AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
21.08.2017
QEYDİYYAT NÖMRƏSİ
1580
ADI
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 22-08-2017, Nəşr Nömrəsi: 182), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2017, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1527)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.08.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
350.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201708211580
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.08.2017
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 405; 2002, № 8, maddə 478; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 19; 2005, № 4, maddə 299; 2006, № 2, maddə 92; 2010, № 4, maddə 289; 2011, № 4, maddə 272, № 5, maddə 381; 2014, № 7, maddə 818; 2015, № 6, maddə 695, № 10, maddə 1111; 2016, № 6, maddə 1052) aşağıdakı dəyişikliklər edilsin:

1. I hissə üzrə:

1.1. birinci abzasdan “milli təhlükəsizlik,” sözləri çıxarılsın və həmin abzasa “nazirlikləri,” sözündən sonra “Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti,” sözləri əlavə edilsin;

1.2. ikinci abzasda “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;

1.3. üçüncü abzasda “milli təhlükəsizlik və daxili işlər nazirlikləri” sözləri “Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;

1.4. dördüncü abzasda “milli təhlükəsizlik və daxili işlər nazirlikləri,” sözləri “Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti,” sözləri ilə əvəz edilsin;

1.5. yeddinci abzasda “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;

1.6. doqquzuncu abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və bu hissəyə aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:

“öz təhlükəsizliyini təmin etmək məqsədi ilə əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirir.”.

2. II hissədən “milli təhlükəsizlik,” sözləri çıxarılsın və həmin hissəyə “nazirliklərinə” sözündən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə” sözləri əlavə edilsin.

3. IV hissə üzrə:

3.1. birinci cümlədə “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;

3.2. ikinci cümlədə “Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin” sözləri “Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 avqust 2017-ci il

            1580

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status