0

 

Maddə 4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi dərəcələrinə uyğun olaraq hesablanır.

Maddə 5. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir.

Maddə 6. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələr hesabına formalaşdırılır:

6.1. bu Qanunun 10-cu maddəsi ilə 2017-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olan hissəsi (“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa);

6.2. gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, Mərkəzi Bankın mənfəətindən ayırmalar Azərbaycan Respublikasının Dövlət Neft Fondundan daxilolmalar, aksiz markalarının satışından daxilolmalar, sair daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri tam həcmdə. [5]

Maddə 7. Bu Qanunun 10-cu maddəsi ilə 2017-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olmayan hissəsi onların yerli gəlirlərinin formalaşdırılmasına yönəldilir.

Maddə 8. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir: [6]

 

Sıra

№-si

Xərclərin istiqamətləri

Məbləğ

(manatla)

1

2

3

8.1.

Ümumi dövlət xidmətləri

2.916.330.479,0

8.1.1.

qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri

622.596.552,0

8.1.2.

beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri

234.245.361,0

8.1.3.

elm xərcləri

118.545.440,0

8.1.4.

başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri

15.043.403,0

8.1.5.

dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər

1.641.799.723,0

8.1.6.

yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya

5.200.000,0

8.1.7.

Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya

278.900.000,0

8.2.

Müdafiə

2.642.092.672,0

8.2.1.

müdafiə qüvvələri

1.269.905.140,0

8.2.2.

milli təhlükəsizlik

111.929.106,0

8.2.3.

müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar

2.642.144,0

8.2.4.

digər kateqoriyalara aid edilməyən xərclər

1.257.616.282,0

8.3.

Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq

1.223.770.473,0

8.3.1.

məhkəmə hakimiyyəti

51.858.829,0

8.3.2.

hüquq mühafizə

927.537.843,0

8.3.3.

prokurorluq

58.096.865,0

8.3.4.

digər kateqoriyalara aid edilməyən xidmətlər

186.276.936,0

8.4.

Təhsil

1.791.194.875,0

8.4.1.

məktəbəqədər təhsil

170.404.253,0

8.4.2.

ümumi təhsil

933.517.278,0

8.4.3.

ilk-peşə ixtisas təhsili

28.991.718,0

8.4.4.

orta ixtisas təhsili

42.887.794,0

8.4.5.

ali təhsil

41.383.900,0

8.4.6.

əlavə təhsil

3.779.189,0

8.4.7.

təhsil sahəsində digər müəssisə və tədbirlər

570.230.743,0

8.5.

Səhiyyə

746.713.758,0

8.5.1.

poliklinikalar və ambulatoriyalar

113.698.023,0

8.5.2.

xəstəxanalar

341.463.130,0

8.5.3.

səhiyyə sahəsində digər xidmətlər

5.285.195,0

8.5.4.

səhiyyə sahəsində tətbiqi tədqiqatlar

5.065.465,0

8.5.5.

səhiyyə sahəsinə aid edilən digər xidmətlər

281.201.945,0

8.6.

Sosial müdafiə və sosial təminat

2.351.992.337,0

8.6.1.

sosial müdafiə xərcləri

2.068.029.218,0

8.6.1.1.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert)

1.270.000.000,0

8.6.2.

sosial təminat xərcləri

283.863.119,0

8.6.3.

sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar

100.000,0

8.7.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət

282.494.247,0

8.7.1.

mədəniyyət və incəsənət sahəsində fəaliyyət

121.566.271,0

8.7.2.

radio, televiziya və nəşriyyat

57.081.310,0

8.7.3.

bədən tərbiyəsi, gənclər siyasəti və turizm

38.645.224,0

8.7.4.

digər kateqoriyalara aid edilməyən fəaliyyət

65.201.442,0

8.8.

Mənzil və kommunal təsərrüfatı

304.210.693,0

8.8.1.

mənzil təsərrüfatı

31.306.635,0

8.8.2.

kommunal təsərrüfatı

260.392.058,0

8.8.3.

su təsərrüfatı

11.961.000,0

8.8.4.

mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər

551.000,0

8.9.

Yanacaq və enerji

3.515.000,0

8.9.1.

enerji kompleksi

2.500.000,0

8.9.2.

yanacaq və enerji kompleksi sahəsi üzrə təcrübə və tətbiqi tədqiqatlar

1.015.000,0

8.10.

Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi

517.434.245,0

8.10.1.

kənd təsərrüfatı

479.181.188,0

8.10.2.

meşə təsərrüfatı

12.659.336,0

8.10.3.

balıqçılıq və ovçuluq

2.786.021,0

8.10.4.

ətraf mühitin mühafizəsi

14.950.630,0

8.10.5.

hidrometeorologiya tədbirləri

7.857.070,0

8.11.

Sənaye, tikinti və faydalı qazıntılar

2.712.126.000,0

8.11.1.

tikinti

2.695.276.000,0

8.11.1.1.

dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)

2.692.000.000,0

8.11.2.

faydalı qazıntılar

12.350.000,0

8.11.3.

geodeziya və xəritəçəkmə

4.500.000,0

8.12.

Nəqliyyat və rabitə

101.838.073,0

8.12.1.

nəqliyyat

98.155.073,0

8.12.2.

rabitə

3.683.000,0

8.13.

İqtisadi fəaliyyət

793.007.755,0

8.13.1.

iqtisadi və kommersiya fəaliyyəti

185.000.000,0

8.13.1.1.

sahibkarlığa dəstək

35.000.000,0

8.13.1.2.

Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri

150.000.000,0

8.13.2.

iqtisadi fəaliyyətin digər sahələri

606.668.345,0

8.13.3.

iqtisadi fəaliyyət sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar

1.339.410,0

8.14.

Əsas bölmələrə aid edilməyən xidmətlər

1.554.279.393,0

8.14.1.

məqsədli büdcə fondları

297.000.000,0

8.14.1.1.

“Avtomobil Yolları” Məqsədli Büdcə Fondu

297.000.000,0

8.14.2.

ehtiyat fondları

301.500.000,0

8.14.2.1.

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu

200.000.000,0

8.14.2.2.

Dövlət büdcəsinin Ehtiyat Fondu

101.500.000,0

8.14.3.

əsas bölmələrə aid edilməyən sair xərclər

955.779.393,0

8.14.3.1.

beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər

20.000.000,0

8.14.3.2.

fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər

20.000.000,0

8.14.3.3.

digər xidmətlər üzrə xərclər

915.779.393,0

 

Maddə 9. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.

Maddə 10. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 7.645.000.000,0 manat, o cümlədən “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ 108.000.000,0 manat, yerli xərclər 721.242.000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 6.890.015.000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 74.257.000,0 manat məbləğində təsdiq edilsin. [7]

 

(manatla)

 

Sıra

Şəhər və rayonların adı

Gəlirlər

Yerli xərclər

Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi

Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi

cəmi

o cümlədən

“Avtomobil Yolları” Məqsədli Büdcə

Fonduna aid olan məbləğ

 

Şəhərlər:

 

 

 

 

 

1

Bakı

7 046 069 000

88 816 000

202 517 000

6 754 736 000

0

2

Gəncə

43 857 000

800 000

33 025 000

10 032 000

0

3

Lənkəran

16 960 000

813 000

13 850 000

2 297 000

0

4

Mingəçevir

20 470 000

60 000

19 294 000

1 116 000

0

5

Naftalan

3 789 000

4 000

2 496 000

1 289 000

0

6

Sumqayıt

84 406 000

848 000

43 030 000

40 528 000

0

7

Şəki

19 043 000

840 000

14 821 000

3 382 000

0

8

Şirvan

16 550 000

531 000

7 858 000

8 161 000

0

9

Yevlax

14 022 000

740 000

9 372 000

3 910 000

0

10

Xankəndi

 

 

 

 

 

 

Rayonlar:

 

 

 

 

 

11

Abşeron

35 319 000

112 000

12 342 000

22 865 000

0

12

Ağcabədi

9 301 000

431 000

8 820 000

50 000

0

13

Ağdam

4 578 000

34 000

9 903 000

0

5 359 000

14

Ağdaş

5 168 000

26 000

8 475 000

0

3 333 000

15

Ağstafa

4 493 000

54 000

7 414 000

0

2 975 000

16

Ağsu

3 801 000

287 000

5 808 000

0

2 294 000

17

Astara

10 015 000

3 714 000

6 201 000

100 000

0

18

Balakən

5 297 000

1 320 000

6 369 000

0

2 392 000

19

Beyləqan

7 648 000

34 000

5 792 000

1 822 000

0

20

Bərdə

10 834 000

54 000

10 780 000

0

0

21

Biləsuvar

6 734 000

1 218 000

5 516 000

0

0

22

Cəbrayıl

1 084 000

28 000

2 719 000

0

1 663 000

23

Cəlilabad

7 258 000

44 000

10 015 000

0

2 801 000

24

Daşkəsən

2 648 000

4 000

3 706 000

0

1 062 000

25

Füzuli

6 237 000

16 000

8 737 000

0

2 516 000

26

Gədəbəy

4 711 000

20 000

8 533 000

0

3 842 000

27

Goranboy

4 754 000

8 000

8 055 000

0

3 309 000

28

Göyçay

8 864 000

40 000

8 824 000

0

0

29

Göygöl

4 413 000

9 000

5 810 000

0

1 406 000

30

Hacıqabul

5 187 000

13 000

3 855 000

1 319 000

0

31

Xaçmaz

19 641 000

1 092 000

11 259 000

7 290 000

0

32

Xızı

2 015 000

3 000

2 774 000

0

762 000

33

Xocalı

435 000

4 000

1 359 000

0

928 000

34

Xocavənd

650 000

10 000

2 311 000

0

1 671 000

35

İmişli

20 645 000

271 000

6 647 000

13 727 000

0

36

İsmayıllı

6 767 000

19 000

6 748 000

0

0

37

Kəlbəcər

1 174 000

2 000

3 884 000

0

2 712 000

38

Kürdəmir

7 040 000

14 000

6 083 000

943 000

0

39

Qax

3 713 000

20 000

7 719 000

0

4 026 000

40

Qazax

9 352 000

36 000

9 249 000

67 000

0

41

Qəbələ

13 317 000

35 000

6 820 000

6 462 000

0

42

Qobustan

2 922 000

6 000

3 326 000

0

410 000

43

Quba

13 779 000

62 000

8 624 000

5 093 000

0

44

Qubadlı

2 489 000

2 000

2 295 000

192 000

0

45

Qusar

6 378 000

30 000

6 348 000

0

0

46

Laçın

2 019 000

72 000

5 614 000

0

3 667 000

47

Lerik

2 137 000

7 000

5 261 000

0

3 131 000

48

Masallı

8 820 000

41 000

7 989 000

790 000

0

49

Neftçala

6 399 000

32 000

6 367 000

0

0

50

Oğuz

2 915 000

31 000

4 934 000

0

2 050 000

51

Saatlı

8 082 000

10 000

6 984 000

1 088 000

0

52

Sabirabad

10 961 000

20 000

8 185 000

2 756 000

0

53

Salyan

10 324 000

25 000

10 299 000

0

0

54

Samux

2 846 000

68 000

4 617 000

0

1 839 000

55

Siyəzən

3 196 000

15 000

3 181 000

0

0

56

Şabran

4 260 000

33 000

4 227 000

0

0

57

Şamaxı

7 602 000

30 000

7 572 000

0

0

58

Şəmkir

12 600 000

50 000

16 352 000

0

3 802 000

59

Şuşa

1 133 000

4 000

2 120 000

0

991 000

60

Tərtər

4 804 000

12 000

7 327 000

0

2 535 000

61

Tovuz

14 492 000

4 881 000

12 571 000

0

2 960 000

62

Ucar

4 264 000

16 000

5 972 000

0

1 724 000

63

Yardımlı

2 095 000

9 000

4 368 000

0

2 282 000

64

Zaqatala

7 644 000

98 000

9 803 000

0

2 257 000

65

Zəngilan

1 687 000

4 000

2 135 000

0

452 000

66

Zərdab

2 893 000

18 000

5 981 000

0

3 106 000

 

Cəmi:

7 645 000 000

108 000 000

721 242 000

6 890 015 000

74 257 000 ”

 

Maddə 11. Bu Qanunun 10-cu maddəsi ilə müəyyən edilmiş yerli xərclərin maliyyələşdirilməsi məqsədi ilə şəhər və rayonların gəlirləri, həmçinin yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan vəsaitin yuxarı həddi yerli xərcləri təmin etmədikdə, müvafiq icra hakimiyyəti orqanı həmin şəhər və rayonlara, onların xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayırır.

Maddə 12. Azərbaycan Respublikasının 2017-ci ildə dövlət daxili və xarici borcları üzrə ödəniş məbləğləri aşağıdakı kimi təsdiq edilsin:

 

 

 

(manatla)

12.1.

Daxili dövlət borcu üzrə

61.163.400,0

12.1.1.

faiz ödənişləri

40.158.416,0

12.1.2.

əsas borc üzrə ödənişlər

21.004.984,0

12.2.

Xarici dövlət borcu üzrə

1.580.636.323,0

12.2.1.

faiz ödənişləri

341.809.356,0

12.2.2.

əsas borc üzrə ödənişlər

1.238.826.967,0

 

Maddə 13. Azərbaycan Respublikasının 2017-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 000 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 4 500 000,0 min manat təsdiq edilsin. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 10 000 000,0 min manat məbləğində təsdiq edilsin. [8]

Maddə 14. Dövlət büdcəsinin icrası prosesində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müdafiə olunan xərc maddələri ilk növbədə, digər xərc maddələri isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir.

Maddə 15. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 175 000,0 min manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) cəmi 1 155 000,0 min manat və Avropa Birliyinin qrantından daxilolmalar 20 000,0 min manat hesabına həyata keçirilsin. [9]

Maddə 16. Azərbaycan Respublikasının 2017-ci il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 29 818 220,9 min manat müəyyən edilsin. [10]

Maddə 17. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2017-ci il icmal büdcəsinin kəsiri 17 654 933,3 min manat məbləğində müəyyən edilsin. [11]

Maddə 18. Bu Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 dekabr 2016-cı il

№ 448-VQ

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 iyun 2017-ci il tarixli 754-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2017-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1306)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 iyun 2017-ci il tarixli 754-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2017-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1306) ilə 1-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 1. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 255 000,0 min manat, xərcləri 16 900 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 634 706,0 min manat, yerli gəlirləri 620 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 16 211 286,0 min manat, yerli xərcləri 688 714,0 min manat) məbləğində təsdiq edilsin.

 

[2] 30 iyun 2017-ci il tarixli 754-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2017-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1306) ilə 2.5-ci maddədə “ 4 137 000,0 rəqəmləri “ 4 257 000,0 rəqəmləri ilə, 2.5.1-ci maddədə “ 1 639 000,0 rəqəmləri “ 1 674 000,0 rəqəmləri ilə, 2.10-cu maddədə “ 454 000,0 rəqəmləri “ 469 000,0 rəqəmləri ilə, 2.19-cu maddədə “ 353 000,0 rəqəmləri “ 429 000,0 rəqəmləri ilə, 2.20-ci maddədə 90 000,0 rəqəmləri “ 140 000,0 rəqəmləri ilə əvəz edilmişdir.

 

[3] 30 iyun 2017-ci il tarixli 754-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2017-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1306) ilə yeni məzmunda 2.22-ci maddə əlavə edilmişdir.

 

[4] 30 iyun 2017-ci il tarixli 754-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2017-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1306) ilə 3.1-ci maddədə “ 261 000,0” rəqəmləri “ 297 000,0 rəqəmləri ilə, 3.1.8-ci maddədə “ 67 300,0” rəqəmləri “ 103 300,0 rəqəmləri ilə əvəz edilmişdir.

 

[5] 30 iyun 2017-ci il tarixli 754-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2017-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1306) ilə 6.2-ci maddədə “Azərbaycan Respublikasının Dövlət Neft Fondundan daxilolmalar,” sözlərindən əvvəl “Mərkəzi Bankın mənfəətindən ayırmalar” sözləri əlavə edilmişdir.

 

[6] 30 iyun 2017-ci il tarixli 754-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2017-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1306) ilə 8-ci maddədəki cədvəl yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

Sıra

№-si

Xərclərin istiqamətləri

Məbləğ

(manatla)

1

2

3

8.1.

Ümumi dövlət xidmətləri

2.846.898.155,0

8.1.1.

qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri

558.339.828,0

8.1.2.

beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük

haqqı xərcləri

229.069.761,0

8.1.3.

elm xərcləri

118.545.440,0

8.1.4.

başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri

15.043.403,0

8.1.5.

dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər

1.641.799.723,0

8.1.6.

yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya

5.200.000,0

8.1.7.

Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya

278.900.000,0

8.2.

Müdafiə

2.642.092.672,0

8.2.1.

müdafiə qüvvələri

1.269.905.140,0

8.2.2.

milli təhlükəsizlik

111.929.106,0

8.2.3.

müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar

2.642.144,0

8.2.4.

digər kateqoriyalara aid edilməyən xərclər

1.257.616.282,0

8.3.

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq

1.211.568.138,0

8.3.1.

məhkəmə hakimiyyəti

51.858.829,0

8.3.2.

Hüquq-mühafizə

927.537.843,0

8.3.3.

prokurorluq

58.096.865,0

8.3.4.

digər kateqoriyalara aid edilməyən xidmətlər

174.074.601,0

8.4.

Təhsil

1.736.052.890,0

8.4.1.

məktəbəqədər təhsil

137.786.562,0

8.4.2.

ümumi təhsil

933.517.278,0

8.4.3.

ilk peşə-ixtisas təhsili

23.058.384,0

8.4.4.

orta ixtisas təhsili

42.887.794,0

8.4.5.

ali təhsil

41.383.900,0

8.4.6.

əlavə təhsil

3.779.189,0

8.4.7.

təhsil sahəsində digər müəssisə və tədbirlər

553.639.783,0

8.5.

Səhiyyə

745.381.258,0

8.5.1.

poliklinikalar və ambulatoriyalar

113.927.419,0

8.5.2.

xəstəxanalar

340.942.713,0

8.5.3.

səhiyyə sahəsində digər xidmətlər

2.576.583,0

8.5.4.

səhiyyə sahəsində tətbiqi tədqiqatlar

5.065.465,0

8.5.5.

səhiyyə sahəsinə aid edilən digər xidmətlər

282.869.078,0

8.6.

Sosial müdafiə və sosial təminat

2.252.992.337,0

8.6.1.

sosial müdafiə xərcləri

2.036.029.218,0

8.6.1.1.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert)

 

1.270.000.000,0

8.6.2.

sosial təminat xərcləri

216.863.119,0

8.6.3.

sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar

100.000,0

8.7.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət

282.589.235,0

8.7.1.

mədəniyyət və incəsənət sahəsində fəaliyyət

121.566.271,0

8.7.2.

radio, televiziya və nəşriyyat

57.081.310,0

8.7.3.

bədən tərbiyəsi, gənclər siyasəti və turizm

38.645.224,0

8.7.4.

digər kateqoriyalara aid edilməyən fəaliyyət

65.296.430,0

8.8.

Mənzil və kommunal təsərrüfatı

304.210.693,0

8.8.1.

mənzil təsərrüfatı

31.306.635,0

8.8.2.

kommunal təsərrüfatı

260.392.058,0

8.8.3.

su təsərrüfatı

11.961.000,0

8.8.4.

mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər

551.000,0

8.9.

Yanacaq və enerji

3.515.000,0

8.9.1.

enerji kompleksi

2.500.000,0

8.9.2.

yanacaq və enerji kompleksi sahəsi üzrə təcrübə və tətbiqi tədqiqatlar

1.015.000,0

8.10.

Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi

517.434.245,0

8.10.1.

kənd təsərrüfatı

479.181.188,0

8.10.2.

meşə təsərrüfatı

12.659.336,0

8.10.3.

balıqçılıq və ovçuluq

2.786.021,0

8.10.4.

ətraf mühitin mühafizəsi

14.950.630,0

8.10.5.

hidrometeorologiya tədbirləri

7.857.070,0

8.11.

Sənaye, tikinti və faydalı qazıntılar

2.521.126.000,0

8.11.1.

tikinti

2.504.276.000,0

8.11.1.1.

dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)

2.501.000.000,0

8.11.2.

faydalı qazıntılar

12.350.000,0

8.11.3.

geodeziya və xəritəçəkmə

4.500.000,0

8.12.

Nəqliyyat və rabitə

101.838.073,0

8.12.1.

nəqliyyat

98.155.073,0

8.12.2.

rabitə

3.683.000,0

8.13.

İqtisadi fəaliyyət

191.507.755,0

8.13.1.

iqtisadi və kommersiya fəaliyyəti

135.000.000,0

8.13.1.1.

sahibkarlığa dəstək

35.000.000,0

8.13.1.2.

Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri

100.000.000,0

8.13.2.

iqtisadi fəaliyyətin digər sahələri

55.168.345,0

8.13.3.

iqtisadi fəaliyyət sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar

1.339.410,0

8.14.

Əsas bölmələrə aid edilməyən xidmətlər

1.542.793.549,0

8.14.1.

məqsədli büdcə fondları

261.000.000,0

8.14.1.1.

“Avtomobil Yolları” Məqsədli Büdcə Fondu

261.000.000,0

8.14.2.

ehtiyat fondları

300.000.000,0

8.14.2.1.

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu

200.000.000,0

8.14.2.2.

Dövlət büdcəsinin Ehtiyat Fondu

100.000.000,0

8.14.3.

əsas bölmələrə aid edilməyən sair xərclər

981.793.549,0

8.14.3.1.

beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər

20.000.000,0

8.14.3.2.

fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər

20.000.000,0

8.14.3.3.

digər xidmətlər üzrə xərclər

941.793.549,0

 

 

[7] 30 iyun 2017-ci il tarixli 754-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2017-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1306) ilə 10-cu maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

Maddə 10. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 7.510.000.000,0 manat, o cümlədən “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ 108.000.000,0 manat, yerli xərclər 688.714.000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 6.781.706.000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 68.420.000,0 manat məbləğində təsdiq edilsin.

 

 

 

 

 

 

(manatla)

Sıra

№-si

Şəhər və rayonların adı

Gəlirlər

Yerli xərclər

Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləş-dirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi

Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləş-dirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi

cəmi

o cümlədən

“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ

 

Şəhərlər:

 

 

 

 

 

1

Bakı

6 913 360 000

88 816 000

184 966 000

6 639 578 000

0

2

Gəncə

43 757 000

800 000

32 346 000

10 611 000

0

3

Lənkəran

16 880 000

813 000

13 390 000

2 677 000