AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.10.2017
QEYDİYYAT NÖMRƏSİ
427
ADI
“İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2017, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1891)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.10.2017
"İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası"nın təsdiq edilməsi haqqında

“İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 540-VQD nömrəli Qanununun tətbiqi və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 mart tarixli 1296 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. [1]

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 12 oktyabr 2017-ci il

     № 427

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 12 oktyabr tarixli 427 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-1.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin (bundan sonra - operatorlar və provayderlər) uçota alınması, uçot məlumatlarında dəyişikliklərin edilməsi və uçotunun ləğvi qaydasını müəyyən edir.

1.2. İnternet telekommunikasiya xidməti göstərən provayder dedikdə, internet provayder və host provayder nəzərdə tutulur.

1.3. Operatorların və provayderlərin uçotu operatorların və provayderlərin və ya onların səlahiyyətli nümayəndələrinin müraciəti əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən bu Qayda əsasında aparılır.

1.4. Operatorların və provayderlərin uçota alınması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi ödənişsiz həyata keçirilir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. IPv4 - 4-cü versiya internet protokolu;

2.1.2. IPv6 - 6-cı versiya internet protokolu;

2.1.3. İP ünvan - internet şəbəkəsinə qoşulmuş hər bir kompüter və qurğulara verilən unikal şəbəkə ünvanı;

2.1.4. Avtonom Sistem (AS) - vahid marşrutlama siyasətinə malik, bir və ya bir neçə şəbəkə operatoru tərəfindən idarə olunan İP ünvan və marşrutlayıcılar sistemi.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Telekommunikasiya haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

 

3. Uçotun aparılması qaydaları

 

3.1. Operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 (on beş) gün müddətində Nazirlikdə uçota durmalıdırlar.

3.2. Operatorlar və provayderlər uçota alınmaları üçün “Elektron hökumət” portalına daxil olaraq müvafiq autentifikasiya prosesini keçməklə, bu Qaydanın 1 və 2 nömrəli əlavələrində göstərilən formada ərizəni elektron qaydada doldururlar, elektron imza sertifikatlarından istifadə etməklə imzalayırlar və bu Qaydanın 3.3-cü bəndində göstərilən sənədləri əlavə edərək göndərirlər. [2]

3.3. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

3.3.1. operator (provayder) hüquqi şəxs olduğu halda, onun nizamnaməsinin surəti; [3]

3.3.2. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanının IV hissəsinə əsasən müəyyənləşdirilmiş və təqdim olunmuş texniki-təşkilati şərtlər və bu şərtlərə uyğun olaraq ümumi rabitə şəbəkələri daxilində yaradılan və istismar edilən bütün növ telekommunikasiya şəbəkələrindən (idarə və müəssisələrə məxsus olan və ümumi rabitə şəbəkəsinə çıxışı olmayan şəbəkələr istisna olmaqla) informasiya əldə edilməsini təmin edən xüsusi təyinatlı avadanlıqlarla təchizat barədə zəmanətin surəti; [4]

3.3.3. xidmət göstərməyə başladığı ilk abunəçi (abunəçilər) ilə bağlanılmış müqavilənin (müqavilələrin) təsdiq olunmuş surəti (surətləri) (bu Qayda qüvvəyə mindiyi tarixədək internet telekommunikasiya xidməti göstərməyə başlamış operatorlar və provayderlər üçün xidmət müqaviləsinin (müqavilələrin) surəti (surətləri); [5]

3.3.4. ərizə ərizəçinin nümayəndəsi tərəfindən doldurulduğu təqdirdə, müvafiq səlahiyyətini təsdiq edən sənədin surəti. [6]

3.4. Uçota alınma üçün ərizə müraciət edən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə müraciət edən cavabdehdir.

3.5. Uçota alınma barədə müraciət Nazirliyə daxil olduğu gün qeydiyyata alınır və müraciət edən şəxsə ərizə və tələb olunan sənədlərin surətlərinin qəbul edilməsi barədə elektron təsdiqetmə bildirişi göndərilir.

3.6. Nazirlikdə uçota alınması üçün təqdim olunan sənədlərə onların qeydiyyat tarixindən etibarən 7 (yeddi) iş günü müddətində baxılır.

3.7. Bu Qaydanın 3.8-ci bəndində nəzərdə tutulmuş hallar olmadıqda, operator və provayder 7 (yeddi) iş günü müddətində uçota alınır. Bu halda bu Qaydanın 3 nömrəli əlavəsində göstərilən formada bildiriş gücləndirilmiş elektron imza ilə təsdiqlənməklə, “Elektron Hökumət” portalında yerləşdirilir və müraciət edən şəxsin elektron üsulla əldə etməsi imkanı təmin olunmaqla yanaşı, uçota alınma ilə bağlı elektron təsdiqetmə bildirişi göndərilir. [7]

3.8. Operatorun və provayderin uçota alınmasından aşağıdakı hallarda imtina edilir:

3.8.1. uçota alınma üçün təqdim edilmiş ərizə tam şəkildə doldurulmadıqda və ya ərizəyə qeyri-dürüst, yaxud təhrif olunmuş məlumatların daxil edildiyi müəyyən olunduqda;

3.8.2. təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə;

3.8.3. göstərilən xidmətlərin texniki-təşkilati imkanları bu Qaydanın 3.3.2-ci yarımbəndində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (ərizədə göstərilən xidmətlərin texniki-təşkilati imkanlarına Nazirlik tərəfindən aidiyyəti qurumların iştirakı ilə baxış keçirilir). [8]

3.9. Bu Qaydanın 3.8-ci bəndində göstərilən hallar müəyyən edildikdə, operatorun və provayderin uçota alınmasından imtina edilir və uçota alınma barədə müraciətin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, müraciət edənə imtinanın səbəbləri göstərilməklə elektron formada məlumat verilir.

3.10. İmtinadan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. [9]

3.11. Operator və provayder uçota alınmadan imtina üçün əsas olmuş halları aradan qaldıraraq, 15 (on beş) gün müddətində yenidən müraciət etməlidir.

3.12. Operatorların və provayderlərin uçotu eyniadlı informasiya sistemi vasitəsilə aparılır.

3.13. Uçota alınmış operatorlar və provayderlər barədə aşağıdakı məlumatlar bildirişin təqdim olunduğu tarixdən 3 (üç) iş günü ərzində Nazirliyin internet informasiya ehtiyatında yerləşdirilir:

3.13.1. uçota alınan operatorun və ya provayderin adı;

3.13.2. göstərdiyi internet telekommunikasiya xidmətinin növü;

3.13.3. uçota alınma tarixi və uçot nömrəsi;

3.13.4. uçot ləğv olunduqda, uçotun ləğv olunma tarixi və səbəbi.

3.14. Nazirliyin internet informasiya ehtiyatında yerləşdirilmiş uçot məlumatları həmin məlumatlarda dəyişikliyin olması barədə müraciətə baxıldıqdan sonra 3 (üç) iş günü ərzində yenilənir. [10]

 

4. Uçot barədə məlumatlarda dəyişikliklər edilməsi, uçotun ləğv olunması

 

4.1. Uçota alınması üçün təqdim edilmiş məlumatlarda hər hansı dəyişiklik (bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) baş verdikdə, operatorlar və provayderlər və ya onların səlahiyyətli nümayəndələri dəyişiklik baş verdiyi gündən 10 (on) gün müddətində “Elektron hökumət” portalı vasitəsilə təsdiqedici sənədləri müraciətlərinə əlavə etməklə Nazirliyə məlumat verirlər. [11]

4.2. Uçota alınmış operatorların və provayderlərin fəaliyyətlərinin dayandırılması barədə onlar və ya səlahiyyətli nümayəndələri fəaliyyətlərinin dayandırıldığı gündən 10 (on) gün müddətində “Elektron hökumət” portalı vasitəsilə Nazirliyə məlumat verirlər. [12]

4.3. Operatorların və provayderlərin uçot məlumatlarında dəyişiklik edilməsi və ya uçotunun ləğv olunması ilə əlaqədar müraciəti Nazirliyə daxil olduğu gün qeydiyyata alınır və müraciət edən şəxsə müraciətin qəbul edilməsi barədə elektron təsdiqetmə bildirişi göndərilir. Həmin müraciətə onun qeydiyyat tarixindən 3 (üç) iş günü müddətində Nazirlik tərəfindən baxılaraq, müvafiq olaraq, Nazirliyin internet informasiya ehtiyatında yerləşdirilmiş uçot məlumatları yenilənir və ya uçot ləğv edilir. [13]

4.4. Uçot aşağıdakı hallarda ləğv olunur:

4.4.1. uçota alınmış operator və ya provayder tərəfindən xidmət göstərilməsinin dayandırıldığı barədə müvafiq ərizə təqdim edildikdə; [14]

4.4.2. uçota alınma üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;

4.4.3. vergi ödəyicisi olan fiziki şəxs vergi uçotundan çıxarıldıqda;

4.4.4. məhkəmənin müvafiq qərarı olduqda;

4.4.5. hüquqi şəxs ləğv edildikdə.

 

5. Operatorların və provayderlərin uçota alınması ilə bağlı tədbirlər

 

5.1. Nazirlik operatorların və provayderlərin uçotunun həyata keçirilməsi üçün:

5.1.1. internet telekommunikasiya xidmətləri bazarını təhlil edir, operatorların və provayderlərin uçota alınması istiqamətində tədbirlər görür; [15]

5.1.2. operatorlar və provayderlər ilə bağlı aidiyyəti dövlət orqanlarına və qurumlarına sorğular verir;

5.1.3. uçot məlumatlarının aktuallığını təmin edir.

5.2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), habelə bu Qaydanın 4.4.3-cü və 4.4.5-ci yarımbəndləri ilə əlaqədar operatorlar və provayderlər barədə məlumatların “Elektron hökumət” portalı vasitəsilə Nazirlik tərəfindən əldə edilməsi üçün şərait yaradır. [16]

 

6. Digər müddəalar [17]

 

6.1. Operatorlar və provayderlər tərəfindən rabitə şəbəkələrinin əlavə (xüsusi) texniki vasitələrlə təchiz edilməsi əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün rabitə şəbəkələrinin telekommunikasiya operatorları və provayderləri tərəfindən əlavə texniki vasitələrlə təchiz edilməsi qaydaları ilə tənzimlənir.

6.2. Uçota alınmış operatorlar və provayderlər fərdi məlumatlar sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlər görməli və onun tələblərinə əməl etməlidirlər.

 

7. Keçid müddəa

 

7.1. Bu Qayda qüvvəyə mindiyi tarixədək internet telekommunikasiya xidməti göstərməyə başlamış operatorlar və provayderlər Qaydanın qüvvəyə mindiyi tarixdən sonrakı 2 (iki) ay ərzində Nazirliyə müraciət edərək, bu Qaydaya uyğun olaraq uçota durmalıdırlar. [18]

 


 

 

“İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”na

1 nömrəli əlavə

 

 

 

Hüquqi şəxslər üçün

 

 

 

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə

 

 

Uçota alınma üçün

Ə R İ Z Ə

 

 

Hüquqi şəxsin adı: ____________________________________________________________

Rəhbərin vəzifəsi, soyadı və adı: _______________________________________________ [19]

Hüquqi ünvanı: ______________________________________________________________

Fəaliyyət ünvanı: _____________________________________________________________

İnternet informasiya ehtiyatının ünvanı: _________________________________________

Fəaliyyət növü (biri və ya bir neçəsi seçilməlidir): Operator , İnternet provayder , Host provayder [20]

Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN): ________________________________

Göstərdiyi internet telekommunikasiya xidmətinin növləri_________________________

_____________________________________________________________________________

Fəaliyyətinin əhatə dairəsi: _____________________________________________________

İstifadəsində olan “IPv4” və “IPv6” intervalı: _____________________________________

Avtonom Sistem (AS) nömrəsi: _________________________________________________

Xidmət göstərməyə başladığı tarix: _____________________________________________

Telefon nömrəsi: _____________________________________________________________

Faks nömrəsi: ________________________________________________________________

Elektron poçt ünvanı: _________________________________________________________

 

Sənədləri təqdim edən şəxsə dair məlumatlar:

 

Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: _________________________________________

Şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi: __________________

Yaşayış yeri: _________________________________________________________________

Telefon nömrəsi: _____________________________________________________________

Faks nömrəsi: ________________________________________________________________

Elektron poçt ünvanı: _________________________________________________________

Qoşma: Uçota alınma üçün tələb olunan sənədlər - ______ vərəq, ______ nüsxə. [21]

 

Qeyd. Ərizə ərizəçinin nümayəndəsi tərəfindən doldurulduğu təqdirdə, ərizəyə müvafiq səlahiyyəti təsdiq edən sənədin surəti əlavə olunur. [22]

 

 

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirəm.

 

 

_________________________

_________________________________

(imza)

(adı, soyadı)

 

 

M.Y.

“____” ____________ 20____ il

 

 


 

 

“İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”na

2 nömrəli əlavə

 

 

 

Fiziki şəxslər üçün

 

 

 

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə

 

 

Uçota alınma üçün

Ə R İ Z Ə

 

 

Soyadı, adı və atasının adı: ____________________________________________________

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar:

Seriya və nömrə: _____________________________________________________________

Nə vaxt və kim tərəfindən verilmişdir: __________________________________________

Ünvanı: _____________________________________________________________________

Fəaliyyət ünvanı: _____________________________________________________________

İnternet informasiya ehtiyatının ünvanı:__________________________________________

Fəaliyyət növü (biri və ya bir neçəsi seçilməlidir): Operator , İnternet provayder , Host provayder [23]

Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN): ________________________________

Göstərdiyi internet telekommunikasiya xidmətinin növləri: ________________________

_____________________________________________________________________________

Fəaliyyətin əhatə dairəsi: ______________________________________________________

İstifadəsində olan “IPv4” və “IPv6” intervalı: _____________________________________

Avtonom Sistem (AS) nömrəsi: _________________________________________________

Xidmət göstərməyə başladığı vaxt: ______________________________________________

Telefon nömrəsi: ______________________________________________________________

Faks nömrəsi: ________________________________________________________________

Elektron poçt ünvanı: _________________________________________________________

 

Sənədləri təqdim edən şəxsə dair məlumatlar:

 

Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: _________________________________________

Şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi: __________________

Yaşayış yeri: _________________________________________________________________

Telefon nömrəsi: _____________________________________________________________

Faks nömrəsi: ________________________________________________________________

Elektron poçt ünvanı: _________________________________________________________

Qoşma: Uçota alınma üçün tələb olunan sənədlər - ______ vərəq, ______ nüsxə. [24]

 

Qeyd. Ərizə ərizəçinin nümayəndəsi tərəfindən doldurulduğu təqdirdə, ərizəyə müvafiq səlahiyyəti təsdiq edən sənədin surəti əlavə olunur. [25]

 

 

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirəm.

 

 

_________________________

_________________________________

(imza)

(adı, soyadı)

 

 

 

“____” ____________ 20____ il

 

 


 

“İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”na

3 nömrəli əlavə

 

İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu haqqında

 

B İ L D İ R İ Ş

 

№ _____

 

_____________________________________________________________________________________________________________________

(xidmət göstərən hüquqi şəxsin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin adı)

 

“____” ____________ 20____ il tarixində internet telekommunikasiya xidməti göstərən ________________________________ kimi uçota

                                                                                                                                                                                                        (fəaliyyət növü)

alınmışdır. Bu sənəd gücləndirilmiş elektron imza ilə təsdiqlənmişdir. [26]

 

 

_________________________

(imza)

______________________________________________________

(vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)

 

 

“____” ____________ 20____ il

 

 

 

                     M.Y. [27]

 

Sənədə aid informasiyanı qrafik şəkildə təsvir edən ikiölçülü matriks-kod (QR kod) [28]

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836)

2.       14 sentyabr 2018-ci il tarixli 388 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2018-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1916)

3.       9 iyun 2021-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836) ilə 2-ci hissə ləğv edilmişdir.

 

[2] 9 iyun 2021-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 3.2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.2. Operatorlar və provayderlər uçota alınmaları üçün “Elektron hökumət” portalına daxil olaraq müvafiq autentifikasiya prosesini keçməklə, bu Qaydanın 1 və 2 nömrəli əlavələrində göstərilən formada ərizəni elektron qaydada doldururlar.

 

[3] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 3.3.1-ci yarımbəndindən “(və ya əsasnaməsinin)” sözləri çıxarılmışdır.

14 sentyabr 2018-ci il tarixli 388 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2018-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1916) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 3.3.1-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.3.1. vergi ödəyicisi kimi uçota alınmasını təsdiq edən şəhadətnamənin surəti, habelə olduğu halda hüquqi şəxsin nizamnaməsinin (və ya əsasnaməsinin) surəti;

 

[4] 9 iyun 2021-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 3.3.2-ci və 3.8.3-cü yarımbəndləri ləğv edilmişdir.

 

[5] 9 iyun 2021-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 3.3.3-cü yarımbəndindən “təsdiq olunmuş” sözləri çıxarılmışdır və həmin yarımbənddə “istisna olmaqla.” sözləri “üçün xidmət müqaviləsinin (müqavilələrin) surəti (surətləri);” sözləri ilə əvəz edilmişdir.

 

[6] 9 iyun 2021-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”na yeni məzmunda 3.3.4-cü yarımbənd əlavə edilmişdir.

 

[7] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 3.7-ci bəndinin birinci cümləsinə “provayder” sözündən sonra “7 (yeddi) iş günü müddətində” sözləri əlavə edilmişdir.

9 iyun 2021-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 3.7-ci bəndinin ikinci cümləsində “olunur” sözü “olunmaqla yanaşı, uçota alınma ilə bağlı elektron təsdiqetmə bildirişi göndərilir.” sözləri ilə əvəz edilmişdir.

 

[8] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 3.8.3-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.8.3. göstərilən xidmətlərin texniki-təşkilati imkanları “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmadıqda (ərizədə göstərilən xidmətlərin texniki-təşkilati imkanlarına Nazirlik tərəfindən baxış keçirilir (xüsusi avadanlıqlara münasibətdə keçirilən baxışda bu Qaydanın 3.3.2-ci yarımbəndindən irəli gələrək aidiyyəti qurumlar da iştirak edirlər).

 

[9] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 3.10-cu bəndindən “(və ya)” sözləri çıxarılmışdır.

 

[10] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 3.14-cü bəndində “dəyişiklik olduğu vaxtdan” sözləri “dəyişikliyin olması barədə müraciətə baxıldıqdan sonra” sözləri ilə əvəz edilmişdir.

 

14 sentyabr 2018-ci il tarixli 388 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2018-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1916) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 3.14-cü bəndi ləğv edilmişdir.

 

[11] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 4.1-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.1. Operatorlar və provayderlər uçota alınma üçün təqdim etdikləri məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verdiyi gündən 10 (on) gün müddətində təsdiqedici sənədləri müraciətinə əlavə etməklə Nazirliyə məlumat verirlər.

 

14 sentyabr 2018-ci il tarixli 388 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2018-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1916) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 4.1-ci bəndə birinci halda “dəyişiklik” sözündən sonra “(bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[12] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 4.2-ci bəndinə “müddətində” sözündən sonra “Elektron hökumət” portalı vasitəsilə” sözləri əlavə edilmişdir.

 

[13] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 4.3-cü bəndi 4.4-cü bənd hesab edilmişdir və yeni məzmunda 4.3-cü bənd əlavə edilmişdir.

 

14 sentyabr 2018-ci il tarixli 388 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2018-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1916) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 4.3-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.3. Operatorların və provayderlərin uçot məlumatlarında dəyişiklik edilməsi və ya uçotunun ləğv olunması ilə əlaqədar müraciət zamanı verilən məlumatların qəbul edilməsi barədə müraciət edən şəxsə elektron təsdiqetmə bildirişi göndərilir. Həmin müraciətə Nazirlik tərəfindən 3 (üç) iş günü müddətində baxılır və uçot məlumatlarında bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş qaydada dəyişiklik edilir.

 

[14] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 4.3.1-ci yarımbəndinə “tərəfindən” sözündən sonra “xidmət göstərilməsinin dayandırıldığı barədə” sözləri əlavə edilmişdir.

 

[15] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 5.1.1-ci yarımbəndindən “internet telekommunikasiya xidmətləri bazarını təhlil edir,” sözləri çıxarılmışdır.

 

[16] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 5.2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi operatorların və provayderlərin vergi uçotuna alınması barədə məlumatların “Elektron hökumət” portalı vasitəsilə Nazirlik tərəfindən əldə edilməsi üçün şərait yaradır.

 

14 sentyabr 2018-ci il tarixli 388 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2018-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1916) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 5.2-ci bənddə “bu Qaydanın 3.3.1-ci, 4.3.3-cü və 4.3.5-ci” sözləri “vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), habelə bu Qaydanın 4.4.3-cü və 4.4.5-ci” sözləri ilə əvəz edilmişdir.

 

[17] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 6-cı hissəsi ləğv edilmişdir.

 

[18] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836) ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın 7.1-ci bəndindən “7.1.” rəqəmləri çıxarılmışdır.

 

[19] 9 iyun 2021-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122) ilə Qaydaya 1 nömrəli əlavə - “Uçota alınma üçün Ərizə”də “Hüquqi şəxsin adı: _____________________” sətrindən sonra yeni məzmunda sətir əlavə edilmişdir.

 

[20] 9 iyun 2021-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122) ilə Qaydaya 1 nömrəli əlavə - “Uçota alınma üçün Ərizə”də “Fəaliyyət ünvanı: _______________________” sətrindən sonra yeni məzmunda sətirlər əlavə edilmişdir.

 

[21] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98) ilə Qaydaya 1 nömrəli əlavə - “Uçota alınma üçün Ərizə”dən “- _______ vərəq, ______ nüsxə”, “(imza)” və “M.Y.” sözləri çıxarılmışdır.

 

[22] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836) ilə Qaydaya 1 nömrəli əlavə - “Uçota alınma üçün Ərizə”nin “Qeyd” hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Qeyd: sənədlər ərizəçinin qanuni nümayəndəsi tərəfindən təqdim olunduğu təqdirdə, etibarnamə əlavə olunur.

9 iyun 2021-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122) ilə Qaydaya 1 nömrəli əlavə - “Uçota alınma üçün Ərizə”də “Qeyd” hissəsi ləğv edilmişdir.

 

[23] 9 iyun 2021-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122) ilə Qaydaya 2 nömrəli əlavə - “Uçota alınma üçün Ərizə”də “Fəaliyyət ünvanı: _______________________” sətrindən sonra yeni məzmunda yeni sətirlər əlavə edilmişdir.

 

[24] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836) ilə Qaydaya 2 nömrəli əlavə - “Uçota alınma üçün Ərizə”dən “- _______ vərəq, ______ nüsxə” və “(imza)” sözləri çıxarılmışdır.

 

[25] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836) ilə Qaydaya 2 nömrəli əlavə - “Uçota alınma üçün Ərizə”nin “Qeyd” hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Qeyd. Sənədlər ərizəçinin qanuni nümayəndəsi tərəfindən təqdim olunduğu təqdirdə, etibarnamə əlavə olunur

9 iyun 2021-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122) ilə Qaydaya 2 nömrəli əlavə - “Uçota alınma üçün Ərizə”də “Qeyd” hissəsi ləğv edilmişdir.

 

[26] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836) ilə Qaydaya 3 nömrəli əlavə - “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu haqqında Bildiriş”ə “alınmışdır.” sözündən sonra “Bu sənəd gücləndirilmiş elektron imza ilə təsdiqlənmişdir.” cümləsi əlavə edilmişdir.

9 iyun 2021-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122) ilə 3 nömrəli əlavə - “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu haqqında bildiriş”də “operator/provayder (lazım olmayanın üstündən xətt çəkilir)” sözləri “____________________________ (fəaliyyət növü)” sözləri ilə əvəz edilmişdir.

 

[27] 30 aprel 2018-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 836) ilə Qaydaya 3 nömrəli əlavə - “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu haqqında Bildiriş”dən “(imza)”, “M.Y.” və “___” _________ 20__ il” sözləri çıxarılmışdır.

 

[28] 9 iyun 2021-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122) ilə 3 nömrəli əlavə - “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu haqqında bildiriş”in aşağı sol küncünə “Sənədə aid informasiyanı qrafik şəkildə təsvir edən ikiölçülü matriks-kod (QR kod)” sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status