AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.03.2017
QEYDİYYAT NÖMRƏSİ
91
ADI
“Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 15-03-2017, Nəşr Nömrəsi: 57), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2017, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 490)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.03.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.120.180
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201703140091
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.03.2017
“Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edil

“Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 14 mart 2017-ci il

     № 91

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2021-ci il 9 fevral tarixli 32 nömrəli Qərarı ilə

təsdiq edilmişdir. [1]

 

Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən yanacağın və elektrik enerjisinin dəyərinin ödənilməsi üzrə qarşılıqlı hesablaşmaların aparılması və daxil olmuş vəsaitlərdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Bu Qaydanın məqsədləri üçün elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər dedikdə, Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Azərkontrakt” ASC), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi (bundan sonra – “Azneft” İB), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra – “Azəriqaz” İB), “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Azərenerji” ASC) və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Azərişıq” ASC) başa düşülür.

1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. “Azneft” İB-in xüsusi bank hesabı – ”Azneft” İB tərəfindən ölkə daxilində təbii qazın satışından daxil olan vəsaitin yığılması üçün müvəkkil bankda açılmış hesab;

1.3.2. “Azəriqaz” İB-in xüsusi bank hesabı – “Azəriqaz” İB tərəfindən təbii qazın pərakəndə satışından daxil olan vəsaitin yığılması üçün müvəkkil bankda açılmış hesab;

1.3.3. “Azərenerji” ASC-nin xüsusi bank hesabı – “Azərenerji” ASC tərəfindən ölkə daxilində elektrik enerjisinin satışından daxil olan vəsaitin yığılması üçün müvəkkil bankda açılmış hesab;

1.3.4. “Azərişıq” ASC-nin xüsusi bank hesabı – “Azərişıq” ASC tərəfindən ölkə daxilində elektrik enerjisinin satışından daxil olan vəsaitin yığılması üçün müvəkkil bankda açılmış hesab.

 

2. “Azərişıq” ASC və “Azərenerji” ASC arasında ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə

 

2.1. “Azərişıq” ASC tərəfindən istehlakçılara satılan elektrik enerjisinə görə ödənilən vəsait bu Qaydanın 1.3.4-cü yarımbəndində nəzərdə tutulan bank hesabına mədaxil edilir.

2.2. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan bank hesabına mədaxil edilmiş vəsaitin 0,2 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən avans ödənişi şəklində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (bundan sonra – EMTA) cari bank hesabına, 65 faizi “Azərenerji” ASC-nin xüsusi bank hesabına, 15 faizi isə “Azərişıq” ASC-nin cari bank hesabına köçürülür və bu barədə “Azərişıq” ASC-yə məlumat verilir.

2.3. “Azərişıq” ASC müvəkkil bank tərəfindən bu Qaydanın 2.2-ci bəndinə əsasən “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürülən məbləğə uyğun əlavə dəyər vergisini (ƏDV) öz əlavə dəyər vergisinin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin öz xüsusi bank hesabından “Azərenerji” ASC-nin ƏDV-sinin depozit hesabına köçürülməsini təmin edir.

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı ilə yaradılmış Komissiyadan (bundan sonra – Komissiya) əlavə müraciət daxil olmadığı təqdirdə, hesabat ayının son iş gününün sonuna “Azərişıq” ASC-nin xüsusi bank hesabının qalığı müvəkkil bank tərəfindən “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürülür və bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra – Dövlət Vergi Xidməti) məlumat verilir.

2.5. Dövlət Vergi Xidməti bu Qaydanın 2.4-cü bəndinə uyğun olaraq “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürülən məbləğə müvafiq olan ƏDV məbləğinin “Azərişıq” ASC-nin ƏDV-sinin depozit hesabından “Azərenerji” ASC-nin ƏDV-sinin depozit hesabına köçürülməsinin təmin olunmasına nəzarət edir.

2.6. Hər ayın 15-dək əvvəlki ay ərzində “Azərişıq” ASC tərəfindən EMTA-ya ödənilməli olan haqqın məbləği üzrə qalıq borc barədə, həmçinin “Azərişıq” ASC tərəfindən “Azərenerji” ASC-dən alınmış elektrik enerjisinin həcmi və dəyəri barədə tutuşdurma aktları tərtib edilir və həmin tutuşdurma aktlarının bir nüsxəsi Komissiyaya təqdim olunur. Müvafiq dəqiqləşdirmələr aparıldıqdan sonra qalıq borcun məbləği EMTA-nın cari bank hesabına, qalan məbləğ isə “Azərenerji” ASC-nin xüsusi bank hesabına (o cümlədən aparılmış ödəniş məbləğinə uyğun ƏDV-nin məbləği “Azərenerji” ASC-nin ƏDV-sinin depozit hesabına) köçürülür.

2.7. Hər ayın 15-dək əvvəlki ay üzrə “Azərişıq” ASC-nin EMTA-ya qalıq borcunun ödənilməsinə dair ödəniş tapşırığı (və ya borcun olmadığını əks etdirən tutuşdurma aktı), habelə “Azərişıq” ASC-nin “Azərenerji” ASC-yə qalıq borcunun ödənilməsinə dair ödəniş tapşırığı (və ya borcun olmadığını əks etdirən tutuşdurma aktı) daxil olmadığı təqdirdə, müvəkkil bank “Azərişıq” ASC-nin xüsusi bank hesabının həmin ayın ilk iş gününün əvvəlinə olan qalığını EMTA-nın hesab-fakturasına uyğun məbləğdə EMTA-nın cari hesabına, qalan məbləği isə “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürür və bu barədə Dövlət Vergi Xidmətinə məlumat verir.

2.8. Dövlət Vergi Xidməti bu Qaydanın 2.7-ci bəndinə əsasən “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğinin “Azərişıq” ASC-nin ƏDV-sinin depozit hesabından “Azərenerji” ASC-nin ƏDV-sinin depozit hesabına köçürülməsinin təmin olunmasına nəzarət edir.

2.9. Bu Qaydanın 2.2-2.8-ci bəndlərinin tələbləri nəzərə alınmaqla, “Azərişıq” ASC-nin xüsusi bank hesabında qalan vəsaitlər dövlət büdcəsinə vergilərin, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və tibbi sığorta haqlarının, habelə EMTA-ya ödənilməli olan haqların ödənilməsinə yönəldilir, qalan hissəsi isə bu Qaydanın 2.10-cu bəndində nəzərdə tutulan qaydada istifadə olunur.

2.10. Bu Qaydanın 2.9-cu bəndində nəzərdə tutulan ardıcıllıqla ödənişlər həyata keçirildikdən sonra “Azərişıq” ASC xüsusi bank hesabında qalan vəsaiti “Azərişıq” ASC-nin cari il üzrə təsdiq edilmiş gəlirlər və xərclər smetasına uyğun olaraq və ya xüsusi layihələrin icrası məqsədilə özünün cari bank hesabına köçürür.

 

3. “Azərenerji” ASC və “Azərkontrakt” ASC arasında ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə

 

3.1. “Azərenerji” ASC tərəfindən satılmış elektrik enerjisinə görə daxil olan vəsait bu Qaydanın 1.3.3-cü yarımbəndində nəzərdə tutulan bank hesabına mədaxil edilir.

3.2. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan bank hesabına mədaxil edilmiş vəsaitin 0,9 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən EMTA-nın cari bank hesabına, 50 faizi müvəkkil bank tərəfindən mütəmadi olaraq avans ödənişi şəklində “Azərkontrakt” ASC-nin cari bank hesabına, 15 faizi isə “Azərenerji” ASC-nin cari bank hesabına köçürülür və bu barədə “Azərenerji” ASC-yə məlumat verilir.

3.3. “Azərenerji” ASC müvəkkil bank tərəfindən “Azərkontrakt” ASC-nin cari bank hesabına köçürülən məbləğlərə uyğun ƏDV məbləğini öz ƏDV-sinin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin özünün xüsusi bank hesabından “Azərkontrakt” ASC-nin ƏDV-sinin depozit hesabına köçürülməsini təmin edir.

3.4. Komissiyadan bu barədə müraciət daxil olduğu təqdirdə, müvəkkil bank tərəfindən hesabat ayının son 5 (beş) iş günü (və ya iş günlərindən biri və ya bir neçəsi) ərzində bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq EMTA-nın cari bank hesabına və “Azərkontrakt” ASC-nin cari bank hesabına məbləğlərin köçürülməsi həmin müraciətdə nəzərdə tutulan xüsusi məbləğə uyğun həyata keçirilir.

3.5. Hər ayın 15-dək əvvəlki ay üzrə “Azərenerji” ASC tərəfindən EMTA-ya ödənilməli olan haqqın məbləği barədə, habelə “Azərkontrakt” ASC-dən alınmış təbii qazın həcmi və dəyəri barədə tutuşdurma aktlar tərtib edilərək bir nüsxəsi Komissiyaya təqdim olunur. Aparılmış dəqiqləşdirmələr əsasında qalıq borc məbləğləri müvafiq olaraq EMTA-nın cari bank hesabına və “Azərkontrakt” ASC-nin cari bank hesabına (o cümlədən, ödəniş məbləğinə uyğun ƏDV-nin məbləği “Azərkontrakt” ASC-nin ƏDV-sinin depozit hesabına) köçürülür.

3.6. Hər ayın 15-dək əvvəlki ay üzrə “Azərenerji” ASC-nin EMTA-ya qalıq borcunun ödənilməsinə dair ödəniş tapşırığı (və ya borcun olmadığını özündə əks etdirən təsdiq edilmiş tutuşdurma aktı), habelə “Azərenerji” ASC tərəfindən “Azərkontrakt” ASC-dən alınmış təbii qazın dəyəri üzrə qalıq borcun ödənilməsinə dair ödəniş tapşırığı (və ya borcun olmadığını özündə əks etdirən tutuşdurma aktı) daxil olmadığı təqdirdə, müvəkkil bank “Azərenerji” ASC-nin xüsusi bank hesabında həmin ayın ilk iş gününə olan məbləğdən EMTA-nın hesab-fakturasına uyğun olaraq ona olan borcun məbləğini EMTA-nın cari bank hesabına, qalan məbləği isə “Azərkontrakt” ASC-nin cari bank hesabına köçürür və bu barədə Dövlət Vergi Xidmətinə məlumat verir.

3.7. Dövlət Vergi Xidməti bu Qaydanın 3.6-cı bəndinə əsasən müvəkkil bank tərəfindən “Azərkontrakt” ASC-nin cari bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğinin “Azərenerji” ASC-nin ƏDV-sinin depozit hesabından “Azərkontrakt” ASC-nin ƏDV-sinin depozit hesabına köçürülməsinin təmin olunmasına nəzarət edir.

3.8. Bu Qaydanın 3.2-3.7-ci bəndlərinin tələbləri nəzərə alınmaqla, “Azərenerji” ASC-nin xüsusi bank hesabında qalan vəsaitlər dövlət büdcəsinə vergilərin, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və tibbi sığorta haqlarının, habelə EMTA-ya ödənilməli olan haqların ödənilməsinə yönəldilir, qalan hissəsi isə bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulan qaydada istifadə olunur.

3.9. Bu Qaydanın 3.8-ci bəndində nəzərdə tutulan ardıcıllıqla vəsaitlər ödənildikdən sonra, “Azərenerji” ASC-nin xüsusi bank hesabında qalan vəsait “Azərenerji” ASC-nin cari il üzrə təsdiq olunmuş gəlirlər və xərclər smetasına uyğun həcmdə özünün cari bank hesabına köçürülür və ya xüsusi layihələrin icrasına yönəldilir.

 

4. Təbii qazın ölkə daxilində satışından daxil olmuş vəsaitdən istifadə

 

4.1. “Azneft” İB tərəfindən “Azərkontrakt” ASC-yə satılmış təbii qaza görə daxil olan vəsait bu Qaydanın 1.3.1-ci yarımbəndində nəzərdə tutulan xüsusi bank hesabına mədaxil edilir.

4.2. “Azəriqaz” İB tərəfindən ölkə daxilində təbii qazın pərakəndə satışına görə ödənilən vəsait bu Qaydanın 1.3.2-ci yarımbəndində nəzərdə tutulan xüsusi bank hesabına mədaxil edilir.

4.3. Bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan bank hesabına mədaxil edilmiş vəsaitin 0,9 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən avans ödənişi şəklində EMTA-nın cari bank hesabına, 50 faizi “Azərkontrakt” ASC-nin cari bank hesabına, 15 faizi isə “Azəriqaz” İB-nin cari bank hesabına köçürülür və bu barədə “Azəriqaz” İB-ə məlumat verilir.

4.4. “Azəriqaz” İB müvəkkil bank tərəfindən “Azərkontrakt” ASC-nin cari bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğini öz ƏDV-sinin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin özünün xüsusi bank hesabından “Azərkontrakt” ASC-nin ƏDV-sinin depozit hesabına köçürülməsini təmin edir.

4.5. Hər ayın 15-dək əvvəlki ay üzrə “Azəriqaz” İB tərəfindən EMTA-ya ödənilməli olan haqqın məbləği üzrə qalıq borc barədə, habelə “Azərkontrakt” ASC-dən alınmış təbii qazın həcmi və dəyəri barədə tutuşdurma aktları tərtib edilərək bir nüsxəsi Komissiyaya təqdim edilir. Aparılmış dəqiqləşdirmələrə əsasən EMTA-ya ödənilən haqqın məbləği və “Azərkontrakt” ASC-dən alınmış təbii qazın dəyəri üzrə qalıq borcun məbləği müvafiq olaraq EMTA-nın cari bank hesabına, qalan məbləğ isə “Azərkontrakt” ASC-nin cari bank hesabına (o cümlədən ödəniş məbləğinə uyğun ƏDV-sinin məbləği “Azərkontrakt” ASC-nin ƏDV-sinin depozit hesabına) köçürülür.

4.6. Hər ayın 15-dək əvvəlki ay üzrə “Azəriqaz” İB-in EMTA-ya qalıq borcunun ödənilməsinə dair ödəniş tapşırığı (və ya əvvəlki ay üzrə borcun olmadığını əks etdirən tutuşdurma aktı), habelə “Azəriqaz” İB tərəfindən “Azərkontrakt” ASC-dən alınmış təbii qazın dəyəri üzrə qalıq borcun ödənilməsinə dair ödəniş tapşırığı (və ya əvvəlki ay üzrə borcun olmadığını əks etdirən tutuşdurma aktı) daxil olmadığı təqdirdə, müvəkkil bank “Azəriqaz” İB-in xüsusi bank hesabının həmin ayın ilk iş gününə olan qalığını EMTA-nın hesab-fakturasına uyğun olaraq ona olan borcun məbləğində EMTA-nın cari hesabına, qalan məbləği isə “Azərkontrakt” ASC-nin cari bank hesabına köçürür və bu barədə Dövlət Vergi Xidmətinə məlumat verir.

4.7. Dövlət Vergi Xidməti bu Qaydanın 4.6-ci bəndinə əsasən “Azərkontrakt” ASC-nin cari bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğinin “Azəriqaz” İB-in ƏDV-sinin depozit hesabından “Azərkontrakt” ASC-nin ƏDV-sinin depozit hesabına köçürülməsinin təmin olunmasına nəzarət edir.

4.8. Bu Qaydanın 4.3-4.7-ci bəndlərinin tələbləri nəzərə alınmaqla, “Azəriqaz” İB-in xüsusi bank hesabında qalan vəsaitlər dövlət büdcəsinə vergilərin, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və tibbi sığorta haqlarının, habelə EMTA-ya ödənilməli olan haqların ödənilməsinə yönəldilir, qalan hissəsi isə Komissiyaya məlumat verilməklə, “Azəriqaz” İB-in cari bank hesabına köçürülür.

4.9. “Azərkontrakt” ASC-nin cari bank hesabına daxil olan vəsaitdən mütəmadi olaraq “Azneft” İB-in xüsusi bank hesabına alınmış qazın həcminə uyğun məbləğdə vəsait köçürülür. “Azərkontrakt” ASC aldığı təbii qazın dəyərinin ödənilməsi ilə yanaşı, hər ayın əvvəli göstərilmiş xidmətlərə uyğun olaraq, qaz müqavilələrinin icrası ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi ilə bağlanılmış xidmət müqaviləsindən irəli gələn ödənişləri həyata keçirir.

4.10. “Azərkontrakt” ASC müvəkkil bank tərəfindən “Azneft” İB-in xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğini öz ƏDV-sinin depozit hesabından (ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin özünün cari bank hesabından) “Azneft” İB-in ƏDV-sinin depozit hesabına köçürülməsini təmin edir.

4.11. Hər ayın 15-dək əvvəlki ay üzrə “Azərkontrakt” ASC tərəfindən “Azneft” İB-dən alınmış təbii qazın həcmi və dəyəri barədə tutuşdurma aktı tərtib edilərək, bir nüsxəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. Müvafiq dəqiqləş-mələr aparıldıqdan sonra qalıq borcun məbləği “Azneft” İB-in xüsusi bank hesabına (o cümlədən aparılmış ödəniş məbləğinə uyğun ƏDV-sinin məbləği “Azneft” İB-in ƏDV-sinin depozit hesabına) köçürülür.

4.12. Bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan bank hesabına daxil olan vəsaitin 40 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən “Azneft” İB-in cari bank hesablarına köçürülür.

4.13. Bu Qaydanın 4.9-4.12-ci bəndlərində nəzərdə tutulan vəsaitlər ödənildikdən sonra, “Azneft” İB-nin xüsusi bank hesabında qalan vəsait Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cari il üzrə təsdiq edilmiş gəlirlər və xərclər smetasına uyğun həcmlərdə “Azneft” İB-in cari bank hesabına köçürülür və ya xüsusi layihələrin icrasına yönəldilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       9 iyun 2017-ci il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1229).

2.       14 may 2020-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5 , maddə 642)

3.       9 fevral 2021-ci il tarixli 32 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 197)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 9 iyun 2017-ci il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1229) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”na yeni məzmunda 2.3-1-ci bənd əlavə edilmişdir.

9 iyun 2017-ci il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1229) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 2.4-cü bəndində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə yaradılmış Komissiyaya (bundan sonra – Komissiya)” sözləri “Komissiyaya” sözü ilə əvəz edilmişdir.

9 iyun 2017-ci il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1229) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”na yeni məzmunda 2.4-1-ci bənd əlavə edilmişdir.

9 iyun 2017-ci il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1229) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 2.5-ci bəndində “və 2.4-cü” sözləri “, 2.3-1-ci, 2.4-cü və 2.4-1-ci” sözləri ilə əvəz edilmişdir.

9 iyun 2017-ci il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1229) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”na yeni məzmunda 3.4-1-ci bənd əlavə edilmişdir.

9 iyun 2017-ci il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1229) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”na yeni məzmunda 3.3-1-ci bənd əlavə edilmişdir.

9 iyun 2017-ci il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1229) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 3.5-ci bəndində “və 3.4-cü” sözləri “, 3.3-1-ci, 3.4-cü və 3.4-1-ci” sözləri ilə əvəz edilmişdir.

9 iyun 2017-ci il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1229) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 4.6-cı bəndində “25” rəqəmi “15” rəqəmi ilə əvəz edilmişdir.

9 iyun 2017-ci il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1229) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”na yeni məzmunda 4.7-1-ci bənd əlavə edilmişdir.

9 iyun 2017-ci il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1229) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 4.8-ci bəndində “və 4.7-ci” sözləri “, 4.7-ci və 4.7-1-ci” sözləri ilə əvəz edilmişdir.

9 iyun 2017-ci il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1229) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 4.9-cu bəndində “50” rəqəmi “15” rəqəmi ilə, “60” rəqəmi “40” rəqəmi ilə əvəz edilmişdir.

14 may 2020-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5 , maddə 642) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 2.3-cü bəndin birinci cümləsinə “vəsaitin” sözündən sonra “0,2 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən avans ödənişi şəklində Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (bundan sonra - EMTA) cari bank hesabına,” sözləri əlavə edilmişdir.

14 may 2020-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5 , maddə 642) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 2.4-cü bəndə “əvvəlki ay ərzində” sözlərindən sonra “Azərişıq” ASC tərəfindən EMTA-ya ödənilməli olan haqq və həmin haqqın məbləği üzrə qalıq borc barədə üzləşmə aktı, habelə” sözləri, “təqdim edilir,” sözlərindən sonra “EMTA-ya ödənilən haqqın ödənilməmiş hissəsi üzrə dəqiqləşmələr, habelə” sözləri və “qalıq borcun məbləği” sözlərindən sonra “EMTA-nın cari, qalan məbləğdən isə” sözləri əlavə edilmişdir.

14 may 2020-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5 , maddə 642) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 2.4-1-ci bəndin birinci cümləsinə “əvvəlki ay ərzində” sözlərindən sonra “Azərişıq” ASC-nin EMTA-ya qalıq borcunun EMTA-nın cari bank hesabına ödənilməsinə dair ödəniş tapşırığı və ya əvvəlki ay üzrə borcun olmadığını özündə əks etdirən “Azərişıq” ASC və EMTA tərəfindən təsdiq edilmiş üzləşmə aktı, habelə” sözləri və “əvvəlinə olan qalığı” sözlərindən sonra “EMTA-nın hesab-fakturasına uyğun olaraq ona olan borcun məbləği EMTA-nın cari hesabına, qalan məbləğ isə” sözləri əlavə edilmişdir.

14 may 2020-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5 , maddə 642) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 2.5-ci bənddə “dövlət büdcəsinə vergilərin və məcburi dövlət sosial sığorta haqlarının” sözləri “dövlət büdcəsinə vergilərin, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və tibbi sığorta haqlarının, habelə EMTA-ya ödənilməli olan haqların” sözləri ilə əvəz edilmişdir.

14 may 2020-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5 , maddə 642) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 3.3-cü bəndin birinci cümləsinə “15 faizi” sözlərindən əvvəl “0,9 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən avans ödənişi şəklində EMTA-nın cari bank hesabına,” sözləri əlavə edilmişdir.

14 may 2020-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5 , maddə 642) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 3.3-1-ci bəndə “uyğun olaraq” sözlərindən sonra “EMTA-nın cari hesabına,” sözləri əlavə edilmişdir.

14 may 2020-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5 , maddə 642) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 3.4-cü bəndə “əvvəlki ay ərzində” sözlərindən sonra “Azərenerji” ASC tərəfindən EMTA-ya ödənilməli olan haqq və həmin haqq məbləği üzrə qalıq borc barədə üzləşmə aktı, habelə” sözləri, “Komissiyaya təqdim edilir,” sözlərindən sonra “EMTA-ya ödənilən haqqın ödənilməmiş hissəsi üzrə dəqiqləşmələr, habelə” sözləri və ikinci halda “Azərenerji” ASC tərəfindən” sözlərindən sonra “EMTA-nın cari, qalan məbləğdən isə” sözləri əlavə edilmişdir.

14 may 2020-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5 , maddə 642) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 3.4-1-ci bəndin birinci cümləsinə “əvvəlki ay ərzində” sözlərindən sonra “Azərenerji” ASC-nin EMTA-ya qalıq borcunun EMTA-nın cari bank hesabına ödənilməsinə dair ödəniş tapşırığı və ya əvvəlki ay üzrə borcun olmadığını özündə əks etdirən “Azərenerji” ASC və EMTA tərəfindən təsdiq edilmiş üzləşmə aktı, habelə” sözləri və “iş gününün əvvəlinə olan” sözlərindən sonra “qalıq məbləğindən EMTA-nın hesab-fakturasına uyğun olaraq ona olan borcun məbləği EMTA-nın cari hesabına, qalan” sözləri əlavə edilmişdir.

14 may 2020-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5 , maddə 642) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 3.5-ci bənddə “dövlət büdcəsinə vergilərin və məcburi dövlət sosial sığorta haqlarının” sözləri “dövlət büdcəsinə vergilərin, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və tibbi sığorta haqlarının, habelə EMTA-ya ödənilməli olan haqların” sözləri ilə əvəz edilmişdir.

14 may 2020-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5 , maddə 642) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 4.6-cı bəndin ikinci cümləsinə “15 faizi” sözlərindən əvvəl “0,9 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən avans ödənişi şəklində EMTA-nın cari bank hesabına,” sözləri əlavə edilmişdir.

14 may 2020-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5 , maddə 642) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 4.7-ci bəndə “əvvəlki ay ərzində” sözlərindən sonra “Azəriqaz” İstehsalat Birliyi tərəfindən EMTA-ya ödənilməli olan haqq və həmin haqqın məbləği üzrə qalıq borc barədə üzləşmə aktı, habelə” sözləri, “Komissiyaya təqdim edilir,” sözlərindən sonra “EMTA-ya ödənilən haqqın ödənilməmiş hissəsi üzrə dəqiqləşmələr, habelə,” sözləri və “qalıq borcun məbləği” sözlərindən sonra “EMTA-nın cari, qalan məbləğdən isə” sözləri əlavə edilmişdir.

14 may 2020-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5 , maddə 642) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 4.7-1-ci bəndin birinci cümləsinə “əvvəlki ay ərzində” sözlərindən sonra “Azəriqaz” İstehsalat Birliyinin EMTA-ya qalıq borcunun EMTA-nın cari bank hesabına ödənilməsinə dair ödəniş tapşırığı və ya əvvəlki ay üzrə borcun olmadığını özündə əks etdirən “Azəriqaz” İstehsalat Birliyi və EMTA tərəfindən təsdiq edilmiş üzləşmə aktı, habelə” sözləri və “iş gününün əvvəlinə olan qalığı” sözlərindən sonra “EMTA-nın hesab-fakturasına uyğun olaraq ona olan borcun məbləği EMTA-nın cari hesabına, qalan məbləğ isə” sözləri əlavə edilmişdir.

14 may 2020-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5 , maddə 642) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nın 4.8-ci bənddə “dövlət büdcəsinə vergilərin və məcburi dövlət sosial sığorta haqlarının” sözləri “dövlət büdcəsinə vergilərin, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və tibbi sığorta haqlarının, habelə EMTA-ya ödənilməli olan haqların” sözləri ilə əvəz edilmişdir.

9 fevral 2021-ci il tarixli 32 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 197) ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası” yeni redaksiyada təsdiq edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 14 mart tarixli 91 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən yanacağın və elektrik enerjisinin dəyərinin ödənilməsi üzrə qarşılıqlı hesablaşmaların aparılması və daxil olmuş vəsaitlərdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Bu Qaydanın məqsədləri üçün elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər dedikdə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti başa düşülür.

1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin, “Azəriqaz” İstehsalat Birliyinin və Qaz İxracı İdarəsinin xüsusi bank hesabı – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müvafiq qurumları tərəfindən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə satılmış təbii qazın, mazutun və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azneft” İstehsalat Birliyindən alınmış təbii qazın dəyərinin ödənilməsi və təbii qazın pərakəndə satışından yığılan vəsaitin daxil olması üçün müvəkkil bankda açılmış hesablar;

1.3.2. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin xüsusi bank hesabı – “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə daxilində satılmış elektrik enerjisinin dəyərinin daxil olması üçün müvəkkil bankda açılmış hesab;

1.3.3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin xüsusi bank hesabı – “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə daxilində satılmış elektrik enerjisinin dəyərinin daxil olması üçün müvəkkil bankda açılmış hesab.

 

2. “Azərişıq” və “Azərenerji” açıq səhmdar cəmiyyətləri arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə

 

2.1. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Azərişıq” ASC) ölkə daxilində satılmış elektrik enerjisinin dəyərinin daxil olması üçün müvəkkil bankda xüsusi bank hesabı açır.

2.2. “Azərişıq” ASC tərəfindən istehlakçılara, o cümlədən məişət abonentlərinə (əhaliyə) satılmış elektrik enerjisinə görə ödənilən vəsait bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan bank hesabına mədaxil edilir.

2.3. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan bank hesabına mədaxil edilmiş vəsaitin 0,2 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən avans ödənişi şəklində Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (bundan sonra - EMTA) cari bank hesabına, 65 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən avans ödənişi şəklində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “Azərenerji” ASC) xüsusi bank hesabına, 15 faizi isə “Azərişıq” ASC-nin cari bank hesabına köçürülür və bu barədə “Azərişıq” ASC-yə məlumat verilir. “Azərişıq” ASC müvəkkil bank tərəfindən “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğini özünün ƏDV-nin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin özünün xüsusi bank hesabından “Azərenerji” ASC-nin ƏDV-nin depozit hesabına köçürülməsini təmin edir.

2.3-1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə yaradılmış Komissiyadan (bundan sonra – Komissiya) əlavə müraciət daxil olmadığı təqdirdə, hesabat ayının son iş gününün sonuna “Azərişıq” ASC-nin xüsusi bank hesabının qalığı müvəkkil bank tərəfindən “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürülür və bu barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə məlumat verilir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu bəndə uyğun olaraq “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğinin “Azərişıq” ASC-nin ƏDV-nin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin növbəti iş günləri ərzində daxil olmuş məbləğlər həddində “Azərişıq” ASC-nin ƏDV-nin depozit hesabından “Azərenerji” ASC-nin ƏDV-nin depozit hesabına köçürülməsini təmin edir.

2.4. Hər ay başa çatdıqdan sonra növbəti ayın 15-dək əvvəlki ay ərzində “Azərişıq” ASC tərəfindən EMTA-ya ödənilməli olan haqq və həmin haqqın məbləği üzrə qalıq borc barədə üzləşmə aktı, habelə “Azərişıq” ASC tərəfindən “Azərenerji” ASC-dən alınmış elektrik enerjisinin həcmi və dəyəri barədə üzləşmə aktı tərtib edilərək, bir nüsxəsi Komissiyaya təqdim edilir, EMTA-ya ödənilən haqqın ödənilməmiş hissəsi üzrə dəqiqləşmələr, habelə “Azərenerji” ASC-dən alınmış elektrik enerjisinin həcmi və dəyərinin ödənilməmiş hissəsi üzrə dəqiqləşdirmələr aparılır və qalıq borcun məbləği EMTA-nın cari, qalan məbləğdən isə “Azərenerji” ASC-nin xüsusi bank hesabına (o cümlədən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.3-cü maddəsi nəzərə alınmaqla aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin məbləği “Azərenerji” ASC-nin ƏDV-nin depozit hesabına) köçürülür.

2.4-1. Hər ay başa çatdıqdan sonra növbəti ayın 15-dək əvvəlki ay ərzində “Azərişıq” ASC-nin EMTA-ya qalıq borcunun EMTA-nın cari bank hesabına ödənilməsinə dair ödəniş tapşırığı və ya əvvəlki ay üzrə borcun olmadığını özündə əks etdirən “Azərişıq” ASC və EMTA tərəfindən təsdiq edilmiş üzləşmə aktı, habelə “Azərişıq” ASC tərəfindən “Azərenerji” ASC-dən alınmış elektrik enerjisinin dəyəri üzrə qalıq borcun “Azərenerji” ASC-nin xüsusi bank hesabına ödənilməsinə dair ödəniş tapşırığı və ya əvvəlki ay üzrə borcun olmadığını özündə əks etdirən “Azərişıq” ASC və “Azərenerji” ASC tərəfindən təsdiq edilmiş üzləşmə aktı daxil olmadığı təqdirdə, müvəkkil bank tərəfindən “Azərişıq” ASC-nin xüsusi bank hesabının həmin ayın ilk iş gününün əvvəlinə olan qalığı EMTA-nın hesab-fakturasına uyğun olaraq ona olan borcun məbləği EMTA-nın cari hesabına, qalan məbləğ isə “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürülür və bu barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə məlumat verilir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu bəndə uyğun olaraq “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğinin “Azərişıq” ASC-nin ƏDV-nin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin növbəti iş günləri ərzində daxil olmuş məbləğlər həddində “Azərişıq” ASC-nin ƏDV-nin depozit hesabından “Azərenerji” ASC-nin ƏDV-nin depozit hesabına köçürülməsini təmin edir.

2.5. Bu Qaydanın 2.3-cü, 2.3-1-ci, 2.4-cü və 2.4-1-ci bəndlərinin tələbləri nəzərə alınmaqla, “Azərişıq” ASC-nin xüsusi bank hesabında qalan vəsaitlər dövlət büdcəsinə vergilərin, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və tibbi sığorta haqlarının, habelə EMTA-ya ödənilməli olan haqların ödənilməsinə yönəldilir, qalan hissəsi isə bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulan qaydada istifadə edilir.

2.6. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan ardıcıllıqla ödənişlər həyata keçirildikdən sonra “Azərişıq” ASC xüsusi bank hesabında qalan vəsaiti cari il üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə təsdiq edilmiş “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydası”na əsasən təsdiq olunan gəlirlər və xərclər smetasına uyğun olaraq və ya xüsusi layihələrin icrası məqsədi ilə “Azərişıq” ASC-nin cari bank hesabına köçürür.

 

3. “Azərenerji” ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə

 

3.1. “Azərenerji” ASC ölkə daxilində satılmış elektrik enerjisinin dəyərinin daxil olması üçün müvəkkil bankda xüsusi bank hesabı açır.

3.2. “Azərenerji” ASC tərəfindən satılmış elektrik enerjisinə görə daxil olan vəsait bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan bank hesabına mədaxil edilir.

3.3. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan bank hesabına mədaxil edilmiş vəsaitin 45 faizi müvəkkil bank tərəfindən mütəmadi olaraq avans ödənişi şəklində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan xüsusi bank hesabına, 5 faizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari bank hesabına, 0,9 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən avans ödənişi şəklində EMTA-nın cari bank hesabına, 15 faizi isə “Azərenerji” ASC-nin cari bank hesabına köçürülür və bu barədə “Azərenerji” ASC-yə məlumat verilir. “Azərenerji” ASC müvəkkil bank tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin xüsusi bank hesabına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari bank hesabına köçürülən məbləğlərə uyğun ƏDV məbləğini özünün ƏDV-nin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin özünün xüsusi bank hesabından müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ƏDV-nin depozit hesablarına köçürülməsini təmin edir.

3.3-1. Komissiyadan bu barədə müraciət daxil olduğu təqdirdə müvəkkil bank tərəfindən hesabat ayının son 5 iş günü (və ya iş günlərindən biri və ya bir neçəsi) ərzində bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq EMTA-nın cari hesabına, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin xüsusi bank hesabına və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari bank hesabına məbləğlərin köçürülməsi həmin müraciətdə nəzərdə tutulan xüsusi çəkiyə və ya məbləğə uyğun həyata keçirilir.

3.4. Hər ay başa çatdıqdan sonra, növbəti ayın 15-dək əvvəlki ay ərzində “Azərenerji” ASC tərəfindən EMTA-ya ödənilməli olan haqq və həmin haqq məbləği üzrə qalıq borc barədə üzləşmə aktı, habelə “Azərenerji” ASC tərəfindən EMTA-nın cari, qalan məbləğdən isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsindən alınmış təbii qazın, “Azneft” İstehsalat Birliyindən və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən alınmış mazutun həcmi və dəyəri barədə üzləşmə aktı tərtib edilərək bir nüsxəsi Komissiyaya təqdim edilir, EMTA-ya ödənilən haqqın ödənilməmiş hissəsi üzrə dəqiqləşmələr, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsindən alınmış təbii qazın, “Azneft” İstehsalat Birliyindən və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən alınmış mazutun həcmi və dəyərinin ödənilməmiş hissəsi üzrə dəqiqləşdirmələr aparılır və qalıq borcun məbləği “Azərenerji” ASC tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin və “Azneft” İstehsalat Birliyinin xüsusi bank hesablarına, habelə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari bank hesabına (o cümlədən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.3-cü maddəsi nəzərə alınmaqla aparılmış ödəniş məbləğinə uyğun olaraq, ƏDV-nin məbləği Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin, “Azneft” İstehsalat Birliyinin və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ƏDV-nin depozit hesablarına) köçürülür.

3.4-1. Hər ay başa çatdıqdan sonra növbəti ayın 15-dək əvvəlki ay ərzində “Azərenerji” ASC-nin EMTA-ya qalıq borcunun EMTA-nın cari bank hesabına ödənilməsinə dair ödəniş tapşırığı və ya əvvəlki ay üzrə borcun olmadığını özündə əks etdirən “Azərenerji” ASC və EMTA tərəfindən təsdiq edilmiş üzləşmə aktı, habelə “Azərenerji” ASC tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsindən alınmış təbii qazın, “Azneft” İstehsalat Birliyindən və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən alınmış mazutun dəyəri üzrə qalıq borcun müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin və “Azneft” İstehsalat Birliyinin xüsusi bank hesablarına, habelə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari bank hesabına ödənilməsinə dair ödəniş tapşırığı və ya əvvəlki ay üzrə borcun olmadığını özündə əks etdirən “Azərenerji” ASC və müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azneft” İstehsalat Birliyi və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən təsdiq edilmiş üzləşmə aktları daxil olmadığı təqdirdə, müvəkkil bank tərəfindən “Azərenerji” ASC-nin xüsusi bank hesabının həmin ayın ilk iş gününün əvvəlinə olan qalıq məbləğindən EMTA-nın hesab-fakturasına uyğun olaraq ona olan borcun məbləği EMTA-nın cari hesabına, qalan qalıq məbləğinin 85 faizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin, 5 faizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin xüsusi bank hesablarına, 10 faizi isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari bank hesabına köçürülür və bu barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə məlumat verilir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu bəndə uyğun olaraq müvəkkil bank tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin və “Azneft” İstehsalat Birliyinin xüsusi bank hesablarına, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari bank hesabına köçürülən məbləğlərə uyğun ƏDV məbləğinin “Azərenerji” ASC-nin ƏDV-nin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin növbəti iş günləri ərzində daxil olmuş məbləğlər həddində “Azərenerji” ASC-nin ƏDV-nin depozit hesabından müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin, “Azneft” İstehsalat Birliyinin və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ƏDV-nin depozit hesablarına köçürülməsini təmin edir.

3.5. Bu Qaydanın 3.3-cü, 3.3-1-ci, 3.4-cü və 3.4-1-ci bəndlərinin tələbləri nəzərə alınmaqla, “Azərenerji” ASC-nin xüsusi bank hesabında qalan vəsaitlər dövlət büdcəsinə vergilərin, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və tibbi sığorta haqlarının, habelə EMTA-ya ödənilməli olan haqların ödənilməsinə yönəldilir, qalan hissəsi isə bu Qaydanın 3.6-cı bəndində nəzərdə tutulan qaydada istifadə edilir.

3.6. Bu Qaydanın 3.5-ci bəndində nəzərdə tutulan ardıcıllıqla vəsaitlər ödənildikdən sonra, “Azərenerji” ASC-nin xüsusi bank hesabında qalan vəsait “Azərenerji” ASC-nin cari il üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə təsdiq edilmiş “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydası”na əsasən təsdiq olunan gəlirlər və xərclər smetasına uyğun həcmdə “Azərenerji” ASC-nin cari bank hesabına köçürülür və ya xüsusi layihələrin icrasına yönəldilir.

 

4. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən yanacağın və təbii qazın ölkə daxilində satışından daxil olmuş vəsaitlərdən istifadə

 

4.1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi “Azərenerji” ASC-yə satılmış təbii qazın dəyərinin daxil olması üçün müvəkkil bankda xüsusi bank hesabı açır.

4.2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi “Azərenerji” ASC-yə satılmış mazutun və “Azəriqaz” İstehsalat Birliyinə satılmış təbii qazın dəyərinin daxil olması üçün müvəkkil bankda xüsusi bank hesabı açır.

4.3. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi ölkə daxilində təbii qazın pərakəndə satışından vəsaitlərin daxil olması üçün müvəkkil bankda xüsusi bank hesabı açır.

4.4. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən “Azərenerji” ASC-yə satılmış təbii qaza görə daxil olan vəsait bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan xüsusi bank hesabına mədaxil edilir.

4.5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi tərəfindən “Azərenerji” ASC-yə satılmış mazuta görə daxil olan vəsait bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan xüsusi bank hesabına mədaxil edilir.

4.6. Ölkə daxilində təbii qazın pərakəndə satışına görə ödənilən vəsait Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu Qaydanın 4.3-cü bəndində nəzərdə tutulan xüsusi bank hesabına mədaxil edilir. Bu Qaydanın 4.3-cü bəndində nəzərdə tutulan bank hesabına mədaxil edilmiş vəsaitin 50 faizi müvəkkil bank tərəfindən mütəmadi olaraq avans ödənişi şəklində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan xüsusi bank hesabına, 0,9 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən avans ödənişi şəklində EMTA-nın cari bank hesabına, 15 faizi isə “Azəriqaz” İstehsalat Birliyinin cari bank hesabına köçürülür və bu barədə “Azəriqaz” İstehsalat Birliyinə məlumat verilir. “Azəriqaz” İstehsalat Birliyi müvəkkil bank tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğini özünün ƏDV-nin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin özünün xüsusi bank hesabından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin ƏDV-nin depozit hesabına köçürülməsini təmin edir.

4.7. Hər ay başa çatdıqdan sonra, növbəti ayın 15-dək əvvəlki ay ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən EMTA-ya ödənilməli olan haqq və həmin haqqın məbləği üzrə qalıq borc barədə üzləşmə aktı, habelə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyindən alınmış təbii qazın həcmi və dəyəri barədə üzləşmə aktı tərtib edilərək bir nüsxəsi Komissiyaya təqdim edilir, EMTA-ya ödənilən haqqın ödənilməmiş hissəsi üzrə dəqiqləşmələr, habelə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyindən alınmış təbii qazın həcmi və dəyərinin ödənilməmiş hissəsi üzrə dəqiqləşdirmələr aparılır və qalıq borcun məbləği EMTA-nın cari, qalan məbləğdən isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin xüsusi bank hesabına (o cümlədən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.3-cü maddəsi nəzərə alınmaqla aparılmış ödəniş məbləğinə uyğun olaraq, ƏDV-nin məbləği Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin ƏDV-nin depozit hesabına) köçürülür.

4.7-1. Hər ay başa çatdıqdan sonra növbəti ayın 15-dək əvvəlki ay ərzində “Azəriqaz” İstehsalat Birliyinin EMTA-ya qalıq borcunun EMTA-nın cari bank hesabına ödənilməsinə dair ödəniş tapşırığı və ya əvvəlki ay üzrə borcun olmadığını özündə əks etdirən “Azəriqaz” İstehsalat Birliyi və EMTA tərəfindən təsdiq edilmiş üzləşmə aktı, habelə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyindən alınmış təbii qazın dəyəri üzrə qalıq borcun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin xüsusi bank hesabına ödənilməsinə dair ödəniş tapşırığı və ya əvvəlki ay üzrə borcun olmadığını özündə əks etdirən “Azəriqaz” İstehsalat Birliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi tərəfindən təsdiq edilmiş üzləşmə aktı daxil olmadığı təqdirdə, müvəkkil bank tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin xüsusi bank hesabının həmin ayın ilk iş gününün əvvəlinə olan qalığı EMTA-nın hesab-fakturasına uyğun olaraq ona olan borcun məbləği EMTA-nın cari hesabına, qalan məbləğ isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin xüsusi bank hesabına köçürülür və bu barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə məlumat verilir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu bəndə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğinin “Azəriqaz” İstehsalat Birliyinin ƏDV-nin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin növbəti iş günləri ərzində daxil olmuş məbləğlər həddində “Azəriqaz” İstehsalat Birliyinin ƏDV-nin depozit hesabından “Azərenerji” ASC-nin ƏDV-nin depozit hesabına köçürülməsini təmin edir.

4.8. Bu Qaydanın 4.6-cı, 4.7-ci və 4.7-1-ci bəndlərinin tələbləri nəzərə alınmaqla, “Azəriqaz” İstehsalat Birliyinin xüsusi bank hesabında qalan vəsaitlər dövlət büdcəsinə vergilərin, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və tibbi sığorta haqlarının, habelə EMTA-ya ödənilməli olan haqların ödənilməsinə yönəldilir, qalan hissəsi isə Komissiyaya məlumat verilməklə, “Azəriqaz” İstehsalat Birliyinin cari bank hesabına köçürülür.

4.9. Bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan bank hesabına daxil olan vəsaitin 15 faizi, bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan bank hesabına daxil olan vəsaitin 40 faizi mütəmadi olaraq müvəkkil bank tərəfindən müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin və “Azneft” İstehsalat Birliyinin cari bank hesablarına köçürülür.

4.10. Bu Qaydanın 4.9-cu bəndində nəzərdə tutulan vəsaitlər ödənildikdən sonra, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin və “Azneft” İstehsalat Birliyinin xüsusi bank hesablarında qalan vəsait Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cari il üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə təsdiq edilmiş “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydası”na əsasən təsdiq olunan gəlirlər və xərclər smetasına uyğun həcmlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müvafiq olaraq Qaz İxrac İdarəsinin və “Azneft” İstehsalat Birliyinin cari bank hesablarına köçürülür və ya xüsusi layihələrin icrasına yönəldilir.

 

5. Yekun müddəa

 

5.1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azneft” İstehsalat Birliyi və “Azəriqaz” İstehsalat Birliyi, habelə “Azərenerji” ASC və “Azərişıq” ASC bu Qaydanın tələblərinə riayət edilməsi ilə bağlı müddəaların müvəkkil bankla bu Qaydanın 2.1-ci, 3.1-ci, 4.1-ci, 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulan xüsusi bank hesablarının açılmasına dair bağlanan müqavilə şərtlərinə daxil edilməsini təmin edirlər.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status