AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.09.2017
QEYDİYYAT NÖMRƏSİ
367
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 13-09-2017, Nəşr Nömrəsi: 198), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2017, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1724)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.09.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.030.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201709120367
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.09.2017
«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olm

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1354; 2008, № 2, maddə 127; 2009, № 4, maddə 282, № 6, maddə 494, № 10, maddə 853; 2014, № 3, maddə 314; 2016, № 5, maddə 942) ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin

“1.8. Azərbaycan Respublikasının ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, qaimə-fakturada (elektron qaimə-fakturada) ƏDV-nin məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir. Həmin məhsulların alıcıları elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, qaimə-fakturada (elektron qaimə-fakturada) göstərilən kənd təsərrüfatı məhsullarının ƏDV-siz dəyərini onları təqdim edən şəxsin hesabına, ticarət əlavəsindən hesablanan ƏDV-nin məbləğini isə ƏDV-nin depozit hesabına köçürməlidirlər.”.

2. 2.1-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

“- Azərbaycan Respublikasının ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarəti zamanı alıcıların ödəmələrindən. ”.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 12 sentyabr 2017-ci il

                     № 367

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status