AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
10.03.2017
QEYDİYYAT NÖMRƏSİ
85
ADI
Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə verilən subsidiyanın məbləğinin müəyyən edilməsi və “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 14-03-2017, Nəşr Nömrəsi: 56), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2017, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 484)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.03.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201703100085
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.03.2017
Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə verilən subsidiyanın məbləğinin müəyyən edilməsi və “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı

Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə verilən subsidiyanın məbləğinin müəyyən edilməsi və “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”nın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 sentyabr tarixli 2337 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə verilən subsidiyanın məbləği 5 (beş) manat müəyyən edilsin.

2. “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərarın icrası ilə bağlı tələb olunan maliyyə vəsaitinin ayrılmasını müəyyən olunmuş qaydada təmin etsin.

4. Bu qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 10 mart 2017-ci il

     № 85

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 10 mart tarixli 85 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 sentyabr tarixli 2337 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və barama istehsalı ilə məşğul olan şəxslərə (bundan sonra – barama istehsalçıları) barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə subsidiyanın verilmə qaydasını müəyyən edir.

1.2. Barama istehsalçılarına verilən barama toxumunun, tut ipəkqurdunun və tut ağacı (çəkil) tinglərinin dəyəri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

1.3. Subsidiya barama istehsalı ilə məşğul olan hüquqi şəxslərin hesablaşma (cari) hesablarına və fiziki şəxslərin cari (xüsusi kart) hesablarına köçürülməklə ödənilir.

1.4. Barama istehsal edən fiziki şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın miqdarına görə subsidiyanın verilməsi üçün ödəniş (plastik) kartlarının üç ildən bir hazırlanması xərcləri və onlara göstərilən bank xidmətlərinin dəyəri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməklə, “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarının 7-ci hissəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

2. Barama istehsalçılarına subsidiyanın verilməsinin təşkili

 

2.1. Rayon (şəhər) üzrə barama istehsalçılarına subsidiyanın verilməsi ilə bağlı işlərin təşkili Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra – Kənd Təsərrüfatı Nazirliyi) dövlət aqrar inkişaf mərkəzi (bundan sonra - DAİM) tərəfindən həyata keçirilir. [2]

2.2. Barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın miqdarına görə subsidiya “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə yaradılmış Respublika Komissiyasının (bundan sonra - Respublika Komissiyası) qərarı əsasında verilir.

2.3. Barama istehsalçılarına subsidiyanın verilməsinin təşkili DAİM-in müvəkkil bankla bağladığı müqavilə əsasında həyata keçirilir. [3]

2.4. Subsidiyanın barama istehsalçılarının hesablarına köçürülməsi üçün DAİM Respublika Komissiyasının qərarına əsasən subsidiya veriləcək istehsalçıların siyahısını, bank rekvizitlərini və onlara veriləcək subsidiyanın məbləği barədə məlumatları müvəkkil bankın müəyyən etdiyi formada ona təqdim edir.

 

3. Barama istehsalçılarına barama toxumunun, tut ipəkqurdunun və tut ağacı (çəkil) tinglərinin paylanılması və subsidiyanın verilmə şərtləri

 

3.1. Barama istehsalçıları hər il fevralın 10-dək barama toxumuna, tut ipəkqurduna və tut ağacı (çəkil) tinglərinə olan tələbatları barədə məlumatları bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun formada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na əsasən yaradılmış kənd ərazi komissiyalarına təqdim edirlər.

3.2. Kənd ərazi komissiyaları bu Qaydanın 3.1-ci bəndinə müvafiq olaraq təqdim edilmiş məlumatlar əsasında inzibati ərazi dairəsi üzrə barama toxumuna, tut ipəkqurduna və tut ağacı (çəkil) tinglərinə olan tələbata dair bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun formada icmal siyahını tərtib edib, fevralın 15-dək DAİM-ə göndərirlər.

3.3. DAİM təqdim edilmiş məlumatları dəqiqləşdirir və rayon (şəhər) üzrə bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun formada icmal siyahını tərtib edib, fevralın 25-dək Kənd Təsərrüfatı Nazirliyinə göndərir. [4]

3.4. Barama emalı və ipək istehsalı müəssisələri cari ildə tədarük olunacaq yaş baramanın həcminə dair məlumatları fevralın 25-dək Kənd Təsərrüfatı Nazirliyinə təqdim etməlidirlər.

3.5. Bu Qaydanın 3.3-cü və 3.4-cü bəndlərinə uyğun olaraq təqdim edilmiş məlumatların, tut yarpağı üzrə mövcud ehtiyatın həcminin və tədarük imkanlarının qiymətləndirilməsi, habelə rayonda (şəhərdə) təbii şərait və barama istehsalının iqtisadi səmərəliliyi nəzərə alınmaqla, rayon (şəhər) üzrə barama istehsalçılarına paylanılacaq barama toxumunun, tut ipəkqurdunun və tut ağacı (çəkil) tinglərinin ümumi miqdarı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilir.

3.6. Rayon (şəhər) üzrə barama istehsalçılarına paylanılacaq barama toxumunun, tut ipəkqurdunun və tut ağacı (çəkil) tinglərinin miqdarı istehsalçıların tələbatının ümumi həcmindən az olduqda, Kənd Təsərrüfatı Nazirliyi paylanılacaq barama toxumunu, tut ipəkqurdunu və tut ağacı (çəkil) tinglərini istehsalçılar arasında onların tələbatının ümumi həcmindəki paylarına müvafiq olaraq bölüşdürür və bölgü əsasında paylanılmasını təmin edir.

3.7. Barama toxumu, tut ipəkqurdu və tut ağacı (çəkil) tingləri əldə etmək üçün müraciət etmiş barama istehsalçısı onları almaqdan imtina etdikdə, ona ayrılmış barama toxumu, tut ipəkqurdu və tut ağacı (çəkil) tingləri digər barama istehsalçılarına verilir.

3.8. Kənd Təsərrüfatı Nazirliyi bölgü əsasında barama istehsalçılarına paylanılan barama toxumu, tut ipəkqurdu və tut ağacı (çəkil) tingləri barədə bu Qaydanın 4 nömrəli əlavəsinə uyğun formada 2 nüsxədə icmal siyahını tərtib edib, bir nüsxəsini mayın 25-dək Respublika Komissiyasına və bir nüsxəsini müvafiq DAİM-ə göndərir.

3.9. Barama istehsalçılarına paylanılan barama toxumunun, tut ipəkqurdunun və tut ağacı (çəkil) tinglərinin dəyəri ilkin olaraq Dövlət Toxum Fondunun vəsaiti hesabına ödənilir. Sonra həmin vəsait dövlət büdcəsindən Dövlət Toxum Fondunun hesabına köçürülür.

3.10. Barama istehsalçısı barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın miqdarına görə subsidiyanı almaq üçün bu Qaydanın 5 nömrəli əlavəsində göstərilən ərizə nümunəsini dolduraraq, iyunun 30-dək kənd ərazi komissiyasına təqdim edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

3.10.1. fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün VÖEN-in surəti;

3.10.2. barama istehsalında istifadə edilmiş barama toxumunun, tut ipəkqurdunun və tut ağacı (çəkil) tinglərinin təhvil-təslim aktının surəti;

3.10.3. istehsal edilmiş baramanın alqı-satqısına dair müqavilənin və kassa məxaric orderinin surəti;

3.10.4. bu Qaydanın 7 nömrəli əlavəsinə uyğun tərtib edilmiş yaş baramanın qəbulu qəbzi;

3.10.5. hüquqi şəxslərin möhürlə və onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq edilmiş bank rekvizitləri.

3.11. Kənd ərazi komissiyası barama istehsalçıları tərəfindən təqdim edilmiş bu Qaydanın 3.10-cu bəndində qeyd olunan sənədləri baxılması üçün iyulun 5-dək DAİM-ə təqdim edir.

3.12. DAİM kənd ərazi komissiyalarından daxil olan sənədləri 10 (on) gün müddətində təhlil edir, dəqiqləşdirilməli halları yerində araşdırır, bu Qaydanın 6 nömrəli əlavəsinə uyğun 2 (iki) nüsxədən ibarət icmal siyahını tərtib edir və iyulun 15-dək Respublika Komissiyasına göndərir.

3.13. Respublika Komissiyası 15 (on beş) gün müddətində bu Qaydanın 3.12-ci bəndinə müvafiq olaraq təqdim edilmiş icmal siyahılar əsasında barama istehsalçılarına subsidiyanın verilməsi barədə qərar qəbul edir və həmin qərarı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və müvafiq DAİM-ə göndərir.

3.14. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müvəkkil bank vasitəsilə iyulun 30-dan başlayaraq 30 (otuz) gün müddətində subsidiyanın barama istehsalçılarının bank hesabına köçürülməsini təmin edir.

 

4. Yekun müddəalar

 

4.1. DAİM barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın miqdarına görə subsidiyanın verilməsi üçün ayrılmış büdcə vəsaitinin istifadəsi barədə məlumatları hər il noyabrın 30-dək rayon (şəhər) icra hakimiyyətinə təqdim edir.

4.2. Respublika Komissiyasının qərarına uyğun olaraq, subsidiya verilən barama istehsalçıları barədə məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytında yerləşdirilir.

4.3. Barama istehsalçısı aldığı barama toxumundan və tut ipəkqurdundan barama istehsal etmədikdə, habelə tut ağacı (çəkil) tinglərini əkmədikdə, onların dəyərini Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəməlidir.

 


 

 

“Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”na

 

1 nömrəli əlavə

 

_________________________________________________________ rayonunun (şəhərinin)

 

______________________________________________________ kənd ərazi komissiyasına

(komissiyanın adı)

 

 

_____________________________________________________________________________

(barama istehsalçısının hüquqi ünvanı, soyadı, adı, atasının adı və səlahiyyətli

 

____________________________________________________________________ tərəfindən

nümayəndəsinin soyadı, adı, atasının adı, FİN və ya VÖEN-i)

 

 

Barama istehsal etmək üçün barama toxumuna, tut ipəkqurduna və tut ağacı (çəkil) tinglərinə olan tələbata dair

 

MƏLUMAT

 

 

Miqdarı

Barama toxumu (qutu)

 

Tut ipəkqurdu (qutu)

 

Tut ağacı (çəkil) tingi (ədəd)

 

 

___________________         ________________________________

 

M.Y.       (imza)                       (vəzifəsi, soyadı, adı, atasının adı)

 

 

Tarix _____  _______________ 20______ il

 

 

 

Əlaqə telefonu ______________________

 

 


 

“Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”na

2 nömrəli əlavə

 

 

 

 

20______ ildə _______________________ rayonunun (şəhərinin) ________________________ kənd ərazi komissiyası üzrə barama istehsalçılarının barama toxumuna, tut ipəkqurduna və tut ağacı (çəkil) tinglərinə olan tələbatına dair

M Ə L U M A T

 

Sıra

№-si

Barama istehsalçısının

Barama toxumu (qutu)

Tut ipəkqurdu

(qutu)

Tut ağacı tingi

(ədəd)

Qeyd

soyadı, adı, atasının adı

FİN-i və ya VÖEN-i

1.

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

....

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 

 

Kənd ərazi komissiyasının sədri

________________   _______________________________________

 

 

         M.Y.      (imza)                            (soyadı, adı, atasının adı)

 

 

 

 

Üzvləri:

________________   _______________________________________

 

(vəzifələri göstərilməklə)

             (imza)                                      (soyadı, adı, atasının adı)

 

 

 


 

 

“Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”na

3 nömrəli əlavə

 

 

20______ ildə ___________________ rayonunun (şəhərinin) kənd ərazi komissiyaları üzrə barama istehsalçılarının barama toxumuna, tut ipəkqurduna və tut ağacı (çəkil) tinglərinə olan tələbatına dair

M Ə L U M A T

 

Sıra

№-si

Barama istehsalçısının

Barama toxumu (qutu)

Tut ipəkqurdu

(qutu)

Tut ağacı tingi

(ədəd)

Qeyd

soyadı, adı, atasının adı

FİN-i və ya VÖEN-i

________________ kənd ərazi komissiyası üzrə

1.

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

....

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

_________________ kənd ərazi komissiyası üzrə

1.

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

....

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

Yekun

 

 

 

 

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin _______________________ dövlət aqrar inkişaf mərkəzinin direktoru [5]

 

 

________________   _______________________________________

 

 

         M.Y.      (imza)                            (soyadı, adı, atasının adı)

 

Mütəxəssislər:

________________   _______________________________________

 

 

             (imza)                                      (soyadı, adı, atasının adı)

 

 

 

 

“Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”na

4 nömrəli əlavə

 

 

________________________ tərəfindən__________________ rayonunun (şəhərinin)  ____________________ kənd ərazi komissiyası üzrə

                 (təşkilatın adı)

barama istehsalçılarına paylanılmış barama toxumunun, tut ipəkqurdunun və tut ağacı (çəkil) tinglərinin miqdarına dair

M Ə L U M A T

 

Sıra

№-si

Barama istehsalçısının

Barama toxumu (qutu)

Tut ipəkqurdu (qutu)

Tut ağacı tingi (ədəd)

Təhvil verilmə tarixi

Qeyd

soyadı, adı, atasının adı

FİN-i və ya VÖEN-i

1.

 

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

 

...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yekun

 

 

 

 

 

 

 

 

 

________________   _______________________________________

 

M.Y.      (imza)                            (vəzifəsi, soyadı, adı, atasının adı)

 

 


 

“Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”na

 

5 nömrəli əlavə

 

__________________________________________ dövlət aqrar inkişaf mərkəzinə [6]

 

_____________________________________________________kənd ərazi komissiyası üzrə

 

_____________________________________________________________________________

(barama istehsalçısının hüquqi ünvanı, soyadı, adı, atasının adı  və səlahiyyətli

 

____________________________________________________________________tərəfindən

nümayəndəsinin soyadı, adı, atasının adı, FİN və ya VÖEN-i)

 

ƏRİZƏ

 

Xahiş edirəm 20_____ ildə istehsal edib barama emalı və ipək istehsalı müəssisəsinə təhvil verdiyim ______ kq yaş baramaya görə mənə çatacaq subsidiyanın verilməsini müəyyən olunmuş qaydada təmin edəsiniz.

Barama emalı və ipək istehsalı müəssisəsinin qəbul etdiyi yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) miqdarına dair məlumatlar və tələb olunan sənədlər ərizəyə əlavə edilir.

 

Qoşma: _____ vərəq, _____ nüsxə

 

 

 

___________     _____________________________

 

M.Y. (imza)               (vəzifəsi, soyadı, adı, atasının adı)

 

 

Tarix _____  _______________ 20______ il

 

 


 

ərizəyə əlavə

 

 

20_______ ildə _______________________________________ tərəfindən istehsal edilib barama emalı və ipək istehsalı

                                                      (barama istehsalçısının soyadı, adı, atasının adı)

müəssisəsinə təhvil verilmiş  yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) miqdarına dair

 

M Ə L U M AT

 

Sıra

№-si

Miqdarı (kq)

Satış qiyməti (manat/kq)

Barama alıcısının

Müqavilənin nömrəsi və tarixi

Alınmış barama toxumunun və tut ipəkqurdunun miqdarı (qutu)

Barama toxumunun və tut ipəkqurdunun təchizatçısı

adı

VÖEN-i

barama toxumu

tut ipəkqurdu

1.

 

 

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

 

 

...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

________________   _______________________________________

 

M.Y.(imza)                          (vəzifəsi, soyadı, adı, atasının adı)

 

 

 

Tarix _____  _______________ 20______ il

 

 


 

 

“Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”na

6 nömrəli əlavə

 

 

20______ ildə _______________________ rayonunun (şəhərinin) kənd ərazi komissiyaları üzrə barama istehsalçıları tərəfindən barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verilmiş yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) miqdarına və onlara veriləcək subsidiyanın məbləğinə dair

M Ə L U M A T

 

Sıra

№-si

Barama istehsalçısının

Baramanın

Alınmış barama toxumunun və tut ipəkqurdunun miqdarı (qutu)

Veriləcək subsidiyanın məbləği

(manat)

soyadı, adı, atasının adı

FİN-i və ya VÖEN-i

satış miqdarı (kq)

satış qiyməti (manat/kq)

barama toxumu

tut ipəkqurdu

________________ kənd ərazi komissiyası üzrə

1.

 

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

 

...

 

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 

_________________ kənd ərazi komissiyası üzrə

1.

 

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

 

...

 

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 

Yekun

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin _________________________ dövlət aqrar inkişaf mərkəzinin direktoru

 

 

 

________________   _______________________________________

 

 

         M.Y.      (imza)                            (soyadı, adı, atasının adı)

 

Mütəxəssislər:

________________   _______________________________________

 

 

             (imza)                                      (soyadı, adı, atasının adı)

 

 

 


 

 

“Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”na

7 nömrəli əlavə

 

 

YAŞ BARAMANIN QƏBULU QƏBZİ №

 

____________ rayonu (şəhəri) _________ kənd inzibati ərazi dairəsi

“____” ______________  20 ____il

Baramanı qəbul edən müəssisə ____________________________

Barama istehsalçısı _________________________________________

                                                       (adı)

                                               (soyadı, adı, atasının adı (hüquqi şəxs olduqda adı)

                                             VÖEN ____________________________

Faktiki ünvanı ______________________________________________

Barama qəbulu məntəqəsi

Şəxsiyyət vəsiqəsi ___________________________________________

 

                                 (seriyası, nömrəsi)

________________________________________________________

___________________________________________________________

 

(kim tərəfindən və nə vaxt verilmişdir)

Alqı-satqı müqaviləsi ____________________________________

VÖEN _____________________________________________________

                                       (nömrəsi, tarixi)

 

Baramanın cinsi __________________________________

 

 

Baramanın növü

Fiziki çəkisi (kq)

Alış qiyməti (manat/kq)

Məbləği (manat)

Sort qarışıqları

 

 

 

Əyrilən

 

 

 

Karapaçax

 

 

 

Cəmi

 

 

 

Qəbul etdi _______________________________ ___________                 Təhvil verdi _______________________________ ___________

                                   (soyadı, adı, atasının adı)                             (imza)                                                                      (soyadı, adı, atasının adı)                        (imza)

Əlavə məlumatlar __________________________________________      Şəxsiyyət vəsiqəsi _____________________________________ 

                                                                                                                                                                                         (seriyası, nömrəsi)

Ödənilən məbləğ ________________________________________________________ manat _________ qəpik

                                                                                 (rəqəm və sözlə)

            Barama qəbul edən müəssisənin səlahiyyətli şəxsi ______________________________________       _____________

                                                                                                                               (soyadı, adı, atasının adı)                          M.Y.          (imza)

 

 


 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       12 noyabr 2018-ci il tarixli 484 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2434)

2.       [1] 02 sentyabr 2020-ci il tarixli 319 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 04 sentyabr 2020-ci il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1193)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 02 sentyabr 2020-ci il tarixli 319 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 04 sentyabr 2020-ci il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1193) ilə ləğv edilmişdir.

 

[2] 12 noyabr 2018-ci il tarixli 484 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2434) ilə “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”nın 2.1-ci bəndində “rayon (şəhər) kənd təsərrüfatı idarəsi (bundan sonra – kənd təsərrüfatı idarəsi)” sözləri “dövlət aqrar inkişaf mərkəzi (bundan sonra - DAİM)” sözləri ilə əvəz edilmişdir.

 

[3] 12 noyabr 2018-ci il tarixli 484 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2434) ilə “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”nın 2.3-cü, 2.4-cü, 3.2-ci, 3.8-ci, 3.11-ci və 3.13-cü bəndlərində ismin müvafiq hallarında “kənd təsərrüfatı idarəsi” sözləri ismin müvafiq hallarında “DAİM” abreviaturası ilə əvəz edilmişdir.

 

[4] 12 noyabr 2018-ci il tarixli 484 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2434) ilə “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”nın 3.3-cü, 3.12-ci və 4.1-ci bəndlərində “Kənd təsərrüfatı idarəsi” sözləri “DAİM” abreviaturası ilə əvəz edilmişdir.

 

[5] 12 noyabr 2018-ci il tarixli 484 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2434) ilə “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”nın 3 və 6 nömrəli əlavələrində “rayon (şəhər) kənd təsərrüfatı idarəsinin rəisi” sözləri “dövlət aqrar inkişaf mərkəzinin direktoru” sözləri ilə əvəz edilmişdir.

 

[6] 12 noyabr 2018-ci il tarixli 484 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2434) ilə “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”nın 5 nömrəli əlavədə “rayon (şəhər) kənd təsərrüfatı idarəsinə” sözləri “dövlət aqrar inkişaf mərkəzinə” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status