AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
02.10.2017
QEYDİYYAT NÖMRƏSİ
786-VQD
ADI
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 16-11-2017, Nəşr nömrəsi: 252), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2017, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1948)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.11.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.040.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201710020786
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.11.2017
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 508-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 125; 2005, № 4, maddə 285, № 10, maddə 876; 2007, № 10, maddə 934, № 12, maddə 1219; 2013, № 6, maddə 595; 2016, № 11, maddə 1762) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambula üzrə:

1.1. birinci abzasa “özünüidarəetmə orqanlarının,” sözlərindən sonra “publik hüquqi şəxslərin (bundan sonra – qurum),” sözləri əlavə edilsin;

1.2. ikinci abzasa “orqanlarına” sözündən sonra “və yerli özünüidarəetmə orqanlarına, qurumlara” sözləri, “özünüidarəetmə orqanlarında” sözlərindən sonra “, qurumlarda” sözü əlavə edilsin.

2. 1-ci, 9.3.2-ci və 9.3.5-ci maddələrə “orqanın” sözündən sonra “(qurumun)” sözü əlavə edilsin.

3. Aşağıdakı məzmunda 2.1.7-1-ci maddə əlavə edilsin:

“2.1.7-1. qurumların rəhbərləri və işçiləri, o cümlədən qurumlarda xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;”.

4. 4-cü maddənin adına “orqanlar” sözündən sonra “(qurumlar)” sözü əlavə edilsin.

5. 4.1-ci maddənin birinci cümləsinə “orqanları” sözündən sonra “, yerli özünüidarəetmə orqanları, qurumlar” sözləri əlavə edilsin.

6. 8.2-ci maddənin ikinci cümləsində “və ya yerli özünüidarəetmə orqanına” sözləri “, yerli özünüidarəetmə orqanına və ya quruma” sözləri ilə əvəz edilsin.

7. 8.5-ci maddənin ikinci cümləsinə “orqanına” sözündən sonra “, yerli özünüidarəetmə orqanına və ya quruma” sözləri əlavə edilsin.

8. 9.3.4-cü maddədə “orqanın” sözündən sonra “(qurumun)” sözü əlavə edilsin və “orqanlarının” sözündən sonra “, yerli özünüidarəetmə orqanlarının və ya qurumların” sözləri əlavə edilsin.

9. 9.3.7-ci maddəyə “orqanların” sözündən sonra “(qurumların)” sözü əlavə edilsin.

10. 9.3.10-cu maddədə “orqanları və ya yerli özünüidarəetmə orqanlarının” sözləri “orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların” sözləri ilə əvəz edilsin.

11. 9.3.11-ci maddədə “və ya yerli özünüidarəetmə orqanlarının” sözləri “, yerli özünüidarəetmə orqanlarının və ya qurumların” sözləri ilə əvəz edilsin.

12. 12.1-ci maddənin ikinci cümləsinə “orqanlarının” sözündən sonra “, yerli özünüidarəetmə orqanlarının və ya qurumların” sözləri əlavə edilsin.

13. 13-cü maddədə “orqanları” sözündən sonra “, yerli özünüidarəetmə orqanları və ya qurumlar” sözləri əlavə edilsin, “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 oktyabr 2017-ci il

№ 786-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status