AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
05.06.2017
QEYDİYYAT NÖMRƏSİ
251
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 noyabr tarixli 439 nömrəli qərarı ilə təsdiq edilmiş “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 07-06-2017, Nəşr Nömrəsi: 121), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2017, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 1227)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.06.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201706050251
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.06.2017
«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olm

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 noyabr tarixli 439 nömrəli qərarı ilə təsdiq edilmiş “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” və “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 2017-ci il 2 mart tarixli 2705 və 2706 nömrəli sərəncamlarının 2.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 noyabr tarixli 439 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1927) ilə təsdiq edilmiş “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bənddə “emal müəssisələrinə satdıqları” sözləri “pambıq və tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə (bundan sonra – tədarükçülərə) təhvil verdikləri” sözləri ilə əvəz edilsin.

2. 1.2-ci, 2.2-ci, 3.10-cu və 4.1-ci bəndlərdə “emal müəssisələrinə satdıqları” sözləri “tədarükçülərə təhvil verdikləri” sözləri ilə əvəz edilsin.

3. 3.5-ci bənddə “emal müəssisəsinə satılması” sözləri “tədarükçülərə təhvil verilməsi” sözləri ilə, 3.6-cı bənddə “Emal müəssisələri” sözləri “Tədarükçülər” sözü ilə əvəz edilsin.

4. 3.7-ci bənddə “satdığı” sözü “təhvil verdiyi” sözləri ilə əvəz edilsin.

5. 3.7.3-cü və 3.7.4-cü yarımbəndlərdə “emal müəssisəsinə satılmış” sözləri “tədarükçülərə təhvil verilmiş” sözləri ilə əvəz edilsin.

6. Qaydaya 1 nömrəli əlavə - “Ərizə” formasında “satmaq üçün istehsal etdiyim” sözləri “tədarükçülərə təhvil verdiyim” sözləri ilə əvəz edilsin.

7. Qaydaya 2 nömrəli əlavə - “Əkin sahələrinə baxış haqqında Akt”da “istehsal edib satdıqları” sözləri “tədarükçülərə təhvil verdikləri” sözləri ilə əvəz edilsin.

8. Qaydaya 4 nömrəli əlavənin adında “müəssisəsinə satılmış” sözləri “tədarükçülərə təhvil verilmiş” sözləri ilə və həmin əlavənin sonunda “müəssisəsinin” sözü “tədarükçü məntəqəsinin” sözləri ilə əvəz edilsin.

9. Qaydaya 5 nömrəli əlavə - “Ərizə” formasında “satmışam” və “satdığım” sözləri müvafiq olaraq “təhvil vermişəm” və “təhvil verdiyim” sözləri ilə, “Ərizəyə əlavə” formasının adında “satılmış” sözü “təhvil verilmiş” sözləri ilə və cədvəlin “Pambıq və tütün alıcısının” sütununda “alıcısının” sözü “tədarükçüsünün” sözü ilə əvəz edilsin.

10. Qaydaya 6 nömrəli əlavənin adında “satılmış” sözü “təhvil verilmiş” sözləri ilə əvəz edilsin.

11. Qaydaya 7 nömrəli əlavənin adında “satdıqları” sözü “təhvil verdikləri” sözləri ilə əvəz edilsin.

12. Qaydaya 8 nömrəli əlavədə “qəbul edən müəssisə” sözləri “tədarükçüsü” sözü ilə və “qəbul edən müəssisənin” sözləri “tədarükçüsünün” sözü ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 5 iyun 2017-ci il

                  № 251

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status