AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
01.12.2017
QEYDİYYAT NÖMRƏSİ
899-VQD
ADI
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 24-12-2017, Nəşr nömrəsi: 285), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2017, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2254)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.12.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.040.070
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201712010899
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.12.2017
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununu “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 539-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 82; 2001, № 12, maddə 736; 2002, № 3, maddə 116, № 5, maddə 245; 2004, № 2, maddələr 57, 58; 2005, № 4, maddə 278; 2007, № 8, maddə 752, № 11, maddə 1079; 2009, № 4, maddə 212, № 8, maddə 611; 2010, № 3, maddə 172; 2015, № 2, maddə 82, № 11, maddələr 1258, 1292; 2016, № 1, maddə 40, № 5, maddə 837, № 12, maddə 1986) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddənin üçüncü abzasına “internet” sözündən sonra “informasiya ehtiyatı” sözləri əlavə edilsin.

2. 5-ci maddənin birinci hissəsinə “Məlumat azadlığı haqqında”,” sözlərindən sonra “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”,” sözləri əlavə edilsin.

3. 10-cu maddəyə “sirləri” sözündən sonra “, habelə yayılması qadağan edilən digər informasiyanı” sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmunda 19-1-ci maddə əlavə edilsin:

“Maddə 19-1. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 dekabr 2017-ci il

№ 899-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status