AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
10.03.2017
QEYDİYYAT NÖMRƏSİ
541-VQD
ADI
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 07-04-2017, Nəşr nömrəsi: 71), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2017, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 520)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.04.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.020.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201703100541
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.04.2017
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.1.5-ci, 19.12.4-cü, 22.4-cü, 22.5-ci və 26.1.2-ci maddələrdə “icazənin” sözü “lisenziyanın (icazənin)” sözləri ilə, 22.4-cü və 22.5-ci maddələrdə “İcazənin” sözü “Lisenziyanın (icazənin)” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 19.8-1-ci maddə əlavə edilsin:

“19.8-1. Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsi bağlanılmalıdır. Lisenziya müqaviləsi bağlanılmadıqda, bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilmiş lisenziya hüquqi nəticələr yaratmır. Lisenziya müqaviləsinin formasını və bağlanılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”;

1.3. aşağıdakı məzmunda 19.12-1-ci maddə əlavə edilsin:

“19.12-1. Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilmiş lisenziyada lisenziyanın verilməsindən sonra bu Qanunun 19.8-1-ci maddəsində nəzərdə tutulan lisenziya müqaviləsi bağlanılmadığı halda, verilmiş lisenziyanın hüquqi nəticələr yaratmayacağı barədə qeyd olmalıdır.”;

1.4. 22.1-ci maddənin birinci cümləsində “Lisenziyalar” sözündən sonra “(bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilən lisenziyalar istisna olmaqla)” sözləri, üçüncü cümləsində “bitmiş” sözündən sonra “lisenziya və” sözləri əlavə edilsin;

1.5. aşağıdakı məzmunda 22.1-1-ci maddə əlavə edilsin:

“22.1-1. Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə lisenziya 10 il müddətinə verilir.”;

1.6. həmin Qanunun 1 nömrəli əlavəsinin 6.3-cü maddəsi ləğv edilsin;

1.7. həmin Qanunun 2 nömrəli əlavəsinə aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin:

 

4-1.

sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)

 

Maddə 2. Bu Qanun qüvvəyə mindiyi günədək sellülar (mobil) rabitə xidmətlərinin həyata keçirilməsi üçün verilmiş və qüvvədə olan lisenziyalara münasibətdə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulan tədbirlərin görülməsi üçün həmin Qanunun 19.12-1-ci və 26.1.9-cu maddələri əsasdır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 mart 2017-ci il

               № 541-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status