AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.09.2017
QEYDİYYAT NÖMRƏSİ
366
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 13-09-2017, Nəşr Nömrəsi: 198), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2017, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1723)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.09.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201709120366
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.09.2017
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayən

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.3-cü və 1.5-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 mart tarixli 89 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 308; 2009, № 10, maddə 853) ilə təsdiq edilmiş “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.4-cü bəndin ikinci abzasında “kassa çekləri, həmçinin tələb edildikdə, elektron vergi hesab-fakturaları da” sözləri “alıcıların tələbinə əsasən onlara nəzarət-kassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura” sözləri ilə əvəz edilsin.

2. 4.1-ci bəndə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci və səkkizinci abzaslar müvafiq olaraq dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci və doqquzuncu abzaslar hesab edilsin:

“Malların alınmasını təsdiq edən sənədlər elektron vergi hesab-fakturaları və ya elektron qaimə-fakturalar olduqda, onlar barədə məlumatlar bu Qaydaların 5 və 6 nömrəli əlavələrində tam əks etdirilir, lakin həmin elektron vergi hesab-fakturaları və ya elektron qaimə-fakturaların əslinin kağız daşıyıcısında ərizəyə əlavə edilməsi tələb edilmir.”.

3. 5.1-ci bənddə “25 gün” sözləri “12 gün” sözləri ilə əvəz edilsin.

4. 6-cı hissədə “ 45” rəqəmi “ 20” rəqəmi ilə əvəz edilsin.

5. 7.1-ci bənddə “ 0,05” rəqəmi “ 0,1” rəqəmi ilə əvəz edilsin.

6. Qaydaların 5 və 6 nömrəli əlavələri üzrə:

6.1. “Elektron vergi hesab-fakturası” sözlərindən sonra “, qaimə-faktura və ya elektron qaimə-faktura” sözləri əlavə edilsin;

6.2. “2. İlkin sənədlərin siyahısı”na “Satıcının adı” sütunundan sonra “VÖEN” sütunu əlavə edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 12 sentyabr 2017-ci il

     № 366

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status