AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
29.11.2016
QEYDİYYAT NÖMRƏSİ
424-VQD
ADI
“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 15-01-2017, Nəşr nömrəsi: 9), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2017, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 12)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.01.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201611290424
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.01.2017
“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 16-cı bəndlərini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 992) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci maddədə “vaxtaşırı” sözü “müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında” sözləri ilə əvəz edilsin.

2. 8.1.7-ci və 9.3-cü maddələrdən, 10.2-ci maddənin birinci abzasından “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın.

3. 13-cü maddədə “qanunvericiliyində” sözü “qanunlarında” sözü ilə əvəz edilsin.

4. 14-cü maddədə “öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən və ya” sözləri “inzibati və” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 noyabr 2016-cı il

№ 424-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status