AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
21.12.2016
QEYDİYYAT NÖMRƏSİ
1168
ADI
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 28-12-2016, Nəşr nömrəsi: 289), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2016, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2086)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.12.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201612211168
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.12.2016
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685; 2012, № 3, maddə 197, № 4, maddə 289, № 6, maddə 532; 2016, № 1, maddə 76, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 noyabr tarixli 1121 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2-ci bənddən “(ilk peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının müəyyənləşdirilməsi üzrə)” sözləri çıxarılsın, “26.5-ci maddəsinin ikinci cümləsində,” sözlərindən sonra “26.2-ci, 26.4-cü, 26.6-cı,” sözləri əlavə edilsin;

1.2. 2.2-1-ci bənd ləğv edilsin;

1.3. 2.3-cü bəndə hər iki halda “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələri” sözlərindən sonra “, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmayan təhsili müəssisələri” sözləri əlavə edilsin;

1.4. 2.4-cü bənddən “26.2-ci, 26.4-cü və 26.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun” sözləri çıxarılsın, “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin;

1.5. 2.8-ci bənddə:

1.5.1. “həmin Qanunun” sözlərindən sonra “30.2-ci maddəsinin birinci cümləsində (dövlət ali təhsil müəssisələri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələri rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini,” sözləri əlavə edilsin;

1.5.2. “29.0.16-cı” sözlərindən əvvəl “29.0.13-cü maddəsində (dövlət ali təhsil müəssisələri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələri rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə),” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmış təkliflər əsasında:

2.3.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq, ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3.2. həmin Qanunun 26.4-cü maddəsinə uyğun olaraq, ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlərin nəzərə alınması qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3.3. həmin Qanunun 26.6-cı maddəsinə uyğun olaraq, magistraturaya (rezidenturaya) bakalavrların və digər ali təhsilli şəхslərin qəbulu qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [1]

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 dekabr 2016-cı il

                   № 1168

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 mart 2019-cu il tarixli 564 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 405)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 mart 2019-cu il tarixli 564 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 405) ilə 2.3.3-cü yarımbənddə “ali təhsil müəssisələrinin magistraturalarına” sözləri “magistraturaya (rezidenturaya)” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status