AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
29.11.2016
QEYDİYYAT NÖMRƏSİ
425-VQD
ADI
“Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 13-01-2017, Nəşr nömrəsi: 7), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2017, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 13)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.01.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.150.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201611290425
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.01.2017
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 11-ci bəndlərini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 399; 2008, № 6, maddə 462; 2009, № 12, maddə 954) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.2-ci maddədən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın.

2. 11.3-cü maddədə “qanunvericiliyə” sözü “bu Qanunun 11.4-cü maddəsində göstərilən normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin.

3. 11.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Sahibkarlıq fəaliyyəti ilə məşğul olan atçılıq subyektlərində dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.”.

4. 13.1-ci maddədən “zəruri” sözü çıxarılsın.

5. 18.3-cü maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin.

6. 25.1-ci maddədə “oluna bilər” sözləri “olunur” sözü ilə əvəz edilsin.

7. 29.2-ci maddədən “bir qayda olaraq,” sözləri çıxarılsın.

8. 31.5-ci maddədə “yönəldilir” sözündən sonra “, həmçinin maliyyə bazarlarına nəzarət orqanına ödənilir” sözləri əlavə edilsin.

9. 35.1-ci maddədə “qanunvericiliyi” sözü “qanunları” sözü ilə əvəz edilsin.

10. 36-cı maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, o cümlədən” sözləri “inzibati və” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 noyabr 2016-cı il

                  № 425-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status