AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
10.01.2017
QEYDİYYAT NÖMRƏSİ
2
ADI
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 12-01-2017, Nəşr Nömrəsi: 06), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2017, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 116)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.02.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
360.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201701100002
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.01.2017
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 4, maddə 289, № 8, maddə 560; 2002, № 8, maddə 549, № 9, maddə 581, № 10, maddə 647; 2003, № 2, maddə 147, № 4, maddə 226, № 10, maddə 614, № 12 (II kitab), maddə 749; 2004, № 3, maddə 196, № 4, maddə 307, № 5, maddələr 389, 390, № 9, maddə 743; 2005, № 10, maddə 980; 2006, № 4, maddə 363, № 7, maddə 652; 2007, № 5, maddə 548, № 6, maddə 700, № 11, maddə 1187; 2008, № 4, maddə 325; 2009, № 11, maddə 938; 2010, № 1, maddə 68; 2012, № 9, maddə 928; 2013, №7, maddə 871; 2014, №1, maddə 65, №2, maddə 197; 2016, № 4, maddə 823, № 8, maddələr 1430, 1445, № 9, maddə 1592, № 10, maddə 1698) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. “7402 00 000 0” mal mövqeyinə aid sətirdən sonra aşağıdakı məzmunda “7403 12 000 0”, “7403 13 000 0” və “7403 19 000 0” mal mövqeləri əlavə edilsin:

 

7403 12 000 0

Saflaşdırılmış misdən məftil hazırlanması üçün biçmələr

-

10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

7403 13 000 0

Saflaşdırılmış misdən prokat üçün biçmələr

-

10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

7403 19 000 0

Digər saflaşdırılmış mis

-

10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

 

1.2. “7404 00 990 0” mal mövqeyinə aid sətirdən sonra aşağıdakı məzmunda “7405 00 000 0”, “7407 10 000 0” və “7407 29 000 0” mal mövqeləri əlavə edilsin:

 

7405 00 000 0

Mis əsasında liqaturalar

-

10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

7407 10 000 0

Saflaşdırılmış misdən çubuqlar və profillər

-

10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

7407 29 000 0

Digər mis ərintilərindən çubuqlar və profillər

-

10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

 

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 5 (beş) il müddətində qüvvədədir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 10 yanvar 2017-ci il

     № 2

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status