AKTIN NÖVÜ
Milli Arxiv İdarəsi
QƏBUL EDİLDİYİ TARİX
14.11.2017
QEYDİYYAT NÖMRƏSİ
7/3
ADI
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının 2013-cü il 25 dekabr tarixli Q-04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi-tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə İnzibati Reqlament”də dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.11.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201711140073
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.11.2017
Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Kollegiyasının 2013-cü il 25 dekabr tarixli Q-04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi-tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə Inzibati Reqlament”də dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ ARXİV İDARƏSİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

14.11.2017

Qeydiyyat nömrəsi

7/3

Adı

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının 2013-cü il 25 dekabr tarixli Q-04 nömrəli Qərarı ilə təsdiq edilmiş Elmi-tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə İnzibati Reqlament”də dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

28.11.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

100.070.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201711140073

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

27.11.2017

 

 

“Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanının 5.3-cü bəndinin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 672 nömrəli Fərmanının 1.2-ci bəndinin,Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli 1399 nömrəli Fərmanın 2.4-cü bəndinin icrasının təmin edilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 15-ci hissəsini rəhbər tutaraq

 

KOLLEGİYA QƏRARA ALIR: 

 

1. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının 2013-cü il 25 dekabr tarixli Q-04 nömrəli Qərarı ilə təsdiq edilmiş Elmi-tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə İnzibati Reqlament”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

1.3.   Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 694-IQ № li Qanununun 16-cı maddəsi;

1.3.2.Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 06 mart tarixli, 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli Arxiv Fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları haqqında Əsasnamə”nin 4.4, 4.5-ci və 4.9-cu bəndləri;

1.3.4. “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarının 40.1-ci bəndi.”.

1.2. 2.4-cü bənddə “www.ehdis.az” sözləri “www.e-gov.az sözləri ilə əvəz edilsin;

1.3. 3.2.1-ci yarımbəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“İstifadəçi sistemdən müvafiq sorğunu seçib, açılan pəncərədə sorğu formasını doldurur. Məlumatların düzgünlüyünə əmin olduqdan sonra sorğunu sistem vasitəsilə göndərir.”;

1.4. 3.2.2-ci yarımbəndin ikinci abzasl aşağıdakı redaksiyada verilsin:

“İstifadəçi tərəfindən göndərilmiş sorğu sistem tərəfindən dərhal qəbul edilərək bu barədə ona bildiriş göndərilir.”;

1.5. 3.4.1, 3.4.2 və 3.5.2-ci yarımbəndlərin ikinci abzasında “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında” sözləri ilə əvəz edilsin;

1.6. 3.4.3-cü yarımbənddə “dövlət orqanı” sözləri ”dövlət qurumu” sözləri ilə əvəz edilsin. 

2. İdarənin İnformasiya təminatı və elektron xidmətlər Mərkəzi bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını 3 gün ərzində təmin etsin.

3. Qərarın icrasına nəzarət rəis müavini Əsgər Rəsulova həvalə edilsin.

 

 

İdarənin rəisi                                                                                               Ataxan Paşayev

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status