AKTIN NÖVÜ
Energetika Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
15.12.2017
QEYDİYYAT NÖMRƏSİ
04
ADI
“Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Energetika Nazirliyinin 2014-cü il 26 may tarixli 3 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.12.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
420.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201712150004
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.12.2017
“Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Energetika Nazirliyinin 2014-cü il 26 may tarixli 3 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ENERGETİKA NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

15.12.2017

Qeydiyyat nömrəsi

04

Adı

“Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Energetika Nazirliyinin 2014-cü il 26 may tarixli 3 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

28.12.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

420.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201712150004

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

27.12.2017

 

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.10.6-cı yarımbəndini rəhbər tutaraq, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli 1399 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. “Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Energetika Nazirliyinin 2014-cü il 26 may tarixli 3 nömrəli Qərarında (Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2015-ci il 15 iyul tarixli 1 nömrəli, 2016-cı il 27 sentyabr tarixli 3 nömrəli, 2016-cı il 7 dekabr tarixli 4 nömrəli qərarları ilə edilmiş dəyişikliklərlə) aşağıdakı dəyişikliklər edilsin:

1.1. Qərarın preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra isə “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “İxrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlament”in 1.3-cü bəndinin dördüncü abzasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, beşinci abzasında “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin və 3.3.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin;

1.3. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsinə dair xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibatı reqlament”in 1.3-cü bəndinin beşinci abzasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, altıncı abzasında “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin edilsin və 3.3.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin;

1.4. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi məqsədilə müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlament”in 1.3-cü bəndinin dördüncü abzasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, beşinci abzasında isə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;

1.5. həmin Qərarla təsdiq edilmiş 6 nömrəli əlavə - “Qaz istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament”in 1.3-cü bəndinin ikinci abzasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, üçüncü abzasında isə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;

1.6. həmin Qərarla təsdiq edilmiş 7 nömrəli əlavə - “Enerji istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament”in 1.3-cü bəndinin ikinci abzasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, üçüncü abzasında isə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin.

2. Hüquqi münasibətlər şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün üç gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunması təmin edilsin.

3. Elektron idarəetmə və informasiya şöbəsinə tapşırılsın ki, bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edildikdən sonra bu Qərarla edilmiş dəyişikliklər nəzərə alınmaqla inzibati reqlamentlərin Azərbaycan Respublikası Energetika Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Bu Qərarın icrasına nəzarət nazir müavini Gülməmməd Cavadova həvalə edilsin.

 

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

energetika naziri

 

 

Pərviz Şahbazov

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status