AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
28.09.2017
QEYDİYYAT NÖMRƏSİ
393
ADI
“Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 30-09-2017, Nəşr Nömrəsi: 213), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2017, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1748)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.09.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.020.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201709280393
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
03.10.2017
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 58; 2009, № 1, maddə 34; 2014, № 10, maddə 1297; 2015, № 2, maddə 219; 2016, № 11, maddə 1949) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş “Fitosanitar nəzarəti məntəqələrinin yerləşdirilməsi və fəaliyyəti Qaydası”nın 5.5-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“5.5. Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” və “Fitosanitar nəzarəti haqqında” qanunlarına uyğun olaraq, daxili karantin sertifikatı, bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı vermək;”.

2. Həmin qərarla təsdiq edilmiş “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin uçot və hesabatının aparılması Qaydası”nın 4-cü hissəsinin beşinci abzasında “, idxalına, satışına və ya saxlanılmasına” sözləri “və ya idxalına” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 28 sentyabr 2017-ci il

                     № 393

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status