AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
03.05.2017
QEYDİYYAT NÖMRƏSİ
194
ADI
“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 05-05-2017, Nəşr Nömrəsi: 95), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2017, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 965)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.05.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201705030194
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.05.2017
«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olm

“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2197 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 373, № 11, maddə 654; 2000, № 2, maddə 116; 2001, № 1, maddə 70, № 5, maddə 350; 2002, № 11, maddə 675; 2006, № 11, maddə 994; 2009, № 10, maddə 846; 2015, № 10, maddə 1223, № 11, maddə 1411; 2016, №10, maddə 1708) ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissə ləğv edilsin.

2. 4-cü hissə üzrə:

2.1. a) yarımbəndində “formasından” sözü “növündən” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “hesabat verirlər” sözlərindən əvvəl “kağız və elektron daşıyıcılarda” sözləri əlavə edilsin;

2.2. b) yarımbəndinə “hesabatı” sözündən sonra “kağız və elektron daşıyıcılarda” sözləri əlavə edilsin və həmin yarımbənddən “, keyfiyyət” sözü çıxarılsın;

2.3. c) yarımbəndi üzrə:

2.3.1 “hesabat tərtib edir” sözlərindən əvvəl “kağız və elektron daşıyıcılarda” sözləri əlavə edilsin;

2.3.2. ikinci, üçüncü və dördüncü abzaslar çıxarılsın;

2.3.3. birinci abzasın ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Hesabatlara ümumi torpaq sahələrinin (o cümlədən, suvarılan torpaq sahələrinin) kəmiyyəti, keyfiyyəti və onlarda baş verən dəyişikliklər, onların növləri, habelə torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi haqqında məlumatlar daxil edilir.”.

3. 5-ci hissəyə “təsdiq edərək” sözlərindən sonra “kağız və elektron daşıyıcılarda” sözləri əlavə edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 3 may 2017-ci il

                  № 194

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status