AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
31.05.2017
QEYDİYYAT NÖMRƏSİ
708-VQD
ADI
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 23-07-2017, Nəşr nömrəsi: 157), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2017, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1269)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.07.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201705310708
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.07.2017
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, maddə 203, № 3, maddə 404) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci maddədə “və ictimai” sözləri “və (və ya) ictimai” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 3.4-cü və 5.4-cü maddələr əlavə edilsin:

“3.4. Publik hüquqi şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi və hüquqi hərəkətləri həyata keçirdiyi halda, buna görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur.”;

“5.4. Publik hüquqi şəxs müflis elan oluna bilməz.”.

3. 6.2.7-ci maddəyə “əsasları” sözündən sonra “, publik hüquqi şəxsin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətlərinin tənzimlənən qiymət olub-olmaması” sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmunda 6.2.8-1-ci və 6.4-cü maddələr əlavə edilsin:

“6.2.8-1. bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş müddəa;”;

“6.4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən (hüquqi hərəkətləri həyata keçirən) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin əməkdaşları nizamnaməsində nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulurlar.”.

5. 6.3-cü maddədən hər iki halda “və onun törəmə publik hüquqi şəxsin” sözləri çıxarılsın.

6. 7.5-ci maddə ləğv edilsin.

7. 8.2.5-ci maddədə “yaradılması, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə” sözləri “yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına” sözləri ilə əvəz edilsin.

8. 8.3-cü maddədən “həmin orqanın təyin etdiyi” sözləri çıxarılsın.

9. 8.4-cü maddədə “Rəhbər” sözü “Bu Qanunun 6.4-cü maddəsi nəzərə alınmaqla, rəhbər” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2017-ci il

№708-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status