AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
13.06.1998
QEYDİYYAT NÖMRƏSİ
723
ADI
“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-1998, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 384)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı

 

“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə təlimat versin;

“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində, 5-ci maddəsinin üçüncü, dördüncü və beşinci hissələrində, 6-cı maddəsinin ikinci hissəsində, 8-ci maddəsinin yeddinci hissəsində, 9-cu maddəsində, 10-cu maddəsinin beşinci hissəsində və 13-cü maddəsində səlahiyyətləri nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının yaradılması haqqında təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; [1]

“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.

2. Müəyyən edilsin ki:

“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinin adında, birinci və ikinci (birinci halda) cümlələrində, 22-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [2]

həmin Qanunun 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması üçün texniki şərtlərin verilməsinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər hallarda isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [3]

həmin Qanunun 8-ci maddəsinin dördüncü hissəsinin beşinci abzasında və altıncı hissəsində, 21-ci maddəsinin üçüncü hissəsində və 24-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [4]

həmin Qanunun 4-1-ci maddəsinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir; [5]

həmin Qanunun 8-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyətləri həyata keçirirlər;

həmin Qanunun 4-cü maddəsinin ikinci, beşinci və altıncı abzaslarına münasibətdə, 5-ci maddəsinin üçüncü (Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla), dördüncü və beşinci hissələrində, 6-cı maddəsinin ikinci hissəsində, 8-ci maddəsinin altıncı hissəsində, 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi, alternativ və bərpa olunan enerji sahəsinə münasibətdə isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi həyata keçirir; [6]

həmin Qanunun 10-cu maddəsinin beşinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi birgə razılaşdıraraq həyata keçirirlər; [7]

həmin Qanunun 4-cü maddəsinin dördüncü abzasına münasibətdə nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir; [8]

həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti öz səlahiyyətləri daxilində həyata keçirirlər; [9]

həmin Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini üçüncü abzasda qeyd edilən elektrik və istilik enerjisinin müəyyən ərazi hüdudlarında nəqlinə və paylanılmasına hüquq verən müqavilələrin (o cümlədən, alternativ və bərpa olunan enerji ilə əlaqədar müqavilələrin) bağlanmasına münasibətdə Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir; elektrik və istilik enerjisi qiymətlərinin (tariflərinin) tənzimlənməsinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi birgə razılaşdırırlar, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası isə həyata keçirir; [10]

həmin Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yeddinci abzasa münasibətdə Azərbaycan Respublikasının Energetika Nazirliyi, alternativ və bərpa olunan enerji sahəsi ilə bağlı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, təhlükəsizlik tələblərinə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. [11]

həmin Qanunun 8-ci maddəsinin səkkizinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini qaydanın müəyyən edilməsi hissəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, haqqın müəyyən edilməsi hissəsində Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirirlər; [12]

həmin Qanunun 4-1-ci maddəsinin adında və birinci cümləsində “qurum” dedikdə Enerji Məsələlərini Tənzimləmə Agentliyi nəzərdə tutulur; [13]

həmin Qanunun 22-ci maddəsinin beşinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur. [14]

 

Azərbaycan Respublikasının Prezidenti   Heydər ƏLİYEV

 

Bakı şəhəri, 13 iyun 1998-ci il

   № 723

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 oktyabr 2003-cü il tarixli 977 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 582)

2.       2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87)

3.       14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601)

4.       16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769)

5.       6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)

6.       01 oktyabr 2010-cu il tarixli 336 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 03 oktyabr 2010-cu il № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 848)

7.       20 aprel 2011-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 aprel 2011-ci il № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 04, maddə 290)

8.       29 oktyabr 2012-ci il tarixli 714 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 953)

9.       25 noyabr 2013-cü il tarixli 30 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1334)

10.    10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)

11.    14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

12.    31 oktyabr 2014-cü il tarixli 324 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1209)

13.    16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

14.    31 iyul 2017-ci il tarixli 1563 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1373)

15.    1 mart 2018-ci il tarixli 1859 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 409)

16.    11 iyun 2018-ci il tarixli 128 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1218)

17.    30 iyul 2020-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 iyul 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №7, maddə 896)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 oktyabr 2003-cü il tarixli 977 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 582) ilə 1-ci bəndin dördüncü abzası qüvvədən düşmüş hesab edilmişdir.

 

[2] 1 mart 2018-ci il tarixli 1859 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 409) ilə 2-ci hissəsinə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

30 iyul 2020-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 iyul 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №7, maddə 896) ilə 2-ci hissənin ikinci abzasında “cümlələrində” sözündən sonra “, 22-ci maddəsinin beşinci hissəsində” sözləri əlavə edilmişdir.

 

[3] 31 iyul 2017-ci il tarixli 1563 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1373) ilə 2-ci hissəyə yeni məzmunda ikinci abzas əlavə edilmişdir və ikinci – onuncu abzaslar müvafiq olaraq üçüncü – on birinci abzaslar hesab edilmişdir.

 

1 mart 2018-ci il tarixli 1859 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 409) ilə 2-ci hissəsinin üçüncü abzasda “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilmişdir.

 

[4] 20 aprel 2011-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 aprel 2011-ci il № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 04, maddə 290) ilə 2-ci bəndinin ikinci abzasına “8-ci maddəsinin” sözlərindən əvvəl “3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində,” sözləri əlavə edilmişdir.

 

31 iyul 2017-ci il tarixli 1563 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 avqust 2017-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1373) ilə 2-ci hissənin üçüncü abzasında “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində,” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilmişdir.

 

[5] 1 mart 2018-ci il tarixli 1859 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 409) ilə 2-ci hissəsinə yeni məzmunda beşinci abzas əlavə edilmişdir.

 

[6] 25 noyabr 2013-cü il tarixli 30 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1334) ilə dördüncü abzasa “Energetika Nazirliyi” sözlərindən sonra “, alternativ və bərpa olunan enerji sahəsinə münasibətdə isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri əlavə edilmişdir.

 

10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə 2-ci hissəsinin dördüncü, beşinci, yeddinci, səkkizinci (hər iki halda) və doqquzuncu abzaslarında “Sənaye və Energetika Nazirliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

11 iyun 2018-ci il tarixli 128 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1218) ilə 2-ci hissənin yeddinci abzasından “, alternativ və bərpa olunan enerji sahəsinə münasibətdə isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri çıxarılmışdır.

 

[7] 25 noyabr 2013-cü il tarixli 30 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1334) ilə beşinci abzasa “Energetika Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilmişdir.

 

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 2‑ci hissəsinin beşinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 2-ci hissənin dördüncü və yeddinci bəndlərindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

11 iyun 2018-ci il tarixli 128 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1218) ilə 2-ci hissənin səkkizinci abzasından “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi,” sözləri çıxarılmışdır.

 

[8] 14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601) ilə 2-ci bəndin altıncı abzasında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər» sözləri «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir» sözləri ilə əvəz edilmişdir.

 

[9] 2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə 2-ci bəndinin yeddinci abzasında "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.

 

29 oktyabr 2012-ci il tarixli 714 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 953) ilə 2-ci hissəsinin yeddinci abzasına “Nazirliyi” sözündən sonra “, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri əlavə edilmişdir.

 

[10] 14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601) ilə 2-ci bəndi səkkizinci abzasında «birgə razılaşdıraraq həyata keçirirlər» sözləri «birgə razılaşdırır, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası isə həyata keçirir» sözləri ilə əvəz edilmişdir.

 

25 noyabr 2013-cü il tarixli 30 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1334) ilə səkkizinci abzasda “Nazirliyi həyata keçirir” sözləri “Nazirliyi, həmin müqavilələr alternativ və bərpa olunan enerji ilə əlaqədar bağlandıqda isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi həyata keçirir” sözləri ilə əvəz edilsin, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri əlavə edilmişdir.

 

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 2‑ci hissəsinin səkkizinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

11 iyun 2018-ci il tarixli 128 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1218) ilə 2-ci hissənin on birinci abzas yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

həmin Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini üçüncü abzasda elektrik və istilik enerjisinin müəyyən ərazi hüdudlarında nəql edilməsinə və paylanmasına hüquq verən müqavilələrin bağlanmasına münasibətdə Azərbaycan Respublikasının Energetika Nazirliyi, həmin müqavilələr alternativ və bərpa olunan enerji ilə əlaqədar bağlandıqda isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi həyata keçirir; elektrik və istilik enerjisinin qiymətlərinin (tariflərinin) tənzimlənməsinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi birgə razılaşdırır, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası isə həyata keçirir;

 

[11] 23 oktyabr 2003-cü il tarixli 977 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 582) ilə 2-ci bəndə dördüncü-doqquzuncu abzaslar əlavə edilmişdir.

 

16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769) ilə 2-ci bəndinin dördüncü, beşinci, yeddinci–doqquzuncu abzaslarında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilmişdir.

 

6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinin doqquzuncu abzasında “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

25 noyabr 2013-cü il tarixli 30 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1334) ilə doqquzuncu abzasa “Energetika Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri əlavə edilmişdir.

 

31 oktyabr 2014-cü il tarixli 324 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1209) ilə 2-ci hissəsinin doqquzuncu abzasında “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər” sözləri “alternativ və bərpa olunan enerji sahəsi ilə bağlı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, təhlükəsizlik tələblərinə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir” sözləri ilə əvəz edilmişdir.

 

11 iyun 2018-ci il tarixli 128 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1218) ilə 2-ci hissənin on ikinci abzasdan “, alternativ və bərpa olunan enerji sahəsi ilə bağlı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri çıxarılmışdır.

 

[12] 01 oktyabr 2010-cu il tarixli 336 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 03 oktyabr 2010-cu il № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 848) ilə 2-ci bəndinə onuncu abzas əlavə edilmişdir.

 

[13] 1 mart 2018-ci il tarixli 1859 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 409) ilə 2-ci hissəsinin on üçüncü abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda on dördüncü abzas əlavə  edilmişdir.

 

[14] 30 iyul 2020-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 iyul 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №7, maddə 896) ilə 2-ci hissənin on dördüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda on beşinci abzas əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status