AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
24.01.2017
QEYDİYYAT NÖMRƏSİ
12
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 26-01-2017, Nəşr Nömrəsi: 17), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2017, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 126)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.01.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.050.070
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201701240012
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.01.2017
Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 oktyabr tarixli 1083 nömrəli Fərmanının 3.1-ci və 3.3-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1558; 2016, № 5, maddə 955) ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü və 3.5-ci bəndlər ləğv edilsin.

2. 2.2-ci bənddə “(bundan sonra - Nazirlik)” sözləri “(bundan sonra - Maliyyə Nazirliyi)” sözləri ilə əvəz edilsin.

3. 2.3-cü və 2.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.3. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin əldə edilməsi və bundan sonra qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün xarici donor və ya müqavilə üzrə resipiyent (onların nümayəndəsi) tərəfindən müqavilə bağlandıqdan (qərar verildikdən) 30 (otuz) gün müddətində “bir pəncərə prinsipi” üzrə kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (bundan sonra - əlaqələndirici dövlət orqanı) müvafiq ərizələrlə müraciət edilir. Bu Qaydanın əlavəsində göstərilmiş formada təqdim edilən ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.3.1. qrant müqaviləsi (qərarı), müqavilə (qərar) üzrə layihə, müqavilə (qərar) qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənəd (imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda), qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün resipiyentin ərizəsi;

2.3.2. qrantın maliyyə-iqtisadi əsaslandırılması.

2.4. Sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi də əlavə edilir. Xarici ölkədə tərtib olunmuş sənədlər leqallaşdırılmalı və ya onlara apostil verilməlidir.”.

4. Aşağıdakı məzmunda 2.5-ci və 2.6-cı bəndlər əlavə edilsin:

“2.5. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədlər daxil olduğu vaxtdan növbəti iş günündən gec olmayaraq, əlaqələndirici dövlət orqanı onların tamlığını, donorun bu Qaydanın 1.2-ci bəndində göstərilmiş xarici donorlara aid olub-olmadığını müəyyən edir və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi üçün qrant müqaviləsini (qərarını) və qrantın maliyyə-iqtisadi əsaslandırılmasını sifarişli poçt göndərişi vasitəsilə Maliyyə Nazirliyinə göndərir. Sənədlər tam təqdim olunmadıqda, müraciət etmiş şəxsə geri qaytarılır və çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 10 gün müddət təyin edilir.

 2.6. Qrant müqaviləsinin (qərarının) və qrantın maliyyə-iqtisadi əsaslandırılmasının əsli ilə yanaşı onların elektron surəti də təqdim olunduqda, əlaqələndirici dövlət orqanı həmin sənədlərin surətini Maliyyə Nazirliyinə elektron qaydada təqdim edir.”.

5. 3.1-ci bənd üzrə:

5.1. birinci cümlədə “Nazirlik” sözü “Maliyyə Nazirliyi” sözləri ilə, “müraciətlərinə ərizə” sözləri “əlaqələndirici dövlət orqanının göndərdiyi sənədlərə onların” sözləri ilə və “ 15” rəqəmi “ 7” rəqəmi ilə əvəz edilsin;

5.2. ikinci cümlədə “Bu Qaydanın 2-ci hissəsində göstərilən” sözləri “Həmin” sözü ilə və “ 15” rəqəmi “ 7” rəqəmi ilə əvəz edilsin;

5.3. üçüncü cümlə çıxarılsın.

6. 3.2-ci bənddə “Nazirliyin” sözü “Maliyyə Nazirliyinin” sözləri ilə, “əsaslandırılmalıdır” sözü “əsaslandırılmalı və rəy əlaqələndirici dövlət orqanına təqdim edilməlidir” sözləri ilə əvəz edilsin.

7. Aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:

“3.2-1. Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab edilməməsinə dair Maliyyə Nazirliyinin rəyi daxil olduqdan sonra əlaqələndirici dövlət orqanı tərəfindən 3 iş günü müddətində bu barədə müraciət etmiş xarici donora və ya müqavilə üzrə resipiyentə (onların nümayəndəsinə) məlumat verilir.”.

8. 3.4-cü və 4.1-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“3.4. Qrantın verilməsi məqsədi və onun maliyyə-iqtisadi əsaslandırılması qeyri-dəqiq göstərildikdə, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina edilir və bu Qaydanın 3.1-ci bəndində göstərilən müddətdə əlaqələndirici dövlət orqanına bu barədə məlumat verilir.

4.1. Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunması barədə Maliyyə Nazirliyinin rəyi əlaqələndirici dövlət orqanına təqdim olunduğu təqdirdə, xarici donor qrant vermək hüququnu əldə etmiş hesab edilir.”.

9. Qaydaya əlavə - “Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi barədə ərizənin forması”ndan “nəzərdə tutulan” sözləri çıxarılsın və həmin formada “müqaviləsinin bağlanılması (qərarın verilməsi) nəzərdə tutulmuşdur” sözləri “müqaviləsi bağlanılmışdır (qərarı verilmişdir)” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

Bakı şəhəri, 24 yanvar 2017-ci il

                    № 12

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status