AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
11.11.2016
QEYDİYYAT NÖMRƏSİ
400-VQD
ADI
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 28-12-2016, Nəşr nömrəsi: 289), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2016, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2013)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.12.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
370.040.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201611110400
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.12.2016
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 310; 2008, № 6, maddə 464) aşağıdakı dəyişikliklər edilsin:

1. 11-ci maddə üzrə:

1.1. 11.1-ci maddədə “yazılı müqavilə” sözləri “müqavilə və ya şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanının sertifikat sorğusu” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 11.3-1-ci maddə əlavə edilsin:

“11.3-1. Şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı sertifikatın verilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Qanuna uyğun həyata keçirilir.”.

2. 12.4.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 12.4.4-cü maddə əlavə edilsin:

“12.4.4. sertifikat şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanının sorğusu əsasında verildikdə, həmin orqanın adı.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 noyabr 2016-cı il

              № 400-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status