AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.12.2017
QEYDİYYAT NÖMRƏSİ
554
ADI
“Elmi müəssisələrin təşkilatların akkreditasiyası Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 16-12-2017, Nəşr Nömrəsi: 278), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2017, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2502)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.12.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
200.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201712140554
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.12.2017
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Elmi müəssisələrin təşkilatların akkreditasiyası Qaydası”nın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Elmi müəssisələrin təşkilatların akkreditasiyası Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 14 dekabr 2017-ci il

     № 554

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 14 dekabr tarixli 554 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Elmi müəssisələrin təşkilatların akkreditasiyası

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun 24.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən elmi müəssisələrin (təşkilatların) akkreditasiyasının keçirilməsi, akkreditasiya barədə şəhadətnamələrin verilməsi qaydasını müəyyən edir.

1.2. Elmi müəssisələrin (təşkilatların) akkreditasiyası elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi müəssisələrin (təşkilatların) maddi-teхniki bazasının və infrastrukturunun, elmi prоqramlarının, elmi tədqiqatlarının nəticələrinin və səmərəliliyinin, kadr pоtensialının, maliyyə resurslarının normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır. [2]

1.3. Elmi müəssisələrin (təşkilatların) akkreditasiyası onların elmi fəaliyyətlərinin qiymətləndirilməsi əsasında ali attestasiya orqanı – Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra – Komissiya) tərəfindən həyata keçirilir. [3]

1.4. Akkreditasiyadan keçmiş elmi müəssisələrin (təşkilatların) siyahısı Komissiyanın rəsmi internet saytında yerləşdirilir.

 

2. Akkreditasiyanın keçirilməsi

 

2.1. Akkreditasiya elmi müəssisələrin (təşkilatların) son 5 (beş) illik fəaliyyətini qiymətləndirməklə aparılır.

2.2. Akkreditasiya Komissiya tərəfindən təsdiq edilmiş qrafik üzrə həyata keçirilir.

2.3. Akkreditasiya bu barədə rəsmi müraciətin edildiyi vaxtdan 3 (üç) ay müddətində həyata keçirilir.

2.4. Akkreditasiya sənədlərin ekspertizası, elmi müəssisələrdə (təşkilatlarda) yerində baxış keçirilməsi yolu ilə həyata keçirilir. Akkreditasiya edilən elmi müəssisələr (təşkilatlar) Komissiyanın normal fəaliyyəti üçün şərait yaradır.

2.5. Elmi müəssisə (təşkilat) Komissiyaya aşağıdakı sənədləri təqdim edir:

2.5.1. akkreditasiyadan keçmə barədə ərizə;

2.5.2. elmi müəssisənin (təşkilatın) - vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin və dövlət vergi orqanında qeydiyyata alınmasını təsdiq edən sənədinin notarial qaydada təsdiq edilmiş surətləri;

2.5.3. kadr potensialı, maddi-texniki bazası, infrastrukturu, beynəlxalq əlaqələri, elmi nəticələrin istehsalatda tətbiqi, nəşr olunmuş məqalələrin sayı haqqında məlumat;

2.5.4. elmi müəssisənin (təşkilatın) fəaliyyətinin əsas göstəriciləri barədə məlumatları özündə əks etdirən sənədlərin müəssisənin (təşkilatın) rəhbəri tərəfindən təsdiq edilmiş surətləri;

2.5.5. təqdim edilmiş sənədlərin siyahısı.

2.6. Akkreditasiya qaydası və akkreditasiya üçün tələb olunan sənədlərin siyahısı Komissiyanın internet saytında yerləşdirilir.

2.7. Komissiya 10 (on) iş günü müddətində sənədlərin düzgünlüyünü və tamlığını yoxlayır. Sənədlər bu Qaydanın 2.5-ci bəndinə uyğun olduqda, Komissiya sənədlərin düzgünlüyü və akkreditasiya prosedurunun başlanma tarixi barədə ərizəçiyə bildiriş göndərir.

2.8. Bu Qaydanın 2.5-ci bəndində göstərilən bütün sənədlər təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlərdə qeyri-dəqiq və ya natamam məlumatlar olduqda, Komissiya bu barədə müşayiət məktubu ilə sənədləri ərizəçiyə qaytarır. Ərizəçinin sənədlərdəki çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət etmək hüququ vardır.

2.9. Komissiya bu Qaydanın 2.4-cü bəndinə uyğun olaraq elmi müəssisənin (təşkilatın) fəaliyyətini qiymətləndirərək, müəssisənin (təşkilatın) akkreditasiyadan keçib keçməməsi barədə müvafiq qərar qəbul edir.

2.10. Akkreditasiyadan keçmiş elmi müəssisəyə (təşkilata) Komissiya tərəfindən akkreditasiya haqqında şəhadətnamə verilir (əlavə olunur).

2.11. Elmi müəssisənin (təşkilatın) akkreditasiyadan keçməsi barədə qərar qəbul edildiyi gündən etibarən 10 (on) iş günü müddətində Komissiya akkreditasiya haqqında şəhadətnaməni ərizəçiyə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Şəhadətnaməni 10 (on) iş günü müddətində təqdim etmək mümkün olmadıqda, o, poçt vasitəsilə ərizəçiyə göndərilir.

2.12. Akkreditasiyadan keçməmiş elmi müəssisələrə (təşkilatlara) bu barədə Komissiyanın qərarının əsli ilə düzgünlüyünün təsdiq edilmiş surəti göndərilir.

2.13. Akkreditasiyadan keçə bilməyən elmi müəssisələr (təşkilatlar) 3 (üç) il müddətinə təkrar akkreditasiyadan keçmək hüququna malikdirlər. Akkreditasiyadan keçməmək haqqında qərar yalnız məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər.

2.14. Elmi müəssisə (təşkilat) ləğv edildikdə və ya yenidən təşkil olunduqda, həmin müəssisənin (təşkilatın) akkreditasiya barədə şəhadətnaməsi qüvvədən düşür. 

 

3. Yekun müddəalar

 

3.1. Akkreditasiyadan keçmiş elmi müəssisənin (təşkilatın) adı və ya hüquqi ünvanı dəyişdikdə, həmin elmi müəssisə (təşkilat) akkreditasiya haqqında şəhadətnamənin dəyişdirilməsi üçün Komissiyaya ərizə ilə müraciət etməlidir. Dəyişikliyi əks etdirən təsdiqedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri və əvvəlki şəhadətnamə ərizəyə əlavə olunur.

3.2. Komissiya ərizənin verildiyi gündən 10 (on) iş günü müddətində akkreditasiya haqqında şəhadətnaməni dəyişdirir.

3.3. Akkreditasiya haqqında şəhadətnamə itirildikdə, akkreditasiyadan keçmiş elmi müəssisənin (təşkilatın) müvafiq ərizə ilə Komissiyaya müraciəti əsasında 10 (on) iş günü müddətində ona akkreditasiya haqqında şəhadətnamənin dublikatı verilir.

3.4. Komissiya akkreditasiya haqqında şəhadətnamələrin hazırlanmasını, qeydiyyatını və qorunmasını təmin edir.

 

 


 

 

“Elmi müəssisələrin təşkilatların akkreditasiyası Qaydası”na

əlavə

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyası [4]

 

 

Elmi müəssisənin (təşkilatın) akkreditasiyası haqqında [5]

 

ŞƏHADƏTNAMƏ

 

Seriya

№ ____

 

 

Bakı şəhəri

                                    “___” __________ 20___ il

 

 

Bu Şəhadətnamə ilə təsdiq edilir ki, ______________________________________________

 

(elmi müəssisənin (təşkilatın) tam adı və

_____________________________________________________________________________

hüquqi ünvanı)

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında akkreditasiyadan keçmişdir.

 

 

Əsas: Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin “___” ________ 20___ il tarixli ____ nömrəli qərarı. [6]

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri

 

 

 

______________________________            _____________

             (soyadı, adı, atasının adı)                                      (imza)

 

 

M.Y.

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 avqust 2020-ci il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1107)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 avqust 2020-ci il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1107) ilə adına və mətninə “müəssisələrin” sözündən sonra “təşkilatların” sözü əlavə edilmişdir.

 

[2] 12 avqust 2020-ci il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1107) ilə “Elmi müəssisələrin akkreditasiyası Qaydası”nın 1.2-ci bəndinə (hər iki halda), 1.4-cü, 2.1-ci bəndlərinə, 2.4-cü bəndinə (hər iki halda), 2.5-ci bəndinə, 2.5.2-ci, 2.5.4-cü (hər iki halda) yarımbəndlərinə, 2.9-cu, 2.10-cu bəndlərinə, 2.11-ci bəndinin birinci cümləsinə, 2.12-ci bəndinə, 2.13-cü bəndinin birinci cümləsinə, 2.14-cü bəndinə, 3.1-ci bəndinin birinci cümləsinə (hər iki halda) və 3.3-cü bəndinə ismin müvafiq hallarında “müəssisə” sözündən sonra ismin müvafiq hallarında “(təşkilat)” sözü əlavə edilmişdir.

 

[3] 12 avqust 2020-ci il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1107) ilə “Elmi müəssisələrin akkreditasiyası Qaydası”nın 1.3-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.3. Elmi müəssisələrin akkreditasiyası onların elmi fəaliyyətlərinin qiymətləndirilməsi əsasında elmi müəssisələrin akkreditasiyası qurumu - Akkreditasiya Komissiyası (bundan sonra – Komissiya) tərəfindən həyata keçirilir.

 

[4] 12 avqust 2020-ci il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1107) ilə “Elmi müəssisələrin akkreditasiyası Qaydası”nın adında və mətnində “Elmi Müəssisələrin Akkreditasiyası” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya” sözləri ilə əvəz edilmişdir.

 

[5] 12 avqust 2020-ci il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1107) ilə “Elmi müəssisələrin akkreditasiyası Qaydası”nın mətninə “elmi müəssisənin” sözlərindən sonra “(təşkilatın)” sözü əlavə edilmişdir.

 

[6] 12 avqust 2020-ci il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1107) ilə “Elmi müəssisələrin akkreditasiyası Qaydası”nın “Əsas:” hissəsinə “Komissiyasının” sözündən sonra “Rəyasət Heyətinin” sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status