AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
04.10.2017
QEYDİYYAT NÖMRƏSİ
1613
ADI
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2017, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1780)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.10.2017
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 36; 2004, № 9, maddə 681; 2005, № 2, maddə 73, № 12, maddə 1109; 2006, № 7, maddə 590, № 9, maddə 736; 2007, № 3, maddə 219, № 12, maddə 1244; 2009, № 7, maddə 529, № 10, maddə 777; 2010, № 4, maddə 298, № 7, maddə 610; 2011, № 9, maddə 789, № 11, maddə 1011; 2014, № 2, maddə 119, № 12, maddələr 1582, 1584; 2016, № 2 (II kitab), maddə 268, № 3, maddə 472) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”nin 3.1-ci bəndində “1,528,000,000 (bir milyard beş yüz iyirmi səkkiz milyon)” rəqəm və sözləri “1,628,000,000 (bir milyard altı yüz iyirmi səkkiz milyon)” rəqəm və sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nizamnamə kapitalının bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq artırılmış hissəsinin maliyyələşdirilməsini “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsait hesabına təmin etsin.

3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə tapşırılsın ki, bu Fərmana uyğun olaraq dövlət büdcəsindən ayrılan 100,000,000 (yüz milyon) manat məbləğində vəsaitdən ölkənin neftə və təbii qaza artan tələbatını təmin etmək məqsədi ilə neft-qaz yataqlarında mövcud infrastrukturun əsaslı təmiri və yenidən qurulması işlərinin həyata keçirilməsi üçün istifadə etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 oktyabr 2017-ci il

    № 1613

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status