AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
30.08.2000
QEYDİYYAT NÖMRƏSİ
392
ADI
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2000, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 615)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını, habelə Azərbaycan Respublikasının ozon təbəqəsinin qorunmasına dair tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki: [1]

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci hissəsinin 1.4-cü və 1.12-ci bəndlərində, 10-cu maddəsinin ikinci hissəsində, 11-ci maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin birinci hissəsində, 54-cü maddəsinin 7-ci hissəsində, 73-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini: [2]

torpaq üzrə - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi; [3]

bitki örtüyü (meşələr istisna olmaqla) və heyvanat aləmi üzrə (balıqlar istisna olmaqla) - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi; [4]

meşələr üzrə - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi; [5]

balıqlar üzrə - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi; [6]

su resursları üzrə (yeraltı sular istisna olmaqla) - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti; [7]

faydalı qazıntılar (neft və qaz istisna olmaqla) və yeraltı sular üzrə - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi; [8]

neft və təbii qaz üzrə - əsasnaməsinə və nizamnaməsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti; [9]

təhlükəli təsərrüfat fəaliyyəti növləri üzrə - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi; [10]

məişət tullantıları üzrə - yerli icra hakimiyyəti orqanları;

dağ-mədən işlər ilə əlaqədar istehsalat tullantıları üzrə - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi; [11]

digər istehsalat tullantıları və zərərli maddələr üzrə (toksiki) - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər; [12]

atmosfer havası üzrə - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi; [13]

radioaktiv və ionizə şüaları verən maddələr üzrə - Fövqəladə Hallar Nazirliyi; [14]

həmin Qanunun 4-cü maddəsinin 1-ci hissəsinin 1.9-cu bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini;

dövlət qoruqları, dövlət milli və təbiət parkları, başqa xüsusi mühafizə tələb edən təbiət əraziləri və obyektləri üzrə (geoloji obyektlər istisna olmaqla) - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi; [15]

geoloji qoruqlar, yasaqlıqlar, təbiət abidələri, mağaralar və digər yeraltı boşluqlar üzrə - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər; [16]

həmin Qanunun 4-cü maddəsinin 1-ci hissəsinin 1.13-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərinin Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir; [17]

həmin Qanunun 44-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri çərçivəsində həyata keçirirlər; [18]

həmin Qanunun 45-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq orqanlarla (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi) razılaşdırmaqla həyata keçirir; [19]

həmin Qanunun 47-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində həyata keçirirlər; [20]

həmin Qanunun 47-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə həyata keçirir; [21]

həmin Qanunun 63-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirir;

həmin Qanunun 69-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini - Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 76-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Auditorlar Palatası həyata keçirir.

2. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının Siyahısı"na aşağıdakı məzmunda 77-ci bənd əlavə edilsin: [22]

 

“77. Ozondağıdıcı maddələrin və tərkibində belə maddələr olan məhsulların istehsalı, təsərrüfat fəaliyyətində istifadəsi, saxlanması, resirkulyasiyası və zərərsizləşdirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi”

3. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 2 nömrəli əlavəsinin "İdxal" və "İxrac" bölmələrinə müvafiq olaraq aşağıdakı məzmunda yeni abzas əlavə edilsin: [23]

“Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar

Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi”

4. Azərbaycan Respublikası Nazirlər Kabineti:

Bu Fərmanın 2-ci bəndində göstərilən fəaliyyət növünə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin; [24]

bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti   Heydər Əlİyev

 

Bakı şəhəri, 30 avqust 2000-ci il

                № 392

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 oktyabr 2001-ci il tarixli 587 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)

2.       21 dekabr 2001-ci il tarixli 608 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 754)

3.       21 dekabr 2001-ci il tarixli 609 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755)

4.       29 yanvar 2002-ci il tarixli 669 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 1, maddə 52)

5.       23 oktyabr 2003-cü il tarixli 941 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546)

6.       23 oktyabr 2003-cü il tarixli 980 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585)

7.       2 fevral 2007-ci il tarixli 521 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87)

8.       6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)

9.       30 oktyabr 2009-cu il tarixli 172 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 1 noyabr 2009-cu il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 785)

10.    14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

11.    15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 251)

12.    16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

13.    26 noyabr 2018-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 noyabr 2018-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №11, maddə 2279)

14.    13 iyul 2021-ci il tarixli 1395 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyul 2021-ci il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 729)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 1-ci bəndinin onuncu və on doqquzuncu abzaslarında “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 26 noyabr 2018-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 noyabr 2018-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №11, maddə 2279) ilə 1-ci hissənin ikinci abzasından “11-ci maddəsinin ikinci hissəsində,” sözləri çıxarılmışdır.

 

[3] 21 dekabr 2001-ci il tarixli 609 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755) ilə 1-ci bəndin 3-cü abzasında "Dövlət Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə" sözləri əlavə edilmişdir.

15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 251) ilə 1-ci hissənin üçüncü abzasında “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

 

[4] 23 oktyabr 2003-cü il tarixli 941 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 1-ci bəndin dördüncü abzasında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[5] 23 oktyabr 2003-cü il tarixli 941 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 1-ci bəndin beşinci abzasında "Azərbmeşə" İstehsalat Birliyi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[6] 23 oktyabr 2003-cü il tarixli 941 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 1-ci bəndin altıncı abzasında “Azərbalıq” Dövlət Konserni” sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[7] 2 fevral 2007-ci il tarixli 521 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə 1-ci bəndinin yeddinci abzasında "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.

 

[8] 23 oktyabr 2003-cü il tarixli 941 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 1-ci bəndin səkkizinci abzasında "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[9] 13 iyul 2021-ci il tarixli 1395 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyul 2021-ci il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 729) ilə 1-ci hissənin doqquzuncu abzasına “Azərbaycan Respublikasının” sözlərindən əvvəl “əsasnaməsinə və nizamnaməsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Energetika Nazirliyi və” sözləri əlavə edilmişdir.

 

[10] 26 noyabr 2018-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 noyabr 2018-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №11, maddə 2279) ilə 1-ci hissənin onuncu abzas ləğv edilmişdir.

 

[11] 23 oktyabr 2003-cü il tarixli 941 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 1-ci bəndin on ikinci abzasında "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[12] 23 oktyabr 2003-cü il tarixli 941 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 1-ci bəndin on üçüncü abzasında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

30 oktyabr 2009-cu il tarixli 172 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 1 noyabr 2009-cu il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 785) ilə on üçüncü abzasdan “, radioaktiv və ionizə şüaları verən və s.” sözləri çıxarılmışdır.

 

[13] 29 yanvar 2002-ci il tarixli 669 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 1, maddə 52) ilə birinci bəndə yeni on dördüncü abzas əlavə edilmişdir. Bəndin əvvəlki on dördüncü - iyirmi dördüncü abzasları müvafiq olaraq on beşinci - iyirmi beşinci abzaslar hesab edilmişdir.

 

[14] 30 oktyabr 2009-cu il tarixli 172 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 1 noyabr 2009-cu il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 785) ilə on beşinci-iyirmi beşinci abzaslar müvafiq olaraq on altıncı-iyirmi altıncı abzaslar hesab edilmişdir və on beşinci abzas əlavə edilmişdir.

 

[15] 23 oktyabr 2003-cü il tarixli 941 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 1-ci bəndin on altıncı abzasında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[16] 23 oktyabr 2003-cü il tarixli 941 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 1-ci bəndin on yeddinci abzasında "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[17] 11 oktyabr 2001-ci il tarixli 587 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 1-ci bəndin on yeddinci abzasında "İqtisadiyyat Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" ilə əvəz edilmişdir.

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 1-ci hissəsinin on doqquzuncu abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1-ci hissənin on səkkizinci bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[18] 23 oktyabr 2003-cü il tarixli 941 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 1-ci bəndin on doqquzuncu abzasında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[19] 23 oktyabr 2003-cü il tarixli 941 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 1-ci bəndin iyirminci abzasında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[20] 23 oktyabr 2003-cü il tarixli 941 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 1-ci bəndin iyirmi birinci abzasında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[21] 23 oktyabr 2003-cü il tarixli 941 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 1-ci bəndin iyirmi ikinci abzasında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

13 iyul 2021-ci il tarixli 1395 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyul 2021-ci il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 729) ilə 1-ci hissənin iyirmi ikinci abzası ləğv edilmişdir.

 

[22] 23 oktyabr 2003-cü il tarixli 941 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 2-ci bəndin ikinci abzasında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

23 oktyabr 2003-cü il tarixli 980 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585) ilə 2-ci bənd çıxarılmışdır.

 

[23] 21 dekabr 2001-ci il tarixli 608 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 754) ilə 3-cü bənd qüvvədən düşmüş hesab edilmişdir.

 

23 oktyabr 2003-cü il tarixli 941 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 3-cü bəndin ikinci abzasında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[24] 23 oktyabr 2003-cü il tarixli 980 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585) ilə 4-cü bəndin ikinci abzası çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status